Səndən başqa (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 8 239
Səs ver:
(səs: 2)
Tanıtım

Günlüyünün, son sözünü "Gözlə məni Bakı..!"deyə yazıb bağladı... Bakıda onu yeni bir həyat və yeni insanlar gözləyirdi. Ağsudan kurs oxumaq üçün Bakıya xalasıgilə üz tutan İlknuru orda baş bəlası olan Renat gözləyirdi. Renat, xalasının ögey oğlu idi... İki fərqli insan ... Bir - birinə zidd olan iki xarekter... Amma ortada böyük bir fərq vardı. Renatın qəlbi olduqca böyük idi. Hər kəsə eyni cür yanaşan, Renat bu səfər eynilikdən çıxmışdı.O, başqaydı... O, bambaşqaydı...

İlknur: Sən başqasan
Renat: Sənə başqayam...

Kimim varki, "Səndən Başqa..."

Bölüm 1

"Sevgili Günlük" deyə başladım yeni aldığım günlüyün, ilk səhifəsini yazarkən... 15 yaşımdan bəri günlük tutub, gündəlik həyatımdaki özəl anları hər zaman yazardım. Bu gündə mənim üçün özəl günlərdən biri idi. Çünki, sabahdan Bakıya gedib orda 2 aylıq bir kurs oxuyacaqdım. Sizə özümü təqdim etmədən, hekayəmi danışmağa başlamış kimi oldum. Onun üçün ilk öncə sizə özümü təqdim edim. Mən İlknur Əsədovayam... Orta məktəbi bitirmişəm... Həmin ili univeristetə daxil olmuşdum. Lakin, istədiyim fakültəyə daxil olmadığımdan oxumağı rədd etdim. Çünki, istəyim psixoloq olmaq idi. Bu il yenidən hazırlaşıb, imtahanlara girəcəkdim. Məqsədlərimdən, əl çəkmək mənim prinsiplərimə zidd idi. Mən nə istədiyini çox yaxşı bilən, secimlərinin arxasında dayana bilən, ağıllı və bir o qədərdə dəli bir qız idim. Ağıllı sözü ilə dəli sözü bir - birinə zidd olsada, bəzi anlar üçün məni ifadə edirdi. Evin tək uşağı, atamın göz bəbəyiyəm. İlk başlarda atam Bakıda kurs oxumağıma razı olmadı. Ağsudan Bakıya gedib bir kurs oxumaq hecdə qulağa xoş gəlmədi onun üçün. Amma sonda mənim israrımı görüb razı oldu. Bakıda yaşayan, xalam tapmışdı bu kursu mənə. Sabahda məni aparmağa gəlirdi. Canım xalam! Onunla anamdan daha yaxınıq və mənə həqiqətən bir dostudu. Xalamın mənim eyni yaşda bir oğlu var. Amma hal hazırda O Moskvada oxuyur. Birdə, məndən 3 yaş böyük ögey oğlu var. Renat Ziyadzadə... 13 yaşımdan bəri onu görməmişəm. Xalam biz gələndə, biz ora gedəndə belə gözə görsənmirdi. Arada şəkillərdən görürdüm onu. Birdə xalamın bəhs etdiklərindən... Onun öz dünyası varmış... Bizim dünya ilə maraqlanmazmış. Hətda xalama, adı Zərifə olduğu üçün Zəriş deyə müraciət edirdi... Amma araları olduqca yaxşı imiş. Renatın 3 yaşı olarkən, anası vəfat etmişdi. 5 yaşı olarkən isə, xalam ilə atası evlənmişdi. Mənidə sabahdan yeni bir həyat gözləyirdi orda. Günlüyümün son sözünü "Gözlə məni, Bakı...!"deyə yazıb bağladım. Hər şey çox gözəl olacaqdı... Daha sonra gülümsündüm... Yazı masamdan ayağa qalxıb, çarpayıma uzanaraq, gözlərimi yumub yuxuya daldım.

***

Artıq Bakıda idim... Maşından enib qarşımda dayanmış 2 mərtəbəli villaya baxdım. Bura ən son keçən yay gəlmişdim... Keçən yaydan bura çox şey dəyişmədi... İstəyim sadecə, tələbə adını almaq idi bu dəfə.

Yanımda duran xalam "İlknurum nə çox fikirə daldın" dedi.

Ona xəfif bir təbəssüm edib "Sadecə düşünürdüm... Bu il daha fərqli olacaq"dedim içimdəki ümüd işığının daima artması ilə...

İçimdə bir ümüd vardı... İnsanın ümüd etməsi gözəl bir seydi məncə... Ümüd insana, yaşam həvəsi verir... İnsana gözəl günlər vəd edir.İçimdəki ümüdü bir kənara atıb, xalamla birlikdə içəri daxil olduq. İlk öncə mənə otağımı göstərmək üçün ikinci mərtəbəyə çıxdıq. Otağı görər görməz üzümdə böyük təbəssüm yarandı. Tam bir gənc qız otağı idi. Məni otağım ilə baş başa qoyaraq aşağı endi. Mən isə otağımı incələməyə başladım. Tam, Ağsuda olan otağıma bənzəyirdi. Divarları narıncı, tavanı isə acıq mavi rəngində idi. Klassik bir yataq dəsti və çiçəkli tül pərdəsi ilə möhtəşəm idi. Mənim ruhum bu idi! Mən hər kəsin sevdiyi seyləri sevməzdim... Gözlərimi yumaraq, yenidən açıb dərin bir nəfəs aldım. Dəyişən, hec bir sey yox idi ... Sevmişdim bunu... Otağa baxmağı kəsib, geyimlərimi yerləşdirməyə başladım. Üstümüdə dəyişərək rahat bir seylər geyinib, aşağı endim. Aşağıda xalamın yoldaşı Salman əmini gördükdə onun yanına gələrək görüşdüm. Onunda məni çox sevdiyi doğru idi.

Salman əmi "Xoş gəlmisın qızım. Bax öz evindəki kimi rahat ol"dedi isti münasibəti ilə.

Sadecə "Xoş gördüm..."dedim utanaraq. Birlikdə masaya əyləşib axşam yeməyini yeməyə başladıq. Amma mən hələdə, Renatı görə bilməmişdim... "Bu Renat yenə hara yoxa çıxıb"deyən Salman əmiyə baxdım. Oğlunun bu hallarından bezmiş kimi görsənirdi. İndi isə "Yəqin dostları ilədi. Nə də olması gəncdi Salman" deyən xalama baxdım. Xalam daha çox aranı düzəltməyə çalışan biri kimi görsəndi. Əmanət bir uşaq idi deyə, onu incitməməyə çalışırdı. Bu isə hec də yaxşı bir sey deyildi.Yemək bitikdən sonra onlarla bir az söhbətləşib öz otağıma çıxdım. Sabah xalamla birgə kursa gedəcəkdim. Məni kursla özü tanışdırmaq istəyirdi. Mənə də razı olmaq düşdü təbiki... Saatın 11 olduğunu görüb, pandalı gecə dəstəmi əlimə alıb geyinərək yatağıma uzandım. Nə qədər yatdığımı bilmirdim amma, susadığım üçün yuxudan ayılmışdım. Telefonu əlimə alıb saata baxdıqda, saat 02:18 göstərirdi. Bu saatda kimsə ortalıqda gəzmədiyi üçün aşağı mətbəxə su içməyə endim. Mətbəx qonaq otağı ilə üz üzə idi. Onun üçün çölün işığı evə vururdu. İşığı yandırmadan əlimə bir bardaq alaraq, soyuducunu açıb özümə su süzdüm. Bardağı yuxarı qaldırıb, içməyə çalışarkən anidən mətbəxin işığının yanması ilə əlimdəki su bardağı yerə düşdü. İşığı kimin yandırdığına baxmaq üçün önümə döndükdə, məni başdan aşağıya süzən Renatı gördüm qarşımda. Nəhayət, günün sonunda onu görə bilmişdim... Renat mənə doğru bir addım atıb "Sən deyəsən, 1 aydan çoxdu, bizim evdə söz - söhbəti gedən həmin O qızsan..."dedi. Onun bu sözünə sadecə gözlərimi süzdürdüm. Məni tanımamış kimi etməsi, hec də xoş deyildi... Nə də olmasa, məni sonuncu dəfə gördükdə 16 yaşı vardı...

Qısaca "Oyam..."deyərək baxışlarımı yerə dikdim.

Bardağın qırıqları ətrafa sacılmış, yer isə su olmuşdu.. Gecə vaxtı bunu necə təmizləyəcəkdim?! Əsəblə baxışlarımı yerdən qaldırıb, üzündə hec bir üz ifadəsi olmayan Renata baxdım.

"İnsan ən azı işığı yandırmamış bir xəbərdarlıq edər!"

Dediyim sözdən sonra əlim ilə ətrafı göstərdim ona. Oda mənim kimi yerə baxıb "Səsimi çıxarsaydım, az qorxmuş olacaqdın?"dedi. Bu dəfə ona gözlərimi bərəldib, aşağı çökərək qırıqları yığmağa çalışdım. Renat yanıma yaxınlaşıb aşağı çökərək "Qonağa qırıqları yığdırmağım hec düz olmaz. Sən get yat mən isə buralığı yığışdıraram"dedi. Ona 'sən ciddisən' baxışını atdım. İnanmağım gəlmədi, sözün düzü...

"Həə ciddiyəm... Evimizə bir mələk gəlib, deyirsən mələyin yuxusuna haram qatım?"

Mələk deyə məndən bəhs edirdi? Bu oğlan olduqca dəyişkən idi! Əvvəldən belə idi! Ayağa qalxaraq "Minnət qoyma mənə! Sənin üzündən olduğu üçün səndə yığışdırmalısan"deyərək özümdən əmin tərzdə irəlli atım ataraq mətbəxdən çıxdım. Gecə - gecə hec bir seyin yerin bilmədən, oranı təmizləyə bilməzdim. Rahat bir tərzdə çarpayıma uzanıb, gözlərimi yumdum. Gözlərim yumulu olsada, xəyalıma Renat gəldi. Renat orta boylu, saçları zil qarası olan əsmər bir oğlan idi. Birdə yanağında qəmzəsi vardı. Niyə mənim yanağımda qəməzəm yox idi, amma onda var idi? Bu olduqca, müəmmalı bir sey idi! Mən o qədərdə gözəlliyə sahib olacaq bir qız deyildim. Kilom yaşıma görə daha az, saçlarım çiynimdən bir az aşağı idi. Bu arada baxımsız bir sac idi! Gözlərimi açıb, dodaqlarımı büzdüm. Dərs oxumaqdan özümə vaxt ayıra bilmirdim. Çirkin bir şey olub getmişdim! Olsun! Ən azından ruhum gözəldi... Təsəlli... Afərin mənə! Məncə yat İlknur! Sən yatsan yaxşı olacaq. Yoxsa bir azdan özünə düşman kəsiləcəksən!

Yuxudan ayılıb ətrafa baxdım. Artıq yeni otağım bura idi... Tavanım mavi səmaya bənzədiyi üçün gülümsündüm. Yuxulu gözlərimi ovaraq, ayağa qalxdım. Daha sonra hazırlaşıb aşağı endim. Deyəsən, səhər yeməyi bağçada yeyilirdi. Böyük bir ağacın altına masa qoyulmuşdu. O tərəfə doğru irəllməyə başladım. Xalam ilə Renat orda idi. Xalamın üzü Renata doğru idi. Renat məni görüb, əlində içdiyi çayı masanın üzərinə qoyub düz mənim gəldiyim yerə baxaraq "Zəriş, dünən gecə sənin bu bacın qızı bardaq qırdı. Qırıqlarıda ətrafda qoyaraq getdi"dedi. Yalan!demək istəsəmdə susdum. Ona göz altı baxıb 'sən gününü' görəcəksən baxışını atdım! Xalam "Oğlum, İlknur elə sey eləməz"dedi. Təbiki eləməzdim! Aranı yumşaltmağa çalışaraq "Sabahınız xeir" deyib masaya əyləşdim. Xalam məni görüb "Sən burdaydın?"dedi təşfişə düşərək. Ona gülümsünüb "Yox xalacan indicə gəldim"dedim. Boşqabıma bir dilim pendir qoyaraq yeməyə başladıqda, xalam Salman əmini işə yola salmaq üçün ayağa qalxıb yanımızdan uzaqlaşdı. Fürsət bu fürsətdi deyib, çəngəli Renata doğru tutub "Səni kəsərəm! Yalan niyə deyirsən!"dedim əsəblə. Renat isə qarşımda qəh - qəhə çəkməyə başladı. Arsızca gülürdü! Gülüşünü dayandırmağa çalışıb, ciddi bir üz ifadəsi alıb "Xatırladımki, əlindəki bir çəngəldi, bıcaq deyil"deyib yenidən gülməyə başladı. Əlimdəki çəngəli yavaşca yerə qoyub "Ağıllı ol Ziyadzadə!"deyərək ayağa qalxdım. Qarşındaki insanın soyadını söyləmək, ciddiyyət demək idi. Və mən bunu sevirdim!

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 8 239
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri