Yara'na məlhəm (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 417
Səs ver:
(səs: 1)
Həftələr öncəsinə qədər həyatım sıradan ikən, indi 'Sofiya' ilə dolmuşdu. Bu gün ilə 1 ay idiki Sofiya həyatımda idi. 1 ay əvvəlki yaşadığım boş həyat, indi çox dəyişmişdi. Bəzən illərlə tanıdığımız insanın həyatımızda bir yeri olmaz, amma bəzəndə 1 aya tanıdığımız insanın həyatımızda çox böyük rolu olar. İndi hər səhər özümdən əvvəl düşündüyüm bir insan vardı. Onun yaxşı olması üçün əlimdən gələnidə, gəlməyənidə etməyə çalışırdım. Ona çox öyrəşmişdim. Onunla birlikdə vaxt keçirtdikdə, hər şeyi unudurdum. Sanki zaman dururdu. Bir tək O və mən var idim... Onunla kəşf edəcəyimiz hələ çox seylər vardı. Yazdığım siyahının artıq ortasına çatmışdıq. Geriyə bəzi ediləcək seyler qalmışdı. Onlardan biri isə hörüklərini açması idi... Onu dəyişmək istədiyimi sanmayın... Mən onu elə qəbul etmişdim. Amma onun özünü çox sevməsini və bəyənməsini istəyirdim. İstəyim sadecə artıq hec nədən çəkinməməsi, rahat olması idi. Bunu bacaracığıma əmin idim. Çünki, artıq mənə inanıb və güvənirdi. Onun inamını və güvənini boşa çıxartmayacaqdım. Yaxşıki, ona o oyunda yazmışdım. Həyatımın bir parçasına çevrilmişdi. Necə, gözəl bir hiss olduğunu izah edə bilməzdim. Onunla başqaydım, onunla tam başqaydım. Həyatımda bu cür yerə, həyatında o cür yerə sahib olmaq böyük şans idi. Mən onun göz yaşlarını silmiş, ona şokaladlı çörək yedizdirmiş, sacların oxşayıb ona sarılmışdım. Bununları hec vaxt unutmaram. Bir insanın ilkləri olmaq çox gözəl bir duyğu idi. Artıq bir səbəb axtarmırdım, ona niyə belə davrandığıma. Bəzi şeylərin adı qoyulmadıqda dahada dəyərli olur. Biz ikimiz sadecə 'Sofiya və Kamran' idik. O 'yara' mən isə ona 'məlhəm' idim. Bizim çox mənalarımız var idi. O mənim həyatıma məna qatırdı, məndə onun. Bir insana qarşı bu qədər diqqətcil olacağımı bilməzdim amma olmuşdum. Mən Kamran, bir qızın üstündə əsirdim. Onu qorumaq, onu sahiblənmək mənidə böyüdürdü. Piknikdən sonra evə gəlib saatlarca Sofiya ilə telefonda danışıb bu günümüzü müzakirə etmişdik. Bu gün onun üçün unudulmaz olmuşdu. Hər şey dahada yaxşıya doğru gedirdi. Dahada yaxşı olacağına inanırdım.

Bu gün dərs günü idi yenə. Onu görəcəyim üçün saatın zəngi çalmamış ayağa qalxdım. Əvvələr o məktəbi sevməsəmdə indi çox sevirdim. Məktəbə gəlib çatdıqda ilk iş Sofiyanın sinifinə girmək oldu. Sinifə daxil olduqda gözüm hər zaman əyləşdiyi partaya baxdı. Amma yox idi... Mesajlaşdıqda gələcəyini söyləmişdi axı. "Sofiya gəlməyib?"dedim sinifdə olan uşaqlara baxaraq. "Yox bu gün görməmişik hələki onu"dedi. Bir şey demeden sinifdən çıxıb telefonu çıxardaraq Sofiyanı yığdım. Çalırdı amma götürən yox idi. Hər zaman getdiyi kitabaxanaya getdim yox idi burda da "Hardasan Sofiya... hardasan"deyib yenidən zəng etdim. Yenə bir cavab yox idi. Kitabaxandan çıxıb dəhlizdə irəlləməyə başladım. Bufetə gedə bilərdi? Vaxt itirmədən siniflərinə yaxın olan bufetə girdim. Gözüm onu axtararkən bufetdə sadecə 2 adam vardı. Burdan çıxıb aşağı mərtəbəyə düşdüm. Dəhlizdən bufetin yoluna irəlləyərkən qulağıma gülüş səsləri gəlmişdi. Nəyə gülürdülər bu qədər? Maraq edib içəri girdim. Gördüyüm mənzərə yerə yıxılmış və ağlayan Sofiya idi. Gözlərimə inana bilmirdim. Niyə axı niyə?! "Sofiya" dedim qışqıraraq. Səsim bufetdə exo verərkən hər kəs dönüb mənə baxmışdı. Mənim üzümdə isə qatı bir kin vardı! Ona nə etdiklərini bilmirdim amma O qız dəli kimi ağlayırdı. Gözüm Sofiyaya dönərkən güclə ayağa qalxıb qacmağa başladı. Onun ardıyca getsəmdə çata bilmirdim. "Sofiya... Sofiya dayan..." deye arxasından səslənsəmdə mənə qulaq asmırdı. Boş dəhlizdə sadecə ağlayış səsləri vardı. Niyə qaçırdı axı? Mən burdaydım... Dəhlizin sonuna gəlib məktəbdən çıxdıqda 5 mərtəbəli piləkandan sürətli düşərkən son mərtəbədə dizi üstə yerə dəydi. Ahh Sofiya... Sadecə yerə baxıb göz yaşı axıdırdı. "Şşş Sofiya... Kecdi... Burdayam"deyib ona sarılmağa çalışdım. Nə etdiklərini bilmirdim. Bu dəqiqə tək dərdim Sofiya idi. Amma Sofiya yaxşı olduqdan sonra ordakı hər kəs bunun cavabını verecekdi. Onun göz yaşlarını silməyə çalışarkən, gözüm dizlərinə sataşdı. Qanamışdılar... "Burax məni... gedimmm..."dedi dodaqları titrəyə-titrəyə. Onu buraxa bilməzdim. Onu bir az sakitləşdirib ayağa qaldırdım. Gözü dizlərinə baxdıqda ağlayaraq "İncitmir..."deyib bir addım atdıqda dilindən 'aa' nidası çıxdı. İncidirdi... Ürəyi kimi... Özümü ələ almalı idim. Geyindiyim kapşonu çıxardıb Sofiyanın belinə bağladım. Daha sonra bir əlimi belinə qoyaraq, digər əlimi dizlərinin altına salaraq onu qucağıma aldım. "Mən burdayam... Mən yanındayam... Bunu unutma.."deyib piləkanları çıxmağa başladım. O isə başını sinəmə basdırdı. Boş dəhlizdə ilk tibbi yardım otağına tərəf irəllərkən, dodaqlarım Sofiyanın saclarında gəzirdi. Gözlərimdən isə alov çıxırdı sanki. Boş-boş yola baxırdım... Qucağımdaki bu qızın həm ruhən yaralı, həmdə cismən yaralı idi. Bu gün yaşamamalı idi. Boş olan ilk tibbi yardım otağına gəldikdə Sofiyanı divarın tinində olan boş bir stola yavaşca otuzdurdum. Gözlərim dizlərində gəzərkən qana baxıb dərin 'ah' çəkdim. Gözlərim dolmağa başladı. Üzümü önə çevirib dolan gözlərimi silib yarasını təmizləməyə bir şeylər axtardım. İlk tibbi yardım çantasını hazır gördükdə əlimə alıb Sofiyanın yanın gəlib dizlərimi yerə atıb qarşısında çökdüm. O isə əllərini stolun qırağından möhkəmcə tutub iç çəkə-çəkə ağlayırdı. Qanı, dizlərini üfləyə-üfləyə, gözlərim dolub duraraq təmizləmişdim. Yarabandın yavaşca yapışdırıb daha sonra bint ilə sarmışdım hər iki dizin. "İncitmədi.." dedi yenə gözündən bir damla yaş üzünə düşərkən. Gözündən axan yaşı silib əllərini stolun qırağından əlimə aldım. Ovcunun içi soyulmuşdu."Niyə bu günə düşdün?"dedim yavaşca. Gözümü ovuc içindən çəkməmişdim."Başım ağrıdığı üçün dərman atmaq istəyirdim... Bufetə gedib su aldım. Əlimdəki suyu açmaq istəyərkən birdə baxdım kimsə suyu əlimdən aldı... Saleh idi... Ver dedim. Amma vermeyib yuxarı qaldıraraq qarşıda olan bir oğlana atdı suyu. Ona yaxınlaşıb suyu istədim. Oda verməyib başqa qıza atdı. İstədəyim sadecə dərman atmaq üçün bir su idi... Suyu ver deyə qışqıranda arxadan kimsə məni itələdi. Və məndə boşluğumu itirərək yerə yıxıldım. Vüsalə idi məni itələyən... Qız su istəyir suyun ver deyib suyu əlindən alıb üstümə tökməyə başladı... Ətrafdan gülüş səsləri gəlməyə başladı... Sonrada sən gəldin..."dedi. Üstünə indi fikir verdim. Yaş idi... "Gedirik indi. O oğlanıda qızıda sinif - sinif gəzib axdarırıq"dedim yumruğumu sıxıb. "Nə mənası var axı...?"dedi. Mənası çox idi... Səni bu vəziyyətə salmalı deyildilər. Ona bir şey demeden qucağıma aldım. "Burax məni! Hec nə istəmirəm mən..."deyib sinəmdən vurmağa başladı. "Mənim dediklərimə əməl ediləcək balaca xanım"deyib ilk Vüsalə ilə Salehin sinifinə gəldik. Hələdə qucağımdan yerə qoymamışdım. Və dərs keçen müəllimdə vecimə deyildi. Təbiki onların işini bu məktəbdə həll edəcək deyildim. Sadecə məni görməylərini istədim. "O biri qızla oğlan burdadı?dedim gözlərimi yaşıl gözlərinə dikərək. "Yox"deyib başını yellədi. Təxmini 7 dən çox sinifə dəymişdik. Amma o biri oğlan ilə qızı tapa bilməmişdim. Son sinifə girdikdə gözü sinifə gəzdi və bir oğlanla qızın üstündə dayandı."Bunlardı?"dedim onlara baxraq. Bu dəfə "Həə..."dedi. Hər ikisinidə tanıyırdım... Mənə hər ikisidə qorxu ilə baxmağa başladılar. "Sonra"deyib göz vurdum onlara daha sonra sinifdən çıxdım. Onun gözlərinə baxmağa başladım. Oda gözlərini gözlərimdən çəkmədi. Ən başından söz verdiyim kimi mən bu qızı buraxmayacaqdım."Axşam üstü möhtəşəm bir əyləncə olacaq"deyib dodaqlarımı alınına yaxınlaşdırıb bir öpüş qondurdum.

Bölüm Sonu...

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri