Yara'na məlhəm (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 976
Səs ver:
(səs: 1)
Bir az daha yazışdıqdan sonra yemek yediyi üçün sağollaşıb wpdan çıxmışdı. Onun yaxşı olması üçün çalışırdım. Səsimi birdən tanıyar deyə çıxartmaycaqdım. Düzdü, səsimi yadında saxlayacağını sanmırdım, amma yenədə ehtiyyat edirdim. Bu işin sonu hara gedəcəkdi? Niyə özümü ona yazmağa borclu hiss edirdim? Özümü anlamaqda çətinlik çəkirdim... Səbəb bir səbəb axtarırdım. Amma yox idi... İlk başlarda məqsədim bir balaca oyun oynamaq olsada, indi oynamırdım... Onu bu gün kafedə gördükdə və telefon danışığında daha yaxşı tanımışdım. Əslində, özünə qapanıq deyildi. Sadecə ətrafdakılara görə oda rola girirdi. Bunu anlamaq mənim üçün o qədərdə çətin deyildi. Mən bunları fikirləşərkən Fariz mənə mesaj atdığını gördüm. Daha doğrusu çoxdan atmışdı ferqli saatlarda amma mən cavablamamışdım.

Fariz: hey dostum bu gün kafedən elə niyə çıxdın?
Fariz: daha doğrusu Sofiyanın yanına niyə getdin?
Fariz: Ona kölgə deyilməsinə niyə əsəbləşdin?
Fariz: Saleh nə deyirdi elə onunla yazışırsan sən?
Fariz: Hələdə yoxsan
Kamran: Sən nə qədər sual vermisən mənə?
Fariz: Cavab ver mənə bu saata qədər niyə ortalıqda yoxsan?
Kamran: İşim vardı Fariz
Fariz: hələdə mənə cavab vermirsən
Kamran: üzə üzə danışarıq yaxşı?
Fariz: yaxşı onda gəl hər zamanki clubların birinə görüşək
Kamran: bu gün olmaz evdən çıxa bilmərəm
Fariz: Off dostum sənə nəsə olub sən belə deyildin
Kamran: yaxşı çıxıram mən

Farizlə olan yazışmadan çıxıb aşağı düşməyə başladım. Görəsən mənim gözəl ailəm nə edirdi. Tək uşaq olmaq mənim canımı sıxırdı bəzən. İndi o saatlardan birini yaşayırdım. Məni görən atan "Oo oğlum evdəymişki mənim. Bax anası"dedi. Əslində, ələ salırdı... Öyrəşmişdim. "Ata hec zarafat qaldıracaq bir halda deyiləm"dedim. Bu sözü mən demişdim? İkisidə maraqlı gözlər ilə mənə baxdılar. Sözümün davamın gətirməliydim "Yəni, yorulmuşam çox dərs oxumuşam bu gün." Yenədə ikisidə inanmayan gözlər ilə mənə baxdılar. İnanmaqda haqqlı idilər. Anam "Bu il bizə söz vermisən o məktəbdən məzun olacaqsan. Yaşıdların 2 ci kursa gedir. Amma sən?"dedi. Yenə eyni sözlər. İmtahanlara girmədiyim üçün daima sinifdə qalırdım. Dayımda işinə ciddi yanaşdığından mənə köməklik etmirdi. Yuxarı tək daha yaxşı idi. Mən aşağı niyə düşmüşdüm? "Sizin nə gözəl söhbətiniz var. Mən çıxıram otağıma. Narahat etməyin məni"deyib öz otağıma çıxdım. Son günlərdə bu otaqdan çıxdığım yox idi. Tezliycə gecənin olmasını istəyirdim ona zəng etmək üçün. Amma bir sey vardı O, Nunu dediyi qız ilədə danışacaqdı.Bəlkədə, indi onunla danışırdı. Bilmək olmazdı. İnstagramda gəzinməyə başladım. Canım sıxılırdı... Məktəbin etiraf səhifəsinə girdim maraq üçün. Bəzən mənə etiraflar gəlirdi. Çox maraqlamırdım amma. 2-3 şəkildəki etiraflara baxdım. Kalssik sevgi etirafları. Növbeti etirafa girəndə isə böyük həriflə ilə 'KÖLGƏ' yazısını görməyim ilə göz bəbəklərimin böyüməyi bir oldu.
"Bu etiraf deyil əslində. Çox güman buranı oxuyacaq. Ona demək istəyirəmki, sən yad planetlisən? Qıraqdan baxanda çox gülünc görsənirsən. Arada bir dön güzügüyə bax. Sacların daima hörükdədi. Hec kim səninlə ünsiyyət qurmaq istəmir. Yəqin bildizdə söhbət kimdən gedir? Bilməyənlər üçün deyim "KÖLGƏ" dən"
Bunu yazanın insanlığına şühbəm var idi. Vaxt itirmədən mesaj yerinə daxil olaraq yazmağa başladım

Kamranaxmedli: Hey kölgə haqqında yazılan etirafı silməyə 2 dəqiqə vaxtın var
Etirafsehifesi: bunu edə bilmərəm bilirsən
Kamranaxmedli: sənə edə bilirsən deyə söz soruşmadım. Sənə et dedim! Son 1 dəqiqən
Etirafsehifesi: əlinə nə keçəcək O qızdan sənə nə?
Kamranaxmedli: Vəfa sən mənim əsəblərimə toxunursan artıq bilmiş ol! 30 saniyə!
Etirafsehifesi: Sildim...
Kamranaxmedli: Afərim sənə. İndi bunu yazanın profilin ver mənə
Etirafsehifesi: bunu həqiqətən edə bilmərəm...
Kamranaxmedli: ver dedim!!! Təkrar etdirməkdən xoşun gəlir deyəsən!
Etirafsehifesi: saleh123 budu...

Demək Saleh hə? Sabah günün görəcəkdi! Görəsən görməmişdi, etirafı... Görsəydi, yenə göz yaşı tökəcəkdi... Vaxt itirmədən ona yazmağa başladım
Kamran: yedin yemeyini?
Sofiya: hə yedim indidə musiqi dinləyirəm
Kamran: hansı mahnını?
Sofiya: Toygar İşıklı - ben kötü biri diyilim
Kamran: dinləmişəm pis mahnı deyil, amma niyə o mahnı?
Sofiya: çünki, insanlar məni elə bilir...
Kamran: səndə insanlara elə olmadığını sübüt et onda :)
Sofiya: necə edim hə? Bu gün məktəbin etiraf sehifesinə mənim haqqımda bir etiraf atıblar. Sacın hörüklüdü, yad planetlisən falan filan... İnsanlar sadecə gördüyünü danışır...
Kamran: niyə hörürsən sacını bəs?
Sofiya: sığal görməyən bir saçları niyə açıq buraxımki...
Kamran: bu bir az ağır oldu...
Sofiya: olanı dedim ...
Sofiya: amma bilirsən işin, qəribə tərəfi etiraf silindi
Kamran: yəqin peşman olub yazdığına yoxsa niyə silinsin
Sofiya: bilmirəm...
Kamran: edim zəng sənə?
Sofiya: edə bilərsən yerimə girmişəm. Amma çox yorğunam, yuxu tutub yata bilərəm.

Mesajdan çıxıb ekrana baxdım. Ya dözə bilməyib danışsaydım? Səsimi bir az qısıb danışsam tanımazdı... Əlimi nömrəsinə gətirib zəng vurdum. 10 saniyə keçməmiş telefonu açdı. İlk öncə dərindən nəfəs alış verişini hiss etdim. "Salam... Elə düşünümki səndə mənə salam demisən... Qəribədi əslində, mən danışıram sən danışmırsan. Nə danışım tək başıma? Özüm deyib özüm cavab verim. Kənan idin hə? Hə deyəsən Kənan idin" deməsi ilə güldüm. Həqiqətən özü deyib, özüdə cavab verirdi. "Demek gülə bilirmişsən. Hə Kənan harda qalmışdım sənin Kənan olmağında. Mən sənə özüm haqqda çox danışmışam. Amma sən mənə hec nə deməmisən. Sabah ilk iş mənə özün haqqda mesaj yazacaqsan." O görməsə belə başımı aşağı yuxarı salladım. "Yəqinki yazacaqsan. Mən bildiyin kimi atası tərəfindən sevilməyən, sevgisiz şəkildə böyüyən bir qızam... Düzün desəm daha o qədərdə incitmir məni... Arada sırada mehriban ata qız görəndə bir miqdar üzür məni... Paxıllıq etmirəm ha.. Sadecə düşünürəmki, anam sağ olsaydı bizdə elə ola bilərdik. Bir ögey anam var.. Öz uşaqları ilə maraqlanır ancaq. Məni sevmez.. Məndə onları sevmirəm.. Sevilməyin nə olduğunuda hec bilmirəm... Məktəb desen hamı məni ələ salır. Bu günki o yazılmış etirafda onlardan biri. Öz aləminlərində düşünürlərki, məni incidirlər. Amma yanılırlar... Onlar elə etdikcədə, hər kəs düşür gözümdən. Bir kafedə işləyirəm. Ev sitili bir yerdi. Rahatlıq tapdığım tək yer oradı. Öz pulumu özüm qazanıram. Nə başını ağrıdım mənimdə həyatım bu tərzdədi. Mən ayaqda durmağa çalışan yaralı bir qızcığazam... "


dedi və səsi kəsildi. Telefonda eşitdiyim ağlayış səsi ilə bütün bədənim ürpəndi. Son dediyi sözə görə ağlayırdı yəqin... Səsimi qısıb "Ağlama daha..."dedim. Nə qədər göz yaşı tökəcəkdi axı? "Danışdın"dedi ağlayışının ortasında gülməyə çalışaraq. Onu gülümsədə bilmişdim... "Deyəsən yenə səssliyə qərq olundun" Ona əslində ağlımdaki sözləri demek isteyirdim. Telefonu bir az özümdən uzaq tutub danışmağa başladım. "Yatanda telefonu söndürməsən, məndə sənin nəfəsinin səsin dinləyib yatsam olar?"dedim. Onun qorxmasını istəmədiyim üçün elə bir şey demek məcburiyyətində qaldım. "Qəribə bir şey olacaq. Olar amma..."dedi. Gülümsədiyini hiss edə bilirdim. "Sənə səssiz deyəcəm... Mən yatıram artıq.. dediyin kimi telefonu söndürmürəm" dedi. Görəsən nə fikirləşirdi indi? Yüksəkdən nəfəs alıb dururdu. Ürəyi sıxılırdı ... Ya da qaranlıq otaq onu qorxudurdu. "Burdayam mən... Sən rahat yat..."dedim özümə əngəl ola bilməyib. Neynirdim mən?! O məndən uzaqda... Arada məsafə... Amma nəfəsi qulağımda... Dediklərini düşünməyə başladım... Kim olsa təsir edərdi... Həmçinin mənədə... Onu daima hörükdə görməyimin sirri böyük imiş... Hec ağıla gəlməzdi...İnsanlar gördüklərini danışır, dedikdə çox haqqlı idi. Biz gördüyümüzə inanırdıq, onun arxasında olanlardan xəbərimiz yox idi. O gün 'Doğruluqmu? Yoxsa Cəsarətimi?'oyununu oynamasaydım bu gün onu hec tanımayacaqdım. Bəlkədə, başqaları kimi məndə onu görəndə onu ələ salacaqdım. Amma indi isə hər sey çox ferqli idi. Ən son telefonda saata baxdıqda saat 4-ə qalmışdı.Gözlərim yumulurdu artıq. Amma yata bilmirdim. Hansı ara yatdığımı bilmirəm gözümü açanda saat 7 yə qalmışdı. Gözümü ovuşdurmağa başladım. Durmuşdu görəsən? "Sofiya..."dedim. Birinci dəfə idi adını ona söyləyirdim. Yenidən "Sofiya"dedim. Ayılmaq səsləri eşitdikdə, durmadığını anladım. "Sən hələdə telefondasan?"dedi. 2 saatlıq yatmışdım. Kaş onuda yatmasaydım. "2 saat yatmışam... Gələn dəfə oda olmayacaq" Dediyim sözə duruxub qaldım. Onunla danışmaq istəyirdim... Kimdən və nəydən gizlədirdimki? "Yaxşı... Mən dərsə getməliyəm durum ayağa.. Hələlik"dedi. Böyük bir sevinc ilə telefonu söndürdüm. Məndə dərsə getmək üçün ayağa qalxmalıydım. Həmdə görüləcək işlərim vardı.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri