Anonim yaşıl (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 5 530
Səs ver:
(səs: 0)
Kim idi axı bu! Nömrəmi hardan tapmışdı? Məni tanıyan biri idi yəqin. Gözlərim yaşıl olduğundan mənə yaşıl deyə xitam edirdi. Bir bu əskiy idi başımdan. Bir xəstəm çatışmırdı.Buda oldu tam oldu.Səhər açılmışdı yenə. Bu gün dərs yox idi. Gunorta qızlar ilə bir kafeyə yığışacaqdıq. Məqsəd günümüzü gözəl keçirtmək idi. Kafede idim. whatsappdan bir mesaj gəldi yənə

Anonim: təzə nömrə aldım Yaşıl
Bunuda bloka atsan, gedib yenə təzə nömrə alaram. Yenə yazaram. Məndən qurtuluşun yoxdu.
Birdə kafedən bir az tez çıxarsan yaxşı. Hava dönəcək əynin nazikdi. Soyuq olmasın sonra.

(Bu mesajlardan sonra gözlərimi bərəldib ətarafa baxdım. Kim idisə kafedə olduğumu bilirdi. Off)

Sunay: ay dəli kimsən?
Anonim: səni sevən biri
Sunay: cəsarətsiz qarşıma çıxa bilmirsən amma sevgidən danışırsan?!
Anonim: o günlərdə olacaq İnşAllah sebr elə..
Sunay: mən heç kimə şans vermirəm əl çək məndən!
Anonim: heç kimə şans vermədiyin üçün məndə bu yola əl atdım(
Sunay: blok!

Yenə atdım bloka. Daha gedib 3 nömrə alası deyildiki. Hər halda almazdı.. 2 saat kimi kafedə qaldıqdan sonra getməy üçün ayağa qalxdıq. Kafedən çıxar çıxmaz üşüməyə başladım. Günəşli havaya aldanıb əynimi nazik geyinmişdim. Soyuqdan üşüyərkən ağlıma tanımadığım xəstənin mesajı gəldi. Məni xəbərdar etmişdi. Hər kim idisə məni tanıyırdı. Evə gəlib çatdım. Artıq axşam idi. Ailəm ilə yemək yedikdən sonra öz otağıma qalxdım. “Elxan Elatlının 14-cü adam” kitabını götürüb yerimə uzanıb oxumağa başladım. Yenicə başlamışdımki whatsappıma bir mesaj gəldi. Yenə bir nömrə idi. Bu qədərdə yox. Yəqin o deyildi. Mesaja girdim.

Anonim: Demişdim axı bloka atsan gedib yenə bir nömrə alacam.
Aldımda.
Həm də mənə niyə qulaq asmadın bu gün?
Üşüyürdün ..
Sunay: adın nədi sənin?
Anonim: sən məni Anonim deyə qeyd elə kontaktına)
Sunay: sonuncu defə soruşuram adın nədi?!
Anonim: Fəriddi
Sunay: öz adını de
Anonim: öz adımdı Yaşıl.
Qız deyiləmki başqa ad deyim)
Sunay: sən mənə yaşıl demeyi nə vaxt kəsəcəksən?!
Anonim: öləndə
Sunay: mən sənin kim olduğunu bilmirəm, mənə səninlə yazışmaq üçün bir səbəb de?
Anonim: Sənə aşiqəm Yaşıl

Bu mesajı oxuyub hec nə yazmadım artıq. Ən yaxşısı nömrəmi dəyişmək idi. Yoxsa əl çəkməyəcəkdi. Kim olduğunu belə bilmədiyim biri ilə necə yazışa bilərdim. Həmdə mənə sevdiyin deyirdi. Amma durduq yerə necə nömrə dəyişim atama nə deyəcəkdim? Ata bir oğlan mənə whatsappdan yazır. Həmdə mənə Sunay yox Yaşıl deyir? Bu ağlıma hardan gəldi yazmağını problem etməyib, Yaşıl deməyini problem etdim mən? Axx ağılsız başım. Ən yaxşısı yatmaqdı. Kitab oxumağada onsuz həvəsim qalmadı. Fəriddi kimdi bütün həvəsimi alıb apardı. Birdə baxdım vatsapa yenə bir mesaj gəldi. Bilirdimdən oxudum “Yuxunda məni gör Yaşıl”. Lənət şeytana kimsən axı sən. Mən səni heç tanımıram, necə yuxuda görüm səni. Təbiki iç səsim bunları deyirdi. Heç nə yazmadım. Başımı yastığıma qoyub yuxuya daldım.

Müəllif: İ.Qönçə

Ps. Növbəti bölüm Fəridin dilindən olacaq
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri