Günahkar (4-cü bölüm)

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 654
Səs ver:
(səs: 0)
Günlər bir birini əvəz edirdi. Həsən hər səhər Hüsnayı dərsə aparıb gətirirdi. Bundan əlavə Hüsna müalicəyə başlamışdı,bu səbəbdən tez-tez xəstəxanaya gedib gəlirdi. Həsən bir an belə Hüsnayı yalnız buraxmır,daima yanında olurdu. Hər gün bir-birilərinə daha da yaxınlaşırdılar. Həsən bütün bunları məcburiyyətdən etdiyini düşünürdü ancaq Hüsnanın onun həyatının mərkəzinə əyləşdiyini görə bilmirdi.
Səhər hər zamankı kimi erkəndən oyanıb hazırlaşmağa başladı. Elmir süfrəni çoxdan hazır etmişdi. Masaya oturub tələsik çörəyin arasına bir dilim pendir yerləşdirərək ağzına attdı. Daha sonra fincandakı çayı bir nəfəsə başına çəkdi. Elmir gözlərini iri iri açıb izləyirdi sadəcə.
-Həsən yavaş boğulacaqsan.
-Tələsirəm.
-Görürəm amma yavaş ye. Həm belə hara tələsirsən ki? Dərsin başlamasına var hələ.
-Ondan əvvəl xəstəxanaya getməliyik Hüsnanın yoxlanışı var.
-Sən bu qızı yaman düşünürsən.
Elmirin sözləri Həsənin yerində donmasına səbəb oldu. Yəni ətrafda hiss ediləcək qədər çox maraqlanırdı?
-Yoxsa sən bu qıza aşiq olmusan?
Elmirin son cümləsi Həsənin damarında qanını dondururdu. Əlindəki çörəyi masaya qoyub sərt baxış atdı.
-Çıxıram mən.
Evdən çıxıb Hüsnanın evinə doğru yol aldı. Fikirləri qarma-qarışıq olmuşdu. Özünü güclə ələ alıb yoluna davam edərkən çalan telefon səsinə ayaq saxladı.
-Buyurun Səlim bəy.
-Dəliqanlı,vacib məsələlər var səninlə danışmalıyam. Hüsnayı universitetə qoy məkana gəl.
-Səlim bəy Hüsna xanımın yoxlanışı var bu gün daha sonra universitetə qoyub gəlsəm?
-Yoxlanışı unutmuşdum.......Yaxşı elə et. Ehtyatlı ol.
Həsən telefonu cibinə qoyub iti addımlarla irəliləməyə davam etdi.
-Əmi.
Həsən səsi eşidib geri döndü. Tam qarşısında dayanıb ona əl açan balca qız uşağını görüb qeyri-ixtiyari aşağı əyildi. Köhnə yırtılmış geyimdə və üst başı çirk içində olan qızcığazın iri qara gözləri Hüsnaya bənzəyirdi. Üzünə təbəssüm yerləşdi gənc adamın.....Pulqabından çıxardığı əskinazı qızcığazın əlinə tutuşdurub saçına sığal çəkdi.
-Gözəl qız dua et o,yaxşılansın.
Sözünü tamamlayıb ayağa qalxdı və yoluna davam etdi. Hüsnayı niyə bu qədər düşünürdü? Yoxsa Elmir haqlıdı? Yox yox bu ola bilməz.......Hüsnaya vurulmuş ola bilməz. Çənəsini sıxıb başını sağa sola hərləyərək Elmirin sözlərinin absurd bir fikir olduğuna inandırmağa çalışırdı özünü. Villaya çatıb həyətə daxil olduğunda Hüsna maşının yanında dayanıb onu gözləyirdi. Əyninə geydiy çiçəkli donu və açıq qoyduğu qara saçları,yazın sərin mehinin təsirindən dəniz kimi dalğalnırdı.
-Nə gec gəldin?
Hüsnanın sitəm dolu səsinə yuxudan ayılmışdı gənc adam.
-Sabahın xeyir.
Sözünü deyib iti addımlarla sükana keçdi. Hüsna onun gərginliyini hiss edib sakitliyini qoruyaraq maşına əyləşdi. Xəstəxana yolunda onlara sükut yoldaşlıq edirdi. Hüsnayı müayinə nəticələrin necə çıxacağı qorxusu sararkən Həsən səhf etdiyi fikri sarmışdı. Beyni o qədər qarışmışdı ki,bir neçə dəfə yol hərəkəti qaydasını pozmuşdu. Nəhayət xəstəxanaya çatdıqlarında Hüsna ürkək baxışlarını güzgüdən Həsənə yönəltdi.
-Çox qoxuram.
Həsən heç nə demədən maşından enib arxa qapıyı açaraq əlini uzatdı.
-Gəl.
Hüsna ona uzanan əli tutub aşağı endi və Həsənin tam qarşısında dayandı.
-Bax Hüsna,qorxu hissi elə bir hisdir ki,bədənini ələ keçirdiyində sənə nə istəsə elətdirə bilər. Sənə heç nə olmayacaq,buna inansan qorxu hissinə qalib gələcəksən. İndi ağıllı qız ol heç bir şeydən qorxma. Mən burda səni gözləyirəm.
Hüsna başını razılıq mənasında yelləyib xəstəxanaya daxil oldu. Həsənin sözləri hələ də bu sözləri deyərəkən onun əlini tutması gənc qıza yaxşı təsir etmiş,hiss etdiyi qorxunu azaltmışdı. Sevdiyi adamın çöldə onu gözləyir olması fikri həyəcanını qat qat artırsada,özündən əmin bir şəkildə irəliləməsinə səbəb olurdu.........Həsən maşında oturub gözlərini xəstəxanaya zilləmişdi. Hüsna içəri girəli artıq bir neçə saat ötmüşdü ancaq hələ də səs-səda yox idi. Gözləmək lap çox gərilməsinə səbəb olurdu,onsuzda səhərdən bura gərginlik yaşayırdı. Əlləri ilə çənəsini sıxıb özünü ələ almağa çalışırdı. Başını arxaya atıb gözlərini bərk sıxmağa başladı. Bu yolla Hüsnanın xəyallarını beynindən çıxara biləcəyini düşünürdü çünki yaşananlar artıq əzab verirdi. Onun yanında olmasının qəlbinə huzur və rahatlıq gətirdiyini qəbul etmirdi. Daha doğrusu Hüsnaya vurulmuş olma ehtimalını yaxın buraxmaq istəmirdi. Ancaq nə deyiblər sən saydığını say gör fələk nə sayır. Həsəni fikirlərindən pəncərənin döyülmə səsi ayırdı. Hüsnanın gülümsəyərək baxdığını görüncə üzünə təbəssüm qondu. Bir neçə saniyə davam edən baxışmanın ardından Həsən maşından endi.
-Nə oldu? Həkim nə dedi? Niyə gec çıxdın?
Həsənin nəfəs belə almadan ard-arda verdiyi suallar Hüsnanın qəh-qəhələrlə gülməsinə səbəb oldu. Bu xəstəlik onu,o qədər qorxutmuşdu ki,gülməyi belə unutmuşdu. İndi sevincdən gülürdü və istəmsizcə gözlərindən yaş süzülürdü. Həsən qaşlarını düyünləyib Hüsnayı süzərkən gənc qız qollarını onun boynuna doladı.
-Mən yaxşılanıram.......Ölməyəcəm.
Son sözə Həsənin dodaqları yana qıvrıldı. Hüsnanın belindən tutaraq onu özünə sıxıb gözlərini yumdu. Ürəyi köksünü parçalayıb çıxacaq qədər bərk döyünsədə vicdan əzabı qolunu qanadını qırırdı. Bu an çəkdiyi əzabı sözlə ifadə etmək çətin idi və əmin olduğu bir şey var idi ki,o oda bu an çəkdiyi vicdan əzabını bir ömür boyu unutmayacaqdı. Qısa sürən sarılmadan sonra yavaşca qızı özündən araladı.
-Gedək?
-Həsən,mənim səndən bir istəyim var.
-Əlbəttə,buyur.
-Dəniz kənarına gedək amma piyada.
-Yorulmaq sənə yaxşı gəlməz.
-Xahiş edirəm. Uzaq deyil onsuz həm dincələ dincələ gedərik.
-Bəs dərsin?
-Onsuz bu gün gecikdim.......Bu gün heç nəyin canımı sıxmasına izin verməyəcəm.
Həsən əlavə nəsə demədən susub başını razılıq mənasında yellədi. Onun razılığı Hüsnanın gülümsəməsinə səbəb olmuşdu. Həsən maşını dayanacaqda saxladıqdan sonra bərabər addımlamağa başladılar. Hüsna o qədər sevincli idi ki,şıltaq uşaqlar kimi əl-qol ataraq danışrdı ancaq Həsən onu eşitmirdi çünki hələdə özünə gələ bilməmişdi. Gənc qız bir an dayanıb adama tərəf döndü.
-Məni kameraya çək.
-Nə?
-Bu günü unutmaq istəmirəm,nə qorxumu nədə bu an yaşadıqlarımı.
Həsən telefonu çıxarıb kamerayı açdı və çəkimə başladı. Hüsna öndə yoluna davam edərkən danışmağı,bu günü anlatmağıda ihmal etmirdi. Həsən heç bir danışılanı eşitmirdi,anın sehrinə o qədər qapılmışdı ki,ətrafda nə baş verdiyini belə başa düşmürdü. Hüsna çox gözəl görünürdü. Uzun qara saçları və ətəkləri uçuşan çiçəkli donu ilə ecazkar görünürdü. Onun bu səmimi halı Həsənin ağlını başından alırdı. Gənc adam bir anlıq yerində dayandı və kamerayı sabit tutsada başını yana əyərək qızı şüşə arxasından deyil də gözləri ilə izlədi. Hüsnanın sadəliyi,gözəliyi Həsəni bu oyundan vaz keçməyə vadar edirdi. Artıq başa düşürdü ki,yavaş-yavaş Hüsnanın gözəlliynə,səmimiyyətinə,təmiz ürəkli olmasına qapılır və ən əsası qəbul edirdi ki,atasının günahını bu məsum qızından çıxarmağa çalışmaq düzgün deyildi. Bu oyuna son verməli idi həm də ən qısa zamanda əks halda vicdan əzabı çəkəcəkdi........Özünü ələ alıb kamerayı söndürdü,onsuz dəniz kənarına çatmışdılar. Hər ikisi oturacağa oturub dənizi seyrə daldılar. Hüsna başını arxaya ataraq gözlərini bərk sıxdı. Dənizin qoxusunu içinə çəkmək onu rahatladır,saki
tləşdirirdi. Həsən isə yaşadığı əzaba necə son verəcəyini düşünürdü. Ən doğrusu işdən ayrılıb Hüsnadan uzaq durmaq idi. Hə....Hə düzgün olan bu idi.
-Sənin ailən harada yaşayır?
Sakitliyi Hüsnanın səsi pozdu. Ailəsi haqda,özü haqda danışmağı heç sevməsədə qızı cavabsız qoymamaq üçün sakit səslə dilləndi.
-Mənim heç kimim yoxdu.
-Valideyinlərin hanı?
-Atam rəhmətə gedib.
-Başın sağolsun.......Bəs anan?
Həsən çiyinlərini çəkib baxışlarını dənizə yönəltdi.
-Başqası ilə evlidi.
-Həyatlarımız necə də bənzəyir.........Mən bəzən anam çox darıram. Keşgə getməsəydi deyrəm. O anlarda zəng vururam düzdü yan yana olmaq kimi deyil amma ən azından səsini eşidirəm. Məsələn indi çox istərdim yanımda olsun. O,yanımda olsa bəlkə bu qədər qorxmazdım.......Bəs sən onun üçün darıxırsan?
-Yox.
Qəti fikrini söyləmişdi adam.
-insan anası üçün darıxmazmı? Çünki hər yaşda anaya ehtyac duyulur.
-Mənim heç kimə ehtyacım yoxdu.
Hüsna gözlərini Həsənin gözlərin sabitlədi.
-Niyə bu qədər əsəbisən?
-Əsəbi deyiləm. Məni istəməyən birinə niyə ehtiyac duymalıyam?
-Çünki anandı.......Həm hardan bilirsən istəməyib bəlkə şərtlər elə gətrib.
-Məncə bu məsələ haqqında yetəri qədər danışdıq artıq sussan yaxşıdı.
Həsənin sərt səsindən sonra Hüsna səssizliyə qərq oldu. Asta-asta ləpələnən dəniz sakitliyə səbəb olurdu. Bir anda Həsənin ağlına Səlim bəylə olan danışığı gəldi.
-Hüsna,səni evə ötürüm məni atan çağırıb ora getməliyəm.
-Sən get mən taksi ilə dönərəm.
-Olmaz.
Həsən cəld ayağa qalxıb önə doğru addımlarkən Hüsna olduğu yerdə dayanıb səsləndi.
-Həsən.
-Bəli.
-Atama ömür boyu minnətdar olacam çünki sənin həyatıma gəlməyinə səbəb olub.
Həsən olduğu yerdə donub qaldı. O,nələr edərkən Hüsna onun haqqında nə düşünürdü. Güclə üzünə təbəssüm yerləşdrib yoluna davam etdi. Peçmançılıq sarmışdı bədənini. Hüsnayı evə aparmaq üçün taksiyə əyləşdilər. Gənc qız baxışlarını pəncərədən çölə zilləsədə adam ona dikmişdi baxışlarını. O an tək düşüncəsi vardı keşgə başqa şərtdə qarşılaşsa idilər,o zaman bəlkə Hüsna onun ola bilərdi ancaq indi qəlbini kirlətmişdi və bu məsum qəzı ora yerləşdirə bilməzdi. Xaincə planlar qurduğu birinə qəlb evinin açarını verə bilməzdi. Bu qədər insafsızca davrana bilməzdi. Yox yox hər şeydən vaz keçəcəkdi həm bu qədər böyük oyuna dəyəcək nə vardı ki,ortada.
Hüsnayı evə qoyduqdan sonra Səlim bəyin yanına getməyə tələsdi. Orda yaşanacaqları bilsəydi bəlkədə getməzdi.......Bəlkədə elə telefon danışığı ilə çalışmayacağını bildirərdi. Bəlkələr.......
..Keşgələr........Həsənin həyatı bunlardan ibarət idi.

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri