Günahkar (7-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 2 972
Səs ver:
(səs: 0)
Səhərin ilk işıqlarında Hüsna gözlərini xoşbəxtliklə açarkən Həsən böyük peşmanlıq hissi ilə açmışdı. İnana bilmirdi. O,bunu necə edə bilərdi? Necə bir qızın gələcəyi ilə oynaya bilərdi? Bu an özünü dünyanın ən iyrənc məxluqu kimi hiss edirdi. Hüsnanın üzünə belə baxmadan yerindən sıçrayıb paltarını geyinərkən dilləndi.
-Aşağıda gözləyirəm. Hazırlaşıb gələrsən.
Tələsik otağına keçib özünü ilıq suyun altına atdı. Nə etmişdi? Nəfsinə sahib çıxa bilməyib Hüsnaya sahib olmuşdu. Özünü bərbad hiss edirdi. Heç tərpənmədən suyun altında dayanaraq vücudundan süzülən su şırnağını izlədi bir müddət. Bundan sonra nə edəcəyi haqda heç bir fikrə sahib deyildi. Suyu bağlayıb duşdan çıxaraq hazırlaşmağa başladı. Hərəkətləri robotdan fərqlənmir,hər şeyi avtomatik yerinə yetirirdi. Hazır olduqdan sonra aşağı enib gözləməyə başladı. Biraz sonra Hüsnanı gəlməsi ilə Həsən sükana keçib maşını işə saldı. Yol boyu danışmaq bir yana dursun heç bir-birilərinin üzünə belə baxmırdılar. Həsən gözlərini yola,Hüsna isə pəncərəyə sabitləmişdilər. Səssiz davam edən yol nəhayət bitmişdi.
-Mən univeristetə getməliyəm. Gözlə hazırlaşıb gəlirəm.
Hüsna heç Həsən tərəfə dönmədən sözünü deyib maşından endi. Sevdiyi adamla bərabər olmuşdu........Bu onu xoşbəxt etmiş olsada Həsənin üzünə baxmaması canını yandırırdı. Ağır addımlar evə tərəf gedərkən bir an geriyə baxmaq istəyinə mane ola bilmədi və gördükləri göz yaşlarının yanaqlarında cığır açmasına səbəb oldu. Həsən oturacağa yaslanıb gözlərini bərk sıxmışdı eyni zamamda əlləri ilə sükanı sıxırdı. Hüsna qaçaraq evə daxil olarkən Həsən dəli olmamaq üçün özünü ələ almağa çalışırdı. Bundan sonra nə edəcəkdi? Hər nə etsədə günahkarlıq hissini təmizləməyə yetməyəcəyini bilirdi. Maşının pəncərəsini endirib içəri dolan soyuq havanı ciyərlərinə hopduraraq sakitləşməyə çalışırdı. Bir qədər keçmişdi ki,Hüsna gəlib maşına əyləşdi. Yenə hər ikisi səssizliklərini qoruyaraq univeristetə doğru yol aldılar. Həsənin tək qalıb dşünməyə və bir qərara varmağa ehtyacı vardı. Bu yolun tez bitməsini istəyirdi ona görə də sürəti artırmışdı. Fikirləri qarışıq olduğundan bunun fərqində belə deyildi. Gözucu Hüsnaya baxdığı zaman onun qorxudan oturacağı sıxdığını görüb nə olduğunu anladı və tez sürəti azaltdı. Çatdıqlarında Hüsna heçnə demədən tələsik maşından enib iti addımlarla universitetin həyətinə daxil oldu. Həsən başını bir müddət sükana dayadıqdan sonra maşından enib telefonu çıxardı. Lazımi nömrəni qeyd edib aparatı qulağına yaxınlaşdırdı.
-Alo.
-Səlim bəy,mən sizdən bu gün eləcədə qarşıdakı 3 gün üçün icazə istəyəcəkdim.
-Nə üçün?
-Vacib işlərim var.
-Dəliqanlı,-Səlim bəy bir qədər düşündükdən sonra dilləndi -Sən vacib deyirsənsə deməli vacibdir.......Yaxşı mən indi Maliki göndərirəm. Çalış 3 günə işlərini həll et.
-Çalışaram. Sağolun.
Həsən telefonu söndürüb maşına söykəndi. Qəlbində sözün əsl mənasında tufanlar qopurdu. Hüsnaya olan hissləri ilə kini çarpışırdı və bu çarpışmadan tək zərərli çıxan Həsən özü idi. Bir qədər gözlədikdən sonra Malikin gəlməsi ilə açarları təslim edib evin yolunu tutdu. Evə çatan kimi otağın qapısını bağlayıb özünü yatağa ataraq gözlərini yumdu. Həsən tam iki gün evdən çölə addım atmadı. Arada oyaq olsada güne yatmaqla başa vurdu. Səbəbi isə ancaq yuxudaikən Hüsna ağlından çıxırdı. Ancaq yuxudaikən Hüsnalı xəyallar quruv "keşgə"lərdə boğulmurdu. Növbəti axşam oyanıb yerində dikəlib saata baxdı. 21:00......Ruhdan fərqlənməyən görünümü ilə otağında çıxıb boylandı. Elmirin otağından zəif işıq süzülürdü. Deyəsən kitab oxuyurdu. Həsən yavaşca mətbəxə keçib bir şeylər atışdırdıqdan sonra pencəyini götürərək evdən çıxdı. Hara eləcədə niyə getdiyini bilmədən addımlayırdı. Beyni düşüncələrlə dolu idi. Düşüncəli halda əvvəllər işlədiyi kluba gəlib içəri daxil olaraq barmenə yaxınlaşdı. İçki sifariş verdikdən sonra qollarını masa üzərində birləşdirib başını yasladı. Bu an çiyninə toxunan əl onu geri baxmağa vadar edirdi. Arxaya dönməsi isə bir növ şok keçirməsinə səbəb olmuşdu. Çünki arxasında dayanıb gülümsəyən Hüsna idi. Gördükləri qarşısında üzünə təbəssüm qonan Həsən ayağa qalxdı.
- Həsənin Hüsnası.
Deyib qızı bağrına basdı. Ancaq qızın saçlarından başqa cür ətir gəlirdi axı bu Hüsnanın ətri deyildi. Həsən özünü ələ alıb geri çəkildi. Başqa qız idi......Yanılmışdı.......İlk dəfə gördüyü birini Hüsnaya bənzədəcək qədər ağlını itirmiş olmalı idi.
-Yaraşıqlı,niyə uzaqlaşdın?
Həsən eşitdiyi səslə sərt baxışlarını qadının üzündə sabitlədi.
-İstəyirsən sənin üçün Hüsna da olaram.....Kimdir ki? Sevgi.......
-Kəs səsini.
Həsənin çığırması ilə qadın sözünü yarıda kəsib ordan uzaqlaşdı. Olanlara inanmaqda çətinlik çəkirdi,oyaqkən yuxu görüb içməmiş sərxoş olmuşdu. Bütün bunlar niyə olurdu axı. Əli ilə barmenə getdiyini işarə edib iti addımlarla özünü çölə atdı. Təmiz havanı çiyərlərinə hopduraraq qaçmağa başladı. Hislərindən qaçırdı......Gün keçdikcə Hüsnanın gözündə doğmalaşması canını yandırırdı......Görməyə,səsini eşitməyə ən çox ehtiyac duyduğu insana olan hisləri onu qorxudurdu......Bəli Həsən qorxurdu,həmdə dəli kimi.......Qəlbi,hiss etdikləri kinin önünə keçirdi və o,yavaş-yavaş qəlbinə yenilirdi. Bəs özünə verdiyi söz? Eldənizə olanlar? Bəs dünən Hüsna ilə yaşadıqları? Suallar hücm çəkdikcə Həsən daha bərk qaçırdı. Bir an dayanıb ətrafa boylandığında gördükləri yerində donmasına səbəb oldu. Bura Hüsna ilə tanış olduqları yer idi. Ayaqları onu özündən xəbərsiz həmin yerə gətirmişdi. Ləng addımlar oturacaqlardan birinə oturdu. Əlləri ilə başını sıxarkən biraz aralıda əyləşən cütlük diqqətini çəkdi daha doğrusu oğlanın qıza dediyi şe'r.
Yaman darıxmışam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış,demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim…Gözüm üzünə,
Qulağım səsinə darıxmasaydı.
Yaman darıxmışam…Bu nədir yenə,
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə,
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam…Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı,
Zamana ən uzun ölçü sanardım.
Yuxuma gəlmişdin…Qısıldıq küncə,
Danışdıq…Yel əsdi…Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə,
Sənin işığında yox oldu kölgəm.
Bəxtiyar Vahabzadə-yaman darıxmışam...
Şe'r Həsənə çox təsir etmişdi hətta gözləri dolmuşdu. Sanki onlardan bəhs edirdi. Hər şey bir yan Hüsna üçün çox darıxırdı. Bildiyi tək həqiqət bu idi. Bu işin tək çıxış yolu vardı o da Hüsna ilə danışmaq və lazım olsa hər şeyi unudub evlənməli idi. Özünə verdiyi sözü çeynəməli,tüpürdüyünü yalamalı olacaqdı amma ən azından gənc bir qızın həyatını məhv edən şərəfsiz olmayacaqdı. Gecənin bir yarısı evə dönüb səhər danışacaqlarını düşünərək yuxuya daldı.
Həsən səhər erkəndən oyanıb hazırlaşaraq evdən çıxdı. Səlim bəyin evinin önündə dayanaraq dərin nəfəs alıb özünü ələ aldı. Həyətə daxil olduğunda Hüsna maşına söykənib dayanmışdı. Deyəsən Malik hələ gəlməmişdi. Yenə qara saçları küləyin təsiri ilə üzünü oxşayırdı. Çöhrəsi olduqca solğun görünürdü. Həsən onu belə görüb daha da tədirgin oldu çünki gənc qızın qəlbini nə qədər qırdığının indi fərqinə varırdı. Bir iki addım irəli atıb Hüsnanın qarşısında dayandı.
-Salam.
-Salam.
Hər ikisinin səsində ki,soyuqluq az qalırdı ətrafı dondurdun. Hüsna baxışlarını yerdən qaldırmasa da həyəcanı hiss olunurdu.
-Hüsna,mən.....Sözə hardan və necə başlıyım bilmirəm. Mən belə olsun istəməzdim.
-Həsən,mən səni başa düşürəm -Hüsna baxışlarını Həsənin üzündə sabitləyib davam etdi -İkimizində kövrək anı idi və yaşandı.
-Hüsna əgər istəsən mən evlənməyə hazıram.
-Sən üzümə baxmayanda alçaldığımı düşünürdüm bundan daha betər,daha ağır heç nə olmaz deyirdim amma yanılmışam.
Cümləsini tamamlayıb acı-acı gülümsədi gənc qadın. Gözlərindən süzülən bir-iki damla isə ox olub adamın ürəyinə sancıldı.
-Hüsna,elə demək istəmədim.
-Nə demək istədiyini yaxşı başa düşdüm.
-Səhv başa düşürsən.
Hüsna heç nə eşitmək istəmirdi. Yetəri qədər alçalmışdı onsuz. Getmək istərkən Həsən qolundan tutub özünə çəkərək bağrına basdı.
-Bağışla.....Bağışla.....Bağışla.
Hüsna heç nə demədən göz yaşlarına boğuldu. Günlərdir içində yığılıb qalan hirsi,qəlb qırıqlığı,utancı hıçqırıq olaraq dodaqlarından tökülürdü. Əllərini yumruq şəklində sıxıb Həsənin sinəsinə döyəcləyirdi. Biraz sonra hıçqırıqlar hönkürtü ilə əvəzlənmişdi. Həsənin saçlarını sığallayıb ara-ara öpüş qondurması ağlamağını lap şiddətləndirirdi.
-HÜSNA!!!
Getdikcə bir-birinə daha da qısılan cütlüyü eşitdikləri sərt səs ayırdı. Səlim bəyin qəzəb dolu baxışları və onun yanında dayanan 4-5 nəfər adamın maraq dolu baxışları altında hər ikisi baxışlarını yerdə cəmlədi.
-Bu nədir uşaqlar? İndi ki,gənclərdə utanma yoxdu ki.
Səlim bəyin bir an içərisində yumşalan hətta gülümsəyən səs tonu hər ikisinin heyrətlə bir-birinə baxmasına səbəb oldu. Nə baş verdiyini tam anlamırdılar. Səlim bəy yavaş-yavaş gənclərə yaxınlaşıb gülümsədi.
-Bəylər,deməyəcəkdim hələ ki,amma gənclər səbirsiz çıxdı.-Geri dönüb adamlara baxaraq davam etdi -Birdənəcik qızım Hüsna nişanlandı.
Həsən və Hüsna eşitdiklərinin şokundan dolayı sadəcə susub baxırdılar.
-Səlim mübarəkdi.....Gənci tanımadım kimlərdəndi?
Adamlardan biri dilləndiyi zaman Səlim bəy dodaqucu nəsə mızıldandıqdan sonra dilləndi.
-Həsən......Biznesmendi......Xarici ölkədə yaşayırdı.-Sözünü deyib geri dönərək Həsənlə üzbəüz dayandı -Mən qızımı hər yoldan ötənə vermərəm. Əlbəttə ki,ona laiq birinə verməliyəm. Elə deyil?
Adamların hərəsi bir ağızdan təbrik edir,Səlim bəyin qərarını doğru olduğunu bildirirdilər. Həsən tam olaraq nə hiss etdiyini bilmirdi sadəcə donub qalmışdı. Səlim bəy eyni şeyi təkrar edirdi. Yenə Həsəni alçaldırdı. İlki onu sıxışdırmaq məqsədli olsada bu dəfə ki,mənliyini və qürurunu tapdamaq idi. Artıq dur deməyin vaxtı çatmışdı. Həsən gözlərini Səlim bəyin gözlərindən çəkmədən dilləndi.
-Yanılırsız Səlim bəy. Sizin qızınız artıq mənə lazım deyil...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri