Bir gecəlik günah (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 6 099
Səs ver:
(səs: 0)
Ariz çıxıb getdikən sonra, Sənan evdə o baş, bu başa gedib gəlirdi. Niyə belə olduğu haqqında hec bir fikri yox idi. İçi içinə sığmırdı sanki. "Qızdı demək... " dedi öz özünə. Məryəm isə otağına çıxıb bu günki günü düşünürdü. Bundan sonra Sənan ona həyatı daha zindan edəcəyini sanırdı. Çünki Sənan uşağı belə qəbul etməzkən, Ariz cinsiyyətini söyləmişdi. Səhər bu düşüncələr ilə açılmışdı.Sənan səhərdən durub gözəl bir süfrə hazırlamışdı.. Məryəm isə yuxudan yeni ayılıb, mətbəxə keçmişdi.. Sənanın özü üçün belə bir süfrə hazırlamağın hec gözləmirdi. Sənan Məryəmin gəldiyini görüb ona baxaraq süfrəyə əyləşdi. Süfrədə hər şeydən 2 ədəd qoyulmuşdu. Bu hal Məryəmin gözündən yayınmamışdı. Onun üçün "Qonağın var yəqin.. Mən tez çıxım evdən"dedi. Sənan isə səsin temizləyib "Otur.."dedi. Məryəm Sənanın nə dediyini anlamamışdı. Sənan yenidən "Kec otur sənə dedim". Məryəm çəkinərək stolu çəkib əyləşdi. Ağlından isə 'Sənan niyə belə edir' deyə keçirdirdi. Yavaş-yavaş yeməyə başlamışdı. Sənan səssizliyin pozub "İndi niyə belə etdiyimi soruşursan özündən yəqin. Kefimdən etmirəm.. Hər an anam gələ bilər deyə edirəm. Nəvəmə yaxşı bax, yoxsa səni oğulluqdan çıxardaram kimi təhtidlər etdi mənə. Sırf ona görədə belə eləməyə məcburam. Uni ilə əlaqədar isə danışıqlar aparır. Hər yerdən bəxtin gətirdi deyim.." deyib ayağa qalxdı. Məryəm isə bu gedişin arxasından içdiyi çayı yerə qoyub fikirləşməyə başladı. Nə vaxta qədər belə yaşayacaqdılar? Nə vaxta qədər Məryəm Sənanın tənqidlərinə dözəcəkdi? Ona rahatcılıq lazım olduğu halda, hər günü qorxu və həycanla keçirirdi Zaman hər şeyə çarədir deyirdilər? Bəs bu kecən zaman, Məryəmə niyə çarə olmurdu? Məryəm Sənanı əvvələr saf sevgi ilə sevirdi. İndi o saf sevgi hissin yerini, ifadəsi belə olmayan bir hiss almışdı. Duyğuları çox qarışmış bir vəziyyətdə idi.. Bəlkədə qızının atası O olduğu üçün idi.. Bilmirdi.. Necəki başına bunların gələcəyini bilmədiyi kimi ...
Hava qaralmışdı artıq. Məryəm qonaq otağında tv izləyərkən, yuxu tutub yatmışdı.. Sənan evə daxil olur. Acıq qalan tvni söndürüb, Məryəm tərəfə yaxınlaşıb onun üzünə heyranlıqla baxır. "Kaş.. belə olmasaydı.."deyib əynində geyindiyi pencəyi çıxardıb Məryəmin üstünə atıb, özü isə mətbəxə keçir. Mətbəxə baxdığda yemək olmadığını görüb, yemək hazırlamaq qərarına gəlir. Soyducunu acıb aşağıda olan toyuğu götürüb qızartmağa başlayır. Qızartdıqca isə ağlına, Məryəmin qızartdığı, amma ona görə yeyə bilmədiyi toyuq qızartması düşür. "Mən neynirəm belə..? Bu düşdüyüm vəziyyət nədi? Niyə qız olduğunu öyrənəndən sonra, ona qarşı münasibətim dəyişdi? Mən axı istəmirəm oları?"deyib öz özünə suallar verməyə başladı. Məryəm isə yavaş-yavaş gözün açmağa başlamışdı. Üstündəki pencəyə baxıb 'Bunun mənim üstümdə nə işi var?'dedi. Sənanın möhtəşəm qoxusu, pencəyin üzərində idi. Sənan Məryəmin ayıldığını görüb "Yemək hazırdı.. sən əyləş mən süfrəni qururam"dedi. Məryəm isə kəkələyərək "yaaxşıı"deyib masaya keçdi. Sənanı hec vaxt belə görməmişdi. Sənan süfrəni qurduqdan sonra özüdə əyləşdi. Məryəm qızardılmış toyuğa baxdı. Bu hal onun üçün dejvua kimi gözünün qarşısından keçdi. Yeməklər yedildikdən sonra isə Sənana Fidandan zəng gəldi. Sənan telefonu söndürüb, Məryəmə baxıb "Dostlarım gəlir"dedi. Məryəm isə Sənana alçaldıcı baxışlar ilə baxıb yuxarı çıxdı. Az sonra isə Sənan Məryəmin geyimli halın gördü qarşısında. Məryəm hec nə demədən evdən çıxdı.

Bölümün Sonu...

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 6 099
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri