Bir gecəlik günah (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 13
Baxılıb: 6 333
Səs ver:
(səs: 0)

Məryəm özündən getdikdən sonra Ariz Sənana xəbər etmişdi. Sənanda Məryəmi xəstəxanaya aparmışdı. Əsəb və stresin nəticəsində Məryəmin ürəyi getmişdi. O qədərdə ciddi bir şey yox idi. Sənanla birgə xətəxanadan evə gəldilər. Yol boyu hec danışmamışdılar. Evə girər girməz isə, Sənan danışmağa başlamışdı artıq "Sənə məni narahat etmə demişdim univeristetdə! Sən isə ilk gündən mənə problem yaratdın! Nə istəyirsən axı məndən nə?!"deyib Məryəmin qolundan möhkəm tutub sıxmağa başladı. Məryəm isə Sənanın bu hərəkətinə çox qorxmuşdu kəkələyərək "Məənn.."dedi. Sənan qışqıraraq "Mən nə?! Həəə?! Mən nəəə?!"deyib Məryəmin qolun buraxdı.Məryəm dolmuş gözlərin yerə tikib "Məənimm xəbərim olmayıb Ariz xəbər edib.. Baağışlaa.."deyib cəld yuxarı çıxdı. Yuxarı öz otağına çıxanda qapının səsin eşitdi. Deyəsən Sənan getmişdi.. Məryəm pəncərə qarşısına keçib, əsəblə maşınına minən Sənana baxdı. Daha sonra əlin bətninə qoyub "Bağışlaa körpəm.. Bunları sənə yaşatdığım üçün məni bağışla.. İçimizdə ən saf sənsən.. Atan sənə 'günah' desə belə sən içimizdəki ən günhassız birisən... Mən istəməzdim belə olsun.. Amma qıya bilmədim sənə.. Bəlkədə böyüyəndə məni günahkar biləcəksən.. Mənə 'məni bu dünyaya niyə gətirdin..?'deyəcəksən... Amma mən səni hiss edirəm.. Sənə görə dözürəm hər şeyə.. Bilmirəm nə vaxta qədər bu belə olacaq, nə vaxta qədər mən dözə biləcəm bu yaşayışa.. Sənə görə yaxşı olmağa çalışacam.. Çünki səndən başqa hec kimim yoxdu..." deyib gözlərindən axan yaşları silməyə başladı..Sənan isə çox əsəbi idi. Maşının roluna vura - vura "İndidən problem yaradır! Axx mən necə o sehvi etdim! Cəzasında çəkirəm indi!"deyib öz özünə deyinməyə başladı. Axşam düşmüşdü artıq. Saat 10-a yaxınlaşırdı. Məryəm tək başına qonaq otağında tv izləyirdi. Birdən bir səs eşitdi. Qapını kim isə kilint ilə açırdı. 'Kim ola bilər axı' deyə ağlından keçirtdi. Çünki bu saatlarda Sənan evə gəlməzdi. Amma qarşında ona baxan bir cüt Sənanı görüb təşvişə düşməyə başladı."Hara gedirsənsə ged evə 2 dən tez gəlmə. Bir azdan dostlarım gələcək, səni evdə görməylərini istəmirəm"dedi. Sənan Məryəmi bu günki vəziyyətə görə belə cəzalandırmaq istəyirdi.. Məryəm isə Sənanın bu dediklərinin qarşısında sakit dayanmışdı. Sənanı bu hal özündən çıxartmışdı "Sənə ged dedim nə üzümə baxırsan hələdə?"dedi əsəbi bir şəkildə. Məryəm tez yuxarı qalxıb özünə lazımlı əşyalarını yığıb evi tərk elədi. Küçədə yalnız başına qalmışdı. "Körpəm qaldıq tək.. Hara gedək axı...?"dedi. Və sol tərəfə dönərək irəlləməyə başladı. Sənanın isə dostları artıq qapıda idi. Dostları dediyi şəxslər Ariz, Cavad, Fidan, Arzu və Samir idi. Arizin gözü Məryəmi axtarırdı. Amma Məryəm yox idi.. Sənan isə mətbəxdə içəcək hazırlayırdı. Ariz mətbəxə kecib "Məryəm deyəsən tez yatıb"dedi. Sənan isə "Yatmayıb. Evdən getməsini istədim". Ariz bu cavabı eşidib "Ağlını itirmisən sən?! Hamilə bir qadını bu vaxtı necə çölə ata bilərsən?! Üstəlik O qızın bu gün ürəyi getdi?! Ya başına nəsə gəlsə?!"deyib mətbəxdən çıxdı. Sənan isə Arizin bu reaksiyasına qaşların çatmışdı. Ariz dostların "Mənim təcili işim çıxdı gedirəm" deyib evdən çıxdı. Məqsəd Məryəmi tapmaq idi. Məryəmə zəng edib harda olduğun öyrənəndən sonra onu orda gözləməsini bildirdi. Məryəm evdən çox uzaqlaşmamışdı. Ariz maşını ilə Məryəmin qarşısında dayandı. Məryəm isə maşına mindi. "Yaxşısan.?" Dedi Ariz Məryəmə baxaraq. "Həə yaxşıyam.. Amma mənə görə istəmirəm Sənan ilə aranda problem yaransın" dedi. Arizin tək istəyi Məryəmin yaxşı olmağı idi. Çünki Nərgiz xanım belə əmr etmişdi. "Yaranmaz narahat olma... İstəyirsən bu gecə Nərgiz xala gildə qal. Çünki ordakılar 3-4 dən tez gedın deyillər. Məryəm "Yox olmaz.. Sənan sonra bunuda problem edəcək.." dedi qırılmışcasına.. Əslində Məryəm qırılmamışdı.. Məryəm paramparca idi.. Ariz "Axı o vaxta qədər nə edəssən"dedi. Məryəm "Getməsən.. sənin maşınında qalsam.."dedi üzgün baxışları ilə Arizə baxaraq. Ariz Məryəmin bu cavanına xəfifcə təbəəssüm edib "Yaxşı.. qalaq.."dedi. Saat artıq 3 yarsına yaxınlaşmışdı. Məryəm yatmışdı. Ariz isə bu işlərin sonu necə olacaq deyə düşünürdü. Ən yaxın dostunu sehv edə - edə gedirdi çünki. Məryəm birdən yavaş-yavaş gözlərini açmağa başlayıb "Saat necedir?"dedi. Ariz "3- yarısıdı.." dedi. Məryəm "Mənn artıq gedim.. Çox sağol.." deyib maşından endi. Və yavaş-yavaş evin yoluna tərəf irəlləməyə başladı. Küçənin küncündə dayanıb, Sənanın evdən çıxan dostlarını gördü. Sənanın üzü gülürdü.. Məryəm qıraqdan onların bir biri ilə necə səmimi olub maşınlarına minməsini izlədi. Daha sonra Sənanın evə girməsini. 10 dəqiqədən sonra özündə cəsarət toplayıb evə daxil oldu. Sənanın isə mətbəxdə olduğunu gördü. Sənan mətbəxdən çıxıb "Ooo Məryəm xanım gəlib"dedi qəh qəhə çəkərək. Məryəm isə ona sanki iyrənmişcəsinə baxırdı. Məryəm cavab vermədən öz otağına daxil oldu. Sənan isə Məryəm yuxarı çıxdıqdan sonra gülüşü üzündən silinib Arizin son dediyilərini düşündü..

Bölümün Sonu

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 6 333
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri