Kəpənəklər azaddır (11-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 3 134
Səs ver:
(səs: 0)
Nilay gözlərini qorxmuş bir şəkildə qapıya baxan Ceyhuna dikdi. ən məsum təbəssümü ilə pıçıldadı:
- Nədən qorxursan?
Ceyhun cəld Nilaya baxıb, təlaşla dedi:
- Mən qorxmuram...qorxmuram
- Onda burax qapını açım.
Ceyhun hələ də Nilayın biləyini tutduğunun fərqinə hələ indi varıb, cəld onu buraxdı. Arxaya çevrilib, kiçik evə göz gəzdirərək:
- Amma mənim burda olduğumu bilməsə daha yaxşı olar- deyib, yataq otağına getdi.
Nilaya tərəf baxmasa belə, kinayəli baxışlarını hiss edə bilirdi. Yataq otağının qapısını örtüb, ona söykənərək Nilayın Elnarəni qarşılamasını dinlədi. Söhbətin adi qarşılama olduğuna əmin olduqdan sonra, rahatlıqla otağın ortasına tərəf addımladı. Oturmağa bir yer axtararkən, hara baxsa irili-xırdalı aynalarla qarşılaşırdı. Aynaların birinə gözü sataşdıqda, üzündəki qorxmuş ifadəyə təəccübləndi. Zorla gülümsəyib, “mən nədən qorxmuş ola bilərəmki?”- deyə pıçıldasa da, gözünün sataşdığı hər ayna ona hələ də qorxduğunu isbat edirdi sanki. Yorğun şəkildə səliqə ilə yığılmış yatağa əyləşib, əli ilə başını tutaraq pıçıldadı:
- Bu qədər güzgü. Özündən qaçış yoxdu burda. Adam dəli olar.
- Ərinizlə aramızdakı münasibət? Bu bəlli deyil ki? Hələ də anlamamısız? Mən onun məşuqəsiyəm.
Ceyhun Nilayın az qala qışqıraraq dediyi cümləni eşidib diksindi. Eşitdiklərinə inanmırmış kimi ayağa qalxıb, qapıya tərəf getdi. əlini dəstəyə atsa da, son anda fikrini dəyişib, qulağını qapıya dirədi...
Elnarə donmuş bir şəkildə qarşısındakı qadına baxdı. Ona “həyat yoldaşımla aranızdakı münasibət nədir?” deyərkən belə cavab alacağını gözləmirdi.(müəllif: Cəmilə Məmmədli) Onu ən çox təəccübləndirən isə qadının bu sözləri deyərkən belə, bayaqkı məsum ifadə ilə baxması idi. Sanki dünyanın ən adi, hər kəsin bildiyi bir şeyi demişdi. Elnarə güclə özünü toplayıb, oturduğu stuldan qalxaraq dedi:
- Və siz bunu etiraf edirsiz?
Nilay gülümsəyib, ona yaxınlaşaraq dedi:
- Siz bunu bilmirdiz? Mənim etiraz etməyim lazım idi bəlkə? Yoxsa bura öz ərinizə inandığınız üçün gəlmisiz?
Elnarə əlində tutduğu çantasını sıxıb:
- Sizin necə bir insan olduğunuzu bilmirəm, amma Ceyhun əsla sizin kimi qadınlara aldanmaz. Biraz utanın.
Nilay Elnarəyə bir addımda yaxınlaşıb, gözlərini ona dikərək dedi:
- Siz Ceyhunumla sevərək evlənmişdiz?
Elnarə Nilayın vurğu ilə dediyi “Ceyhunum” sözünə əsəbləşsə də, öz qürurunu alçatmamaq üçün zorla gülümsəyib:
- Bəli, sevərək evlənmişik və hələ də bir-birimizi sevirik. Sizin kimi “qadın”larla yaşadığı şeylər bunu dəyişdirməz.
Nilay Elnarəyə daha da yaxınlaşıb, gözlərinin içinə baxaraq uşaq məsumiyyəti ilə dedi:
- Doğurdan, amma gecələr evimə gəlib, yatağıma girəndə heç elə demir axı? Məni dəli kimi öpəndə, çılpaq bədənimi oxşayanda heç elə demir axı? Hələ mən onu az qala həzzdən dəli edəndə dedikləri sözl...
Ceyhun eşitdiyi sillə səsi ilə diksindi. Nə baş verdiyini öyrənmək üçün otaqdan çıxmağı nə qədər istəsə də, özünü saxlaya bilmişdi. Nə isə anlamaq ümidi ilə, bütün diqqəti ilə qapının arxasındakı danışıqları eşitməyə çalışdıqda Elnarənin titrək səsini eşitdi:
- Bəsdi! Bir fahişə kimi danışırsız!
- Bəlkə də bir fahişəyəm hə?
- Necə qürursuz insansanki bunu açıq deyə bilirsən?
- Bəs siz Elnarə xanım? Öz ərinizə söz deməyə cəsarət edə bilməyib, onun məşuqəsinə “ərimdən uzaq dur” deməyə gəlməmisiz? Niyə bunları Ceyhuna deyə bilmədiz? Axı mən onu yox, o məni..
- Bəsdirin! Bu iyrənc sözlərinizi eşitmək istəmirəm!
Ceyhun çöl qapının bərk örtüldüyünü eşidib, cəld otaqdan çıxdı. Qəzəblə Nilaya tərəf gəlib qışqırdı:
- Sən neynədin?!
Nilay Ceyhuna donuq nəzərlərlə baxıb, dedi:
- Sənin elədiyini.
- Nə?!
Nilay:
- Sən sanki məşuqənin evində tutulmaqdan qorxub gizləndin, mən də məşuqən kimi davrandım.- deyib, kinayə ilə ona baxdı.
Ceyhun baxışlarını qaçırıb, sakit səslə dedi:
- Yenə də belə etməməli idin.
Nilay Ceyhuna yaxınlaşıb, gözlərini ona dikərək:
- o zaman gizləndiyin yerdən çıxıb məni dayandıraydın. – deyib, qalib kimi gülümsədi.
Ceyhunun tək kəlimə etmədən qapıya tərəf getdiyini görüb, əli ilə yanağını tutaraq dedi:
- Amma arvadın yaman güclü sillə atdı. Ürəkdən vurdu, səni çox sevir deyəsən.
Ceyhun dayanıb, çiyni üstündən Nilaya baxıb kinayə ilə dedi:
- sadəcə qürurundan etdi. O məni sevmir və əminəm ki, belə bir şey birdə olmayacaq.
Nilay:
- Ceyhun bəy, siz sevən qadının nələr edə biləcəyini bilmirsiz. Sevən qadın...
Nilay Ceyhunun qapını zərblə örtməsinə yüngülcə diksinib, cümləsini tamamladı:
- Sevdiyi üçün fahişə belə olar...
Ceyhun evinin qapısın ağzında dayanıb, içəri girib Elnarəni görməyə cəsarət etməzkən, Nilay çarpayısına uzanıb tavandakı aynadan özünü seyr edirdi. Ikisinin də gözlərindəki donuq ifadədən gücləri çatmayacaq qədər ağır şeylər haqqında düşündüyü hiss olnurdu...
***
- Məni nə qədər sevirsən?
- Çox... lap çox.
- Mənim olacaq qədər çox?...

Yazar: Cəmilə Məmmədli
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 134
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri