Yara'na məlhəm (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 822
Səs ver:
(səs: 1)
Dediyi söz ilə oturduğum yerdən ayağa qalxdım. Məndən xəbərsiz mənim haqqımda bir qərar verilmişdi. Və bu qərar mənim həyatımı tamimi ilə dəyişəcək bir qərar idi. Mən buna hec vaxt razı ola bilməzdim! Bəlkə, daha əvvəl razı olardım amma indi həyatımda Sofiya varkən, mən Türkiyəyə gedib orda qala bilməzdim "Ata bu necə qərardı hə?! Siz mənim yaxşılığımı düşünürsüz? Mənim burda bir həyatım var... Mənim burda dostlarım var. Mən onları qoyub gedə bilmərəm"dedim əsəblə. Mən Sofiyaya söz vermişdim onu hec vaxt tərk etməyəcəkdim... "Səsinin tonuna fikir ver! Qarşında dostların yoxdu valdeyinlərin var! Biz qərarımızı vermişiksə sənə söz demək düşməz. Bu ildə uniyə qəbul ola bilməsən biz cammahatın üzünə hansı üz ilə baxacağıq?!"dedi atam. Varsada yoxsada bu cammahat! Axı bu insanlar başqa insanıların həyatına niyə qarışırki?! Mənim oxumağımdan kimə nə axı?! "Oğlum biz düzgün qərar vermişik. Gəl bizə qulaq as" dedi anam. Dəli olacaqdım! "Anaaa!!! Başa düşün getmək istəmirəm!" demeyim ilə atamın ayağa qalxıb üzümə şillə vurması bir oldu. Əlim ilə üzümü tutub əsəbi baxışlarımı yerə dikdim. Bu yaşıma qədər mənə əl qaldırmayan atam məni vurmuşdu. Həmdə bu yaşımda... "Səni biz qudurtmuşuq bu qədər! Bu yaşına qədər axı nəyə sahib olmusan tək başına?! Üstündəkiləri belə mənim pulumla almısan! İndi bizim üzümüzə ağ olursan?! Türkiyədə oxuyacaqsan! Mövzu bağlandı"dedi. Yerə baxan baxışlarımı qaldırıb gülərək ona baxdım. Əlimi iki yana açıb "Unutmusan deyəsən mən sənin oğlunam ... Daha doğrusu oğlun idim..."deyib cibimdə olan pulları və maşınım açarın yerə atdım.Mən qürursuz deyildim... Mən öz gələcəyimi korlaya bilməzdim! Valdeyin hər şeyin yaxşısını bizlər üçün etmək istəyir. Amma unutduqları bir şey varki biz əşya deyilik! İstədikləri yerdə qala bilmərik. Bir sey demeden evdən çıxmaq üçün qapıya doğru irəllədikdə anam arxamca gəlib qolumdan tutub "Oğlum xahis edirəm getmə"dedi. Mən anamın əlin qolumdan salarkən, atam "Qoy hansı cehenneme gedirsə getsin!"dedi. Ona son dəfə baxıb qapını möhkəmdən vuraraq çıxdım evdən. Mənim ailəm hansı ara belə olmuşdu? Oxumaqdan əvvəl insan olmaq daha önəmlidi... Mənim verdiyim bir söz vardı. Mən o sözü tutacaqdım... Cibimdən telefonu çıxardıb Rzaya zəng etdim. Ən yaxşısı bu gün onlarda qalmaq idi. Sabaha bir şey fikirləşib tapardım. Rza gilə gəlib birbaşa onun otağına keçdik. "Danış görüm nə məsələdi? Niyə bu qədər əsəbisən?" Əsəbi deyildim əsəbidən daha betər bir vəziyyətdə idim indi. "Sevimli əmin məni oxumağa Türkiyəyə göndərmək istəyir"dedim. Düşüncəsi belə məni özümdən çıxardırdı. Rzanın "Təbiki səndə Sofiyanı burda qoyub gedə bilmərsən" demesi ilə ona döndüm. Sofiyanı hardan bilirdiki? Ayselin deməsini sanmırdım... "Mənə elə baxma. Uşaq deyiləm... Sofiyaya qarşı olan baxışlarını tutmuşam. Həqiqətən sevirsənsə, sevdiyinə sahib çıx yarı yolda qoyma"dedi.Bu qədər bəlli edirdim onu sevdiyimi? Bəs O anlamışdı...? "Rza ... Mən evi tərk edib gəlmişəm... Cibimdə bir qəpik pulumda yoxdu... Evə qayıtmağada niyyətim yoxdu. Biz niyə belə bir ailənin içinə düşdük?"dedim acınacaqlı bir halda. Bu vaxta qədər ailəmlə bir problem yaşamasamda, bu gün yaşadıqlarım mənə çox seyi izah etdi... "Bizimkilər belədidə onsuz... Biri sevdiyim qızın valdeyinləri ayrıdı deye qəbul etmir. O biridə Türkiyə həvəsinə düşüb. Qardaş deyillər eynidilərdə"dedi əsəblə. Rzanı indi daha yaxşı anlayırdım. Əmim bu vaxta qədər hələdə, Ayseli qəbul etməmişdi. Başlarda Rza ilə söz söhbətləri düşmüşdü. İndi düşdüyüm vəziyyətə Rzada düşümüşdü. Oda bizdə qalmışdı. Məktəb formamda yox idi. Sabah dərsə necə gedəcəkdim? Off Allahım sən özün kömək ol mənə. Bu gecəlik Rzanın geyimləri ilə idarə edib yatmışdım. Səhər acıldıqda üstümdəkilərə fikir vermədən Sofiyanı görmək üçün məktəbə gəlmişdim.Üstümdə məktəbli forması olmadığından mənə qəribə baxırdılar. Sofiyanın sinifinin önünə çatıb içəri girdim. Məni görəcək ayağa qalxıb yanıma gəldi. "Bufetə gedə bilərik?" dedim. Oda üstümə göz gəzdirib "Yaxşı"dedi. Müəllim gəlməmiş sinifdən çıxıb bufetə gələrək boş masaların birində əyləşdik."Forman niyə yoxdu?"dedi. Nə deyəcəkdim ona?
"Evdəkilərlə dava etdim axşam əmim gildə qaldım. Onun üçün bu günlük belə gəlməli oldum. Sən məni boş ver sən necəsən?"dedim söhbəti dəyişməyə çalışaraq. Amma söhbəti dəyişməyi bacarmamışdım. "Niyə dava etdin? Axı sənin aran evdəkilərlə yaxşı idi?"dedi. Narahat olmağa başlamışdı. Mən niyə başqa bir yalan tapmamışdım ona deməyə? "Sofiya boş bir şey üstündə oldu. Həqiqətən danışmağa dəyməz. Sən de görüm qarşına Vüsalədən Salehdən çıxmadıki?"dedim. Axrıncı dəfə etdiyim cəzanın qarşılığı onlarda nəsə fikirləşməli olmalı idilər. Onların Sofiya ilə bu qədər düşman olmasını hələdə anlamış deyildim. "Yaxşı... Amma danışmaq istəsən burdayam. Yox hələki onları görməmişəm. Görsəmdə, sən varsan... Sən məni qoruyarsan"dedi. Mən var idim... Mən həmişədə var olmalı idim. Türkiyə mövzusu mənə görə bağlanmışdı. Amma atamın bağlayacağını sanmırdım. Mən bunu fikirləşərkən bufetdən içəri daxil olan anamı gördüm. Onun burda nə işi vardı? Özümdən aslı olmadan ayağa qalxıb "Anaa"dedim. Mənim bu sözüm ilə Sofiyada ayağa qalxıb anama baxdı. Anamın baxışları isə mənim deyil Sofiyanın üstündə idi. Bizə yaxınlaşarkən "Mən bütün gecəni sənə görə narahat olarkən, sən bir qızla burda oturub söhbət edirsən?"dedi.

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri