Hüzurum (20-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 4 687
Səs ver:
(səs: 0)
Hüzur maşının arxa oturacağında oturmuş, başını pəncərəyə çevirmişdi. Sevdiyi adamın son söylədiyi münasibətlərindəki bəlkə də ən böyük addım idi. Söylədiyinin nə mənaya gəldiyini anladığı anda donmuş və üzü qızarmışdı. Nitqi tutulmuş kimi heç nə deyə bilməmişdi. Nə deyə bilərdi ki? Necə qarşılıq verə bilərdi ki? Bu məsələlərdə heç bir fikri yox idi. Düşünmək istəmirdi. Hər şeyi axarına buraxmaq ən yaxşısı idi.

Başını yanda oturan rəfiqəsinə çevirdi. Evdən çıxmamışdan qabaq əynini dəyişmişdi. Üstünə düşmək istəməmişdi Hüzur. Rəfiqəsi bugün o hüzuru yaşamışdı və bilirdi ki bir gün bu hüzurun dalıyca gedəcəkdi amma biraz zaman lazım idi. Əlbəttə ki, bir dəqiqə sonra nə olacağını bilmirdik və hicab Allah'ın əmri idi amma məcbur örtünmək də olmazdı. İçdən gələrək, niyə örtündüyünü bilərək bağlamaq lazım idi hicabı. Modaya uymaq, yaraşdığı üçün və ya çevrəmizdəki basqılardan ötrü örtünməməliyik.

Düşüncələri geri plana atdı və ön oturacaqda oturan Hüseynin min bir bəhanə ilə dönüb Nuranəyə baxdığını gördü. Hüseyn doğurdan da Nuranə ilə maraqlanırdı amma onun tikdiyi divarları keçə bilmirdi.

Nuranə hicabını və uzun paltarını çıxarıb öz paltarlarını geyindiyində bir qəribə hiss etmişdi. O hal içərisində ikən fərqli hiss etmişdi özünü. Bunları hələlik düşünməməyə çalışaraq telefondan gələn bildirim səsi ilə gözlərini ekranını açdığı telefona çevirdi. Mesajın Hüseyndən gəldiyini görüncə sıxıldığını hiss edib mesajını açdı.

*'Hələ də qərarlısan fikrində?'

Nə demək istədiyini anladığı üçün tez də cavab yazdı.

*'Hə!'

Anında yeni bir bildirim daha.

*'Niyə?' Bu sualı özündən çox soruşurdu Nuranə, niyə? Heç vaxt cavabını tapa bilməmişdi. Qarşılıqsız sevmək, o qədər il, niyə? Sevdiyin insanın səni ələ salmasına qarşılıq ondan vaz keçə bilməmək, niyə? Cavabsız suallar və hələ də bu sevgini unuda bilməməsi. Özünü tamamilə bu sevgiyə həps etməsi və heç kəsi görə bilməməsi. Sadəcə öz sevgisinə olan bağlılığı və digər kişilərə qarşı güvənsizliyi.

Güvənə bilmirdi. Bugün səni sevirəm deyib, sabah birsigün ayrılmaq istəyirəm deyən bir sürü kişi var idi ətrafında gördükləri ilə. Kişilər adam kimi sevə bilməzdi Nuranənin fikrincə. Qadınlar sevdimi tam sevərdi, vaz keçməyərək. Sevdiyinin arxasıyca ümidsizcə gedərək.

Baxışlarını telefonundan qaldırdı və yan tərəfində oturan rəfiqəsinə baxdı. Onun bir şeyləri fərqetdiyini görə bilirdi. Hər şeyini bilmirdi ki, onsuz da? Kömək istəyirmiş kimi baxdı. Telefonundan gələn yeni bir mesaj səsi ilə baxışlarını təkrardan ekrana çevirdi.

*'Bir dəfə şans versən mənə? Səni elə gözəl sevəcəm ki əsl sevgini dadacaqsan.'

Nuranə nə edəcəyini bilmədi. Nə cavab yazacağını düşünə bilmirdi. Doğurdan da elə sevgi vardı? Kişilər gözəl sevə bilər, tərk etmədən, vaz keçmədən?

*'Xahiş eləyirəm mənə biraz zaman ver.' yazıb göndərdi və anında dərin bir nəfəs almaq səsi eşitdi. Bunun Hüseynə aid olduğunu bilirdi. Bunun vaz keçiş olduğunu bilirdi. Ən kiçik bir mənfi ilə sıxılmışdı. Üzü düşdü. Nə gözləyirdi ki başqa? Dalıyca qaçacağını ya da onu gözləyəcəyinimi? Ümidsizcə ekrandan baxışlarını qaldırdı və pəncərədən bayrı izləməyə başladı. İlk iftarları idi bu və heç tanımadığı bir ailənin iftar süfrəsinə qonaq olacaqdı. Yenidən mesaj səsi eşidincə düşüncələrindən sıyrıldı və ekrana baxdı. Hüseyndən idi. Tez mesajı açdı.

*'Zaman, zaman, zaman... Nə qədər zaman istəyirsən istə məndən amma sonunda mənim yanımda ol. Yolun sonunda sən varsan və halalım olacaqsansa mən gözlərəm. İstər 10 il, istər 50 il. Tə ki sən mənə gəl.'Gülümsədi. Elə gözəl gülümsədi ki qəlbi ilk dəfə fərqli bir ritmdə atmağa başladı. Bu adam doğurdan da onu sevirdi yoxsa bu oyun idi? Oyun olmadığını düşündü. Küskün qəlbi ümidlə doldu. Cavabına qarşılıq indi heç bir şey yaza bilmədi. Yazmaq zamanı deyildi indi. Zamanı gəldiyində verəcəkdi cavabını. Öz halına o qədər dalmışdı ki, Əlinin səsini eşitdi.

Əli evdən arvadının əlindən tutaraq çıxmışdı. Arvadının hazırladığı şirnini də Hüseynin əlinə tutuşdurmuşdu. Hüzurun həyəcandan titrəyən əlini daha bərk tutdu. Arvadının varlığına alışmışdı. Onun gülər üzünü görməyi sevirdi. Maşına birlikdə mindilər. Axşam saatları olduğu üçün tıxac var idi. Heç sevməzdi tıxacı və ürəyi sıxılardı. Bu ürək sıxıntısı bayıra da yansıyardı və səsini yüksəltməkdən, saydırmaqdan geri dura bilməzdi. İndi səbrinin son dəmlərini yaşayırdı və yan oturacaqda oturan Hüseynin mesajlaşması, mesaj səsləri son nöqtə oldu.

"Qız kimi kiminlə mesajlaşırsan?" Səsi net və əsəbi idi.

Hüseyn Əlinin əsəbi səsinə qarşılıq dönüb baxdı və üzgün olan üzünə əyləncəli bir sima taxaraq "Əli ata, qısqanclıq eləyirsən?" deyərək gülümsədi. Hər daim elədiyi kimi... Üzgündürsə bunu bayıra yansıtmaz və həmişə zarafata salıb gülərdi. Öz içində yaşayardı hüznünü.

"Səni qısqanmaq?"

"Niyə ki, qısqanılacaq çox özəlliyim var."

"Avaralığın məsələn? Heç sanmıram."

Hüseyn aldığı cavabla şən bir qəhqəhə atıb başını arxaya çevirdi Hüzura baxaraq "Bacı, sən belə dediyinə baxma. Mənim nəyim var idi üzdə idi, avaralığımı gizlətmirdim. Bu ərin olan adam da altdan alta, səssiz səssiz eləyərdi." dedi və anında alınına şapalağı yedi. "Gic gic danışma avara polis!" deyən Əli maşını saxladı və arxasını dönərək arvadına baxdı. "Mən heç vaxt avara olmamışam Hüzur, vAllah!" dedi. Qarşılığını da çox sevdiyi gülüşlə aldı. Maşından düşməmişdən qabaq da Hüseynə dönərək "Lap mən səssiz səssiz davranırdım amma gördüyün kimi evliyəm. Sən özünə bax e. O qədər qızların dalıyca qaçırsan amma hələ də düzgün bir münasibətin yoxdur." dedi lağ dolu səsi ilə və anında arxa qapının sərtcə qapadılma səsini eşitdi.

Hüseyn də bu səfər Əlinin alnına şapalağı atıb "Sayəndə olacaq şeydə olmayacaq. Fəridə xalam nə qəşəng deyirdi sənə. Məntiqsiz deyə." dedi və əsəblə düşdü maşından.

Əli təəccüblü idi aldığı reaksiya qarşısında. Bir biri ardıyca çırpılan maşın qapıları ilə "Boru deyil e ala bu!" deyə deyindi. Nə zəhmətlə almışdı bu maşını. Arxadan arvadının səsini eşitdi.

Hüzur ərinin bu əsəbi halına dayana bilməyərək "Ala demə də Əli." dedi. Səsi biraz çəkingən olsa da duruşu dikdi və baxışları ərinin isti şokolad misalı baxışlarında idi. Və indi ürəyi isti şokolad belə istəmişdi.

"Niyə?" deyə soruşdu Əli. Başını arxaya doğru tamamilə çevirmişdi.

"Yaraşmır sənə və mən sevmirəm."

"Sən sevmirsən deyə deməyim?" deyə soruşdu və anında arvadının solan gülüşünü gördü. Əlini uzadıb çənəsindən tutdu. Gözlərinə baxaraq "Çalışaram Hüzur," dedi və arvadının gülümsəməsinə qarşılıq özü də təbəssüm etdi. Bax bunu çox sevirdi. Arvadının gülümsəməsi keçici idi və onda alışqanlıq etkisi yaradırdı. O gülmədiyi zaman özünü günahkar hiss edirdi.

"Sən həmişə gül Hüzur." dedi arvadının gözlərinin içinə baxaraq.

Hüzur sevdiyi adamdan eşitdiyi ilə gülümsəməsi genişləndi və ərinin çənəsindəki əlini öz əlinin içinə alaraq "Sən də həmişə gül amma ancaq mənə gül!" dedi. Səsindəki dəcəllik və qısqanclıq Əliyə qəhqəhə atdırdı. Arvadı da ən az onun qədər qısqanc idi.

"Hm deyəsən çox qısqancıq hə?" deyib göz qırpdı arvadına və gülümsəməsinə davam etdi.

"Ərim sağ olsun." dedi və dəcəlliyinə davam etdi.Ər arvad belə şirin şirin bir birlərinə qarşılıq verərkən maşının şüşəsi sərtcə tıqladıldı. Əli arvadından baxışlarını çəkib pəncərəyə baxdı və ortaya ildırım kimi düşən Hüseyndən başqası deyildi. Pəncərəni açdı və "Nə var ala, nə var?" deyə deyindi və arxa oturacaqda oturan Hüzurun boğazını təmizləməsi ilə "Nə var Hüseyn nə var?" deyə düzəltdi sualını və anında gülüşmə səsləri eşitdi. Bunlardan bir dənəsi arvadının o gözəl gülüşü ikən, digəri Hüseynin o çirkin gülüşü idi. Əslində Hüseynin gülüşü çox gözəl idi amma indi ona çox itici gəlirdi.

"Oo Əli bəyimiz düzəlirmiş. Sabah idarədə Əmir ilə yeni oyunumuza gözləyirik." dedi qəhqəhələri arasında.

"Aa nə oyunu?" deyən Hüzur maraqla Hüseynə baxdı.

"Bacı sabah gəl də idarəyə. Həm ərinin işlədiyi yeri də görərsən."

"Doğurdan?" dediyi anda Hüzur, ərinin sərt səsini eşitdi.

"Gicləmə dingil! Nə işi var arvadımın kişilərin arasında!" Əli olduqca əsəbləşmişdi.

"Aa nə oldu Əli müəllim. Qısqancsınız siz? Nə olacaq yəni gətirsən?"

"Qısqancam al-" dediyi anda durdu və davam etdi. "Hüseyn sənə nə var? İstəyirsən Nuranə gəlsin idarəyə o görsün iş yerimizi." demişdi və əsəbi keçmişdi Əlinin. Yerini alaycı bir tutum aldı.

"Kim olaraq gələcək?" dedi Hüseyn. Əsəbləşmişdi.

Hüzur ərindən öncə atılaraq "Əli sənin subay dostun var?" deyə soruşdu.

"Səni maraqlandır subaylar həyatım!" dedi və Hüzurun sevmədiyi şeyi edərək həyatım kəlməsini vurğulayaraq söyləmişdi.

Hüzur sevdiyi adamın yalnış anlaması qarşısında gülümsəyərək "Məni sən maraqlandırırsan Əli, əsəbləşmə o dəqiqə. Mən Nuranə üçün demişdim." dedi və iki adamın səsi bir birinə qarışmışdı.

"Nə əlaqə?" Hüzur gülümsəməsini sürdürərək ilk öncə ərinə baxdı dəcəl dəcəl, sonra Hüseynə baxdı. Bu sözü bilə bilə demişdi əslində. Sırf Hüseyni qıcıqlandırmaq üçün.

"Nuranə polislərə heyrandır. Deyirəm subay dostunuz varsa onları tanış eləyək. Alınsa sonra ailələri də tanış olar."

"Bacı sən nə danışırsan e? Bacı dedik bağrımıza basdıq dediyinə bax da." deyən Hüseynin səsi sitəm dolu idi.

Əli "Nə qışqırırsan ala arvadıma. Ağzını yığışdır." dedikdən sonra maşından düşdü və Hüzurun da əlindəki şirni ilə maşından düşməsi ilə şirnini öz əlinə aldı və Hüseynin yanına yeridilər. Şirnini Hüseynin əlinə tutuşdurarkən qulağına əyildi.
"Məncə tələssən yaxşı olar yoxsa Nuranəni başqa polislər alar əlindən." dedi və üzünə yerləşdirdiyi gülümsəmə ilə maşını kilidləyib binaya girdi. Arxalarında isə xomurdanan bir Hüseyn buraxmışdılar.

Əli pilləkənləri dik duruşu ilə çıxırdı arvadı ilə birlikdə. Açıq qapının olduğu mərtəbəyə çatanda Hüzurun həyəcanlandığını anlayaraq qulağına əyildi.
"Sakit ol ay arvad. Həyəcanlanmağa gərək yoxdu. Səidə xala çox yaxşı birisidir." dedi və geri çəkildi. Arvadına baxdı.

Hüzur narahatçılıqla "Birdən məni sevməsə...?" deyə soruşdu.

Əli arvadının narahatçılığına qarşılıq iki əlini də arvadının üzünə qoyaraq üzünü əllərinin arasına aldı. Başını əyərək "Sən özünü sevdirərsən Hüzur." dedi. Çox ciddi idi bu sözündə.

Hüzur sevdiyi adamın söylədiyi ilə həyəcanlanıb "Sən də məni sevdin?" deyə soruşdu. Həyəcanla cavabını gözlədi.

Gözləyiş qısa çəkdi. Arvadının üzündəki əllərini geri çəkdi. Onun baxışlarındakı parıltının yavaş yavaş solmasına dayana bilməyərək yanağından öpdü və geri çəkildi. Açıq qapıdan içəri girdi. Arvadının soruşduğu bu suala verəcək heç bir cavabı yox idi. Aralarındakı bu soyuqluğu unuturmaq üçün,
"Səidə xanım hardasan sən? Həm qonaq çağırırsan həm də qarşılamırsan bizi." deyə danışdı. Əllərini dəsmala silərək gələn qadın "Səni çoxbilmiş." deyərək ilk öncə oğlu yerinə qoyduğu Əliyə sarıldı. Ardıyca da geri çəkildi və yanındakı gənc qıza baxdı. "Xoş gəldin qızım necəsən?" deyə soruşdu. Qızı da ilk görüşdə çox sevmişdi.

Hüzur biraz öncəki düşüncələrindən uzaqlaşaraq gülümsədi. Qadının soruşduğu suala gülərüzüylə "Xoş gördük Səidə xanım. Siz necəsiniz?" deyə soruşdu və anında çatılan qaşları görüncə baxışlarını çevirib əndişə ilə ərinə baxdı. Sevdiyi adam gülürdü və Hüzur da buna qarşılıq əlini tutduğu əli sıxdı. Oh olsun ona!

Səidə xanım "Aa qızım o nədir sizli bizli danışmaq. Sən bizim ailəmizdənsən. Gəlinimizsən. Bu yanındakı gədənin arvadısan." dedi.

Əli "Gədə nədir ay Səidə sultan?" deyə dəcəlcə soruşdu.

"Gədəsən də ona görə. Elə deyil anaların sultanı?" deyərək içəri girən Hüseyn ayaqqabılarını çıxartmışdı.

"Dost deyilsiniz siz? Al birini vur o birisinə." deyə gülümsədi Səidə sultan.

Hüseyn baxışlarını ətrafda gəzdirincə Nuranəni görə bilmədi. "Ana Nuranə hardadır?" deyə soruşdu.

Səidə xanım "Aa sizlə danışmaqdan qızı mətbəxdə unutdum ee." deyərək Hüzurun da qoluna girərək mətbəxə irəlilədi.

Əli və Hüseyn yan yana gəlincə "İlk imtahanı keçdi." deyə danışdı və Əli də "Çünki mənim yoldaşımdır." deyə qürurla söylədi və qonaq otağına girdi. Arxasında yenə Hüseyni buraxmışdı amma bu səfər əsəbi deyil əylənən Hüseyni buraxmışdı.

"Səidə sultan nə oldu e azan oxunmur? 100% molla yatıb qalıb." deyə deyinən Hüseyn bir əlində qaşıq digər əlində su stəkanı ilə səbirsizliklə gözləyirdi. O qədər saat dayanılırdı amma bu son bir neçə dəqiqə insan huysuzlanmağa başlayırdı.

Səidə sultan oğlunun hər Ramazandakı ilk ifatrında belə huysuzlanması qarşısında gülərək "2 dəqiqə qalıb oğlum. Biraz da döz." dedi və son dəfə masaya göz gəzdirdi, hər şeyin tam olduğunu gördü. Hüzur əllərini masanın üstünə qoydu və ilk öncə "Şey," dedi və hər kəsin ona baxdığını görüncə "Bu zaman dilimində dua etmək çox savabmış və qəbul olunarmış. Yəni atam mənə elə öyrətdi," dedi.

Səidə xanım bu qızın bir daha gözünə girməsi ilə "Hər kəs əllərini açıb dualarını eləsin. Gəlinim düz deyir," dedi və əllərini açıb dualarını eləməyə başladı. Onunla bərabər masadakıların hamısı dualarını eləməyə başladı. Bütün dualar içdən gələrək edilirdi və dualarının sonunda "Amin." dedilər və bir neçə saniyə sonra azanın o gözəl və iç titrədən səsi eşidildi.

"Şükr Ya Rəbbim." deyən Hüseyn tam stəkanı dodaqlarına aparacaqdı ki, sevdiyi qızın səsini eşitdi. "Biraz da gözləyə bilərsən? Azan hələ təzə başladı." dedi və Hüseyn stəkanı yenidən masaya buraxdı. Digərləri bu davranış qarşısında bığ altından güldülər. Azanın ortalarına doğru Səidə xanım "Allah tutduğunuz orucları qəbul eləsin uşaqlar. Başlayaq. Nuş olsun." dedi və xurma ilə açdı orucunu.

Əli orucunu xurma ilə açarkən Hüzur su ilə açmışdı. Bu Əlinin gözündən qaçmamışdı. Arvadının xurma sevmədiyini anladı və dodaqlarındakı təbəssümlə suyunu da içdi və önündəki kasadan şorbasını içməyə başladı. Bu qadının yeməkləri bir başqa olurdu.

Hüseyn sevdiyi qızın dediyi ilə buraxmışdı suyu və anasının dediyi ilə açmışdı orucunu. Ramazanın ilk iftarını sevdiyi qızla paylaşması... O qədər xoşbəxt idi ki... Üzündən gülümsəmə heç əksilmirdi. Maşında dostunun avaralığı haqqında dediyi ilə Nuranənin qapını çırpmasından əsəbləşdiyini anlamışdı. O barədə də ilk fürsətdə danışacaqdı.

Ramazanın verdiyi kef ilə gülüşmələr yoldaşlığında yeməklərini yemişdilər. Oğlanlar qonaq otağında tv izləyərkən, qızlar və Səidə sultan da süfrəni yığışdırıb mətbəxə girdilər. Hüzur və Nuranə Səidə xanımı mətbəxdən çıxararaq mətbəxi yığışdırmağa başladılar. Qablar yuyulub silinmişdi, çayı da istiyə qoymuşdular. İki qız işləri bitincə mətbəxdən çıxıb salona gəldilər və iki oğlanın da divanda rahatca oturub tv'ya baxması qarşısında qaşlarını çatdılar. "Durun dəstəmaz alın gedin də məscidə. Camaat artıq yığışmış olar." deyən Səidə xanımın səsi bezgin gəlirdi. Hər il bu hadisəni yaşamaqdan bezmirdi oğlu.

Hüseyn və Əli baxışlarını yana çevirdilər və üç xanımın da onlara qaşlarını çatmış bir şəkildə baxdığını gördülər.

"Nə oldu sizə, qaşlar çatıq?" deyə soruşan Hüseynə qarşılıq Səidə xanım "Azzar oldu Hüseyn. Gedin də moizəyə qulaq asmağa." dedi əsəblə.

Səidə xanımın söylədiyinə qarşılıq qızlar əllərini ağızlarına basdırıb gülməklərini basdırmağa çalışdılar amma gülüş səsləri eşidilirdi.

Hüseyn qızların gülməsi ilə anasına baxıb "Ana ayıb olur e qızların qabağında." dedi.

"Sən namaza getməyəndə ayıb olmur?"

"Dur Əli dur. Bunlarla başa çıxılmaz." deyən Hüseyn cəld yerindən qalxdı və hamama getdi. Cəld dəstəmazını alıb çıxdı, ardıyca da Əli dəstəmazını aldı. İki dost evdən çıxmamışdan qabaq Əli "Biz gələndə çayımız hazır olsun xanımlar," dedi və Hüseyn ilə birlikdə evdən çıxdılar. Evə ən yaxın məscidə gedib camaata qarışdılar.

Səidə xanım oğlu və Əli çıxandan sonra qızlarla oturub söhbət etmiş, çayı dəmləmişdilər və Hüzurun gətirdiyi şirninin yanına paxlava da qoyaraq yedilər. Ardıyca da namazlarını qılmaq üçün sıraya düzüldülər. Səidə xanım Nuranə üçün qızının evdə qalan fəracəsini və öz hicablarından birini vermişdi. Huşu içərisində namazlarını əda etdilər. Hər səcdədə Allah'a daha yaxın hiss edirdilər. Bədənləri hüzurla doldu.

Namazları bitincə dualarını da etdilər.

Hüzurun duasında ilk öncə öz ata və anası və sonra da bütün ana və atalar yer aldılar. Kərbəla'ya getməyi nəsib etməsini istədi Allah'dan və ən sonunda qəlbinə yenik düşərək "Rəbbim! Kimi zamana buraxarkən kimi şansa buraxar. Mən sənə buraxdım Allah'ım. Mənim könlümdəkinin könlünə sal məni." dedikdən sonra salavat çevirdi. Dualardan sonra Səidə xanım çayı istiyə qoydu. Qapının döyülməsi ilə Hüzur tez açdı qapını və Əli və Hüseyn içəriyə gülüşərək girdilər. Çay servisi edildi və hamı bir yerdə oturaraq şirin söhbət etdilər. İki polis qarşılaşdıqları absürd hadisələri danışınca iki gənc qız və Səidə xanım gülməklərini əngəlləyə bilmədilər. Vaxt tez keçdi və axşamlarını sonlandırdılar. Hüseyn hər nə qədər israr etsə də Nuranəni evə aparmaq üçün, əngəl çıxmışdı qarşısına. Məcbur səsini çıxartmadı və qonaqları gedəndən sonra anasının Nuranə ilə bağlı suallarına bir bir cavab verdi və sonra otağına girdi.

Əli maşını ilk olaraq Nuranənin verdiyi ünvana tərəf sürdü, Nuranənin evinin önünə gəlincə saxladı. Nuranənin binaya girdiyini görəndən sonra da maşını təkrardan işə salıb öz evlərinə sürdü. Səssiz idilər. Nə o danışdı, nə də arvadı. Aralarındakı bu səssizlikdən heç xoşu gəlməmişdi. Boğazını təmizlədi amma boşuna. Baxışlarını bir anlıq yoldan çəkdi və gördüyü ilə dodaqları yuxarı qıvrıldı. Arvadı yuxuya getmişdi.

Gecə 12-ə addım addım yaxınlaşarkən tıxac da yox idi. Bunun rahatlığı ilə sürətini biraz da artırdı və evlərinin önündə maşını saxladı. Arxaya baxdı və arvadının hələ də yatdığını görüb yavaşca maşından düşdü. Arxa qapını açıb arvadının yan düşmüş çiynindən dürtüb "Hüzur," deyə səsləndi amma qarşılıq ala bilmədi. Biraz daha basqın bir şəkildə dürtdü və arvadının tərpənməsi ilə "Dur gəldik." dedi və arvadının yuxulu bir səslə "Hara?" deyə soruşmasına qarşılıq gülümsəməsi genişləyərək "Evimizə." dedi.

Hüzur sevdiyi adamın oyatması ilə maşından düşdü. Ərinin qoluna girərək binaya girdilər. Pilləkənləri çıxarkən ikidə bir dəngəsini itirirdi. Hələ ayılmamışdı. Bir anda özünü sevdiyi adamın qucağında tapması ilə kiçik bir çığlıq atıb "Düşürt məni, neyləyirsən?" deyə soruşdu. Səsi yuxulu çıxmışdı.Əli arvadının bu yuxulu halı ilə deyinmələrinə gülərək "Hişşt sakit ol. Binadakilar eşidəcək səsimizi." dedi və anında Hüzurun işarə barmağını dodaqlarına götürüb sus işarəsi etməsi ilə genişcə gülümsədi. Qollarındakı qız həyatına rəng qatan, onu güldürə bilən arvadı idi. Evlərinin önünə gəlincə cibindən açarı çıxartmaq üçün "Hüzur, düşürdürəm səni, qoluma tutun," dedi və baş sallamaq hərəkəti alınca diqqətlə onu düşürdüb ayaqda durmağını sağladı. Cibindən çıxartdığı açarla qapını açdı və arvadını təkrardan qucağına alacaq ikən Hüzurun geri çəkilməsi ilə təəccübləndi. "Nə oldu?" deyə soruşdu.

Hüzur ayaqüstü gözləyərkən xəyallara daldı. Evləndikləri zaman xəyalı idi ərinin onu qucağına alıb evə elə addım atması amma bu xəyalı sevdiyi adam tərəfindən acımasızca yıxılmışdı. Onu təkrar qucağına alacaqkən geri çəkildi. Soruşduğu suala qarşılıq,
"Səni qucağıma alıb keçirməyimi gözləyirsən? Ömrünün sonuna qədər gözlə onda. Çünki elə bir şey əsla gerçəkləşməyəcək!" deyə mırıldandı. Səsi acı dolu idi.

Əli öz sözlərini arvadının ağzından eşidincə əllərini yumruq tutdu. Qarşısındakı qıza çəkdirdiklərinin bir bir önünə gələcəyini bilsə əsla elə davranmaz, o yandıran sözləri söyləməzdi. Dərin bir nəfəs aldı və arvadının qaçmağına icazə vermədən onu tez qucağına aldı. Qulağına əyildi.
"Yeni həyatımıza ilk addımımızı atırıq həyatım." dedi və geri çəkilmədən də arvadının yanaqlarına basdırdı dodaqlarını. Açarı yerindən çıxarıb içəri girdilər və ayağı ilə qapını qapatdı. Arvadını yataq otaqlarına apardı və onu yavaşca yatağın üstünə buraxdı.

Tam olaraq uzaqlaşmadan arvadının yanağını oxşadı. Gözlərinin içinə baxdı. Orda ona duyulan eşqi gördü. Bu eşqə qarşılıq verə bilərmiydi bilmirdi amma bu eşqi ürəyində böyüdən arvadını üzməyəcəkdi. Eşqinə qarşılıq verə bilməyəcəkdi bəlkə amma onun xoşbəxtliyi üçün çabalayacaqdı. Yanağını oxşarkən əyildi və alnından öpdü. Ardıyca da iki yanağını və dodaqlarının iki yanından öpdü.

Gözlərinin içinə baxaraq, "Məni sevməkdən vaz keçmə Hüzur." Hüzur indi yaşadıqları və hiss etdikləri ilə gülümsədi və sevdiyi adamın yanaqlarının üstünə iki əlini qoydu. Tam gözlərinin içinə baxaraq "Səndən istəsəm də vaz keçə bilmərəm." dedi.

Bölüm sonu...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri