Hicablı gözəl (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 291
Səs ver:
(səs: 0)
(Keçmişim)
Zəhranı elə görməy canımı o qədər yandırdıki. Ağlayırdı. Yanına gedib "Gedəy?" dedim. "Sən kimsən axı mənim ətrafımda nə gəzirsən?!" deyib, məni itələyib ayağa qalxdı. Ayaqqabısını geyinib aşağı düşməyə başladı. "Zəhra bir dayan". "Mən tanımıram səni əl çək məndən." Gözlərinin içinə baxaraq "Mən Tunar". Qışqıraraq "Səndən adını soruşmadım." Qolundan tutdum. "Çox oldun ha sən. Bu saatda tək başına hara gedəcəksən?! Gəlirsən mənimlə". "Nə bilirsən, bəlkə mən oğruyam hə?!". "İkimizdə bilirikki elə deyilsən. Gedəy indi evimə. Bu günlük qal sabaha bir şeylər fikirləşib taparam." Mənə sərt baxıb "Olmaz tanımadığım birinin evində qala bilmərəm hələ üstəlik - üstəlik oğlansansa". "Səni bu saatda tək qoya bilmərəm etiraz etmə gedirik". "Mən sənin evinə gedmirəm səni tanımıram niyə başa düşmürsən". Artıq hirslənmişdim səsim bir az çox çıxmışdı "Yaxşı mənlə gəlmədin tutalım neynəyəssən bu saatda qız başına tək çöldə?!" Sakitcə "Mən başımın çarəsinə baxaram sən narahat olma" deyib gedərkən qolumdan tutdu yenə. "İnadlaşma adamla". Qolumu əlindən çəkib "İnadlaşmıram mən.." Sonra ağlıma Əmim qızı gəldi "Yaxşı əmim qızının evi var tək yaşayır onunla qal bu günlük bunada yox demə." Tək çıxış yolu bu idi. Razı olmalı idi. Yenə çarəsiz qalıb sakitcə "yaxşı" dedi. Yolda Günəşə mesaj yazdımki "qonağım var senə gəlirəm". Günəş mənim əmim qızıdı. 24 yaşı var. Biraz fərqli qızdı. Fərqli deyərkən tamda həyat dolusu bir qızdı ona görə biraz fərqlidi. Ailəsi ilə yaşamır. Balaca bir villada qalır. Saçı qısa, mavi qara rənglidi. Sevgilisi var. Sevgilisi adam olsa dərd yarı amma elə deyil. Günəş uzaqdan soyuq qıza bənzəsədə əslində çox səmimi cana yaxın bir qızdır. Mənim bacım yoxdur. Amma biz Günəşlə bacı qardaş kimiyik.Zəhranıda ona etibar edə bilərdim. Günəş gilə gəlmişdik artıq. Qapını döydüm. Zəhra hec yaxşı görsənmirdi." Bəlkə narahat olacaq?" dedi. "Olmaz" dedim. Günəş qapını açdı. Bir mənə birdə Zəhraya baxıb girin dedi. Zəhra bu Günəş. Günəş buda Zəhra. Günəş şad oldum deyib mənə gözü ilə məxtbəxə girməyi işarət etdi. Mətbəx.
Günəş: hicablı qız və sən? Bunu niyə mənə gətirmisən bilməy olar Tunar?
Tunar: nə olub yaraşdırmadın mənə.. ehtiyyacı vardı gətirdim. Mənimlə qalmadı. Yəqinki qonağı qovamayassan evindən
Günəş: yaxşı qalsın. Amma sabah gəl bu mövzu haqqda söhbət edək.
Tunar: yaxşı Mən indi gedim evə.. Birdə acdı nəsə hazırla yesin yaxşı. O indi utanıb deməz. Qardaşın üçün bir gözəlliy elə
Başını yaxşı anlamında yellədi. Mənsə Zəhra ilə sağollaşıb evimizə gəldim. Atam bu vaxtı məni evdə görüb çox sevindi. Saat 10 idi və mən Tunar evdə idim. Qiyamətin əlamətləri idi sanki. Saat 12 olardı. Günəşə mesaj yazdımki
yemək yedi?
-Şirniyyatla çay içdi
Niyə? Yemek bişirə biləmədin?
-Bişirdim katlet qızartdım, yemədi ac deyiləm dedi
Off yaxşı... Yatıb bəs?
-Yox oyaqdı helədə fikirlidi..
Yaxşı gecən xeirə.

Səhər açılmışdı artıq. Saat 10 olardı. Geyim mağazalarında idim. Zəhraya geyim alırdım. Günəşin paltarların geyinə bilməzdi təbiki..Möhürlə təsbeh də aldım. Sonra Günəş gilə gəldim. Qapını açdı. Əlimdəkilərə baxdı. "Zəhra yatıb" dedim "həə" dedi. "Bunları otağına qoyum gəlim sonra danışarıq" dedim. "Heyy hara gedirsən bəlkə hicabın çıxardıb yatanda olmaz senə onu elə görməy". "Yaxşı çıx sən bax" çünki Zəhranı görməy istəyirdim.Baxıb "bağlıdı" dedi. Necə varsa elədə yatıb qalıb. Yuxarı çıxdım aldıqlarımı bir qırağa qoydum. Yəqin axşam gec yatdığından hələdə durmamışdı. Məsum bir uşaq kimi yatmışdı. Hey istedim əllərim ilə üzünə toxunum amma edə bilmədim. Sonra düşdüm aşağı Günəşə hesabat verəcəkdim.. Ondan qaçışım yox idi.
Günəş: başla day bu qız kimdi? Və sənin kimi biri ilə nə işi var?
Tunar: sən məni nə sayırsan?
Günəş: mənə artisilik etmə. İkimizdə bilirikki qız düşgünüsən. Amma belə saf bir qız sənə necə inanıb, güvənib?
Tunar: Axx Günəş .. (Onunla ilk tanışlığımızdan bu yana her şeyi Günəşə danışdım. Zəhranı bura nəyə görə gətirdiyimidə. Günəş pis olmuşdu.) Bu qız fərqlidi. Zəhraya başqa niyyətlə yaxınlaşmıram mən Günəş inan səmimiyyətimə. Yoxsa sənin yanına niyə gətirim?
Günəş: vallah səni tanamasam deyərəmki qıza aşiq olmusan. Amma tanıyıram deyədə deyə bilmirəm. Bir şeyde var bu özəldəndə sıxıllasan 1 ayda qızı özünə öyəşdirmə. Nəticədə bir oyuncaqla neçə bir müddətdə oynaya bilərsənki sən?
Tunar: Günəşşşş .. Oynamıram mən onunla. Niyə inanmırsan axı menə
Günəş: özün dediyinə özün inana bilirsən? Sən gəl bacına qulaq as. Bu qızı qaytar dərdsiz başına iş açma.
Tunar: açacam gələn dərd Zəhra ilə gəlsin..
Günəş: saf bir qızın ahın almağı gözə alırsan yəni..
Tunar: almayacam. Çünki elə bir şey olmaycaq.

Bunu deyəndə Zəhra aşağı düşdü. Yuxulu halı belə gözəl idi. "Sabahın xeir yatmış gözəl" dedim sakitcə "Sənində" dedi. "Sənə geyimlər almışam onları geynirsən bir müddətlik otağa qoymuşam dedim. "Çox sağol" deyib gözlərini helədə ovuşdururdu. Sonra Günəş mənim işim var çıxmalıyam dedi Tunar sən Zəhra ilə ol bu gün axşam üstü tərəfi geləcəm hələlik deyib çıxdı. Zəhrada hec ne yemey istemedi. Məcbur hazırlaşıb çölə çıxdıq. Maşında mənə "iş tap" dedi. "Tapacam" dedim. Amma tapamayaqdım onun işləməyini istəmirdim çünki. "Hara gediriy?" deyə sual verdi. "Restornaların birinə yemek yemeye biz gedenə ancaq günorta olar" "Mənə niyə kömək edirsən?" üzünə baxıb "Hicablı gözəl bəs bilmirsənki Əl tutmaqdan Əlidən qalıb?" Bu misalıma gülümsədi... Restorana gəlib çatdıq. Menuyaya baxıb "spaghetti" dedi. O spaghetti istediyinə görə mendə "spaghettdi" dedim. "Çox sevirəm" dedi. Mən hec spagetti sevməsəmdə "məndə" dedim. Artıq axşam üstü idi. Günəşdə gəlmişdi. Hava qaralanda öz evimə gəldim. Divanda uzanıb fikirə daldım. Sonra durdum ayağa. Bir paket götürdüm. Evimdə nə qədər içki var idisə hamsın paketin içinə yığıdım. Sonra raflarda bahalı siqaretlər vardı. Onlarıda hec üzlərinə baxmadan atdım. Mən Zəhranı belə bir evəmi gətimək istəyirdim? Nə axmaq imişəm mən ... Sonra raflarda qız nömrələri vardı.. Onlarıda atdım paketin içinə. Sonra isə evin yanındakı zibil qapı yerinə tulladım Əlvida.Maşın işığı gördüm evin yanında dayandı.Murad idi.. Arxadanda iki qız düşdü.. ax Murad məni bu pis yollara çəkən elə sən idin.
Murad: salam qardaş. Hədiyyəmə bax. Sən barlara gəlmirdin bizdə sənin ayağına gəldik.
Mən içəri kec demədən içəri keçdilər.Nəsə axtarırdı içmeyə. Amma heç nə tapa bilmədi. "Bu nədi Tunar kasıblamısan?" Qızlarda gülməyə başladı. Qolundan tutub bəri gəl dedim. "Bu qızlarıda al evimdən get". "Nə olub senə indiyə qızla yataqda olmalı idin, amma sən məni azarlayırsan." Əlimlə başımı sıxıb "göndər o qızları evimdən" "Nə olub senə belə yaxşısan?" "Həə yaxşıyam indi xaiş edirəm qızlarıda al çıx get." Uzun israrımdan sonra qızlarıda alıb çıxıb getdi. Bəlliydi keçmişim məni rahat buraxmaycaqdı.

BöLümün Sonu

Müəllif:
İ.Qönçə (Lusi)
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri