Dəcəl uşaqlar

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 3 723
Səs ver:
(səs: 0)
Ana öz övladının bütün ehtiyaclarını nəzərə alaraq onu tədricən düzgün qidalanmaya alışdırırsa, bununla o, övladını həm də qaydalara alışdırır və övlad bütün ailə üzvlərinin rejiminə riayət etməli olur.

Əgər ana özünü övladının 2 yaşına qədər olan şıltaqlığına tabe etsə, bu zaman uşaqda eqoistlik hissinin yaranmasına səbəb olacaq, bu da onun bütün həyatı boyu əziyyət çəkməsinə gətirib çıxaracaq. Bir yaşı olan uşağa bəzən masa arxasında ehtiyatla qaşıqla oynamasına icazə vermək olar, lakin qaşığı yerə atmağı və ya anası ona istədiyini etməyə icazə vemədiyi üçün onun saçını dartmağı və ya dişləməyi qəti qadağan etməlidir.

İki yaşlı uşağa bəzən öz yaşıdları ilə oynayarkən oyuncaqlara görə yüngülcə mübahisə etməyi icazə vermək olar, lakin əgər o həmişə başqa uşaqların oyuncaqlarını onlardan alırsa, bu zaman mütləq müdaxilə etmək və uşağa onun düz hərəkət etmədiyini izah etmək lazımdır. Uşaqların 3-4 yaşı olan zaman onlara böyüklərə qarşı yaxşı münasibət bəsləməyi hər kəsə qarşı diqqətli olmağı öyrətmək lazımdır.

Uşağın neçə yaşı olursa olsun, ona oyuncaqlar ilə, əşyalar ilə, mebellə pis rəftar etməyə icazə vermək olmaz, çünki onun belə münasibəti gələcəkdə valideynlərə və onu əhatə edən adamlara qarşı da yönələ bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 723
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri