Yara'na məlhəm (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 226
Səs ver:
(səs: 1)
Eşitdiyim söz ilə duruxub qaldım. Sofiya bura gəlsəydi, hər şey məhv olacaqdı..İncinəcəkdi...Qırılacaqdı... O hec nəyi bilməli deyildi. Lazım olsaydı, sonuna qədər Kənan qalıb, Kamran kimi onu qoruyardım. Səsimi təmizləyib "Təklikdə danışa bilərik?" dedim ciddi üz ifadəsi ilə. Hər söhbətlərdə gülən üzüm, indi ciddiləşmişdi. Mövzu, Sofiya olunca, sehv bir addım atmaq istəmirdim. Dayım gözləri ilə Vüsalə və Salehin otağı tərk etməsini işarət etdi. Onlar gedincə sözü uzatmadan içimdəkiləri söylməyə başladım. "Dayı... Birinci dəfədi səndən bacının oğlu olaraq bir şey xahis edirəm. Mənə sona qədər qulaq as... Sofiyanın bir günahı yoxdu... Sofiya olanaları bilmir və onu bu söhbətə qatmağa ehtiyyac yoxdu. Hər sey sənin o iyrənc 2 şagirdinin başından keçir. Qız Sofiyanın nömrəsini yayır. O birisi isə qıza alçaldıcı sözlər yazıb etraf sehifesində paylaşır. Onlara etdiklərim azdı hələ! Mən bu məsələdə çox ciddiyəm... Səndə sözlərimi ciddiyə al..."dedim. Qorxurdum... Hec nədən qorxmayan mən, indi qorxurdum. Qorxum Sofiya idi... Onun daha çox üzülməsini, acı çəkməsini istəmirdim... Yetəri qədər çəkmirdimi? Çəkirdi... "Oğlum, dediklərin düzdü? Bu məsələyə ciddi yanaşmaq lazımdır. Qızı çağıraq üzr istəsinlər"dedi. Onun üzrə ehtiyyacı var idi? Üzr 3 hərfdən ibarət olan bir söz idi... Çəkdiyi o qədər acı bir 'üzr'ə sığmazdı onun."Yox dayı olmaz. Bu məsələ belədə qalmalıdır. İndi mən gedirəm. O çöldə durmuş özünü tanımayan, şagirdlərində səsini çıxartmır"dedim və əsəblə otaqdan çıxdım.Qapının yanında oları görəndə, əlimlə təhtid edib "Siz görəcəksiz!"deyib yanlarından uzaqlaşdım. Onları boğmamaq üçün özümü güclə tutmuşdum. Boş və səssiz dəhlizdə addımlayanda, qarşı tərəfdən gələn Sofiyanı gördüm. Amma ağrı çəkər kimi idi... Üzünü buruşdurmuş, əllərini isə qarın nahiyəsində tutmuşdu. Nə olmuşdu ona? Necə soruşa bilərdim? "Hey yaxşısan sən?"dedim. Ona Kamran kimi necə davranacağımı bilmirdim. "Mədəm ağrıdır. Hec kimdə kömək etmədi.."dedi. Bu sözü qəlbimə toxundu... Bu qız sadecə bir kömək istəyirdi... Özümü ələ alıb "Belə edək sən bufetə get, məndə sənə yaxınlıqdaki aptekdən dərman alım" dedim. Başını 'hə' anlamında yellədi. Məndə vaxt itirmədən addımlarımı iriləşdirib məktəbdən çıxdım. Qız orda ağrıdan qıvrılır amma bir adam belə ona yaxın durmur! Ədalətin budu dünya?! Bir ağrıkəsici alıb bufetə gəldim. Pencərənin tininə söykənib durmuşdu. Bir su alıb, dərmanı açaraq ona uzatdım. Əlimdəki dərmanı, su ilə birlikdə alıb dərmanı atdı. İndi ona niyə kömək edirdim deyə ağlından keçirdirdi yüz faiz. "Çox sağ ol" dedi acı içində."Xəstəxanaya gedək sən düzəlmirsən" dedim. Onun üçün çox narahat olmuşdum. "Dərman atdım 10 dəqiqəyə keçər. Soyuq olub yəqin"dedi stol çəkib oturmağa çalışaraq."Daha nə edə bilərəm sənin üçün?"deyib məndə stol çəkib yanına əyləşdim. Yaşıl gözlərini, qəhvəyi gözlərimə dikdi, daha sonra azacıq gülüməsədi və səsini düz tutmağa çalışaraq "Hec kimin etmədiyini, etdin sən..."dedi. Onun bu sözünə məndə gülümsədim... Ona mən daha nələr, nələr edəcəkdim... O bilməsə belə, onun yaxşı olmağı üçün əlimdən gələn hər şeyi edəcəkdim. Yox, yox əlimdən gələni deyil, əlimdən gəlməyəni belə edəcəkdim.Niyə edəcəyim haqqda isə, bir fikirə sahib deyildim.Bəzən insan səbəb axtarmaz, səbəbsiz edələn seylər hər zaman gözəldir. Ona 'kim olsa eyni seyi edərdi'demek istəyirdim. Amma çox mənasız bir cümlə olardı onun üçün. Çünki, hec kim ona kömək etməmişdi. Onunla danışanda, beynimdə onlarca cümlələr qururdum. Yanlış olan cümlələri düzəldib, yerinə düz olan cümlələr seçirdim. Mən bu qədər seçici biri deyildim... "Gəl belə deyək, səndə eynisini edərdin? Düz demirəm?" dedim düzgün bir cümlə qurmağa çalışaraq. "Düz deyirsən... Məndə edərdim.. Səni tanımasam belə..." Dediyi söz ilə gözünü məndən qaçırtmışdı. Deyəsən, yaxşılaşırdı."Yaxşı oldun?"dedim. Ayağa qalxıb "Bir az keçdi... Mən getsəm yaxşı olacaq. Bu arada yenədə təşəkkür edirəm sənə"deyib yanımdan uzaqlaşdı. Məndə ayağa qalxıb onun ardıyca getməyə başladım. İrəllədiyi yol siniflərinə tərəf deyildi. Deyəsən, hara getdiyini bilirdim. Yenə kitabxanaya gedəcəkdi... Yenə ora gedib göz yaşı tökəcəkdi. Mən artıq onun ağlamasına dayana bilmirdim. İçim paramparça olurdu... Təxminimdə düz çıxmışdım. Kitabaxanaya girmişdi. 5 dəqiqədən sonra məndə onun ardıyca kitabxanaya girdim. Yenə eyni səs.. Ağlayış səsi ətrafı bürümüşdü. Aşağı çöküb, kürəyimi rəfə dirədim. Hıcqırıqlarının içində "Niyə sevilmirəm? Özümü öldürüm Tanrı...?"dedi. Ölmək...? Bir insanı necə canından bezdirmişdilər... Sözünə yenidən davam edib "Onuda bacarmıramki... O qədər aciz biriyəmki,ölməyi belə bacarmıram" dedi. İndi ona sarılmaq varkən, niyə aramızda divarlar vardı? Bir addımlıq yol idi, ona tərəf gedən yolum... Amma çox uzağımda idi sanki... Əlim çatmırdı ona...Dəqiqələrcə onun ağlayış səsini eşitdim. Daha sonra səsi kəsilmişdi. Yorulmuşdu yəqin... Durub getməli idim məndə... Məni burda görsə, ona veriləcək bir cavabım yox idi. Onun üçün ayağa qalxıb yavaş adımlar ilə kitabxananı tərk etdim. Bədənim, ruhsuz və cansız idi. Ayaqlarım addım atsada, sanki yerimirdi. Onun yaxşı olması üçün nə edə bilərdim? Yuxusuzluqdan göz qapaqlarımda qapanırdı. Ən yaxşısı evə gedib yatmaq idi. Burda qaldıqca, dəli olacaqdım. Evə gəldikdə birbaşa otağıma çıxıb yatmışdım. Yuxudan ayıldıqda isə saat 1- ə qalmışdı. Telefonu əlimə alıb wpya girdim. Sofiyadan bir mesaj yox idi... Onun necə olduğu haqqda bir məlumat almalı idim."Bayaq tez çıxdım deyə, incimisən məndən? Niyə bir mesaj yoxdu?"deyə yazıb göndərdim. Az sonra cavab gəldi "Yox inciməmişəm. Sənlik bir şey yoxdur, mədəm ağrıdır halsızam bir az. Bu halımlada işdəyəm... yerimə qoyacaq kimsəmdə yoxdu..." Demək, hələdə sağalmamışdı. Nəsə etməli idim. Onun o halda işləməsinə hec vaxt göz yuma bilməzdim...

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 226
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri