Yemək istəməyən uşaqla necə davranaq?

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 1 698
Səs ver:
(səs: 0)
Əksər valideynlərin ən çox narahat olduğu vaxtlardan biri uşaqlarının yemək yeməkdən imtina etdiyi vaxtlardır. Bəs mütəxəssislər bu cür hallarda nə etməyimizi tövsiyə edir?

Psixoloqlar uşaqlarda bu kimi vərdişlərin formalaşmasında ata və anaların fəal rol oynadığını qeyd edirlər. "Uşağının dalınca, əlində boşqab ilə düşən və qaşığın ucundakı yeməyi uşağın ağzına yeritməyə çalışan anaları məgər heç görməmisiniz? Bunu da anan üçün ye, bu tikəni də ata üçün. Ana və atalar bununla da kifayətlənmirlər. "Yeməsən səndən küsərəm və ya cizgi filminə qoymaram" kimi şantajlara da əl atırlar. Bu cür təzyiqlər uşağın gələcək həyatında ana və atanı incitməmək üçün istəmədiyi, inanmadığı davranışları həyata keçirməsi kimi mənfi izlər qoya bilər. Bu uşaqlar gözləntilərini birbaşa deməyən, özünü ifadə edərkən maraqsız və dolayı yollardan istifadə edən, ünsiyyət problemləri yaşayan yeniyetmələrə çevrilə bilər.

Psixoloqlar əlində boşqabla saatlarla uşaqların arxasınca qaçan ana və ataların boşqabın yarısı qədər yeməyi yedirdəndə özlərini xoşbəxt hiss etdiyini, əslində isə uşağa bununla zərər verdiyini bildirir. Müəyyən müddətdən sonra edilən bu xətalı ana-ata davranışı güclənərək, davam edəcək. Bunun üçün ayrılan vaxt, diltökmələr artacaq. Bütün bu səylərə paralel də uşaqdakı yeməmək davranışı daha da möhkəmlənəcək.
Analara tövsiyəmiz, qoy uşaqlar ac qalsın! Əlinizdə boşqabla uşağınızın arxasınca düşməyin. Süfrə salın və uşağınızın süfrəyə gəlməsini təmin edin. Stolda yemək üçün ailəyə bir müddət vaxt ayırın. Uşaq yarım saat ərzində yeməyini bitirib qalxmırsa, süfrəni yığışdırın. Növbəti yemək vaxtına qədər yeməyə bir şey verməyin. Gün ərzində səbrlə bunu təkrar davam etdirin. Bir müddət sonra o sizə tabe olmağa məcbur olacaq. Bədəni gücdən düşməz, yemək istəyəndə özü yeməyini yemək istəyər, birtəhər".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri