İkimizin hekayəsi (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 11 985
Səs ver:
(səs: 0)
Gözümü açanda xəstəxanada idim. Caviddə yanımda idi. "Şükür özünə gəlidin" deyib alnımdan öpdü. Son olanları xatırladım. Özümdən getmişdim. Ona görə burda olmalı idim. Ciddi bir şeyim yox idi. Olanların yorğunluğundan bu vəziyyətdə idim. Amma deyəsən Cavid çox narahat olmuşdu. Xəstəxanadan çıxıb evimizə gəldik. "İkimizin" evinə... Divanda uzandım. Cavid isə yemək hazırlamaq üçün mətbəxə keçdi. İçimdə bir sıxıntı vardı. Hər şey dahada pis olacaqdı. Elə hiss edirdim... Narahat idim.. Özümə görə yox ... Cavidə görə... Bu fikirlərim ilə telefonuma mesaj gəldiyini gördüm. "Z.Z" dən yəni Atamdan idi. "Saat 9 da bizdə ol. Gəlməsən əgər Cavidi düşün ..." mesajı oxuyub telefonu yerə qoydum. Dolayı yol ilə məni təhdit edirdi. Necə gedəcəkdim? Cavidə nə deyəcəkdim? Bilmirdim... Amma getməli idim. Cavidi daha da təhlikəyə ata bilməzdim.Cavid yanıma gəlib, "Özünü necə hiss edirsən gözəlim?"deyib, yanıma əyləşdi. Kəkələyərək "yaxxşıyam"dedim. Üzümə inanmamış kimi baxdı. Əlimi üzünə qoyub "həqiqətən yaxşıyam yaraşıqlı" dedim. Bu dəfə deyəsən inanamışdı.. Artıq saat 9-a yaxınlaşırdı. Evdən necə çıxacağım haqqda plan qururdum amma hec bir fikrim yox idi. Cavidə demək qərarına gəlmişdim, əvvəl, amma qoymayacağını bildiyim üçün hec nə demədim. Axşam yemeyimizi yeyib salonda oturmuşduq. "Bu gün çox yoruldun Zeynəb, bəlkə otağına kecib dincələsən?"dedi Cavid. Zeynəb fürsət bu fürsət deyib "Hə elə məndə onu deyəcəkdim, amma səndə ged otağına dincəl mənə görə çox yoruldun səndə" deyib Cavidin üzündən öpüb öz otağına keçdi. Cavid öz otağına gedəndən, sonra səssizcə evdən çıxmağı düşünmüşdü Zeynəb. Cavidin otağının qapsının səsinin gəldiyini eşitdi. "Yess" deyə sevindi. Çünki Cavid hər uzandığında qulaqcıq ilə mahnı dinləyərdi. Zeynəb hazırlaşıb yavaş addımlarla evdən çıxdı. Çox qorxurdu, əslində amma atası idi nəticədə. Öldürəsi deyildiki öz qızını. Zeynəb evlərinə gəlib çatmışdı. Yenə bu evə gəlmişdi. Cəsarətin toplayıb qapının zəngin vurdu. Havada çox soyuq idi. Artıq dekabr ayına gəlmişdilər. Zeynəbin bir anlıq üzü güldü. "Yeni il" gələcəkdi. Yeni il bayramını Zeynəb çox severdi. Bu düşüncəsi ilə qapı açıldı. Salona keçəndə atasının orda olduğunu gördü. Atasına tərəf yaxınlaşdı.
Zeynəb: Gəldim ...
Zeynal: xoş gəldin ..
Zeynəb: vaxtım yoxdu, nə demək isteyirsənsə tez de
Zeynal: dedim bir qızımı təbrik edim evlənib!!!
Zeynəb: Ata...
Zeynal: mənə ata demə! Sən məni alçaltdın! Mən Zakirə nə deyəcəm hə?!
Zeynəb: nə isteyirsən həə məndən nəə?! Niyə bu qədər dəyişdin belə sən?! Mən səni yox sən məni alçatdın!
Kim öz qızına bunları edər?! Sənə görə mən daha nə qədər əzab çəkməliyəm?!
Zeynal: Səsini kəs! Mənə öyüd nəsihət vermək ücün çağırmamışam səni bura. Caviddən ayırlacaqsan
Zeynəb: deyəsən biz evlənmişik. Ev-Lən-Mi-Şik!
Zeynal: ayırılassan dedim
Zeynəb: ayrılmasam, nə edəssən?
Zeynal: Məni məcbur eləməki, səninlə başqa cür danışım!
Zeynəb: mən 2 il əvvəl bu evi tərk edib gedəndə sənə demişdimki "Mənim həyatıma qarışma" mən sənin secim varinatın deyiləm. Hələdə sənə ata deyirəmsə, oda nənəmin ruhu şad olsun deyə yoxsa nə sən mənim atamsan nədə mən sənin qızın! İndi gedirəm,birdə məni narahat eləmə
Zeynal: Get amma məni çox axtaracaqsan, hələ `Qızım...!
Zeynəb evdən çıxdı. Nəfəs - nəfəsə qalmışdı yenə. Düşünürdü yenə "Atası olacaq insan niyə belə idi? Bunun arxasında nə yatırdı?!". Əli telefona getdi saata baxdı 21:36. Tez evə getməli idim. Bəlkədə artıq Cavid durub,məni axtarırdı. Amma yox Caviddən zəng yox idi. Tez taksiyə minib evə gəldim. Yavaş- yavaş içəri keçdim. Öz otağıma irəlləyirdimki Cavidin səsi gəldi "Hardan gəlirsən?". Nə deyimki inansın indi mənə? Ona hec yalan demək istəmirdim. Amma bəzən insan yalan danışmağa məcbur olur. "Məənn hava almaq ücün çölə çıxmışdım" Cavid az - çox mənə baxıb "Dəqiq Sənnn?" Başımı "hə" cavabında yellədim. Cavid bu defə sərt şəkildə mənə baxıb "Elə yalan deki inanım Zeynəb.." dedi. Zeynəb isə gözlərin Cavidin gözlərindən qaçıraraq "mən hec sənə yalan deyərəm Cavid" deyib öz otağına getmək istəyərkən, Cavid qolundan tutub saxladı. "Sən nə vaxt mənə Yaraşıqlı yox Cavid desən, demekki məndən nəyisə gizləyib, mənə yalan danışırsan. Unutma illərin dostduyuq səni çox gözəl tanıyıram" dedi. Zeynəb gözlərini yumub "seyy məənn " demək istəyərkən, Cavid Zeynəbin dodaqlarına yapışdı.

Bölümün Sonu ...

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 11 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri