Bir gecəlik günah: Əmanət (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 603
Səs ver:
(səs: 0)
Rüzgar təklif etmədən Səlim içəri daxil oldu. Bahara baxıb "Gedirik!" dedi. Bahar Rüzgara dönüb titrəməsinin başladğının fərqinə vardı "Getmirəm mən hec yerə Səlim! Xahiş edirəm çıx get. Sonra mən sənə hər şeyi izah edəcəm" Baharın istəyi bir an öncə Səlimin burdan çıxıb getməsi idi. Rüzgarın onun yanında tutması tutmağını istəmirdi. Rüzgar isə 2 dostun arasına girə bilməzdi deyə sakitcə qıradan durub onları izləyirdi. "Necə yəni getmirəm? Sən dünən göz yaşı tökmürdün bu oğlana görə? " Səlim daha sonra Rüzgara dönüb əli ilə onu göstərib "Bunun hec özünə xeyiri yoxdu! Titrədiyini görmürsən?! Bir gün sənədə ziyan verəcək?! Narkotik istifadəçisindən nə gözləyirsən hə sən?!" Səlim üzünə dəyən şillənin təsirindən susdu.. Bahar bu sözlərə daha çox dözə bilməyib Səlimə bir şillə atmışdı. Səlim şillə dəyən üzünü tutub gözlərindəki əsəblə Bahara baxdı. Baharınsa demek istədiyi sözlər boğazında düyüm kimi qalmışdı. Səsi ağlar formada çıxıb "Sən Rüzgarın nə çəkdiyini, nələr hiss etdiyini bilmirsən! Bir insanın ən zəif nöqtəsindən necə istifadə edə bilərsən hə?! Get Səlim get!!!"deyib qapını işarət etdi.Səlim bir söz demədən evdən çıxdı.Səlimin evdən çıxdığını görən, Rüzgar aşağı çöküb kürəyini divara söykədi. "Mənə görə dəyməzdi Bahar.."deyib dizlərini özünə tərəf çəkdi. Bahar Rüzgarın yanına çöküb "Dəyər Rüzgar dəyər.. Sən mübarizə apardıqca dəyər.. Rüzgar niyə perafisional dəstək almırsan? Rahat olar sənin üçün.." dedi. Rüzgar qızarmış gözlərini Baharın görməməsi üçün aşağı salıb "Ala bilmərəm.. Ağa tayfasının qulağına bu xəbər çatsa mənə, bu zəhərdən canımı qutarmağa icazə verməyəcəklər.. Bu halımla onlarla mübarizə apara bilmərəm.. İndi bacarsam bacaracam, bacarmasam ..." dediyində Bahar əli ilə Rüzgarın üzündən tutub ona baxması üçün şərait yaradıb "Bacaracaqsan... Həmdə birdə məndən gözlərini gizlətməyə çalışma.. Mən səni belə sevmişəm.. Mən səni belə qəbul etmişəm.. Mən güclü və iradəli Rüzgarı sevmişəm.." Rüzgar üzündəki əlləri aşağı salıb onları öpməyə başladı "Mən iradəli deyiləmki.. Mənim sənə qarşı olan hisslərimdi məni iradəli tutmağa çalışan... Sən hansı ara bu qədər böyüdün? Bağışla məni Bahar.. Dünən sənə o məzərəni yaşatdığım üçün bağışla..." Bahar Rüzgarı qucaqlayıb "Dünən qaldı dünəndə.. Sən məni bağışla.. Sənin elə bir sey etməyəcəyini anlamalı idim.." Rüzgarda Bahara sarılıb "Səni Sevirəm prenses qız"dedi. Amma artıq özündə deyildi.. Yenə həb istəyirdi.. Baharda bunun fərqində olduğu üçün ayağa qalxıb əlindən tutub birlikdə otağa çıxdılar. Yenə eyni məzərə.. Rüzgar hər şeyi qırıb dağıtmış, ağlamağa başayıb, divarın bir küncündə sıxılıb qalmışdı.. Bahar isə əlindən bir şey gəlmədiyi üçün Rüzgarı uzaqdan izləmişdi. Rüzgar ayağa qalxıb çəkməcələri qarışdırmağa başladı.Gözü dönmüşdü deyə həb'i axtarırdı. Tapıb əlinə aldıqda isə həb'in qabın acmağa çalışırdı. Bahar isə Rüzgarın nə etdiyini indi anlamışdı sanki.. Rüzgarın yanına gedib açmaq istədiyi həb'i əlindən aldı. Bu qədər müddət idi dayanardı.. Bu gün hər şeyi məhv edə bilməzdi. Rüzgar "Bahar ver onu mənə..." Bahar "Olmaz Rüzgar! Olmaz! Dayan Rüzgar bizə görə dayan!" Rüzgar göz yaşlarını silib "Bıcaq gətir mənə..." Bahar Rüzgarın bıcaqla nə edəcəyini düşündü? Rüzgar "Bahar gətir!"deyib qışqırdı bu dəfə.. Özündə olmasada Baharın yanında olması onu özünə gətirirdi sanki. Bahar mətbəxə enib bir bıcaq gətirdi. Çəkinərəkdə olsa bıcağı Rüzgara uzatdı.. "Özümdən getsəm qorxma.." deyə bildi sadecə Rüzgar. Və bıcağı əlinə alıb zədə olmayan əlinin icinə olduqca böyük kəsik atdı.. Baharın isə sadecə ağzından "aa.."nidası çıxdı. Rüzgarın əlindən qan axmağa başlamışdı. Əlindəki qana baxıb gülümsəməyə başlayıb özündən getdi. Bahar göz yaşlarını silib Rüzgara yaxınlaşdı "Bu gündə bacardıq..." deyib qanayan əlini gördükdə içi acıdı sanki. Evi gəzib sarğı bezi axtarmağa başladı. Tapdıqda Rüzgarın yanına gəlib kəsik atdığı əlini sarımağa başladı. Daha sonra Rüzgarın başın dizlərinə qoyub, saçlarını oxşadı.. Yarım saatdan sonra Rüzgar gözlərini yavaş - yavaş açmağa başladı.. Bahar Rüzgarın gözlərini açdığını görüb gülümsəməyə başladı.
Rüzgar bu gülümsəməyə acı dolu gülüş ilə qarşılıq verib "Çox yorğunam.."dedi öskürərək.. Bahar "Bu gündə kecdi..." deyib Rüzgarı tutaraq qalxmağa başladılar. Rüzgarı yatacağına uzadıb üstün örütdü.Rüzgar Olduqca zəif çıxan səs tonu ilə "İşə yaradı bıcaq.." Bahar bıcağın nə üçün işə yaradığını tam olaraq anlamış deyildi. "Necə oldu bu?" Rüzgar hər iki sarğılı olan əllərinə baxıb "Bir kitabda oxumuşdum.. Bu vəziyyətdə qan görmək insanı sakitləşdirir.. Ağrısada işə yaramağına çox sevindim.. Bahar sən getsən yaxşı olar hava olduqca qaraldı.. Atan ilə bir problem yaşamağını istəmirəm.." Bahar dodaqlarını dişlməyə başlayıb "Mən axı getmək istəmirəm.. Səninlə qalmaq istəyirəm.."dedi. Rüzgar "Mən yaxşıyam balacam.. Atanı unutma.. sabah görüşəcik səni buraxmağa niyyətim yoxdu. Və elə bir gün gələcəkki sən mənim yanımdan hec vaxt getməyəcəksən" Bahar Rüzgarın bu sözlərindən sonra Rüzgara yaxınlaşıb sol üzünə, qoxusunu içinə çəkərək bir öpüş qondurub otaqdan çıxdı. Ağılı Rüzgarın yanında qalsada evə getmək məcburiyyətində idi. Evə gəldikdə qonaq otağında Səlimi və olduqca ona əsəbi baxan Sənanı gördü.. İş artıq ciddiləşmişdi..!

Bölümün Sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri