Yara'na məlhəm (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 7 169
Səs ver:
(səs: 5)
Tanıtım
"Doğruluq yoxsa Cəsarət?"oyunundan yaranan, tutqulu bir eşq hekayəsidi bu. Bir gün dostları ilə bu oyunu oynamaq qərarı alan Kamran, başına nə gələcəyini bilmədən cəsarəti secir. Cəsarət olaraq ona, məktəbin ən səssiz qızı olan, Sofiyanın nömrəsi verilir. Və ondan ona 'səni sevirəm' mesajının yazılmasını istəyirlər. Kamran üçün bu mesaj sadecə əyləncədən və oyundan ibarət olarkən, bir anda özünü Sofiyaya aşiq olmuş bir vəziyyətdə tapır. Hansıki O qız atası tərəfindən hec vaxt sevilməyib, həmişə ailə təyziqinə məruz qalıb və içi tamimi ilə yarayla doludur.

Kamran: Səni sevirəm
Sofiya: Məni atam belə sevməzkən, bir başqasının sevəcəyini hec gözləmirəm..

"Yaxın gəl,
Atanın hec sığal çəkmədiyi saclara, sığal çəkim...
Yaxın gəl mənə,
Yara'na Məlhəm
Olum ..."


Bölüm 1
Diqqət "Bu hekayede bir az sən varsan, bir az mən varam, bir az da biz varıq..."
20 yaşlı bir gənc üçün həyat necə ola bilərdi? 20 yaşım olmağına baxmayaraq hələdə məktəbdə oxuyurdum. Problemli bir uşaq idim və dərslərdən qalaraq 11 ci sinifi bitirə bilmirdim. Ailəm tərəfindən əl üstündə tutulan bir uşaq, qızların sevimlisi, dostlarımın isə canı idim. Bir sözlə həyat mənim ücün hec ciddi deyildi. Ağrı, acı nədir bilməzdim mən. Elədə qalacağını düşünərkən, həyatımın bir mesaj ilə dəyişəcəyini hec düşünməzdim. Hər sey o gün başlamışdı. Canım sıxıldığından bufetə düşmüşdüm. Bir toplu uşağın bir yerdə oturduğunu görüb onlara tərəf irəllədim. 'Doğruluqmu yoxsa Cəsarətmi?'oyunu oynayırdılar. Bu oyunu hec sevməsəmdə məndə qatılmaq qərarı aldım. Mənə yox deməzdilər... Oyuna qatıldıqdan sonra, bu toplunun bu oyunu həqiqətən oyun olaraq deyildə, daha çox bir birilərini əzmək üçün oynadıqlarını hiss etdim. Çevirdikləri şüşə mənim və Vüsalənin arasında durdu. Vüsalə sanki bunu gözləyirmişcəsinə kimi "Doğruluqmu yoxsa Cəsarətimi?"dedi. Gözlərimi qısaraq ona baxdım. Bu qızın mənlə keçmişdə yaşanmış bir hadisəsi olub? Deyəsən 2 aylığına olmuşdu.Amma məncə keçmişi çox düşünməzdi. Kamran demek, cəsarət demekdir deyib "Cəsarət.."dedim. Gülməyə başladı.. Bu qızın belə gülümsəməsi hec xeyir əlamətə oxşamırdı. "Cəsarətli oğlan, indi sənə bir qız nörməsi verəcəm. Səndə O qıza 'Səni Sevirəm' yazacaqsan"dedi.Bu dəfə mən gülməyə başladım. Burda problemli bir şey yox idi. Onsuz mənim işim bu idi."Problem yoxdu ver"dedim özümdən əmin bir tərzdə. Nömrəni mənə uzatdı. Kontakta 'Cəsarət'deyə qeyd edib, həmin nömrəyə mesaj yazmaq istəyərkən, ağlıma bir sey gəlməsi ilə durdum. Mən bu qızın kim olduğunu bilmirdim hec. Ya köhnə sevgillərimdən olsaydı? "Qızın adı nədi? Bir az bəhs etsən?"dedim Vüsaləyə baxaraq. "Adı Sofiyadı.. Sən tanımazsan yəqin. Çünki səssiz bir qızdı, kölgədə deyə bilərik ona"deyişi ilə masa ətrafındakılar gülüşdülər. Daha sonra sözünə davam edib "Ən son pəncərə tərəfdə yalnız oturub kitab oxuyan qızdı. Sosial deyil yəni assosisaldı" Dediyi yerə baxdıqda sacı iki yerə ayrılaraq hörülmüş, rəngi bəyazlamış, əlində kitab olan və diqqətlə kitaba baxan, masasının üstündə isə bir kofe ilə telefonun olan bir qız gördüm. Dedikləri kimi var imis... Qız sanki bizim dünyadan deyildi.. Amma gözəl idi... Telefonu əlimə alıb ona "Səni sevirəm" yazıb masadakı hər kəsə göstərdim. O an ürəyim bu mesajı atmaqla böyük bir sehv etdin, amma ağlım isə əksinə, sən cəsarətini göstərdin deyirdi. Bu an bufetə müdürün daxil olması ilə masadakılar dağlışmağa başladı. Mən rahat idim. Çünki müdür dayım idi. Bəziləri isə qalxmamışdı. Yəqin dərsləri boş imiş... Gözüm hələdə adının Sofiya olduğunu öyrəndiyim qızda idi. Əlindəki kitabı yerə qoyduqdan sonra, kofedən bir yudum alıb masanın üzərinə qoymuşdu. Daha sonra telefonu əlinə almışdı. Mənim isə ürəyim bir anlığına sürətli döyündü. Niyə bu qədər həycanlanmışdım? Məndə telefonu əlimə alaraq whatsappa girdim. Girdiyim an 2 xet olmuşdu. Ona baxırdım... Amma üzündə dəyişən bir mimika yox idi. Mesaja hec bir reaksiya verməmişdi. İnsan ən azı sağa sola boylanıb baxardı.Barmaqları telefonun üzərinə gedəndə mesaj yazacağını anladım. Nə cavab yazacaqdı görəsən? Telefonuma yeni bir bildirim gələndə onadan olduğunu bilib, mesaja daxil oldum "Məni atam belə sevməzkən, bir başqasının sevəcəyini hec gözləmirəm..." Dəqiqə bir, qol bir! Belə bir cavab hec gözləmirdim. Bu qız haqqında hec nə də bilmirdim. Bu qıza bir oyuna görə sənə yazmışamda deyə bilməzdim. Nə edəcəkdim indi mən? Məni tanımırdı... Allahdan profil və status yox idi. Bir qız niyə atası tərfindən sevilməsinki? Nə cavab yazacaqdım? Daha doğrusu niyə cavab yazmaq istəyirdimki? Bir az düşündüm və "Gözləmədiyin bir seylər olunca, həyat gözəlləşməyə başlayar" yazdım. Yəni, bunu mən O qıza yazdım. Telefona baxdığını gördüm. Bu dəfə qaşları çatılmağa başladı. Yəni, pis bir cavab verməmişdim. Bu qədər əsəbləşəcək nə vardıki? Nəsə yazmağa başladı."Mənim həyatdan hec bir gözləntim yoxdu, birdə narahat etməyin məni"oxuduğum mesaja bu dəfə mənim qaşlarım çatıldı.
Yəni insan belə danışmaq əvəzinə ilk öncə yazarki 'Sən kimsən?' amma bu qız bunu yazmaq əvəzinə ədəbiyyat yazırdı. Daha nə yaza bilərdim? Ən yaxşısı yazmamaq idi. Telefonun ekranın söndürdükdə, gözlərim ona tərəf çevrildi. Oda telefonunu söndürmüşdü. Amma mənim əksim O düşüncəli idi. Ayağa qalxıb əlinə kitabını və telefonunu alıb bufetdən çıxmağa başladı. Qəribə qız idi... Daha çox fikirləşməməyə çalışıb məndə ayağa qalxdım. Dərs bitmiş, bütün gün dostlar ilə gəzib gece saat 12 də evə gəlmişdim. Ev deməyimdə inciyər məndən, saraya gəldim. Evdəkilərin gözünə görsənmədən, öz otağıma çıxdım. Yatacağa uzanmaq üçün cibimdən telefonu çıxardıb yatacağın üstünə atdım. Daha sonra ağ köynəyin düymələrini açıb, əynimdən çıxardaraq bir futbolka geyinib telefonu əlimə alaraq yatacağa girdim. Ağlıma O qız gəldi. Whatsappa girdim. Son çıxış tarixi ən son mesaj yazdığım tarix idi. Yəni bu qıza hec kim yazmırdı? Ya özü girmirdi? Eyni qızlar ilə yazışıb, görüşməkdən sıxılmışdım. Yeni bir məcaradan mənə bir ziyan gəlməzdi. O ədəbiyyat danışırdısa, məndə ədəbiyyat danışardım. Görəsən Kamran olduğumu bilsəydi, yazı tərzi dəyişərdi? Ya yenə belə olardı? Nə çox sual düşündüm mən. Ona kimliyimi bildirməyəcəkdim. Onuzda soruşmurdu. Onun haqqında sabah məlumat toplamalı idim. Bu günlük isə bir az rol oynamalıydım. "Bu yalnızlıqla hara qədər gedəcəksən?" yazdım. 2 xətt idi. Amma oxundu bilgisi yox idi. Yazmırsa hec yazmasın! Onu boş verib taxıldığım qızlardan birinə yazdım. Daha doğrusu onlar yazmışdı. Cavab verməmişdim. Yarım saat keçməyinə baxmayaraq, yenə cavab yox idi! Niyə yazmamışdiki?! Yeni bildirimin gəldiyini gördükdə, ondan gəldiyini sandım. Amma yanılmışam O deyildi... "Bəlkə cavab verəsən? Bu qədər çətindi bir mesaja cavab vermək?!"yazıb əsəblə göndərdim. Birinci dəfədi birinin mənə mesaj yazmasını səbirsizliklə gözləyirdim...

Bölüm Sonu ...

Müəllif: Goncha

Ps. Hekayədəki Sofiya obrazı "Elina"nın anısına həsr olunaraq qələmə alınıb...
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 7 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri