Hüzurum (15-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 4 392
Səs ver:
(səs: 0)
Əli yüksək səslə, arvadının gözlərinin içinə baxaraq demişdi deyəcəyini. Küçənin ortasında olduğunu fərq edincə dərin bir nəfəs alıb sakitləşməyə çalışdı amma olmurdu. Olduqca əsəbi idi. Oflayaraq arvadının əlini yenidən tutdu və dayanacağa irəlilədi. Ətrafdakılar bu cütlüyü izləyirdilər.

"Ağrıdır," deyə mırıldandı Hüzur. Əlini bu səfər daha bərk tuturdu sevdiyi adam. Bunu bilərək tutmuş ola bilməsi isə canını acıdırdı. Sevdiyi adamın bilərək canını yandırması... Hüzur səssizləşdi. Danışmadı, sadəcə tək bir kəlmə söyləmişdi.

Əli arvadının səssizcə söylədiyi cümlə ilə addım atmağı buraxdı. Əlini buraxmadan başını çevirib baxdı. Arvadının tutduğu əlinə baxdı. Azca qızarmışdı. Daha da əsəbləşdi. Tutuşunun bərk olduğunu anlayınca tutuşunu yumşaltdı. Arvadının dərin nəfəsini eşidib önünə döndü və gələn avtobusa ilk olaraq arvadını mindirdi və ardıyca da özü mindi.

Axşam saatları olduğu üçün avtobus olduqca dolu idi. Əli maşınını almadığı üçün lap əsəbləşdi. Hüzuru önünə aldı və bir əliylə yandan dəmiri tutdu. Digər əliylə də Hüzurun əlini tuturdu onsuz da. Hüzuru elə bir sahiblənirdi ki, heç kəs dəyə bilməzdi. Baxışları olduqca sərt idi.

Avtobusla keçən qısa yoldan sonra evlərinə gələn ikili səssiz idi. Oğlan əsəbi idi, qız qorxurdu.

Əli evə addımını atar atmaz uniformasından qurtuldu və sakitləşə bilmək özünü duşun altına atdı. Su bədənindən axarkən bugün olanları düşündü Əli. İlk olaraq idarədə Yaqubun arvadı ilə etdiyi telefon danışığı ardıyca öz düşüncələri, arvadının telefonuna zəng çatmaması və ardıyca da əsəblərini tamamilə zirvəyə çıxardan Rəşid məsələsi!

Əli əllərini yumruq tutub kafilə dayandı, dərin nəfəslər almağa çalışdı. Bugünə qədər heç vaxt hiss etmədiyi bu duyğuları indi hiss etməsi gərirdi onu. Nələr olacağını bilmir, bu bilinməzlik daha da əsəbləşdirirdi Əlini. Dəngəsizləşdirirdi.

Hüzur ilə məcburi evləndirildiyini unudurdu çoxluqla. Onunla gülür, əllərindən yemək yeyir və ona yaxınlaşırdı. Arvadının onun yanındaykən o gözəl saçlarını görmək istəyir və özünə belə etiraf edə bilməsə də o saçları daramaq istəyirdi.

Hər gecə, yatmazdan qabaq arvadının uzun saçlarını daramaq düşüncəsi qəlbinin ən dərinliklərində bir şeylər tərpənməsinə səbəb olsa da Əli buna anında müdaxilə etdi.

Olmazdı, ola bilməzdi və olmayacaqdı!

O qız, arvadı onun həyatının mərkəzinə yerləşməyəcək, onu düşünməyəcəkdi. Ona gülməyəcəkdi və onun əllərindən bir şey yeməyəcəkdi!

Ona gülməməkmi? Əli suyu soyuğa çevirəndən sonra gülümsədi. O qızın gülümsəməsi keçici idi ki! Necə fikir verməyə bilərdi o məsumluğa? Necə qarşılıq verməyə bilərdi arvadının hüzur'una?

Onu düşünməməkmi? Bax buna Əlinin kefi yerində olsaydı böyük bir qəhqəhə ata bilərdi! Evləndiyindən bu yana yaxşı ya da pis, arvadını düşünmürdü ki? Düşünürdü və qorxsa da gələcəklərini belə düşündüyü olurdu.

Və onun əllərindən yeməmək! Eləyə bilməzdi ki... Arvadının o incə barmaqları arasında tutub ona uzatdığı yeməkləri necə geri çevirə bilərdi ki? O güc varmıydı ki onda?

Əli əvvəlki gücünün və əvvəlki sərtliyinin yerində sellər əsdiyinin fərqində idi. Dəyişirdi və bu dəyişikliyin memarı məcburi evləndiyi arvadı, Hüzurdan başqası deyildi!

Suyu bağlayan Əli hamamdan çıxdı. Belində ağ dəsmalla dolaba yönəldiyi sırada qapı açıldı və Əli üzünü içəri girən arvadına çevirdi.

Hüzur evə gələr gəlməz özünü mətbəxə atdı. Sevdiyi adam üzünə baxmadan hamama girmişkən, o da mətbəxə sığınmaqda tapdı özünü. Gərgin idi olduqca. Gərgin olduğu, darıxdığı və ya stresli olduğu zamanlarda elədiyi şeyi eləməyə qərar verdi Hüzur.

Kek hazırlayacaqdı!
Atası ona həmişə kek canavarı deyərdi. Çox sevərdi keki Hüzur. Atasının anısıyla gülümsəyən Hüzur, atasına zəng vurmağı not etdi özünə. Olanlar elə bir tezliklə baş verirdi ki, itirirdi özünü və atası ilə görüşə bilmirdi.

Kek üçün lazım olan ərzaqları çıxardan Hüzur ilk olaraq yumurta və şəkəri çırpdı. Ardıyca da duru yağ, qatıq və biraz da süd qatıb yenidən qarışdırdı. Unu, qabartma tozunu da qatdı. Son olaraq da qoxusunu çox sevdiyi darçının ona çox yaraşacağını bilərək onu da qatdı və kek qalıbına boşaltdı. Fırına qoydu və stulu çəkib oturdu.

Kek bişirərkən düşüncələrini geri plana atmağı bacarmışdı amma indi olmurdu. Sevdiyi adamın olduqca əsəbi olduğunu daha ilk görüşdə anlamışdı. Səhvini bilirdi əlbəttə ki! Telefonun şarjını yoxlamamış, söhbətin gözəlliyindən saatın gec olduğuna fikir verməmişdi. Bir də Rəşid vardı təbii ki! Bax o məsələdə xətası və səhvi yox idi Hüzurun. Bunu bilirdi Hüzur. Sadəcə ondan istənilən köməyi geri çevirməmişdi.

Sevdiyi adamın Rəşidə elə sərt çıxışı ilə narahat olsa da əslində içdən içə sevinmişdi Hüzur. Ərinin onu sahiblənməsi xoşuna gəlmişdi. Özəlliklə avtobusda sahiblənişi bambaşqa idi. Ona küçənin ortasında qışqırsa da xoşbəxt idi Hüzur əslində.

Xoşbəxtliyinin səbəbi isə sevdiyi adamın ona dəyər verdiyini görməsi idi.

Fırına əyilib baxdı və kekin qabardığını görüncə buruqca gülümsədi. Nigaranlığı və qorxusu rahat rahat gülümsəməsinə izn vermirdi. Fırından gələn səslə təkrar əydi başını və kekin pişdiyini anladı. Mətbəx dəsmalı ilə keki çıxartdı. Mətbəxdə əksikliklər var idi, bunun fərqində idi Hüzur. Bəlkə bir gün sevdiyi adamı razı sala bilərdi alış verişə getmək üçün. Keki stolun üstünə qoyandan sonra ortalığı yığışdırdı.

Əri hələ də gəlməmişdi!

Niyə bu qədər əsəbləşmişdi ki?

Hüzurun ağlındakı tək sual bu idi hələlik. Mətbəxdə bir iki dəfə tur atsa da belə olmayacağını anladı. Otaqlarının önünə gəlincə heç düşünmədən qapını açdı və gördüyü mənzərə ilə donub qaldı qapı ağzında.

Əli arvadına baxır, Hüzur da şok içində ərinə baxırdı.

'Haram' deyə düşündü və anında özünə əsəbləşdi. 'O sənin ərindir, nə haram? Özünə gəl!' deyərək özünə əsəbləşdi. Baxışları hələ də ona baxan ərində idi. Tərləmişdi və ən çox da utanmışdı. Özünə gəlməliydi!

Hüzur şokunun ardıyca özünə gələrək əlləri ilə gözlərini bağladı və arxasını döndü. "Sən, sən. Niyə geyinmədin eee!" deyə yüksək səslə danışdı. Gözlərini elə bərk bərk sıxmışdı ki əlini tutmağına gərək yox idi əslində.

Əli arvadının bu reaksiyasına düz bir üzlə baxdı. Qərarlı idi! Əvvəlki Əli olmasa da ona yaxın birisi olmayacaq və özündən ödün verməyəcəkdi! Amma... Amması var idi iştə! İndi arvadının bu halına qəhqəhə atmaq istəyirdi. Bunu edə bilməyib gülümsədi Əli. Nə də olsa arvadı görmürdü onu.

"Telefonun hər daim açıq olacaq bundan sonra!" dedi Əli və bir iki addım ataraq arvadının arxasında durdu. Onun hələ də şarfını açmadığını gördü.

"Üstündə hələ də bir şey yoxdur?" deyə qarşılıq verdi Hüzur bir müddət sonra. Özünü yığışdırmağı lazım idi! Sevdiyi adamı ilk dəfə belə müstəhcən bir şəkildə görmüşdü. Utanmışdı Hüzur.

Əli arvadının onun dediyinin üstündə durmaması üstünə dişlərini sıxsa da sonradan söylədiyi kəlmələr ilə kefi yerinə gəlmişdi.

"Bir də başqa oğlanlarla danışmayacaqsan!" dedi Əli yeni bir əsəb dalğası bədənini ələ keçirərkən.

"Niyə geyinmirsən?"

"Ürəyim geyinmək istəmir bəlkə," deyən Əli arvadının çiynindən əyilib başını yana çevirib üzünü görməyə çalışdı. Onu gözlərini bərk sıxmış, əlini də gözlərinin üstünə qoyduğunu görüb gülümsədi. Gülümsəməsi o qədər içdən və səmimi idi ki, Hüzur görsəydi bir dəfə daha aşiq olardı ərinə. "Başa düşdün də məni Hüzur," dedi Əli ciddiyyətinə geri dönərək sözlərinə davam etdi. "Telefonun hər zaman açıq olacaq, başqa oğlanlarla danışmayacaqsan, onlara gülməyəcəksən, üzlərinə baxmayacaqsan!"

Əli bütün əmrlərini bir bir söylədi. Ağlında nə hamamda olarkən özünə verdiyi təlkinlər qalmışdı, nə də arvadına dəyər verməyəcəyi. Hamısı uçub getmişdi. Arvadının bu məsum halı onu əyləndirsə də kişilik qürurunu da oxşayırdı.

Hüzur sevdiyi adamın ona yaxınlaşdığını kürəyindəki istilikdən anlamışdı. Onun arxadan üzünə əyilərək söylədikləri tərlər axıtmasına səbəb olmuşdu.

Bu adam niyə hələ əynini geyinmirdi ki?

Əsəblə arxasını dönən Hüzur özündən gözlənilməyəcək sözləri çoxdan dilə gətirmişdi.

"Sən niyə geyinmirsən ee?"

Əli arvadından eşitdikləri ilə ilk öncə təəccüblənsə də sonradan dodaqlarına yerləşdirdiyi gülümsəmə ilə ona baxan arvadının üstünə bir addım atıb bədənləri arasındakı məsafəni ən aza saldı. Hüzur gərildi və arxaya doğru bir addım atdı. Otağın qapısının haçan bağlandığının belə fərqində deyildi. Əli arvadının bir addım atması ilə o da bir addım atdı yenidən. Bunu edərkən baxışlarını bir an olsun arvadının yaşıllıqlarından çəkmədi. Arvadının göz rəngi eyni dənizi xatırladırdı ona. Bəlkə də ən sevdiyi şey idi dəniz və ən sevdiyi şeyi arvadının gözlərində görə bilirdi.

Hüzur yenə ona doğru addım atan ərinə gözlərini qısaraq baxdı.

"Üstümə gəlmə." deyə bildi çətinliklə.

"Niyə?" deyə qarşılıq verdi Əli əylənən səs tonu ilə.

"Gəlmə..." dedi Hüzur və geri addım atıb özünün son dayanacağı olan qapıya söykəndi.

Əli son addımını da atıb qollarıyla onu həps etdi və ona baxmayan arvadına baxmağa davam etdi. Onun bu çəkingən halıyla harmanlanan əsəbi bir başqa olurmuş. Doğurdan e! Elə bu səhər işə getməmişdən qabaq nə demişdi arvadına, "Əsəbləşəndə bir başqa olurmuşsan!" İndi də təsdiqləmişdi bu sözünü. Dəniz gözlərindəki ürkəkliklə harmanlanan əsəbi ilə arvadı bir başqa gözəl olurdu. Onun o baxışlarındakı parıltı fərqli idi. Əli özünə gəlməli olduğunu xatırlatsa da bacara bilmədi. Özünü qısıtlamaq istəmirdi, necə hiss edirsə elə yaşamaq istəyirdi.

"Xəstələnəcəksən!" dedi Hüzur başını güclüklə qaldıraraq.

"İyun ayının bu istisində?" deyə cavab verdi Əli üzündə gülümsəmə heç əksilmədən.

Canı cəhənnəmə idi özünü qoyduğu qadağaların!

"Axşam sərini üşüdər." deyərək daha da qapıya yapışdı Hüzur. Ərinin bu yaxınlığı qəlbinin ritmini pozurdu. Əli yaxınlığı ürək xəstəliklərinə səbəbiyyət verə bilərdi!

"Üşümürəm indi." dedi Əli başını biraz daha arvadına doğru əyərək. İndi arvadı ilə oyun oynamaq əyləndirirdi onu.

Hüzur evinə gəldiyi gündən bəri gülümsəməsinə səbəb idi!

"Kek" dedi Hüzur baxışlarını sevdiyi adama dikərək. Onun bu yaxınlığından qaçmağın başqa yolu yox idi.

"Hıh?" deyə bildi Əli sadəcə.

"Darçınlı,"

Əli başa düşmədiyini bildirən baxışlarla arvadına baxırdı.

"Qozlu,"

Əli hələ də tək kəlmə eləmir, arvadının sözü haraya gətirəcəyini bilmək istəyirdi.

"Acıdım." dedi Hüzur ən sonunda və tutduğunu bilmədiyi nəfəsini sərbəst buraxdı. Yanaqları yanırdı.

"Mən də." dedi Əli.

"Kek yeyək?"

"Yeyək Hüzur yeyək. Darçınlı kekimizi yeyək." deyərək dərin bir nəfəs buraxdı Əli.

"Darçınlı və qozlu." deyərək düzətmə elədi Hüzur. Sanki bu indi çox vacibdir, deyə içindən keçirtdi. Nə etdiyindən xəbəri yox idi. Lap dəngəsizləşmişdi. Bunun da tək günahkarı yarı çılpaq bir şəkildə ona yaxın olan ərindən başqası deyildi!

"Tək dərdimiz buydu hə, həyatım?"

"Yenə həyatım deməyə başladın, demə!"

"Nə deyim həyatım?"
"Adımı desən bəsdir." deyərək başını əydi Hüzur. Sevdiyi adamın o kəlməni hər dəfəsində alayla deməsi canını yandırırdı amma əri bunu heç cür başa düşmürdü. Ya da? Bax o kəlmənin davamını gətirə bilmədi, qorxdu. Qorxusuna qalib gəldi və canını bilə bilə yandıracağını keçirtdi içindən.

Sevdiyi adam bilərək o kəlməni alayla dilə gətirirdi. Canının yandığını bilə bilə. Çünki əri onun canını yandırmaqdan çəkinmir, onu önəmsəmirdi. Sevdiyi adam canını yandırmaqdan həzz alırdı!

Hüzurun ağlını eşələyən, ürəyini yandıran kəlmələr dilə gəlmişdi içində.

"Hüzur!"

Hüzur adının çəkilməsi ilə irkildi və başını qaldırıb ərinə baxdı. Gözlərinin yandığını hiss edirdi indi. "Hə." deyə bildi güclüklə. Öz səsini güclə eşitmişdi. Səsi asta və üzgün idi.

"Qəşəngmiş."

"Nə?"

"Adını belə çağırmaq qəşəngmiş." dedi Əli və ona üzgün bir şəkildə baxan yaşıllıqların bir anda parıldaması ilə gülümsədi. Arvadının öz içində nələr düşündüyünü bilmirdi amma düşündükləri ilə öz canını yandırdığını anlaya bilirdi.

"Kek soyudu!"

Bax, gözlədiyi cavab da bu idi Əlinin. 'KEK SOYUDU!"

Qəhqəhə ataraq arxasını dönən Əli qarderobun qapısını açaraq geyinəcəklərini çıxartdı. Qapı açılmaq səsi eşitməyincə bədənini sabit tutub başını arxaya tərəf çevirdi. Arvadının hələ də qapının ağzında durduğunu gördü. "Geyinməyimə baxacaqsansa mənim üçün bir problem yoxdur."

Bu qədər idi.

Hüzur eşitdiyi ilə cəld arxasını döndü və qapıdan çıxmadan da "Nə baxacaqmışam sənə e! Dediyinə bax da." deyinmələrinə davam edərək mətbəxə girdi.

Əllərini masaya söykəyərək başını sinəsinə əydi və yaşadıqlarını düşündü. Ərinin o halını ağlından çıxarmalı idi. Onun o yaxınlığını düşünməməli idi. Hələ ona adıyla səslənməsi və "Adını belə çağırmaq qəşəngmiş." cümləsi onu necə də sevindirmişdi. Tək bir cümlə və hədsiz sevinc. Sevdiyi adam tərəfindən söylənən hər gözəl cümlə yaralarının yavaş yavaş qapanmasına, üzündəkj gülümsəməyə və EŞQ'inə tutunmağına səbəb olurdu.

Mətbəx masasına iki kiçik boşqab qoydu. Stəkan da qoydu. Dolaba baxdı amma yemək olmadığını gördü. İndidən sonra da bişirə bilməyəcəyini düşündü. Məcbur kek yeyəcəkdilər. Keki və bıçağı da masaya qoyduqdan sonra da stula oturdu və sevdiyi adamın gəlməyini gözlədi. Ərinin əsəbinin biraz da olsa yatışdığına inanırdı.

Əli əyninə dizlərinin altına gələn basketbol şortunu və üstünə də qısa qol maykasını geyindi. Saçlarını əlləriylə düzəldib otaqdan çıxdı və mətbəxə girdi. Arvadının hazırladığı masaya baxdı. Kekdən başqa heç bir şey yox idi!

İçindən 'bugün də belə olsun' deyərək stuluna oturdu. Arvadının ona dönən baxışlarını tutdu və heç çəkmədi qəhvəliklərini.

Hüzur gərgin idi əslində. Ərinin yenidən əsəbi halına dönməyindən qorxurdu. Keki dilimlədi və bir dilim öz boşqabına qoyduqdan sonra üç dilim də ərinin boşqabına qoydu. Özünə süd qoymuşdu, ərinə də çay.

"Başqa bir şey yoxdur?" deyə soruşdu önündəki boşqabdan başını qaldıran Əli.

"Hazırlaya bilmədim. Bugünlük bununla idarə etsən!"

"Makaron da eləyə bilmədin?" deyə soruşdu Əli. Dəngəsizləşmişdi bunu bilirdi amma bu o idi! Yuxulu olanda, ac olanda əsəbləşərdi.

Hüzur başını qaldırıb sevdiyi adamın üzünə baxdı. Başını sağa sola tərpədib "Eləyə bilmədim." dedi.

"Amma kek elədin!" Hüzur nəfəsini düzənlədi və ərinin qəhvəliklərinə baxaraq,
"Mən... Şey... Yəni... Stresli, üzgün ya da gərgin olduğum zamanlarda kek eləyib özümü sakitləşdirirəm." deyərək açıqlama etdi.

Əli 'tam zamanı' deyərək stulunda dikləşdi.

"Bugün hansı duyğuda idin?"

"Gərgin."

"Mənim üzümdən?"

Hüzur başını müsbət mənada tərpətdi.

"Qəşəng," dedi Əli kekin dadına baxaraq. Dadı qəşəng idi. "Bəs mən nə hiss etməli idim?"

"Bilmirəm." deyə bildi Hüzur.

Əli ağzındakı loxmanı udub masaya qollarını dayayıb arvadına doğru əyildi. Üzü tam başını əymiş arvadının hizasında idi.

Hüzur başını qaldırdı və ərinin ona yaxın olan üzü ilə qarşılaşdı. Geri çəkilmək istədi amma əri çənəsindən tutub onu əngəllədi.

"Mənim üzümdən narahat idin amma haqlı olan mənəm həyatım. Telefonuna zəng çatmırdı, ağlıma bilirsən nələr gəldi?! Polisəm. Hər gün nələr görürəm, nələrlə qarşılaşıram bilmirsən. Bir də o telefonun zaryatkası qurtarmayacaq."

"Bağışla." deyə bildi Hüzur çətinliklə. Çənəsi ərinin barmaqları arasında, gözləri bir birinə kilidlənmiş şəkildə idi.

"Üzrünüz qəbul edildi xanım. Amma bir məsələdə daha anlaşaq." deyən Əli arvadına biraz daha yaxınlaşdı və aralarında bir santimetr qala durdu. Baxışları təhlükəli parıltılar yoldaşlığında, dişlərini sıxaraq,
"Rəşid kimdir?" deyə soruşdu. Hüzur ərinin bu yaxınlığından gərilmişkən gələn bu sualla daha da gərildi. Səsinin necə çıxacağını bilməyərək,
"Tanımıram." dedi. Ardıyca da,
"Bizim bölümdən imiş. Nuranə dedi." deyərək sonlandırdı sözlərini.

Əli tək qaşını qaldıraraq arvadına baxdı. Onun həqiqəti söylədiyini əlbəttə ki bilirdi. Amma qanında gəzən və ona yad olan bu duyğular onu ələ keçirirdi.

"Bir də başqa oğlanlarla danışmayacaqsan! Bu universitetdən olsa belə!"

"Amma bəzən danışmağa məcbur qala bilirik!"

"Məcbur qalma onda sən də. Sənin fikrin ancaq özündə olsun!"

"Məcbur qalmamağa çalışaram həyatım," dedi Hüzur. Artıq söyləmək istədiklərini azadca dilə gətirə bilirdi. Həm sevdiyi adamla bu cür atışmaq da xoşuna gəlirdi. Sevdiyi adamın onu qısqanmağa başladığı görmək də ona ayrı bir xoşbəxtlik verirdi.

"Afərin mənim sözə qulaq asan arvadıma," deyən Əli özünü əngəlləməyə çalışmadı və arvadının sağ yanağını özünə çevirib dodaqlarını toxundurdu. Və bilirdi ki, bu təmasdan sonra heç nə əvvəlki kimi olmayacaq, ya da daha bətər olacaqdı. Və bunu onlara zaman göstərəcəkdi.

Hüzur gələn təmasla təəccübləndi və nə edəcəyini bilməyərək eləcə donub qaldı.

Nə edə bilərdi ki?

Əri onu yanağından öpürdü.

Bir xəyalı daha gerçəkləşirdi.

Ümidi işığına qovuşmuşdu...

Bölüm sonu...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri