Pəri qalası (1-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 4 232
Səs ver:
(səs: 0)
- Salam Aydan .

- Salam Bənövşə . Necəsən ? Yorğun görünürsən ?

- Yaxşı yata bilməmişəm ona görə . Sən necə göndərdiyim eskizləri hazırlamısan ? Bilirsən bu gün son günümüzdü . Xarici markalar gözləyir .

- Hə hazırlamışam . Son ikisinin də rəgini tamamlayıb əlavə edəcəm indi . Sən de görüm niyə yata bilməmisən ?

- Əşşi heçnə . Köhnə məsələdi .

- Yenə eyni yuxu görmüsən ?

- Eynən . Artıq bilmirəm necə baş edim . Düşüb yollara o adamı axtarım bəlkə ?

Kompyuter qabağında gözlərini ekrandan ayırmadan gülümsəyən Aydan

- Sən zarafat edirsən ancaq məndən olsa həkimə getsən yaxşıdı .

- Həkimmi ?

Əlindəki son hazırladığı geyim eskizlərini bir-bir vərəqləyən Bənövşə Aydana təəccüblə baxdı .

- Nə ? Bəlkə səhv bir şey deyirəm . Özün danışırdın həmişə uşaqlıqdan eyni yuxu gördüyünü . Açığı mən buna biraz möcüzə kimi baxıram qorxuram bir gün özünə ya falçı ya da Allah ilə danışan mələk deyəcəksən lap Janna Dark kimi .

- Boş-boş danışmaqdan ötrü ölürsən . Janna Dark yox bir ..

- Yaxşı da yuxusuz olduğun necə də bilinir ,zarafat etməkdə olmur . Amma doğurdan ilk dəfə belə bir şeylə qarşılaşıram . Bir insan necə uşaqlıqdan eyni yuxunu görə bilər ? Bu normal deyil . Həm səni də əldən salır . Mənə qulaq as ,heç olmasa psixoloq yanına get .

Vərəqləri dəstələyib qovluğa qoyan Bənövşə gözünə düşən qara tellərini qulağının ardına edərək

- Yaxşı tanıdığın psixoloq var ?

- Mənim tanıdığım yoxdu ,amma əmimqızı yoldaşı ilə birgə getdiyi bir qadın var idi . Adını dəqiq öyrənib sənə xəbər edərəm .

- Yaxşı ,yazarsan mənə . İndi isə gəl tamamlayaq işimizi İtalyanlar biraz səbrsiz millətdi özün bilirsən, necə çətinliklə bəyənmişdilər ilk işimizi . Bu dəfə elə olmamalıdı.

Aydan və Bənövşə birlikdə parlayan kompyuter ekranına zilləndilər . Onlar həm qorxur , həm də həyəcanlanırdılar . Kim düşünərdi bir gün bu iki gənc qızın eskizləri ən məşhur İtalyan brendi tərəfindən bəyəniləcək .



***

Bənövşə divarları yaşıl tonlarla rəngli olan balaca otaqda oturmuşdu . Əllərini dizlərinin arasında sıxışdıran 27 yaşlı gənc qız divardan asılmış rəsmə boylanırdı . Salvador Dalinin məşhur əsərini tanımışdı . " Axan zaman " adlı bu əsərdə ərimiş kimi təsvir olunmuş saatlar ona keçən vaxtı xatırlatdı . Qarşısında duran balaca masadakı telefonunu əlinə alaraq saata baxdı , zaman keçmək bilmirdi . Səmra xanım daha gəlməmişdi . Bənövşə otaqda saatın olmamağına təəccüblənmişdi . Öz - özünə vaxtla işləyən birinin otağında necə olar ki saat olmaz - deyə düşünmüşdü.

Otağa daxil olan Səmra xanım qarşısında gənc , badamı gözlü , durna boynu kimi uzun boğazlı , qara dalğalı saçları ilə oynayan Bənövşəni süzdü .

- Salam , ayağa qalxma qızım ehtiyac yoxdu .

- Salam ,Səmra xanım .

Bənövşənin cizgiləri ona Azərbaycan əfsanələrindəki xas türk qızını xatırladırdı . Ağappaq dərisi ipək kimi incə idi .

- İlk dəfə gəlirsiniz yanıma ?

- Bəli Səmra xanım .

- Buyur qızım , o zaman əvvəlcə səni dinləməliyəm . Nə kimi narahatçılığın var ?

- Mən ... Dərin nəfəs alan Bənövşə necə və haradan başlayacağını bilmirdi. Biraz da qorxurdu. Çünkü bunu bu günə kimi yalnız Aydana və nənəsinə danışmışdı . Başqalarına danışarsa ona dəli deyərdilər .

İndi isə hər şeyi Səmra xanıma danışmalı idi . Bəlkə də doğurdan ...

- Bənövşə , qızım eşidirəm . Vaxtından gedir . Çəkinmə inan və güvən mənə burada danışılan ancaq ikimizin arasında olacaq .

Düşüncələrindən qoparan Səmra xanımın təbəssümü və özündən əmin duruşu Bənövşəyə cəsarət verdi . Əgər bura gəlmişəmsə danışmalıyam -deyə düşündü .

- Rahat ol və danış Bənövşə ,səni dinləyirəm . Heçnədən çəkinmə .

Səmra xanım hər şey uşaqlığımdan başlayıb . Ağlım kəsəndən mən eyni yuxunu daha doğrusu eyni adamı görürəm .

- Hmmm . Maraqlıdır . Davam et qızım . Necə görürsən , kimi görürsən ?

Hər gecə görmürəm . Amma ara-sıra sanki boz , zaman , məkan olmayan bir yerdəyəm . Otağa da bənzəyir amma hər yan daşla örtülüdü . Əslində ətrafımı həmişə aydın seçə bilmirəm bircə ondan başqa . O boz otaqda rəngli olan tək şey onun qara iri gözləri ,sivri burnu və saqqaldan ,bığdan gizlənmiş çəhrayı dodaqlarıdır . Sanki əynində dəmirdən paltar var və əlini mənə uzadır . Hər dəfə eyni sözləri deyir .

- Axtar məni !

Bu sözləri eşidəndə əlindən tutmaq istəyirəm amma o an uçurumdan yıxılırmış kimi boşluğa düşürəm. Və cəld yuxudan ayılıram bəzən gözlərim yaşlı belə olub . Sanki yuxuda ağlamışam .

- O adamla nə vaxtsa qarşılaşmısan Bənövşə ?

- Xeyr ! Heç vaxt ! Elə qəribədə odur . Bir dəfə də olsun görmədiyim biri necə yuxularımı işğal edə bilər . Bəzən yuxunun məni ələ keçirdiyini hiss edirəm . Harada oluramsa gördüyüm insanların gözünə zillənirəm bəlkə qarşıma çıxar deyə . Sanki doğurdan mən o adamı axtarmalıymışam kimi .

- Qızım , yuxu elə bir şeydir ki ,beynimizin şüuraltı güzgüsüdü . Misal , necə sən güzgüyə baxanda əks olunan başqa əşyalara baxmadan ancaq özünü süzürsən , yalnız özünü izləyirsən amma bu o demək deyilki güzgüdə əks olunan digər əşyalar yoxdur . Yəni ...

- Bilirəm Səmra xanım ,inanın o qədər maraqlanmışam ki . Yuxuda gördüyümüz üzlər ən az bir dəfə olsun qarşımıza çıxmış olub . Və şüuraltı yaddaşımız bəzən onu yuxular şəklində göstərir bizə . Bunları məndə bilirəm . Siz mənə deyin niyə hələ də eyni adamı eyni yuxunu görürəm ? Belə bir şeylə qarşılaşmısınızmı heç ?

- Düzünü desəm xeyr qızım . Amma oxşar ...

Bənövşənin telefonuna gələn zəng Səmra xanımı dayandırdı . Cəld masaya uzanan Bənövşə ,üzr istəyirəm Səmra xanım bu zəngə mütləq cavab verməliyəm .

- Buyurun . Heç bir narahatçılıq yoxdu .

Bənövşə telefonunu götürərək otaqdan çıxdı .

- Alo .

- Bənövşə ,muşduluğumu ver !

- Nə olub ?!

- İtalyan markadan xəbər var . Çox bəyəniblər . 1 həftə sonra Milanda keçirəcəkləri dəfilədə bizim də eskizlərdən istifadə edəcəklər . Bizi də dəvət edirlər . Hətta orada görüşüb ortaq işləməklə bağlı danışmaq istəyirlər . Aydan telefondan çıxacaqmış kimi qışqırq-qışqıra danışırdı .

Bənövşə yerində hoppanmaq istəyirdi . Amma dəhlizdəki insanları qorxutmamaq üçün özünü zorla saxlayırdı .

- Aydan ! Canım mənim ola bilməz ! Yəni həqiqətən bizim işləri dəfilədə göstərəcəklər !

- Göstərəcəklər ! Yolda oynaya-oyanaya gedirəm xəbərin varsa . Qıraqdan baxan bu qız dəli olub deyir. Aydanın qəhqəhəsi Bənövşənin qulaqlarını batırdı .

- Mən indi oynasam dəqiq dəli deyərlər . Özüdə gülməyə başladı . Birdən arxadan onu çağıran Səmra xanımın səsini eşitdi .

- Bənövşə xanım , gəlmirsiniz ?

Bənövşə artıq buraya gəlməyinin mənasız olduğu qənaətinə çoxdan varmışdı . Hər gün araşdırıb ,oxuduğu şeyləri təkrar eşidəcəyini bilirdi . Və bu şad xəbər ona nə yuxunu nə də səbəbini düşündürməyə imkan vermirdi .

- Səmra xanım , çox üzr istəyirəm ancaq mən mütləq getməliyəm . Təcili işlə bağlı .

- Axı söhbətimiz yarımçıq qaldı .

- Bilirəm ,həqiqətən getməliyəm bağışlayın ! İnşallah başqa vaxta gələcəm . O zaman davam edərik .

- Necə istəyirsiniz .

- Xüdahafiz ! Gələn görüşədək .

Bənövşə yalan danışdığını bilirdi . Dəhlizdən çıxarkən bir daha buraya dönməyəcəyinə tam əmin idi.



***

-Bu günün şərəfinə Bənövşə xanım !

- İşimizin ,arzularımızın şərəfinə ! Hələ də inana bilmirəm . Cəmi bir həftə sonra Milandayıq .

- Evdəkilərin xəbəri varmı ?

- Səncə ?

- Niyə demirsən ? Mənimkilər evdə sevincdən az qala qanadlanacaqdılar . Anamın zəng edib muşduluq istəmədiyi qohum qalmayıb.

Əlindəki yarımçıq şərabla dolu olan qədədhi son damlasına qədər içdikdən sonra masaya qoyan Bənövşə dolmuş gözlərini gizlətmək üçün yan tərəfdə mahnı oxuyan gəncə baxdı . Sonra isə qısıq səslə

- Guya onlara çox maraqlıdı nə etdiyim ?

Bənövşə özü də bilirdi həyatından razı olmalıdı . Bu günə kimi bir dəfə olsun yox və ya olmaz sözü eşitməyib ailəsindən . Bir dediyi iki olmayıb . Hər şeyin ən yaxşısını verməyə çalışıblar sevgi və qayğıdan başqa . Uşaqlıqdan ən yaxşı dayələr yetişdirirdi onu . Anasının hər zaman geyinib -kecinib bir yerlərə hazırlaşmağından , atasının isə daima əlində telefon iş söhbətləri aparmağından başqa ailəsi ilə bağlı o qədərdə çox xatirəsi yox idi . Onun ailəsi nənəsi idi . Həmişə onu Bənövşə çiçəyim deyə çağırardı. Bəlkə indi yaşasaydı bu günü Aydanla restoranda deyil nənəsinin yanında qeyd edərdi . Zaman keçdikcə onun əksikliyini daha çox hiss edirdi . Aydan doğru sualı vermədiyini anlayıb

abu -havanı dəyişməyə çalışdı .

- Gərək həmişə getdiyimiz kafedə oturardıq . Guya canlı musiqi var deyə gəldik səs-küydən oğlanın səsi belə eşidilmir . İnsanları anlamıram sən gəl ruhun dincəlsin deyə musiqili yer seç amma ona qulaq asma . Ehhh . Bu arada bəlkə də heç yeri deyil amma bu gün getdin psixoloqa ? Nə dedi ?

Gözlərini ifaçıdan ayırıb Aydana baxan Bənövşə

- Nə bilim , danışdıq biraz . Sən demə oğlanı nə vaxtsa görmüşəm beynimin oyunudu . Hətta mənə elə gəldi uşaqlığıma enmək istəyirdi . Məncə Səmra xanım uşaqlıqda hansısa istismara uğradığımı belə düşündü . Məgər mənə bir şey edən adamı yuxumda "Məni axtar" ya da "Məni tap" deyə görmək istərdim .

- Əla yəni bəyənmədin qadını !

- Səmra xanımla problemim yoxdu ,sadəcə olaraq ilk söhbətimizdən bir-birimizi anlamayacağımıza əmin oldum o qədər .

- Bənövşə bu yuxular sənə əzab verir . Nə vaxta kimi dözməyə davam edəcəksən ?

- Bilmirəm .

Aydan ağzı yemək dolu gülümsəyərək

- Qorxuram bir gün hekayədki kimi səndə divarlara mavi itin gözləri yazıb gəzəkəcəksən . Kimin hekayəsidi unutmuşam amma sən yuxunu mənə danışanda o əsər ağlıma gəlir .

- Qabriel Qarsia Markesin hekayəsidi . Düz deyirsən oxşayırıq amma orda qız yuxusuna girirdi oğlanın məndə isə əksinədi . Aydanın bənzətməsi niyəsə onunda xoşuna gəlmişdi . Bəlkə doğurdan bir şeylər etməlidi -deyə düşündü . Amma nə edə bilərdi ki , heç görmədiyi bir oğlan yuxusuna girir və hər dəfə eyni sözləri təkrarlayır .

- Kaş heç olmasa əsərdəki kimi danışa biləydik .

Aydan gülümsədi .

- Haqlısan bircə danışmağınız çatışmır . Bəlkə bu gün bizə gələsən . Evdəkilərlə bir yerdə qeyd edək.

- Yox Aydan çox sağol . Özün bilirsən sizinkiləri necə sevirəm amma bu gün psixoloq ,işlər hamısı yığılıb , gecədə yaxşı yatmamışam ən yaxşısı evə gedim . Dincəlməyə ehtiyacım var .

- Necə istəyirsən . Gecə narahat olsan zəng et ,qardaşımla gəlib götürərəm səni .

- Biraz məsələni böyütmürsənmi ?

- Məsələni adi görən sənsən Bənövşə həmişə nənən var idi . Heç olmasa onunla bölüşürdün gördüklərini indi mənə belə doğru düzgün danışmırsan .

- Eyni şeyi neçə dəfə danışmalıyam ?!

- Başa düşdüm . Özünü yorma Aydan deyirsən .

- Bağışla biraz gərginəm . Milan həyəcanı var özün bilirsən nə qədər sevinirəmsə bir o qədər də qorxuram . Ya bəyənilməsə ya davamlı müqavilə bağlanmasa ?

- Bənövşə , sən qorxursan ? Tanıdığım gündən ilk dəfədir bu sözün sənin ağzından çıxdığını gördüm.

Həyatım gördüyüm ən özgüvənli və cəsur qız birdən qorxmağa başladı . Baxıram haqlıymışsan səni Səmra xanımın yanına göndərməməliydim . Aydan qəhqəhə çəkərək

- Bu sözləri şərabın dedirtdiyinə əminəm . İndi isə gecdi qalxsaq yaxşıdı evdəkilər narahat olmasın .

- Haqlısan sizinkilər narahat olmasın ...



***

Sabah gec oyanmağı planlasada pəncərədən süzülən işıq gözlərinin açılmağına səbəb olmuşdu . Bir neçə ay gecə-gündüz işlədiyi üçün bu gün heçnə etməməli olduğunu bilmək ona qəribə gəlirdi . Vərdiş halına keçmiş duş qəbulundan sonra isti çayla dolu fincanını əlinə alaraq qonaq otağına keçdi . Evi həmişəki kimi səssiz idi . Divanda oturaraq sükutu televizorun səsi ilə pozdu . Bir-bir kanalları çevirən Bənövşə birdən gözlərini bərəltdi !

- Ola bilməz !

Televizorun səsini qaldıraraq başını daha da önə doğru əydi .

- Bu o adamdı !

Bənövşənin çöhrəsi təəccüb və təbəssüm hisləri ilə qarışmış ifadə aldı . O bilmirdi gülsün yoxsa qışqırsın . Barmaqları ilə dodaqlarını örtdü . Gözlərindən süzülən yaş bəyaz yanağından ovuclarına sızırdı . Televizorda isə yuxularının qəhrəmanı danışırdı .

- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstək alaraq ,arxeoloji qazıntılara başlamışıq . Çox tezliklə Pəri Qalasının sirrini tapacağımıza inanıram . Və bu həm tariximiz həm də əlbəttə ölkəmizin daha gözəl və sirli guşəsini tanıtmaq üçün önəmli bir addım olduğunu düşünürəm .

- Çox sağolun , Zaur bəy .

- Bəli , əziz izləyicilərimiz danışan arxeoloq Zaur Məmmədov idi . Füzuli müəllim bu haqda siz nə düşünürsünüz ??

- Bilirsən Günel xanım Zaur bəylə tam razılaşıram ...

Hər gecə gördüyü sifət ekranda yox idi artıq . Əlindəki fincanı masaya qoymağa çalışan Bənövşə tökülən çaya heç fikir vermədən cəld otağına qaçdı . Həyəcandan sonuncu dəfə telefonu harada qoyduğunu xatırlaya bilmirdi . Yataq otağına qaçdı , orada da tapa bilməyib mətbəxə qaçdı . Çay süzəndə stolun üzərində unudubmuş . Cəld telefonu götürüb Aydana zəng vurdu .

- Alo Aydan tapdım ! Tapdım onu !

- Alooo . Xırıltılı səsindən Aydanın daha yeni oyandığı hiss olunurdu . Bənövşə bu gün iş yoxdu oyanım ondan sonra danışsaq olmaz ?

- Yox olmaz? Tapdım ! Gördüm sənə deyirəm !

- Sənində sabahın xeyir canım dostum . Necəsən ?

- Aydan həqiqtən zarafatın yeri deyil . Sənə yuxularımdakı adamı gördüm deyirəm !

Həyəcandan qışqıra -qışqıra danışan Bənövşənin səsi titrəyirdi .

- Nə ?! Necə yəni gördün ? Harada ?

- Televizorda . Arxeoloqdu . Sabah verilişində danışırdı . Nəsə qalayla bağlı söhbət gedirdi . Deyəsən qazıntı işlərinə başlayıb .

- Bənövşə əvvəlcə sakitləş ! Və asta-asta aydın danış mənə .

- Danışıram da . Yuxu deyil . Bu gecə əksinə həmişəkindən rahat yatmışdım . Səhər niyəsə tez oyandım vərdişdəndir yəqin .

- Aha sonra ?

- Ne sonra ? Sonra duş qəbul elədim günortaya sənə kinoya gedək deyəcəkdim . Özümə çay süzdüm keçdim otağa . Bilirsən səssizliyi sevmirəm .Açdım televizoru ele çay içə-içə kanalları çevirirdim ki , birdən onu gördüm . Danışırdı . Eyni gözlər , iti burun , çıxıq yanaqlar tək fərq saqqal və bığı yox idi. Səsi belə eyni idi !

- Bənövşə o olduğuna əminsənmi ?

- Əminəm Aydan əminəm !

- Bəs indi nə etməyi düşünürsən ?

- Adı Zaurdu .

-...

- Aydan ordasan ?

- Burdayam Bənövşə . Çox qəribədi . İllərdir yuxularından çıxmayan adamı axır ki tapmısan . özümdə bilmirəm sənə nə deyim. Bu olanlar o qədər qəribədir ki . Sizə gəlim bunu daha ətraflı danışaq .

- Gəl gözləyirəm səni .

- Yatağımdan qalxdım belə 1 saata evindəyəm .

Yazar: Narmin İsmayılqızı
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri