Günahkar (6-cı bölüm)

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 3 116
Səs ver:
(səs: 0)
Həsən səhər erkəndən oyanıb hazırlaşmağa başladı. Bu gün digər günlərdən fərqli olaraq görnüşünə xüsusi diqqət yetirdi. Əynini geynib güzgü qarşısında dayanaraq əksini süzdü. Hər zaman olduğu kimi yenə çox yaraşıqlı idi. Tünd qoxulu odekolonunu sıxdıqdan sonra xarizmatik görünümünü gözlərinə taxdığı eynəklə tamamlayıb evdən ayrıldı. Həsən tam hazır idi və bu gündən oyun başlamışdı.
Maşına söykənib Hüsnanın evdən çıxmasını gözləyirdi. Artıq geri dönüş yox idi çünki kini ruhunu tamamən ələ keçirmişdi. Bir müddət gözləmişdi ki,ətrafa dikdaban ayaqqabının çıxardığı səslər və Hüsnanın hər zaman istifadə etdiyi ətrin qoxusu yayıldı. Gözlərini bərk sıxdı adam,çətin olacaqdı bunu anlayırdı. Üzünə xüsusi gülüş yerləşdirib arxaya döndü. Hüsna gülümsəyərək ona tərəf gəlirdi və hər zaman olduğu kimi zərafəti ilə göz qamaşdırırdı. Həsən bu gözəlliyin sehrinə qapılmamaq üçün baxışlarını başqa səmtə yönəltdi.
-Sabahın xeyir Həsən.
-Sabahın xeyir Həsənin Hüsnası.
Gənc qız eşitdiyi müraciət formasından sonra təəccübdən yerində donarkən,gənc adam ilk qələbəsinin dadını çıxarırdı. Bir yandan üzü gülsə də digər yandan qəlbində bir yer göynəyirdi. Ruhunu parçalamağı düşündüyü birini özününküləşdirməyə çalışırdı. Əslində isə özü qəbul etməsədə dediyi hər kəlimə içindən gəlirdi.
-Sən nə dedin?
-Nə dedim ki?
-Mənə müraciət şəklini deyrəm.
Həsən duruşunu daha dikləşdirərək bir neçə addım önə atıb Hüsna ilə nəfəs-nəfəsə dayandı.
-Nədi? Yalandı bəyəm? Həsənin Hüsnası deyilsən?
Gənc qız başını aşağı əyərək gözlərini yerdə sabitlədi. Bu an özündə heç yerindən tərpənəcək gücü tapmırdı. Saçlarının üzünə tökülmüş olması utancdan alışıb-yanan yanaqlarını gizlədirdi. Heç nə demədən çiyinlərini çəkdi. Həsən istədiyi cavabı almış olmanın həzzi ilə Hüsnanın çənəsindən tutub başını qaldıraraq göz-gözə gəlmələrinə şərait yaratdı.
-Səni sevirəm Hüsna.
Anlaya bilmirdi ki,bu sözü deyərkən niyə bu qədər həyəcanlanırdı. Hüsna heç nə demədən gülümsəyərək Həsənə sarıldı. İstədiyi olmuşdu......Oyunda ilk səviyyəni qazanmışdı. Bundan sonra edəcəyi bəlli idi. Hüsnayı hər gün özünə daha da bağlamaq.
-Cavab vermədin?
Qollarını qızın zərif belinə dolayaraq xəfifcə özünə sıxdı.
-Cavabım bəlli deyil?
-Dilindən eşitmək istəyirəm.
-Məndə səni sevirəm.
Hüsna etirafından sonra daha da Həsənə qısıldı.
-Sevgilim dərsə gecikir......Bəlkə gedək?
Hüsna özünü geri çəkib maşına əyləşdikdən sonra Həsən olduğu yerdə dayanıb dişlərini qıcadı.
-Cavabına peşman edəcəm səni Hüsna xanım.
Sükana keçib iti baxışlarını yola zilləyərək universitetə doğru yol aldı. Yol boyu Hüsnanın gözlərini bir saniyə belə Həsəndən çəkməməsi ona inandığını göstərirdi......
Günlər su kimi axıb gedirdi və hər ötən gün Həsən ilə Hüsnayı bir-birinə daha da yaxınlaşdırırdı. Gənclərin birinin ürəyi sevgi ilə çırpınarkən digərinin ürəyi kin və nifrətlə döyünürdü. Həsən hər gün iş çıxışı xəstəxanaya Eldənizi görməyə gedirdi. Hər gün o ailənin fəryadını görmək Hüsynaya olan kinini diri saxlayırdı və hər gün özünə söz verirdi ki,nə olur olsun bu qisas alınacaq.
Həsən səhər oyanıb hazırlaşmağa başladı. Nədənsə bir sıxıntı hiss edirdi sanki nəsə yaşanacaqdı. "Xeyir olsun" deyib evdən ayrıldı. Hüsnanın evinə çatdığı zaman həyətdə səssizlik hökm sürürdü. Normal halda Hüsna hazırlanıb həyətdə var-gəl etməli idi ancaq indi yox idi. Yaxınlaşıb qapını döydüyü zaman məyus görünən xadimə qapını açdı. Bu hal heç iç açıcı deyildi. Həsən bir qaşını havalandırıb içəri daxil oldu. Divanda oturub gözlərini bir nöqtəyə sabitləmiş olan Səlim bəyi və yanında ağlayan Hüsnayı görməsi ilə cəld irəli addımladı.
-Hüsna.......Xanım,nəsə olub?
-Dəliqanlı-Səlim bəy ayağa qalxıb bir əlini Həsənin çiyninə qoydu -Hüsna yol qəzasında yaxın rəfiqəsini itirib. Cənazə rayonda dəfn olunacaq. Hüsnayı rayona apar,mən dekanla danışıb icazə alacam. Hə birdə gözünü üstündən ayırma çox ağlamasn.
Səlim bəy sözünü bitirib telefona nömrə yaza-yaza xadiməyə tərəf üzünü tutdu.
-Səyarə Hüsnanın çantasını hazırla.......Ay qız nə gözünü döyürsən səninləyəm.
Səyarə tez baxışlarını Həsəndən çəkib dilləndi.
-Ba.....Baş üstə.
Səyarənin otaqdan çıxması və Səlim bəyin telefonla danışmasını fürsət bilən Həsən üzünü Hüsnaya tutdu.
-Başın sağolsun......Ağlama.
-Əlimdə deyil.
-Bu saat səni bağrıma basıb ətrini içimə çəkməmək üçün güclə dururam.
Həsənin sözləri qarşısında Hüsna sadəcə gözlərini ona zilləmişdi.
-Qızım,icazəni həll etdim. Gec olmadan yola çıxın.
Səlim bəyin səsinə hər ikisi baxışlarını başqa səmtə yöməldərək evdən çıxıb maşına tərəf addımladılar. Hüsna o qədər pərişan halda idi ki,güclə addım atırdı. Səlim bəy qızının oturmasına kömək etdikdən sonra Həsənə yaxınlaşdı.
-Qızım sənə əmanət. Əgər gecəyə qalsanız yola çıxma. Bu olanlar mənə də təsir edib qızıma birşey olmasından narahatam. Sağ-salamat gedin gəlin.
Həsən razılıq əlaməti olaraq başını yelləyib Səyarədən çantaları alaraq maşına yerləşdirdi və daha sonra sağollaşıb yola çıxdı. Hüsna başını pəncərəyə dayayıb sakit göz yaşı tökürdü. Həsən onun əlindən tutub dodaqlarına yaxınlaşdırdı.
-Özünü pərişan etdin,ağlama artıq.
Hüsna məyus baxışlarını ona zillədi.
-Gülay mənim tək rəfiqəm idi.
-Gülay? Tanış gəldi adı.
-Hə bizim tanış olduğumuz kafenin sahibi. Mən indi onsuz nə edəcəm?
-Mən varam və hər zaman yanındayam.
-Səni sevirəm Həsən yaxşı ki,varsan.
Hüsna sözünü deyib başını Həsənin çiyninə yasladı. Həsən isə sanki biraz əvvəl dediyi sözün indi fərqinə varmışdı. Söz vermişdi.......Hər zaman yanında olacağına dair söz vermişdi amma sözünü tuta biləcəkdimi? Bunu zaman göstərər. Bildiyi tək şey vardı o da Hüsnayı bu cür görməyə dayana bilmirdi.
Rayona çatdıqlarında günorta olmuşdu artıq. Gülay ailənin tək övladı idi həm də çox savadlı ağıllı qız idi. Hər kəsin sevgisini qazanmış olan bu qızın ölümü demək olar ki,bütün rayonu ayağa qaldırmışdı. Tük ürpədici dəfn mərasimindən sonra Hüsna ailəyə baş sağlığı verib Həsənə onu qəbirsanlığa aparmasını xaiş etdi. Bərabər qəbirsanlığa gəldiklərində məzarın üstündə ağlayan gənci görüb dayandılar.
-Ceyhun.
Hüsna yavaşca səslənib baxışlarını Həsənə yönəltdi.
-Gülayın nişanlısı.
Hər iksi məzara yaxınlaşdı. Hüsna aşağı əyilib dizlərini yerə qoydu.
-Gəlmək istəmirdi amma mən görüşək deyə tutdurdum -Ceyhun qısıq səslə dilləndi -Yəni hər şeyin səbəbkarı mənəm Hüsna.......Mənə görə öldü.......Mənə görə.......Onu mən öldürdüm.
-Sənin nə günahın var. Bunlar qismətdir.
-Deyil Hüsna deyil.......Səbəbkar mənəm. İndi mən nə edəcəm? Gülay bir dəfə ölüb getdi amma mən hər saat hissə-hissə ölürəm........Ç
iyinlərimdəki vicdan yükü və qəlbimdəki bitməz-tükənməz sevgi məni hər saniyə yox edir.
Həsən də əyilib əlini Ceyhunun çiyninə qoydu.
-Zaman hər dərdin dərmanıdı.
Ceyhun baxışlarını ona yönəldib dilləndi.
-Sevdiyimiz birini itirdiyimizdə,sevgimizidə onunlamı dəfn edirik? Yəni o,öldü deyə onu sevməkdən vazmı keçirik? Cavab verim YOX. Əgər elə olsaydı bu sevgi olmazdı. Zaman heç nəyi dəyişməyəcək nə sevgimi nə də ki,günahkar olduğumu.
Ceyhun cümləsini tamamlayıb buz kimi soyuq torpağa,məzarın yanına uzandı. Ürək dağlayan mənzərə Həsənə çox təsir etmişdi. Bəs o,Hüsnayı itirməyə dayana bilərdimi. Başını çevirib qızı süzdü........Yox onu pərişan görməyə belə dayana bilmirdi. Bəs itirdiyində necə dayanacaqdı? Bilmirdi.......Hər şey axışa təslim etməkdən başqa çarə qalmırdı.
Biraz vaxt keçmişdi ki,dostları gəlib Ceyhunu çətinliklədə olsa ordan apardılar. Hüsnada bir qədər ağladıqdan sonra məzarlıqdan ayrıldı. Axşam düşürdü yavaş-yavaş ona görədə Həsən yola çıxmayıb rayonda gecələməyə qərar verir. Rayon mərkəzində ki,otellərdən birinə gəlib Hüsnayı otağa yerləşdirdi. Onsuzda bitgin olan qız başını yastığa qoyar qoymaz yuxuya daldı. Həsən qızın üstünü örtdükdən sonra öz otağına keçib duş aldı. Bu gün ağırlığı bədəninə dəyən su ilə axıb gedirdi. İsti su yaxşı təsir etmiş,bədənini rahatlatmışdı. Duşdan çıxıb yatağa uzandı. Nə qədər yatmaq istəsədə yata bilmirdi çünki çox ac idi. Yerindən qalxıb gödəkcəsini götürərək aşağı endi və yaxınlıqdakı kafedən yemək alıb otelə geri döndü. Hüsnanın otağına qalxıb qapını döysədə səs yox idi. Həsən qapını yavaşca açıb içəri daxil oldu. Hüsna hələ də yatırdı. Həsən aldıqlarını masaya qoyub pəncərə önündəki kresloya əyləşdi. Çöldə yağan yağışıbir qədər izlədikdən sonra baxışlarını Hüsnaya çəəevirdi. O qədər məsum görünürdü ki,eynən körpə uşaq kimi. Həsən arxaya yaslanıb gözlərini yumaraq düşüncəyə daldı. Axı o,çox məsum görünür bu cür saf görüntünün altında bir şeytan gizlənmiş ola bilərmi?
-Ata.
Hüsnanın sayıqlaması ilə Həsən yerindən sıçrayıb yatağa yanaşdı.
-Hüsna.....qorxma canım.
Hüsna gözlərini açıb Həsəni görər-görməz qollarını boynuna doladı.
-Həsən.....Gülay.
Hüsna sözünü deyib yenidən göz yaşlarına boğuldu.
-Şşş keçdi canım sakitləş keçdi.
Həsən qızı sinəsinə sıxıb saçıarını sığallamağa başladı. Bir neçə dəqiqə sonra Hüsna sakitləşmişdi.
-İndi ağıllı qız ol və qalx əl-üzünü yu sonra da çantada geyimlər var üstünü dəyiş gəl.
Hüsna başını razılıq mənasında yelləyib çantayı götürərək hamama keçdi. Bu sırada Həsən süfrəni qurub aldıqlarını masaya düzdü. Hüsna hamamdan çıxıb xəfif təbəssüm edərək masaya əyləşdi.
-Sən bunları nə vaxt aldın?
-Sən yatarkən.
Bərabər oturub yemək yedikdən sonra Həsən ayağa qalxdı.
-Yorğunsan yat dincəl,məndə gedib yatım.
Qapıya tərəf addımlarkən Hüsna arxadan Həsəni qucaqladı.
-Getmə.....Mənimlə qal bu gecə.
-Olmaz Hüsna.
Həsən yavaşca geri döndüyü an Hüsna onun dodaqlarına yapışdı. Getdikcə şiddətlənən öpüşlər hər ikisinin ağlını başından alırdı. Həsən nə qədər mane olmağa çalışsada Hüsnanın öpüşləri əngəl olurdu. Həmin gecə Hüsna sevdiyi adama aid olarkən,Həsən qisas aldığı yox məhz sevdiyi qızı özünə aid etmişdi......

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 116
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri