Hüzurum (29-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 4 411
Səs ver:
(səs: 0)
Hüzur anasının məzarının başında durmuş, Fatihə oxuyurdu. Anasının qoxusunu bilmirdi, anasına sarılmaq necə bir hissdir bilmirdi amma anasının necə biri olduğunu bilirdi. Atası ona anasının bütün özəlliklərini danışmışdı. Heç ana əksikliyi hiss etməmişəm deyə bilməzdi amma atası sayəsində bu əskikliyi qapatmağa çalışmışdı.

Duasını gözü yaşlı bir şəkildə bitirdi və yanında ona güvən verən adamın yanına durdu və atasının Yasin surəsini bitirməsini gözlədi.

Əhməd bəy son ayəni də oxuyub qurtarandan sonra Qurani-Kərim'i bağladı və əlini qəbrin üstünə qoyub həsrətini azaltmaq istədi. Çox özləmişdi onu... Gözündəki yaşlar durmaq bilmirdi və eləcə gözü yaşlı bir şəkildə duasını edib ayağa qalxdı. Kürəkəninə baxdı və baxışları ilə təşəkkürünü etdi.

Əli dünən səhər atasına zəng vurmuş və Əhməd bəyin nömrəsini istəmişdi. Asif bəy bunu eşidəndə ilk əvvəl təəccüblənib suallar soruşunca da Əli ağlındakını atasına danışmış və danışıqları bitincə atasından aldığı nömrəyə zəng vurmuşdu. Zəng vurmasına ilk başda Əhməd bəy də təəccüblənmiş, daha sonra aralarında keçən qısa söhbətdən sonra tezbazar Bakıya gəlmişdi. Əli Əhməd bəyə bayramda yanlarında olmağını və qızını bu bayramda yalnız buraxmamasını dilə gətirmişdi və Əhməd bəy kürəkənindən bunları eşitdiyi üçün çox sevinmişdi.

Əhməd bəy artıq qızının tamamilə güvənilir əllərdə olduğunu anlamışdı. Qızını bu evliliyə məcbur buraxdığı üçün vicdan əzabı çəkmirdi. Kürəkəni Əli, qızı Hüzura dəyər verirdi. Üçlü qəbiristanlıqdan ayrıldılar və Asif bəyin evinə doğru yol aldılar.

Əli güzgüdən arxada oturan arvadına baxdı. Onun üzündə xoşbəxtliyi gördükcə rahatlayırdı. Gözləri kəsişincə dodaqları yuxarı qıvrıldı və göz qırpdı.
Arvadının anında qızaran yanaqları ilə gülümsəməsi genişləndi və baxışlarını yola çevirdi. Hüzur maşındakı səssizliyə qulaq asırdı. Heç kəs danışmırdı. Atasının da, ərinin də eyni maşında oturduqlarına hələ də inana bilmirdi. Sevdiyi adamın belə bir şeyi sırf onun üçün etməsinə inana bilmirdi. Baxışlarını güzgüyə çevirdiyi anda əriylə baxışları kəsişdi. Üzü xoşbəxtliklə aydınlandı. Ərinin ona göz qırpması ilə əndişə ilə atasına baxarkən yanaqları qızarmağa başladı. Bu Əlinin ağıllanmaq fikri yox idi deyəsən. Dəyişmişdi və bu əyləncəli hallarını çox sevirdi, yaraşırdı ərinə. Utancla gülümsərkən baxışları pəncərəyə çevirdi. Bugün hərkəsin üzünə sevincli bir gülümsəmə hakim olmuşdu. Bayramların insanlara hədiyyəsi idi bəlkə də bu gülüşlər, bu xoşbəxtlik. Gəldikləri küçə ilə özünü yığışdırdı və yandakı sinini əlinə aldı. Gəlmişdilər. İlk dəfə bayramları belə çox adamla olacaqdı. Həyəcanlı idi.

Əli maşını saxlayıb düşdü və qapısını bağladı. Baxışlarını Əhməd bəyə çevirincə nə deyə səslənəcəyini bilmədiyi üçün səssiz qaldı. Arxa qapının açılması ilə arvadının əlindəki sinini cəld öz əlinə aldı və arvadı maşından düşəndən sonra maşını kilidləyib binaya girdilər. Açılan qapı ilə onları gülər üzü ilə qarşılayan Fəridə xanım və Asif bəylə içəri girdi.

Hamı bayramlaşdı. Hər kəs xoşbəxt, sevincli idi. Hüzur mətbəxdə sinidəki tortu boşqablara yığarkən birdən durdu. Bugün əri ilə ilk bayramları idi və heç bayramlaşmamışdılar. Aman Allahım deyə hayıflanmağa başlayarkən yanına gələn Fəridə xanıma fikir verməmişdi.

Fəridə xanım mətbəxə girincə gəlininin narahat üzünü görüb "Qızım nə olub?" deyə soruşdu.

Hüzur Fəridə ananın səsi ilə özünə gəlincə "Heç nə olmayıb" desə də alınmadı. Fəridə xanımın israrları üzərinə "Əli ilə bayramlaşmaq yadımdan çıxıb." dedi üzgün çıxan səsi ilə.

Fəridə xanım gəlinin açıqlaması üstünə bütün narahatlığı bir anda yox oldu. Gərilən üzü gülümsədi. "Ay qızım, mən də elə bildim nəsə olub. O məntiqsiz Əli üzmür ki səni?" deyə soruşdu.

Hüzur qaynanasının sualı ilə cəld başını qaldırdı. "Yox ana, hər şey yaxşıdır. deyib utancla başını başqa tərəfə çevirərkən qapıya söykənmiş əri ilə qarşılaşdı baxışları.

"Anacan onda icazə ver bu yaraşıqlı oğlun gəlininlə bayramlaşsın." deyən Əli arvadının onu fərq etməsi ilə anasına da bəlli etmişdi özünü. Arvadının anasına qarşı onu qoruması çox gözəl idi. Dodaqlarındakı gülümsəmə də bunu bəlli edirdi.

Fəridə xanım oğlunun şən səsi ilə şənlənərək gülümsədi. "Siz həmişə xoşbəxt olun," deyərək əlindəki boşqabla mətbəxdən çıxarkən oğluna səssizcə "Məntiqsizlik eləyib gəlinimi üzmə." deyə uyarısını eləyib çıxdı.

Mətbəxdə baş başa qalan cütlük bir birinə baxdı. Əli bir neçə addım atıb arvadının tam qarşısında durdu. Gözlərinin içinə baxarkən "İlk bayramımızı necə unutmusan həyatım ?" deyə soruşdu. Səsində heç bir sorğu yox idi amma səsindəki lağ özünü bəlli edirdi.

Hüzur ərinin belə vəziyyətlərdə həyatım deməyindən narahat olmurdu artıq. Hətta xoşuna da gəlirdi. Eyni şəkildə gülümsəyərək "Sən də unutmusan da həyatım," deyib qarşılığını verdi.

Əli bu qarşılığa gülərkən əlini qaldırıb arvadına uzatdı. "Öp görüm əlimi Hüzur" dedi. Arvadının anlamayan baxışlarını görüncə də qəhqəhə atdı. "Keçmişdə qadınlar ərlərinin əlini öpərək bayramlaşarmış. Bizim də ilk bayramımızdı. Onun üçün öp əlimi bayramlaşaq."dedi.

Hüzur ərinin ilk öncə əlini uzatması, öp deməsi və açıqlaması. Hamsına təəccüblə qulaq asarkən nə edəcəyini bilmədi. Əlinin belə bir şey istəməsini gözləməmişdi. Əli hələ də havada olunca özünə gəldi və gülümsəyərək ərinin əlinə uzandı. Tam tutacağı sırada əri onu qollarının arasına almışdı. Başını qaldırıb sevdiyi adama baxdı.

"Məncə belə bayramlaşmaq lap qəşəngdi" deyən Əli arvadının ilk öncə alnından, daha sonra da iki yanağından öpdü. "İlk bayramımız mübarək olsun həyatım" dedi Hüzurun gözlərinin içinə baxaraq.

Hüzur xoşbəxtliklə gülümsəyərkən barmaqlarının ucunda yüksəlib ilk dəfə sevdiyi adamı öpdü. Yanağına dodaqlarını dəydirib cəld geri çəkdi. Fərqli idi, həyəcan verici idi. Utanmaq istəmədi çünki o əriydi, halalı idi. Baxışlarını ərinin qəhvəliklərinə dikdi. "İlk bayramımız mübarək" dedi gülümsəyərək.

Əli arvadının dodaqlarını yanağında hiss edincə nə edəcəyini bilmədi. Arvadı ilk dəfə öpürdü onu və bu çox gözəl hiss idi. Gülümsəməsi genişləndi.

"Əli bir dənə duz gətirəcəkdin, iki saat oldu!"

Hüzur qaynatasının səsini eşidincə cəld sevdiyi adamın qollarından çıxdı. İndi utanmaq vaxtı idi. Yanaqları qızararkən əli ayağına dolaşdı. Mətbəxdə əri ilə çox zaman keçirmişdi və içəridə böyüklər var idi.

Əli arvadının narahat olmasına dözə bilməyərək iki qolundan tutub ona baxmasına səbəb oldu. "Sən mənim arvadımsan. Utanma." deyərək gülümsədi və rəfdən duzu alaraq arvadının da əlindən tutaraq mətbəxdən çıxdı. Masaya yaxınlaşınca da heç kəs görmədən arvadının əlini buraxdı.

Hamı bir yerdə yemək yeyərkən hamısı xoşbəxt idi. Artıq üzgün birisi yox idi aralarında. Hüzur və Əli bir birinə gizli gizli baxışlar atıb gülərkən onların bu halına agah olan ana və atalar xoşbəxt idi. Övladları nəhayət ki bir birlərini sevmiş, alışmış və xoşbəxt olmuşdular.

Əli qonaq otağında kişilərlə oturmuş, çay içirdi. Gələn qonaqların ardı arxası kəsilmirdi. Ata və anası qohumlar içində böyüklərdən olduğu üçün bayramları həmişə dolu keçərdi və anası bunun üçün çox sevinərdi. Gələn qonaqları yola salandan sonra ailəcə oturmuşkən Hüzur qab qaşıqları yığıb mətbəxə getdi və yumağa başladı.

Yenə qapı çalınca Əli oflayaraq yerindən qalxdı. Bu neçənci qonaq idi sayını unutmuşdu. Saat axşam 6ya işləyirdi. Cəld addımlarla gedib qapını açdı. Gördükləri ilə lap pozuldu kefi. Gələnlər qohumlardan heç sevmədiyi bir ailə idi, üstəlik yanlarında yad bir nəfər də vardı. Onun kim olduğunu xatırlamağa çalışsa da xatırlamadı.

"Xoş gəlmisiniz" deyərək qapını tamamilə açan Əli içəri girməklərinə izn verdi. Gələn gənc qızın ona baxışlarına "Ya Səbr" deyə içindən deyərək başını başqa tərəfə çevirdi. "Xoş gördük Əli necəsən? Tətildəsən bugün?" deyə soruşan Aydın kişi əlini gülümsəyərək uzadıb Əli ilə görüşdü.

"Yaxşıyam Şükür Aydın əmi. Bugün tətildəyəm sabah iş var" deyərək adama cavab verdi.

Otaqlara keçincə Əli kişiləri başqa bir otağa apardı. Qadınlar da tək qalıb divana oturdular.

"Əlini evləndirə bilməmisən hələ də?"

Hüzur bu sualla əlindəki çay sinisi ilə eləcə donub qaldı. Bu necə sual idi belə? Necə mənasız idi! Əlləri əsəblə titrəməyə başlamışkən baxışlarını o qadına çevirdi. Onun yanında oturan gənc qızın da rəftarından narahat olunca çayı servis edib geri çəkildi tez. Gülümsəyə bilmirdi.

"Hüzur bura gələ bilərsən?"

Hüzur ərinin səsi ilə əlində bərk bərk tutduğu sini ilə koridora çıxdı. Baxışlarını arxaya çevirəndə də qonaq gələn qızın ərinə baxmağa çalışdığını gördü. Qaşları anında çatıldı.

"Get çay süz aparım qonaqlar üçün."

Hüzur ərinin bu sözü ilə baxışlarını cəld ərinə çevirdi. Qaşlarını çatıb əsəblə baxdı Əliyə.

Əli arvadının bu rəftarına təəccüblənib "Nə olub Hüzur?" deyə soruşdu. Ağlına gələn ehtimal başını qarışdırdı. Arvadı yoxsa səhərdən gələn qonaqlara xidmət etdiyi üçünmü belə rəftar edirdi? Anasına da belə davranırdı? Bu ehtimal qaşlarının çatılmasına və əsəbləşməsinə səbəb oldu.

"Sonra danışarıq" deyərək arxasını döndü və tam addımını atacaqkən ərinin dişlərinin arasından əsəblə adını fısıldaması ilə arxasını döndü və ərinin çatılmış qaşları və əsəbi üzü ilə qarşılaşdı. O niyə əsəbləşirdi ki? Əsəbləşməli olan Hüzur idi. Qonaq gələn qız rəsmən ərinə baxırdı və Hüzur ərinə baxan qıza xidmət etməli olacaqdı.

"Söz soruşdum!" dedi Əli dişlərinin arasından.

Hüzur tam bir şey deyəcəkdi ki, Asif bəyin səsini eşitdi.

"Əli harada qaldın?"
Əli əsəblə nəfəs alarkən "Beş dəqiqə sonra mətbəxdə ol!" deyərək otağa girdi və atasının yanına oturdu.

Digərləri söhbət edərkən Aydın bəyin söz açması ilə baxışlarını onun yaşlarındakı, tanımadığı adama çevirdi. "Asif, içəridəki gənc qızımız kimdi? Hazır İbrahimlə gəlmişkən xeyirli iş danışaq." Aydın bəy gülümsəyərək dedi dediklərini.

Əhməd bəy anında yerində qasılaraq baxışlarını kürəkəninə çevirdi. Kürəkəninin də ondan fərqi olmadığını görüncə rahatlayaraq yerində oturmağa davam etdi.

Əli eşitdikləri ilə gərilərkən sərt səsi ilə "O mənim həyat yoldaşımdı!" dedi və ayağa qalxdı. "Ata icazənizlə biz gedək day" dedi və otaqdan çıxaraq mətbəxə girdi sürətli addımlarla. Əsəbdən əlləri titrəyirdi.

Hüzur ərinin mətbəxə getdiyini görüncə yerindən qalxıb mətbəxə getdi dalıyca. Onun əsəblə nəfəs alış verişlərini eşidib narahat oldu. Yanına yaxınlaşa bilmirdi.

"Nə olub?" deyə soruşunca ərinin sərt üzü ilə qarşılaşdı və bir addım geri getdi. Üstünə gələn əri ilə mətbəx təzgahına yapışdı.

"Nə oldu hə?" deyə soruşarkən arvadını təzgahla özü arasında sıxışdırdı. "Nə oldu?" deyə bir daha soruşdu dişlərinin arasından.

Hüzur indi həqiqətən ərinin əsəbindən qorxurdu. Nə edəcəyini bilmirdi.

Əli arvadının ondan qorxduğuu anlayınca başını əydi və dərin nəfəslər alıb sakitləşməyə çalışdı. Arvadını qırmaq istəmirdi. Başını qaldırdı və baxışlarını Hüzura, sevdiyi qıza çevirdi. Sevdiyi... Bəli sevirdi arvadını və hərkəsdən qısqanırdı. Onu ona dəyəcək hər bir baxışdan gizlətmək istəyirdi. Başını əydi və arvadının yanağından öpdü. Sonra da dodaqlarının iki yanını və arvadının qulağına yönəltdi.

"Sən mənim arvadımsan!" dedi kəskin bir dillə.

Hüzur sevdiyi adamın əsəbindən qorxarkən onun yanağından öpməsi və qulağına dediyi cümlə ilə gülümsədi. Qorxusu tamamilə yox olarkən sevdiyi adama "Sən də mənim ərimsən!" dedi və ondan uzaqlaşan ərinin yanağını öpdü.

Hüzur və Əli bir birinin gözlərinin içinə baxarkən ikisi də danışmırdı.

"Əli," dedi Hüzur aralarındakı səssizliyə son qoyaraq.

Əli arvadının çağrısını saymayaraq "Tez hazırlaş gedirik." dedi. Hüzur tez "Amma" dediyi anda əri tərəfindən eyni tezliklə susduruldu.

"Sənə hazırlaş dedim də. Bir dəfə də ikilətmə məni!" deyib mətbəxdən çıxarkən Hüzur da onun dalıyca çıxdı.

Fəridə xanım oğlu və gəlini görüncə gülümsəyərək "Aa gedirsiz?" dedikdən sonra qonaqlara tərəf dönüb "Əli bugün arvadını restorana aparacaqmış, ona görə tez gedirlər" deyərək sözlərini sonlandırdı. Baxışlarında ayrı bir atmaca varkən baxışlarını gəlininə çevirdi və ona göz qırpıb genişcə gülümsədi.

Əli anasının dediklərinə qəhqəhə atmaq istəsə də özünü sıxaraq başını tərpətdi və otaqdan çıxıb bayır qapısına yönəldi. "Hüzur bayırda gözləyirəm səni," dedikdən sonra "Anacan görüşərik sonra." deyərək qapını açıb çıxdı və gülümsəməsi gnişləyərək pilləkənləri düşdü.

Fəridə xanım da ayağa qalxıb ərinin dalıyca eləcə baxan gəlininin qoluna girdi. "Get qızım. Yoldaşını gözlətmə. Özünüzə diqqət eləyin. Alıah'a əmanət olun." deyərək yanaqlarından öpdü. Hüzur da qaynanasını qucaqlayaraq yanaqlarından öpdü. Qonaqlara baxdı. Qonaqların ona təəccüblə baxmasıyla inanılmaz bir həzz aldı. "Bağışlayın biz gedirik. İnşAllah gələn dəfə uzun uzun söhbət eləmək fürsətimiz olar. Bayramınız da təkrardan mübarək. Sağolun." deyərək otaqdan ayrıldı. Çantasını da alaraq evdən çıxdı. Gülümsəyərək pilləkənləri düşərkən öz atası və Asif bəylə sağollaşmadığı ağlına gəlincə dala qayıtmaq istədi amma qolundan tutulması ilə bu istəyi gerçəkləşmədi.

"Atamgillə sağollaşmaq yadımdan çıxdı." deyərək sevdiyi adama baxdı Hüzur.

"O oğlan ordaykən evə girə bilməzsən!"

"O oğlan kimdi?" deyə soruşarkən olduqca təəccüblü idi Hüzur. Ağlına o qız gəlincə də tez ərinin qoluna girdi. "Yaxşı yaxşı gedək məncə də" dedi sürətlə.

Əli arvadının bu tələskən rəftarına qəhqəhə atarkən "Sakit ol həyatım, sakit" dedi qəhqəhələrinin arasından və arvadınının yanağını canını ağrıtmayacaq şəkildə dartdı.

Hüzur ərinin mızmızlanması qarşısında mızmızlanaraq "Niyə bu qədər güldün həyatım(!)" dedi həyatım kəlməsini vurğulayaraq.

"O həyatım deyən..." deyib cümləsini yarım buraxaraq arvadının yanağını sıxarkən gülümsədi.

Hüzur da sevdiyi adamın yanaqlarını barmaqlarının arasına alıb sıxarkən əri kimi gülümsəyirdi. "Bir də de də," dedi nazlanaraq.

Əli arvadının da eyni onun kimi etməsi ilə özünə gəlməli olduğunu xatırladı. O polis idi və belə şeylərə taviz verə bilməzdi. Cəld arvadının yanaqlarını buraxıb arvadının əllərindən qurtulmaq üçün bir addım gerilədi. Duruşunu dikləşdirdi. Arvadının üzünün düşdüyünü görüncə dodaqları yana doğru qıvrıldı. Arvadının çiyninə qolunu atıb onu öz bədəninə çəkdi. Qulağına əyildi. "Mən sənə xanımım demişəm, ürəyimi ələ keçirirsən demişəm, həyatım demiyəcəm, həyatım...?" dedi qısıq səsi ilə. Arvadının yanağını bir daha öpdü və birlikdə binadan çıxdılar. Maşına mindilər.

Ər arvadın üzündə bir gülümsəmə hakim idi. Eşqin varlığı ilə hüzur tapdılar. Qısqanclıqları, bir birləriylə əylənmələri, zarafatlaşmaları, atışmaları... Hamsı bir birinə hiss etdiklərindən qaynaqlanırdı...

Bölüm sonu...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri