Günahkar (3-cü bölüm)

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 2 754
Səs ver:
(səs: 0)
Səhərin erkən saatlarında Həsən yuxudan oyanıb hazırlaşmağa başladı. Xarizmatik görünümünü sıxdığı tünd qoxulu odekolonu ilə tamamlayıb evdən ayrıldı. Məkana gəlib içəri daxil olduğu an onu ilk Malik qarşıladı.
-Həsən necəsən?
-Sağol.
-Səlim bəy tapşırdı ki,Həsən gəldiyində yanıma göndər. Tərasdadı gedək.
Həsən heçnə demədən Malikin arxasıyca addımlamağa başladı. Görünür Səlim bəy,Həsənin gələcəyindən tamamı ilə əmin idi. Həsən tərasa daxil olduğunda Səlim bəy arxası onlara dönük yolda şütüyən maşınları izləyirdi. Həsən yaxınlaşıb tam arxasında dayandı.
-Sabahınız xeyir Səlim bəy.
Səlim bəy geri dönüb məmnun bir baxış atdı.
-Düzgün qərar verəcəyini bilirdim dəliqanlı.
Tərasa qoyulmuş masaya əyləşib qarşısındakı masaya işarə etdi.
-Keç əyləş.
Həsən üzbəüz masaya oturduqdan sonra Səlim bəy sözə başladı.
-Dəliqanlı mənim qızımın sürücüsü işdən ayrıldı. Onun yerinə keçməyini istəyirəm çünki qızımı canın bahasına qoruyacağını bilirəm. Mərd oğlansan,bu mövzuda sənə güvənə biləcəyimi də bilirəm.......Əşrəfin oğlu qızımın kölgəsinə çevrilib bu aralar. Qızımı ondan sənin qoruya biləcəyinə inanıram.
-Əlbəttə. Çalışaram sizi yanıltmayım.
-Elə isə gedək.
Hər ikisi ayağa qalxıb məkanı tərk etdi. Maşına əyləşib Səlim bəyin evinin yolunu tutdular. Maşın 3 mərtəbəli villanın həyətinə daxil olduğunda Həsən gözucu ətrafı süzdü. Hər yan əlvan çiçəklər və qızılgüllərlə rəngarəng görünürdü. Həyətdə kj,böyük hovuz,hovuzun bir tərəfində düzəldilmiş böyük şəlalə həyətə xüsusi yaraşıq verirdi. Sanki bura cənnətin bir hissəsi idi. Həyət bu cür gözəl idisə evin içərisini təsəvvür etmək heç çətin gəlmirdi Həsənə. Maşın dayandığı zaman Həsən cəld maşından enib Səlim bəyin qapısını açdı və hər ikisi evə daxil oldu.
-Dəliqanlı,sən burda gözlə mənim otaqda işim var.
Səlim bəy cümləsini tamamlayıb pillələri qalxarkən qapıda duran xadiməyə səsləndi.
-Səyarə qızı çağır de ki,yeni sürücü gəlib. Dərsə gecikir.
Xadimə gözlərini Həsəndən çəkmədən xüsusi nazla salonu tərk etdi. Evin içi muzeydən heçdə fərqlənmirdi. Hər bir əşya xüsusi seçilmişdi və çox zövqlə bəzənmişdi. Həsən salonun boyük pəncərəsinə yaxınlaşıb ordan görünən hovuz və şəlalə mənzərəsini izləməyə başladı. Bir qədər dayanmışdı ki,arxasında hiss etdiyi hərəkətliliklə geri döndü. Arxasında dayanıb təəccüblə onu süzən qızı görməsi yerində dayanmasına səbəb oldu.
-Hüsna?......Sənin burda nə işin var?
-Əsas sənin nə işin var? Bura bizim evdi.
-Yoxsa sən Səlim bəyin qızısan?
-Bəli......Səndə yeni sürücü olmalısan?
-Elədir ki var.
Həsən çaşğınlıq içərisində qalsada Hüsna bu işdən olduqca məmnun idi. Çünki ilk görüşdən Həsəndən xoşu gəlmişdi. İndi Həsənin onların evində olması eləcədə onun yanında,məhz onun sürücüsü kimi işə başlaması Hüna üçün ələ düşməz fürsət idi. Həsən özünü ələ alıb duruşunu dikəltdi.
-Sən yaxşısan?
Həsənin sualı ilə Hüsna sanki yuxudan ayıldı. Baxışlarını güc-bəla başqa səmitə yönəldərək divana oturdu.
-Mən?.....Hə.......Hə yaxşıyam.
-Atanla danışdın?
-Danışdım......1 həftəyə müalicəyə başlayıram.
-Sevindim.
Həsən təbəssüm etməyə çalışsada mümkün olmurdu çünki bu təsadüf onun xoşuna gəlməmişdi.
-Gənclər.
Səlim bəyin səsinə hər ikisi salonun girişinə yönəldi.
-Tanış olduz?
-Ata biz Həsənlə tanışıq.
Hüsna ayağa qalxıb atasına sarıldı.
-Necə?
Səlim bəy təəccüblə sualını ünvanlayıb qolunu qızının boynuna dolayaraq onu özünə sıxdı.
-Dünən təsadüfən tanış olduq.......Həsənin sənin yanında çalışdığını bilmirdim.
-Təzə başlayıb,artıq sənin sürücündü. Ona güvənirəm elə bu səbəbdən səni ona əmanət edirəm.- üzünü Həsənə tutub davam etdi -Dəliqanlı Hüsna mənim hərşeyimdi. Onun saçından bir tük əksilsə əlimdən qurtula bilməzsən.
Yarı zarafatla deyilən xəbərdarlığa Həsən başını yelləyib özünü tələsik çölə atdı. Acgözlülüklə havanı ciyərlərinə hopduraraq özünü ələ almağa çalışdı. Nədənsə özünü narahat hiss edirdi. Bəlkə də bu xoşagəlməz təsadüfün ona yaşadacaqlarının narahatçılığı idi......Bilinməz.......
-Gedək?
Eşitdiyi səsə geri döndüyündə Hüsnanın təbəssümü ilə qarşılaşdı.
-Aha.......Gedək.
Həsən cəld maşına yaxınlaşıb arxa qapını açdı.
-Həsən xaiş edirəm etmə bunu. Özüm açaram qapımı.
-Bu mənim işimdi.
-Axı biz bir-birimizi tanıyırıq.
-Hər şeydən öncə mən sizin çalışanınızam.
-Yaxşı yaxşı.
Hüsna oturduqdan sonra Həsən sükana keçdi və maşını işə salıb universitetin yolunu tutdu.
Günlər bir birini əvəz edirdi. Həsən artıq 3 gün idi ki,sürücü olaraq çalışırdı. Bu işə nə qədər alışsada Səlim bəyə qarşı kini keçmək bilmir,tam tərsi hər gün böyüyürdü. Səhər hər zaman olduğu kimi Hüsnayı universitetə aparmaq üçün maşını işə saldı. Yol boyu səssizlik hökm sürürdü. Hüsna yenə gözlərini güzgüdən Həsənə zilləmişdi və bir an belə çəkmirdi. Həsən isə 3 gündü davam edən vəziyyət qarşısında baxışlarını yola sabitləsədə Hüsnanın ona yönələn baxışlarını eləcədə ona olan marağını hiss edirdi. Səssiz davam edən yolculuq boyu Həsənin beyninə axmaq fikirlər hücm çəkirdi. 3 gündü onsuzda bu fikirlər beynini əsir almışdı. Hələdə bu fikirlər Hüsnanın baxışları ilə bütünləşdikcə........Mənzil başına çatmış olmaları sanki yuxudan ayıltmışdı gənc adamı. Maşından enib arxa qapını açdı. Hüsnanın maşından enməsi ilə Həsən gözlərini qızın üzündə sabitlədi.
-Dərs bitənə kimi burdayam.
Hüsna razılıq əlaməti olaraq başını yellədikdən sonra arxasına baxa baxa universitetə daxil oldu. Həsən artıq özünü ələ ala bilmirdi. Beyninə yerləşən fikirləri həyata keçirmədən rahat ola bilməyəcəkdi. Bu düşüncəsinin onu necə bir bataqlığa sürükləyib çirkaba bulaşdıracağını bilmədən......Ömür boyu bir günahkar damğası ilə yaşadacaq o qərarı vermişdi artıq. Hüsnayı özünə aşiq etdikdən sonra onu ortada qoyacaqdı. Bununlada Həsən Səlim bəyi alçaltmış olacaqdı. Ancaq unutduğu bir şey vardı ki,o da Hüsna idi. Gənc qızın nələr yaşayacağını umursamamırdı belə,ürəyini əsir alan kini qəlbini daşlaşdırmışdı. Hüsnanın məsumiyyəti,heç bir günahının olmaması Həsənin fikirlərini dəyişməyə yetmirdi. Qərarını vermişdi artıq.......
Maşına söykənib Hüsnanın dərsinin bitməsini gözləməyə başladı. Bundan sonra qıza özünü sevdirməyə çalışacaqdı. Saatlar sonra Hüsna universitetin çıxışında görüldüyü zaman Həsəni qəribə bir həyəcan bürüdü. Önə doğru bir neçə addım atıb qızla üz üzə dayandı.
-Bəlkə ilk tanış olduğumuz yerə gedək?
Hüsna yaşadığı sevinc qarışıq təəccüb ilə dilini udmuşdu sanki,sadəcə gözlərini iri iri açıb Həsənə baxırdı.
-Dinməyəcəksən?......Yəni SİZ.
Gənc qızın,qarşısında dayanan bu adamın bir anda dəyişməsini anlamağa gücü çatmırdı. 3 gündü aralarına məsafə qoyan adam,indi onu harasa dəvət edirdi. Üstəlik necə müraciət edəcəyini bilməyib "siz" deyə vurğulayaraq. Bütün bunlar Hüsnayı çaşdırsada qəlbini saran sevinc daha ağır basırdı.
-"sən" de.....Gedək.
Səsi titrəsədə cavablayıb maşına oturdu. Həsən cəld addımlarla sükana keçib maşını işə saldı və dəniz kənarına doğru yol aldı. Hüsnanın həyəcandan tez tez nəfəs alıb verməsi,Həsənə bu işin asan olacağının siqnallarını verirdi. Güzgüdən arada bir arxada otrub titrəyən qızcığaza nəzər yetirirdi. Günəş kimi parlayan qara gözlər ümid dolu baxırdı. Həsən bir anlıq o,ümidi hüzünlə dəyişdirmək istəməsə də bu fikirindən çox tez daşındı.
Dəniz kənarına çatıb hər ikisi maşından endi.
-Sən gözlə mən qəhvə alıb gəlirəm.
Həsən sözünü deyib kafeyə doğru addımladı. Hüsna isə sanki dünya ilə əlaqəsini kəsmişdi. Ağır addımlarla oturacağa yaxınlaşıb oturdu. İçi-içinə sığmırdı çünki həqiqətən Həsəndən xoşu gəlirdi hətta onu sevməyə belə başlamışdı. Onun yaraşığı eləcədə soyuqqanlı davranışları Hüsnanın saf qəlbini titrətməyə yetirdi.
-Buyur.
Həsən qəhvəyi verib əyləşdi. Hər ikisi dənizə baxıb susmuşdu. Səssizliyi ilk Həsən pozdu.
-Hüsna mən səninlə yaxın dost olmaq istəyirəm.
Onun bir başa mətləbə keçmiş olması gənc qızı daha da həyəcanlandırmış,baxışlarını yerdə cəmləməsinə səbəb olmuşdu.
-Bər-bəzəkli cümlələr qurmağı bacarmıram. Sadəcə sənlə daha yaxın olmaq istəyirəm. Arada məsafə olmasın.- üzünü qıza tərəf döndü -Nə deyirsən?
Hüsna təbəssüm edib başını razılıq mənasında yellədi. Həsən qələbə qazanmışdı,ilk addımı bacarmışdı ancaq sevinə bilmirdi. Güclə də olsa üzünə zoraki təbəssüm yerləşdirərək qəhvəsini yudumlamağa başladı.
-Atan səni çox sevir hə?
-Əlbəttə. Deyir sən mənim hərşeyimsən.
-O evdə ikiniz yaşayırsız?
-Yox atamın ikinci həyat yoldaşı və bacı qardaşlarım.
-Onlarda səni çox istiyir?
-Əlbəttə.
Həsən baxışlarını dənizə yönəldib asta səslə dilləndi
-Atanın göz bəbəyisən demək.
Hüsna heçnə başa düşə bilmirdi. Həsənin sualları,nə demək istədiyi hər şey gənc qızı çaşdırırdı.
-Sən bunları niyə soruşursan?
Gənc qız çaşqınlıq dolu gözlərini Həsənin üzündə sabitlədi.
-Səni yaxından tanımağa çalışıram canım.
Həsənin saxta təbəssümünə,onun yalandan "canım" deməsinə aldanırdı. Gülümsəyərək qəhvəsini yudumlamağa başladı.
-Bəs sən? Özün haqda heç danışmırsan.
-Sevmirəm mən özüm haqda danışmağı,zamanla tanıyacaqsan.
Deyib göz vurdu......Həsən bunu deməklə ürəyini ələ keçirən xain planlarını nəzərdə tuturdu. Ancaq Hüsnanın saf qəlbi bunların oyun ola biləcəyini düşünmürdü belə. Anın həzzini yaşayırdı.....
-Atan səni kimdən qorumağa çalışır?
-Elyar.....Atamın ən böyük düşməni Əşrəfin oğludu.
-Səni sevir?
-Sevdiyini sanır.
-Niyə elə düşünürsən? Bəlkə doğurdan sevir?
-Amma mən onu sevmirəm həm bu mövzuda danışmaq istəmirəm.
Hüsnanın əsəbi etirazından sonra Həsən dinməyib baxışlarını dənizə yönəltdi. Nədənsə qızın etiraz edib mövzuyu dəyişmə çabaları ona xoş gəlmişdi. Araya dərin bir sükut çökmüşdü. Həsən baxışlarını Hüsnaya çevirdi. Gənc qız gözlərini yumub dənizin səsini dinləyirdi. Həsən qolunu oturacağın başlığına dayayıb heyranlıqla qarşısındakı mənzərəyi izləyirdi. O an tək düşündüyü bu gözəllik bir ömür ona aid olmayacaqdı...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 754
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri