Hicablı gözəl (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 6 242
Səs ver:
(səs: 0)
(Zəhranın evdən atılması)
Birdən qapıdan hardasa yaşı 18 olan bir qız çıxdı. Qışqıraraq "niyə gəlmisən bura Zəhra" dedi. Adı Zəhra imiş demək. "Sən mənə əmanətsən bu gün. Xalam bilsə nə olacaq hə?! Bunu mənə, özünə niyə edirsən?! Belə yerdə nə var axı?! Gəl gediriy indi" qolundan tutdu. Az bir addım atmışdılarki 2 axmaq qarşıların kəsdi. Söz atmağa başladılar.Dayana bilməyib yanlarına gedib birinə yumruq atdım. Belə tiplər buralıqda çox idi. Qızları sahibsiz bilib yaxınlaşırdılar. Çox içdiklərindən qaçıb getdilər. Zəhra mənə baxıb `sən dedi. Gülmsəndim. “Bir təşəkkürü haqq edirəm yəqin” dedim. Oda mənə gülümsənib “çox sağ olun” dedi. “Evinizə qədər aparım sizi gecədi artıq”. “Lazım deyil özümüz gedərik” yanındakı qız "necə gedəcik saat gecdi artıq". "Sus Jalə onsuz her şey sənə görə oldu." Yenə israrla aprım dedim. Gecə vaxtdıdı qarşınıza belə tiplər çox çıxacaq. Olmaz sizi tanımıram. Tanımağa ehtiyyac yoxdur insalıq edirəm sadecə. Uzun isrardan sonra qəbul etdi. Amma bilirdimki çarəsizlikdən... Yol boyu ona baxırdım. Gözlərində hüzün vardı.. Verdiyi ünvana gəlib çatdıq. Bina evlərinin birində qalırmışlar. Təşəkkür edib maşından endilər. Sonra öz evimizə tərəf sürdüm maşını. Yaxşıki içməmişdim. Zəhranın məni elə görməyini istməzdim. Üzümdə təbəssüm yaranmışdı. O qızı tapmalı idim. İç səsim. Olmaz deyirdi. O sənə baxmaz. Həmdə tapıb nə edəcəkdimki? Onunla oynaya bilməzdim.. Bəs nə? Məni ona tərəf çəkən nəydi? Çox sual verdi, iç səsim suallardan qaçmaq lazımdı. Evə gəlib çatdım. Mətbəxə keçib özümə su süzüb içdim. Suya belə gülmsəyirdim. Sonra öz otağıma çıxdım. Bir musiqi qoşdum (Ceyhun Qala - Sənə Göre ) Zəhranı fikirləşib yuxuya daldım.

Evə gələndə xalam durub bizi gözləyirdi. Bizi danlamağa başladı. "Saat neçədi hardasız bu saata qədər" dedi. Jalədə susdu məndə.. Jalə ağlamağa başladı. "Birdə olmaz ana" dedi. Xalam yumşaldı biraz. Jalayə "otağına get" deyib mənə möhkəm bir şillə vurdu. Əməllərinlə başındaki hicabın hec düz gəlir. Qızımıda pis yola çəkirsən. Kaş səni o vaxt saxlamazdım hec. Bacımın yadigarıdı dedim amma şeytan çıxdın sən. Redd ol öz otağına get gözüm görməsin səni. Otağıma girib yerə çökdüm. Əlimlə üzümə şillə vurduğu yeri tutdum acısı helə keçməmişdi. Səsizcə için-için ağladım. Anam atam olsaydı belə olmazdı. Yetim idim deyə məni əzirdi xalam. Neyləmişdim axı ona men? Dediyi sözlər isə çox ağır idi. Həzm edə bilmirdim bu olanları. Dözməkdəndə başqa bir çarəm yox idi. Çarəsizcə yerimə kecib yatdım. Səhər dersə getmək üçün durdum. Aynanın qabağına keçdim. Amma dersə gediləsi bir üzüm yox idi şillənin yeri göyərmişdi. İlk defə idiki həyata nifrət etdim. Mən buna layiq deyildim. İsyan deyildi. Amma dayanmağa gücüm yox idi sanki. Tunarsa hazırlaşıb dersə getdi. Bir ümüd Zəhranı universitetde görərəm deyə. Ders bitmişdi amma görə bilməmişdim. Dayana bilməyib evlərinin yanına gəldim. 1 saatdan çox vaxt keçmişdi hələdə yox idi. Yəqin dersə gəlməmişdi bu gün deyə düşündüm. Axmaq kimi onu burda gözləyirdim. Görmə şansımda 1 faiz idi. Maşından düşüb biraz o terəf bu terəfə getdim. Axrı getməy qərarı aldım. Maşına minmək istəyəndə binadan hicablı birinin çıxdığın gördüm. Yaxınlaşdıqca gördümki Zəhradı.Məni görüb duruxub qaldı. Üzünə baxanda isə göyərdiyin gördüm. Zəhraya kim əl qaldırmışdı axı?! Heç nə demədim amma dəliyə dönmüşdüm. Zəhra isə yanımdan sakitcə heç nə demədən çıxıb getdi. Zəhra haqqında məlumat toplamlı idim. Amma hansı fakültedədə oxuduğun belə bilmirdim.1heftə keçmişdi artıq. Bu 1 heftədə Universitetde onu görüb arxasıyca getmişdim. Zəhra huquq oxuyurmuş. Nə gözəldə yaraşırdı ona secdiyi ixtisas.Onların qruplarında Səlimə adlı bir qızla Murad sevgili olmuşdu. Ona Səlimdən Zəhra haqqında bir şeylər danışmasını xaiş etmişdim. Sağ olsun xaişimi yerə salmamışdı. Amma eşitdiklərimdən sonra pis olmuşdum. Valdeyinlerinin her ikisini itirmişdi. Zalım bir xalası ilə qalırmış. Barda gördüyüm qızda xalası qızı imiş. Demək Zəhraya əl qaldıranda O imiş?! Helə qruplarında bir neçə qızda Zəhranı incidirmiş. Zəhranı üzən hər kəs bir-bir cavab verəcəkdi amma mən nə haqqla bunu edəcəyimi bilmirdim. Nəticədə Zəhra adımı belə bilmirdi.. Mən onun nəyi idimki? Cavab verirəm "Hecnəyi".. Zəhranı izlədim bu gün. Unidən çıxıb kitabaxanaya getdi. Saat 6 ya qədər kitabxanada qaldı evə gəldiydə isə saat 8 olardı. Bina evinin 3 mərtəbəsində qalırmış sən demə. Menə yuxarı çıxıb piləkanda oturdum biraz. Murad zəng etdi. "Axşam bara gedəy biraz başmız açılsın" dedi. Gözəl qızlar olacaqmış. "Sən get mən gəlmirəm" deyib telefonu söndürdüm. 10 dəqiqə keçmişdi.Evdən səslər gəlməyə başlamışdı. Birdən qapı açıldı. Xalası Zəhranı itələdi. Zəhara yerə düşdü. Sonra ayaqqabısını, çanatasını qucağına atıb "rədd ol bu evdən gözüm görməsin" səni deyib qapını möhkəmcə bağladı.

BöLümün Sonu

Müəllif:
İ.Qönçə (Lusi)
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 6 242
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri