Bir gecəlik günah (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 5 145
Səs ver:
(səs: 0)

Səhər açılmışdı artıq. Sənan Məryəm ilə qarşılaşmamaq üçün, səhər saatlarından evdən çıxmışdı. Məryəm isə xəstəxanaya üz tutmuşdu. Yoxlanışdan çıxdıqdan sonra Məryəmin üzü gülürdü. Xəstəxanadan çıxıb, yaxınlıqdaki parkaların birinə gəlib skamekaların birində əyləşdi. Həkim ona yataq şəraitində, yatmasını bildirsədə Məryəm indi çox xoşbəxt idi. Çünki, bir qızı olacaqdı.. "Qızım..." dedi gözündən bir damla yaş düşərək "Sən mənim balaca bir dünyamın, böyük bir möcüzəsisən.. Hər şey yaxşı olacaq bundan sonra.. Səni çox sevirəm, qızım.. Atan.. Atan istəməsə belə səni mən səni çox sevirəm.."deyib göz yaşların silməyə başladı. Daha sonrasa bundan sonra necə olacağın düşünməyə başladı. Telefonuna mesaj səsi gəldi. Mesaj Arizdən idi.
"Dərsdə niyə yoxsan? Hər şey yaxşıdı?"yazılmışdı. Məryəm isə cavabında "Yaxşıyam... Axşam istəsən gələrsən danışaram"yazdı. Daha sonra evə getmək üçün ayağa qalxdı. Sənan isə Fidan ilə dalaşıb dərsdən çıxmışdı. İkisidə eyni anda evin qapısının ağzında idilər. Sənan qapını açıb içəri kecdi ardıycada Məryəm. Sənan öz otağına çıxmaq istəyərkən, Məryəm onu səslədi.. Bu gün hər şey dəyişməli idi.. Dəyişməsəydi Məryəmin gedəcəyi yol bəllidi artıq. "Sənan.." dedi. Sənan ona 'nə var' anlamında çönüb baxdı. "Maraqlı deyil sənə cinsiyyəti..?"dedi. Sənan qalxdığı piləkandan enib, düz Məryəmin qarşısında dayanıb "Maraqlı olsaydı, bu gün sənin yanında olmuş olardım. Sən başa düşmək istəmirsən! Mənə Bir Gecəlik Günah olan uşaq lazım deyil! İstəmirəm! İSTƏMİRƏMMM!"dedi. Məryəm buna bənzər bir cavab gözləyirdi, amma bu qədər ağrında gözləmirdi.. Sənan yuxarı çıxdı. Məryəm isə Sənan dediyi sözləri həzm etməyə çalışdı. Axşam düşmüşdü artıq. Ariz Sənan gilə gəlmişdi. Məryəm ilə qonaq otağında oturub deyib gülüb söhbət edirdilər. Sənan isə mətbəxdə kofe hazırlayıb, çox vaxt onlara nəzər salırdı.

Ariz: həkim nə dedi?
Məryəm: yataq şəritində qalmağımı, stres və əsəbdən uzaq durmağımı və s. ilaxr
Ariz: Bəlkə Nərgiz xala gilə köçəsən hə?
Məryəm: onları narahat eləmək istəmirəm
Ariz: bəs burda necə olacaq? Hələ unin var
Məryəm: Nərgiz xanımla danışacam, qiyabıya kecirtmək olarsa uniyə getməyəcəm. Beləcə evdə qalıb rahat dincələ bilərəm
Ariz: başqa hər şey qaydasındadı?
Məryəm: birdə cinsiyyətin öyrəndim ..
Ariz: nəə? Nədii?
Məryəm: qızdı...

Ariz "Nəə" deyib ani refleks ilə Məryəmə sarıldı. Bu sarılışı Sənanın öskürəyinin səsi pozdu. Ariz Sənana dönüb "Təbrik edirəm qardaş"dedi. Sənan hec nə anlamamış kimi "Nəyi..?" dedi. Ariz "Qızı atası olacağın üçün" deyib Sənanada sarıldı Sənan isə bu cavaba sanki şok oldu. Dönüb Məryəmə baxdı. Məryəm isə qorxaq baxışların Sənandan çəkib yerə dikdi.

Bölümün Sonu..

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri