Yara'na məlhəm (22-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 856
Səs ver:
(səs: 2)
O mənim ən xoş təsadüfüm, o mənim ən xoş arzumdu. Onun yanımda var olması mənim üçün ən böyük xoşbəxtlik idi. Bu gün univeristet üçün imtahan günümüz idi. İkimizdə həycanlı idik... Bu gün həyatımız üçün olan vacib addımlardan birin atacaqdıq. Özümdən çox onun qəbul olmasını istəyirdim. Ailəmlədə aram necədi deyə soruşsaz, yenə eyni veziyyetdədir.. Uniyə qəbul ola bilməsəm birdə çətin ailəmlə aram düzələ. Hər nə olursa olsun, onların istəklərin edib, Türkiyəyə oxumağa getməyəcəkdim. Kafedən qazandığım pul ilə idarə edə bilirdim özümü. Düzdü şan şöhrət içində böyümüş biri olaraq bir az problemlərim olurdu. Amma dostlarım və Sofiya sayəsində bu problemdə aradan qalxırdı. İmtahanın başlamasına az qaldığı üçün evdən çıxıb imtahanı verəcəyim məktəbə gəlmişdim. Sofiya ilə ayrı-ayrı yerlərə düşmüşdük. Telefonu son dəfə əlimə alıb "Uğurlar... Sən bunu bacaracaqsan"yazdım. Bacaracaqdı... Mənim Sofiyam hər seyin üstəsindən gələrdi... Mesajım 2 mavi xətt oldu və cavab gecikmədən gəldi. "Sənədə uğurlar... Mən sənə inanıb və güvənirəm" mesajı oxuyub təbəssüm etdim. Onun inamın və güvənin qırmayacaqdım. İmtahan başladıqda əllərim əsməyə başlamışdı. Hətda qələmi doğru düzgün tuta bilmirdim. Mənə inanan biri vardı mən bu inamı itirməməliydim.Sual dəftərcəsin açıb sualları incələməyə başladım. Gözlərimə inana bilmirdim... Bildiyim suallardan düşümüşdü. Vaxt itirmədən həll etməyə başladım. İmtahan bitdikdə məktəbdən çıxdım. Sofiya ilə bu gün görüşmək üçün işlədiyimiz yerlərdən icazə almışdıq. Onun üçün Sofiyanın imtahan vereceyi yerə yaxın bir məkan secerek görüşməyə qərar vermişdik. Kafeyə girdikdə bir masada oturduğun görüb ona tərəf adımlamağa başladım. "Çoxdan burdasan?"deyib qarşı stola keçərək əyləşdim. "Demek olarki yox. Sən de görüm necə keçdi imtahanın?"dedi gülümsəyərək mənə.Gülümsəməsindən anladığım qədəri ilə onun imtahanıda yaxşı keçmişdi."Tam əmin deyiləm amma deyəsən yaxşı keçdi. Deyəsən səndə də yaxşı keçib hə?"demeyim ilə telefonuma zəng gəlməsi bir oldu. Ekrana baxdıqda "Atam"yazısını gördüm. Niyə zəng etmişdi mənə? Telefonu açıb ilk onun nəsə demeyin gözlədim. "Bu gün axşam evə gəl danışacaqlarımız var" Yenə nə danışacaqdı? Başa düşmürdülərki mən öz qərarımdan dönməyəcəkdim? "Çalışaram.."deyib dahada uzatmadan telefonu söndürdüm. "Atan idi hə? Sıxma canını... Gecdə olsa sənə başa düşəcəklər"dedi. Güclə təbəssüm etməyə çalışdım. O pis olmasın deyə... Amma bu dəqiqə qəhər boğmuşdu məni... "Yəqin... Yəqinki başa düşərlər.."dedim. Uzatmaq istəmirdim bu mözunu... Nə də danışmaq belə istəmirdim. Necə həftədi mənimlə maraqlanmır amma imtahan verdiyim gün mənə zəng edib evə çağırır məni. Mən ailəmi ideal sayırdım... Amma arada ideallıq deyə bir şey yox imiş. Sofiya "Kamran, sənə bir sery demeliyəm. Mənə Saleh yazır... " deməsi ilə aradakı sakitciliyi pozdu. "Necə yəni? Səni narahat edir hə hələdə?!"dedim. Məqəsd nə idi axı?! Nə istəyirdilər hələdə?! Məktəbdə bitib gedirdi! "Məni ələ salacaq bir seyler demir... Əskinə xoş danışır... Niyə belə edir?"dedi. Niyə ola bilər? Gözəlliyi, gözlər önündədi deyə...! Bu gözəlliyə dayanmaq nə mümkündür? "Səndə cavab verirsən hə ona?"dedim qısaqandığımı bəlli edərək. Sevirdim və qısqanırdım... Münasibətimizin bir ad olmasada, O mənim idi... Mənim!"Qısa cavab verirəm. Yəni cavab sayılsa... Bu halda narahat edir məni. Ondan xoş sözlər eşitmək ... Qəribədi..." Burda olsaydı Salehi boğa bilərdim. Etdiklərini unudubda xoş sözlər demek?! "De görüm nə yazır?! Nə xoş söz deyir sənə?!" Əgərki buda Vüsalə ilə bir oyunlarıdısa məndən bu dəfə həqiqətən qorxmalı idilər. "Mən bunu sənə əsəbləşəsən deyə demedim... Bil deyə dedim..." Biri gəlib sevdiyim qadına xoş söz deyəcək, məndə onu həzm edəcəm?! Sofiyadan başqa hər kəs görürki mən bu qızı çox sevirəm. Bir tək Sofiya anlamırdı... Nə vaxta qədər belə davam edəcəyində bilmirdim. Bu gün birlikdə bir az daha vaxt keçirib son olaraq evimizə gəlmişdim. Zəngi basıb içəri daxil olduqda anam və atamı qonaq otağında gördüm. Gülərək "Xoş gördük mənim sevimli ailəm"deyib üz ifadəmi ciddiləşdirərək yanlarına gəldim. Atam "Nəzakətli ol bizə qarşı... Eşitdim bu gün imtahan vermisən. Bilirsəndə qəbul olmasan o Türkiyəyə gedəcəksən!"dedi. Off bu mövzu bitməmişdi! Xəmir su aparan kimi bu mövzuda hələ çox su aparacaqdı?! "Demişəm və yenədə deyirəm mən o Türkiyəyə getməyəcəm! Məni hec bir qüvvə o Türkiyəyə apara bilməz! Günah məndədiki mən bura gəldim..." Günah məndə idi həqiqətəndə... Arxamı dönüb getdiyim bir evə niyə yenidən gəldim? "Səbəb de? Niyə getmirsən axı? Yay boyu Türkiyədə istirahət edən sən deyilsən?! Azdan çoxdan xəbər qulağıma gəlib çatır. Bir kafedə oxuyursan hə?"dedi sakit şəkildə atam. Bu danışığın axrı hara gedib çıxacaqdı? "Səbəb çox sadədi istəmirəm... Mənim burda bir həyatım var... Həə oxyuram. Bunada etirazın var? Öz pulumu özüm qazanıram" dedim özümdən əmin tərzdə. İndidə ondan pul almırdmimki? Türküyə mövzusu bir gün bağlansada mən bu evə bir gün qayıtmış olsamda, o kafedən oxumaqdan əl çəkməyəcəkdim. Bu yola baş qoymuşdum yolumdanda dönməyəcəkdim. Anam mənə tərs-təes baxmağa başlayıb "Hər seyi O qıza görə edirsən hə?!"dedi. Niyə qarşı çıxırdılar mənə? Yox yəni məni dəstəkləyib, arxamda dursaydılar nə olacaqdı?! Dünya dağılacaqdı? "Ana yenə deyirəm, O qız deyil... Sofiyadı adı... Sofiya... Mən nə edirəm axı?! Öz haqqımı tələb edirəm deyə? Mənə qarşı niyə gəlirsiz axı?! Məndən istəyiniz nədi? Sizdə əmim kimi olmaq istəyirsiz? Sizdə əmim Rzanı itirən kimi mənidə itirmək istəyiriz? Yəni, mən bir Rza qədər ola bilməyib öz sevdiyim qızın arxasında durmağa cəsarətim çatmayacaq? Mən uşaq deyiləm... Mən itirsəz birdə qazana bilmərsiz"deyib hec birinin üzünə baxmadan ayağa qalxaraq qapıya tərəf irəlliyib evdən çıxdım. Dediklərimdə sona qədər haqqlı idim. Sevməyə nə vardı? Əsas olan sahib çıxmaq idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri