Fərəhin şansı (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 013
Səs ver:
(səs: 0)
Mehri: Nihat nəsə olub?
Nihat: yox
Mehri: mənə elə gəlmədi axı
Nihat: off Mehri.. həə olub nənəmlə xalam qızı axşam qonaq gələcəklər mənə
Mehri: nə edəcəksən bəs?
Nihat: bilmirəm ..
Mehri: otaqda oturub, səsimizi çıxardmarıq
Nihat: sən mənim xalam qızın tanımırsan hər bir otağa baş çəkəcək burda yaxınlıqda park olmalıdır ora gedərsiz başqa yolumuz yoxdu
Mehri: yaxşı ..
Artıq axşama yaxınlaşmışdı. Ona görə Nihat onları parka qoydu. Fərəh isə hec nə anlamırdı.Mehri Fərəhlə skameykaların birində oturdu. Nihat isə evə qayıtmışdı. Nənəsi gil gəlmişdi. Yemək stolunda idilər.
Fərəh: mən qoxuyam
Mehri: qorxma balaca mən yanındayam (Fərəhi qucaqlayır)
Fərəh: evə nə vaxt geddəcuy?
Mehri: birazdan gözəlim Nihat gəlib bizi aparacaq. Nağıl danışım sənə?
Fərəh: həə danış
Mehri nağılı danışmaq istəyirdiki göy guruldamağa başaldı. Fərəh isə daha çox qorxmağa. Telefonuna baxdı Mehri hələdə Nihatda bir zəng mesaj yox idi.. Yavaş yavaş yağış yağmağa başladı. İndi nə edəcəklərdi? Evədə gedə bilməzdilər.. Bir anda yavaşca yağan yağış artıq leysana dönüşmüşdü.
Jalə: sənin gələcəyin yox idi deyə biz gəldiy
Nihat: yaxşı etdiz
Almaz: yağış leysan kimi yağır axsam burda qalaq bəlkə qızım
Nihat ayağa qalxdı. Ağlına Mehri ilə Fərəh gəldi. İndi yağış altında idilər. Nəcə edə bilmişdim axı bunu. Nənəmlə Jaləni evdə qoyub maşına mindim. Mehriyə zəng etsəm belə cavab yox idi. Parka çatdım. Amma olar yox idi. Leysan islatmışdı məni. Harda idilər axı. “Mehriii.. Fərəh..” deyə qışqırdım. Ətrafda başqa hec kimdə yox idi. Axı onları burda necə qoya bilmişdim.Maşına minib yenə zəng etdim. Yenə cavab yox idi. “Hardasız axı harda”. Yağış artıq kəsməyə başlamışdı. Mehri telefonuna baxdıqda Nihatdan zənglərin gəldiyini gördü. Yağışın səsindən eşitməmişdi. Zeng etdi. Nihat “hardasız?” Mehri “yağış yağdığı üçün binaların birinin blokuna girdik” dedi.. Səsi çox qırılmışcasına çıxırdı.. Bu qırılmışlığı Nihat belə hiss etmişdi səsindən.. Axı onları gecənin bir yarısı necə parkda qoya bilərdi tək başına? Ya başlarına başqa nəsə gəlsəydi? Nihat bu ağılsızlığı necə etmişdi axı? Həmin binaya gəldi. Maşına minmişdi. Maşın evin yanında saxladı. “Düşün” dedi. Mehri isə “sizinkilər getməyib düşməyək” dedi. Nihat artıq əsəbləşmişdi “birdə təkrar etməyəcəm düşün” dedim. “O qədər saatı o parkda, binada gözlədiksə indi 1 saatıda burda gözləyə bilərik. Narahat olma get evinə.” Haqqlı idi Mehri.. Sözlərində həqiqət vardı.. Nihat hec nə demədən maşından aşağı endi. Nənəsi gilə acıq aydın gedin dedi. Hətda qışqıraraq. Bu gün çox qəlblər qırmışdı Nihat.. Nənəsi gilin getdiyini görüb Mehri aşağı enmişdi. Qucagında isə Fərəh vardı yatmışdı.. Otaqlarına kecib Fərəhi çarpayıya uzatdı. Özü isə otaqdan çıxıb qapısının aşağısına çökmüşdü. Əlin ağzına tutub hönkür-hönkür ağlamağa başladı. Bu əziyyəti çəkmək məcburiyyətində idimi? Həə məcbur idi.. Bəlkədə tək olsaydı başına bir çarə tapardı.. Amma artıq Fərəh vardı.. Mehrinin həyatının anlamı olan Fərəh .. Hər dəfə Nihat onları əzirdi. 1 yaxşılıq edib 2 defə üzümə vururdu. Onunda həyatı belə idi. Onuda qınaya bilməzdim. Tez bir zamanda iş tapmalı idim. Belə olmazdı. Özümə gəlməli idim. Artıq bir yerlərdən başlamlı idim. “Sən mənə güc ver Allahım yalvarıram” dedi .. 1 heftə keçmişdi. Bu gün Uninin ilk günü idi. Nə qədər Fərəhi Nihatla qoymaq istəməsəmdə məcbur idim. Məni Uniyə O buraxdı. Fərəhin hər iki üzündən öpüb maşından endim. Nihat isə maşını şirkətə sürdü. Şirkətə Fərəhlə getmək..? Gedəcəkdi Nihatında başqa yolu yox idi.. Şirkətə girdiyində hər kəs Nihat bəyə baxırdı. Əsasda yanındakı uşağa. Nihat bu baxışlara fikir verməyib öz otağına keçdi. Artıq günorta idi. Azca işi qalmışdı. Uniyə gedib Mehrini götürməli idi
Fərəh: Buya səyindi?
Nihat: həə
Fərəh: sən aymısan buyaları?
Nihat: həəə
Fərəh: şəkiydəki kimdi?
Nihat: az sual ver Fərəh başım şişdi
Səsinin tonu biraz çox çıxmışdı. Fərəh bundan sonra sakit qaldı. Bu an otağa Jalə daxil oldu.
Jalə: salam
Nihat: sənədə salam
Jalə: bu qız kimdi
Nihat: uşaqdı görmürsən
Jalə: kimindi?
Nihat: tanış biri var onun
Jalə: bəs səninlə nə işi var xəbərin var səhərdən işçilərin ağzı dayanmır. Xəbər atanın qulağına çatsa sənin üçün pis olacaq
Nihat: çölə çıx!
Jalə: çıxıram amma nə gizlətdiyini öyrənəcəm
Fərəh: kimiydi O?
Nihat: bəsti Fərəh bəstiii. Sizi hardan mən həyatıma daxil etdim axı.. Niyə o avtobusa mindim həə mən niyəə mindim! Off mən dəli olacam..
Nihat dediyilərinin sanki indi fərqinə varmışdı. Yenə və yenə balaca Fərəhi incitmişdi. O günü yadına salmışdı... Fərəh dinmədi daha... Amma gözləri.. gözləri dolub durmuşdu. Fərəh qapıya tərəf gedib. Qapını açıb qaçmağa başladı. Ardıycasa Nihat qacdı “Fərəhh.. dayan Fərəh ...” Nihat Fərəhə çatıb onu qucağına götürdü. Fərəh isə qucaqlamırdı onu .. “Bağışla Fərəh”.. Fərəh qucağından yerə düşdü. Maşına minib Unidən Mehrini götürdülər. Maşında olanda Fərəhin səsizliyi Mehrinin diqqətini çəkmişdi. Nəsə olub deyə düşündü. Evə gəlib çatdılar. Yolda pizza almışdılar onu yeyib yuxarı qalxdılar

Mehri: mənim gözəlimm nə etdi bu gün həə?
Fərəh: qışqıydı mənə
Mehri: nəə?
Fərəh: məy onu cox isteyirem amma o məyi istemir. Məni ona veymə sabah yolar
Mehri: verimiyəcəm. Birdə səni tək qoymayacam
Mehri əsəbi şəkildə aşağı düşür.Nihat isə bu dəfə həqiqətən peşman idi. Axı nəyə görə bu qədər aqrissiv biri idi. Yenə eyni şey 1 aydan çox idi artıq baş verirdi.
Mehri: Fərəhi incitməyə nə haqqın var həə nə haqqın?! Niyə belə edirsən həə niyə?! İstəmirsənsə bizi evində üzümüzə de! Çıxıb gedərik! Onsuzda elədə olacaq. Unini dondurub özümə iş tapıb Fərəhidə götürüb gedəcəm...
Nihat: çox peşmanam bu dəfə həqiqətən ...
Mehri: hec de elə deyilsən. O qız səndən sadecə bir gülümsəmə istəyir. Sənin gözlərinin içinə baxanda onun gözlərinin içi gülür. Ya amma sən? Bu qədərmi çətindi həə bu qədərmi?!
Nihat: birdə elə olmayacaq söz verirəm
Mehri: inanmıram daha. Daş dilə gəlib danışar, amma səndən adam olmaz!
Nihat: həddini aşma Mehri!
Mehri: sözün düzün deyəndə, pis təsir edir hə insana!
Nihat: Mehrii çıx yuxarı qəlbini qırmaq istəmirəm
Mehri: onsuzda hər hərəkətinlə qırırsan!


Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri