Günahkar (13-cü bölüm)

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 551
Səs ver:
(səs: 1)
Mənim səndən uzaqlarda
Yamandı halım,necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım,necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim,ay göyçəyim.
Çəmənim,çölüm,çiçəyim,
Pətəyim,balım necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü,könlü dil-dil ötən,
Dilləri lalım,necəsən?
Zər-zibam,ləlim,gövhərim,
Yaqut-yəmən,simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım,necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən,yarı.
İbrahimin sitəmkarı,
Necəsən,zalım,necəsən?
Günlər bir-birini əvəz edirdi. Həsənin döyüldüyü gündən bu yana 1 həftə keçmişdi və bu həftə ərzində hər gün biraz daha yaxşıya doğru gedirdi. Hər zaman olduğu kimi indi də tək düşündüyü Hüsna idi. Əslində hər an gözləri qapıda onun yolununu gözləyir gəlmədiyi üçün isə içdən-içə uşaq kimi küsürdü Hüsnasından. Onu bağışlamasada ən azından gəlib görməlidi deyə düşünmədən dura bilmirdi. Telefonu təmirdən gəldiyindən bəri bir saniyə belə gözlərini çəkmirdi ancaq nə bir zəng nə də bir ismarıc olmaması onu məyus etməyə yetirdi. Hüsnanın ona qarşı bu qədər laqeyid olacağına inanmaq istəmirdi. Döyüldüyü gecə atasını dayandırıb onu qorumağa çalışan qız indi bir anda uzaqlaşmış ola bilməzdi. Dəfələrlə zəng vursada zəng çatmaması Həsənin ilk başlarda inciməsinə yol açırdısa getdikcə çox tədirgin edirdi. Əmin idi ki Hüsna ondan belə tez vaz keçməz bəs nə olmuşdu? Nə baş verirdi? Fikirləri qarma-qarışıq halda uzanıb telefonu əlinə aldı. Hüsnanın şəkilləri və görüntüləri olan qovluğa daxil olub həsrətlə izlədi onları. Dəniz kənarına gedərkən ki,görüntüyü əzbərləmişdi artıq. Çox darıxırdı........Hüsnanın gülüşü,baxışı,ə
səbləşməyi,gözlərini devirməsi qısacası sevdiyi qadın üçün çox darıxmışdı. Şəkilini sinəsinə sıxıb gözlərini yumdu. Bu an onu görmək üçün hər şeyini qurban verməyə hazır idi. Sol gözündən bir damla süzüldü. Hüsnalı xatirələri qəlbini acıdırdı çünki onu xatirələrdə,xəyallarda yox yanında istəyirdi. Gözlərini açıb ətrafa baxdığı zaman Elmirin onu yenə qəribə baxışlarla izlədiyini gördü. Günlərdir davam edən bu baxışlar artıq Həsəni təngə gətirmişdi. Bezgin şəkildə dilləndi.
-Sən neçə gündü mənə niyə elə baxırsan?
-Necə baxıram ki?
-Günahkar uşaqlar kimi........Nəsə deyəcəksənsə de eşidirəm.
-Yox.......Yox......Heç nə.
Bu cavab Həsəni qane etməsə də susmağı seçmişdi. Yenidən bütün diqqətini telefona yönəltmişdi ki,daxil olan zənglə dayandı. Malik idi.......Ona zəng vursada zəng çatmadığından əlaqə yarada bilməmişdi. Tələsik açıb aparatı qulağına yaxınlaşdırdı.
-Alo. Malik sən haralardasan? Neçə gündür əlaqə yarada bilmirəm.
-Telefonum xarab olmuşdu. Nəysə mən buna görə yığmamışam. Sənə iki kəlimə sözüm var.......Mən sənin doğurdan da o,qızı sevdiyinə inanmışdım amma sən yenə yalan demisən elə ona görə də ilk fürsətdə qaçdın. Əclaflığını bir daha sübut etdin.
-Sən nə danışırsan? Nə yalanı? Nə qaçmağı?
-Oyun oynamağı kəs! Bu gün Hüsna xanım sevmədiyi və dünyanın ən alçaq adamı ilə nişanlanır. Bütün günah səndədir Həsən.
-Nə dedin sən? Hüsna nişanlanır? Kimlə?
-Elyarla.......Sən nə dedin ki,o bu qərarı verdi?
-Başa düşmədim?
-Hüsna xanım sizə gəldiyi gün nə dedin?
Həsən qaşlarını düyünləyib əsəbi baxışlarını Elmir üzərində cəmlədi.
-Malik sən məni villanın qapısında gözlə gəlirəm.
Telefonu cibinə qoyub ayağa qalxaraq Elmirin qarşısında dayandı.
-Ondan uzaqda canım necə yanır görmürsən?
-Mən səni qorumaq üçün.
Elmirin başını əyib dediyi sözlərə Həsən nə cavab verəcəyini bilmədən başını təəssüflə yelləməklə yetindi. Hazırlaşıb evdən çıxaraq taksiyə əyləşdi.
-Öldürəcəm o,adamı öldürəcəm........Of Hüsna of nə etməyə çalışırsan sən.
Həsən dodaqucu deyinərək ünvana çatmışdı. Taksidən enib iti addımlarla Malikə yaxınlaşdı.
-Həsən burda nə işin var?
-Nə düşünürdün? Hüsnanın ortadakı anlaşılmazlığa görə o,alçaqla nişanlanmasına izin verəcəyimi?
-Anlaşılmazlıq?
-İndi vaxt yoxdu sonra danışaram.
-Nə etməyi düşünürsən?
-O,əclafı öldürməyi.
-Mütləq,mütləq........Axmaq,hər tərəf Əşrəfin və Səlim bəyin adamları ilə doludu. Səncə burdan sağ çıxa bilərsən?
-Maraqlı deyil. Nə olur olsun içəri girməliyəm.
Malik bir qədər düşündükdən sonra dilləndi.
-Gəl onda mənlə arxa tərəfdən eyvana çıxarsan...
Hüsna ayna qarşısında dayanıb əksini süzdü. Geydiyi süd rəngli libası ilə gəlinə bənzəyirdi. Buruqlarla açıq qoyduğu saçları və qara gözlərini ön pilana çıxaran makyajı onu füsünkar göstərirdi. Amma qəlbi param-parça idi. Yaşadıqları ona çox ağır gəlirdi. Hələ də bu gün öyrəndiklərindən sonra. Əlini qaldırıb xəfifcə qarınını oxşamağa başladı. Hamilə idi.......Bətinində sevdiyi adamdan bir parça daşıyarkən,biraz sonra da sevmədiyi adamın üzüyünü barmağında daşıyacaqdı. Hər şey üst-üstə gəlmiş və Hüsnayı verdiyi qərara peşman etmişdi. Onsuzda qərarının yalnış olduğuna əmin idi bunu Həsənə görə,onun canını yandıra bilmək üçün etmişdi ancaq indi olduqca peşman idi. Özünü süzüb acı-acı gülümsədi.
-Bəli Hüsna xanım,günahlandırıb lənət oxuduğun Həsənin etdiyi səhvin eynisini etdin. Qarşındakı insanı dinləmədən qərar verdin.........Ən azından o,səhvini boynuna aldı.
Hüsna özünü danlayıb əlini qarınına qoydu və o an özünə bir söz verdi,hər nə olsada körpəsini qoruyacaqdı çünki onu Həsənə bağlayan və sevgilərinin tək nişanəsi məhz körpəsi idi. Əlinin tərsi ilə gözlərindən süzülən damlaları yox edib geri döndü. Həsən arxasında dayanıb ona baxırdı. Darıxdığı üçün xəyal gördüyünü və bu görüntünün birazdan silinəcəyini sanıb gülümsəyərək süzdü. Həsən heç nə demədən bir iki addım önə atıb dodaqlarını Hüsnanın alnına sıxdı. Gənc qadın o an anlamışdı qarşısındakının xəyal olmadığını. Geri çəkilib qaşlarını düyünlədi.
-Sən.......Sən burda neynirsən? Nə işin var burda?
-Əsas sənin nə işin var bu donun içində?
Hüsna bir an özünü itirib güzgüyə tərəf dönərək əksini süzdü.
-Pisdi ki?
-Hüsna məni dəli eləmə. Bunlar nə deməkdi?
Hüsna geri dönüb qollarını qoynunda birləşdirdi.
-Nişanlanıram.
-Sən qələt edirsən!!! Nişanlanırmış........Tez ol dəyiş üstünü gedirik.
-Başın qaçıb? Getmirəm mən heç yerə.
-Niyə?
Hüsna çiyinlərini çəkib baxışlarını başqa səmtə yönəltdi.
-Mən sənə yaxşı gəlmirəm.
Həsən yaxınlaşıb Hüsna ilə üzbəüz dayandı.
-Elmirin dediyi uşaqca sözə görə bu qədər böyük bir qərar verdin?
-O,uşaq deyil mənimlə eyni yaşdadı.
-Sən çox böyümüsən axı. Elə ikinizdə uşaqsınız yoxsa bu qərarı vermiş olmazdın.
-Siz bir evdə yaşayırsız hərhalda fikirləriniz eynidir.
Həsən onun üznü əlləri arasına aldı.
-Mən səni sevirəm çox sevirəm. İnan mənə bu həyatda mənə yaxşı gələn tək şey sənsən. Sənində məni sevdiyinə əminəm əks halda burda olmazdım. İndi məni daha da qəzəbləndirmə onsuz bu çox əsəbiyəm. Qərarının hesabını sonra soruşacam indi dəyiş üstünü.
-Olmaz mən heç yana gedə bilmirəm.
-Sən nə danışdığının fərqindəsən? Gedə bilmərəm nə deməkdi?
-Həsən hər yanda adam qaynayır. Öldürərlər səni get burdan.
-Səni burda qoyub getsəm onsuzda ölmüş olacam.
-Get burdan xaiş edirəm.
-Hüsna ya burdan əl-ələ ikimiz çıxırıq ya da mənim ölüm çıxır.(gülümsəyir) Hər iki halda mən burdan çıxacam.
-Of Həsən of hələ zarafatda edirsən.
Hüsna sərt baxış ataraq evin içində var gəl etməyə başladı. Həsən heç nə demədən dolaba yaxınlaşaraq çıxardığı şalvar köynəyi yatağın üzərinə atdı.
-Geyin bunları.
-Həsən niyə başa düşmürsən? Bunlar zarafat deyil. Səni sağ qoymazlar.
-Əsas sən başa düşmürsən mən artıq sənsiz nəfəs ala bilmirəm.
-Mən çox qorxuram çox təhlükəlidi.
Həsən yaxınlaşıb Hüsnanın qarşısında dayandı.
-Hüsnam mən səni çox sevirəm,bunu kimdənsə qorxduğum üçün gizlədəsi ya da sevgimdən vaz keçəsi deyiləm. Çox səhv etdim indi bu səhvlərimi düzəltmək istədiyimi,səni hər şeydən çox sevdiyimi isbat etməliyəm. Hər kəs görsün və bilsin ki,sən yalnızca Həsənin Hüsnasısan.
Hüsnanın üzünə yayılan geniş təbəssüm ağlına gələn fikir ilə elə üzündə də dondu.
-Bəs atam?
-Atan sənə qəzəblənib incisədə zamanla bizi başa düşüb bağışlayacaq çünki o,səni çox sevir........Bu bizim imtahanımızdı canım. Əgər mənim bu imtahandan yaxşı keçməyimi istəyirsənsə tut əlimi.
Həsən əlini uzadıb həyəcanla gözləməyə başladı. Sanki o an zaman durmuş və hər ikisinin baxışları bir-birinə sabitlənmişdi. Hüsnanın əlini qaldırıb Həsənin ovucuna yerləşdirməsi ilə hər ikisinin üzündə güllər açdı. Həsən qızı özünə çəkərək bağrına basdı.
-Səni çox sevirəm.
-Məndə......... Amma səni hələ də bağışlamamışam.
Həsən gülümsəyib Hüsnasını özünə sıxdı.
-Bilirəm........Sən yanımdasansa özümü bağışlatmağın bir yolunu taparam. Əsas odur ki,şans verirsən.
Sevən ruhlar qovuşmuşdu. Doğurdan da bu onların imtahanı idi bəlkə də,bütün bunlar yaşanmasa öz sevgilərinin gücünün fərqinə varmazdılar. Hər ikisi yalnış qərarlar versədə bu yalnışların içində tək doğru olanı yəni öz sevgilərini tapmışdılar.
Hüsna ötən 1 ayda o qədər stres yaşamışdı ki,indi Həsənin qollarında huzur və rahatlıq tapmışdı.
-Gözəlim,dəyiş üstünü gedək.
Hüsna başını yelləyib üstünü dəyişərkən Həsən pəncərədən çölə boylandı. Həyət silahlı adamlardan keçilmirdi. Gəldiyi kimi eyvandan arxa tərəfə keçib qaça bilərdilər ancaq o,bunu etməyəcəkdi. Qaçmaq əvəzinə mübarizə aparacaqdı.
-Hazıram.
Hüsnanın səsi onu fikirlərindən ayırdı. Qızın əlindən tutub irəli addımlarkən Hüsna olduğu yerdə dayandı.
-Hara gedirsən?
-Necə yəni?
-Gəldiyin yerlə getmirik?
-Canım əgər indi qaçsaq ömür boyu qaçaq yaşayacayıq amma hər kəslə üzləşməyi bacarsaq hər zaman sevgimizin arxasında dura bilərik. Mənə güvən xaiş edirəm.
-Mən bunu atama edə bilmirəm.
Hüsna sözünü deyib başını aşağı əydi. Həsən onu çox yaxşı başa düşürdü ona görədə heç nə demədən gülümsəyərək Hüsnanın qarşısında dayandı. Yüngülcə çənəsindən tutaraq başını qaldırıb göz-gözə gəlmələrinə şərait yaratdı.
-Biz pis heç bir şey etmirik sadəcə sevgimizə sahib çıxmağa çalışırıq. Atan bunu əlbət bir gün başa düşüb qəbul edəcək. Sən yetər ki,cəsarətini itirmə. İnan mənə hər şeyi düzəldəcəm. İlk başda çətinlik çəksəkdə hər şeyi yoluna qoyacam və səni dünyanın ən xoşbəxt qadınlarından biri etmək üçün əlimdən gələni edəcəm. Söz verirəm Həsənin Hüsnası.
Hüsna tutduğu əli sıxaraq başını yellədi. Bu onun mübarizəyə hazır olduğunu göstərirdi. Əl-ələ və yan-yana addımlayıb pillələrin başında dayandılar...

Yazar: Afaq. Q
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 551
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri