Anonim yaşıl (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 13
Baxılıb: 5 062
Səs ver:
(səs: 0)
Əsəbimdən Sunayı atdım bloka. O şərəfsizi demək hələdə unuda bilməyib! Mən onun haqqında xəyallar qurarkən,O hələdə xəyanət etmiş nişanlısın düşünürmüş! Bu idimi ədalət dediyləri sey! Əlimlə başımı o qədər sıxmışdımki, başımın ağrısından özümə yer tapa bilmirdim evdə.Mən nə xəyallarla getmişdim o idman zalına. Mən bu gün üçün düz 1 il gözləmişdim.Qarşılığı bu idimi?! Amma mən nə gözləyirdim hə? Sunayın qaçaraq qucagıma gəlməsini? Məni sevdiyini deməsini? Anonim biri olaraq mənə nə qədər dəyər verə bilərdiki? Mən saf kimi onun məni sevməyin gözləyirdim. Mən ona görə təmiz bir sehifə açımışdım həyatımda, amma olan olmuşdu başlamadan bitmişdi bizimki!

Elə bir şey yox idi.Mən Elvini çoxdan unutmuşdum.Dediylərim sırf Aytən heç nədən şübhələnməsin deyə idi. Amma mən sehv etmişdim.Ağlıma gəlməzdiki danışdıqlarımı eşidər.Bloka atmışdı məni. Haqqıda var idi. Uzun bir müddət idiki mən bu qədər pis olmamışdım. Tanımadığım bir adamı istəyirdim indi mən. Onunla danışmaq mənə xoş idi.Üzümü hər mesajında güldürürdü.Amma indi məni tək və tənha qoymuşdu. Nə haqqı var idiki dağılmış həyatıma girib məni yenidən param parça etmeyə. Yox edə bilməzdi! Zəng etməliydim ona. Hər şeyin düzün bilməli idi. Mən ona necə şans vermişdimsə oda elə verməli idi. Telefonu əlimə alıb Anonimi yığdım.Çağırır amma cavab yoxdu. Yənə yığdım.Yenə cavab yoxdu. Açana qədər dirənəcəkdim. 9 dəfə yığdıqsan sonra açdı.

Anonim: yığma məni Sunay
Sunay: qulaq as mənə nə eşitmisən bilmirəm amma eşitdiylərinin hec biri düz deyildi
Anonim: Sunay uşaqlıq eləmə nə eşitdimsə düz eşitdim
Sunay: mənə Sunay demə mən Yaşılam!(gözlərim dolmağa başlamışdı artıq) xaiş edirəm qulaq as
Anonim: mən nə ümüdlər ilə ora gəlmişdim sənin xəbərin var!
Sunay: mənn mənn onu Aytənə görə dedim. O hec nə bilməsin deyə. Özümü hələ hazır hiss etmirdim ona nəsə deməyə. Mənn düz deyirəm inan mənə.Səndə həyatımı paramparça edib getmə (ağlamağa başladı)
Anonim: (mənə görə göz yaşı tökmüşdü Sunay mən onu niyə ağlatmışdım axı) ağlama Yaşılım .. Bağışla məni , mən səni incitmək istemirdim mən eşitdiklərimdən sonra dəliyə döndüm bilmədim nə edəm ona görə belə davrandım..
Sunay: (iç çəkərək)yenə həmənki kimiyik?
Anonim: həə Yaşılım.
Səni Sevirəm.

Bu olaydan 2 heftə keçmişdi. Fəridlə daha çox yaxınlaşmışdıq bir birimizə amma hələdə onu görməmişdim. O gündən sonra görüşməy haqqında bir daha söhbət açmamışdıq. Yəqin zamanı deyildi. Amma olsun mən belə xoşbext idim.İçimdəki hissin adın tam bilmirdim. Neticədə mən onu tanımırdım. Etdiyim düzgün idimi deyildimi bax onuda bilmirdim. Amma qəlbim məni ona tərəf çəkirdi artıq.Başlarda ondan xoşum gəlməsədə, indi həyatımın bir parçasına çevirilmişdi O. Ayy yenə ondan danışıram üzümdə gülücüklər. Məncə artıq Aytənədə bu haqqda danışmalı idim. Amma başımız qarışıq idi. Univerisitetden Qəbələ-İsmayilli gəzinti turlari başlamışdı.Təbiki Aytənlə bizdə gedecəkdik.3 gün sonra yola düşəcəkdik. Axşamı orda qalıb, səhəri Bakıya qayıdacaqdıq. Ona görədə hazırlıq işləri görürdük. Aytənin sevgilisi Azərdə gələcəkdi. Onlar bir oturacaqdılar.Bəs mən? Qalacaqdım yalnız. Bunun fikirin edirdim.Amma olsun yol boyu Fəridlə danışacaqdım onsuz. Kefimi hec nə poza bilməzdi.
3 gün sonra.
Səhər saat 5 idi.Ayağa qalxdım 6 nın yarısı dedikləri yerdə olmalı idim çünki.Məni yuxudan Fəridin zənginin səsi ayıldmışdı.Oda olmasaydı gec qalacaqdım hər zamanki kimi. Hava biraz tutqun olsada açılmışdı.Güzgünün qarşısına kecib yeni aldığım sport geyimlərimi geyindim. Başdan ayağa ağ idi. Tez kirlənəcəkdi amma olsun əsas odu yaraşırdı mənə. Ağ ketimidə geyindimmi tamam. Birdə sacımı sadə topuz yığdım.No makyaj amma. Onsuzda maşında yatmağı planlaşdırırdım. Nəhayət evdən çıxıb dediyləri yerə gəlib çatmışdım artıq.Aytən və bir neçə tanıdığım insanlar ilə görüşüb spinerə yaxınlaşdıq. Mən 2 nəfərlik yerdə oturmuşdum. Görəsən yanımda kim oturacaq deyə düşünürdüm. Başımı pəncərəyə söykəmişdim. Birdə yanıma baxanda yanımda bir oğlanın oturduğun gördüm. Gözündə günəş eynəyi vardı. "Görəsən maşında günəş harda çıxıb" deyə düşündüm.Axx deyəsən bir az səsli demişdim. Eynəyin çıxarıb mənə gülümsədi. Əlin mənə uzadıb “Anar” dedi.

Bölümün sonu ..
Ps. Xatırlamaynalar üçün deyimki, Anar Fəridin 2 ci adıdır

Müəllif: İ.Qönçə (Lusi)
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 5 062
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri