Pəri qalası (2-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 857
Səs ver:
(səs: 0)
- Arxeoloq Zaur Məmmədov. Axtardığımız adamla illərdir eyni ölkədə və ..

- Eyni şəhərdə yaşayırammış . Mənimlə yaşıddı . İnternetdə o qədərdə çox məlumat yoxdu . Facebook səhifəsinə baxdım . Çox bir şey paylaşmayıb yaşı və yaşadığı şəhərdən başqa heçnə əlimə keçmədi .

- İndi hardadır ? Bilirsən ?

- Hal-hazırda Zaqatalada Yuxarı Çardaxlar kəndindədi . Tədqiqat işlərinə 1 həftədir ki başlayıblar . Xəbər portalında oxudum . Tədqiqatın başında isə o durur .

- Bənövşə nə etməyi düşünürsən ?

- Bilmirəm .

Qarşı-qarşıya oturmuş rəfiqələr bir-birlərinə diqqətlə baxdılar .

- Sənin bu baxışını çox yaxşı tanıyıram .

- Aydan ...

- Bənövşə unutma artıq bir həftədən də az vaxtımız qalıb . Bu qədər il səbr etmisən bir həftədə səbr elə .

- Heç olmasa bir dəfə .

- Bir dəfə nə ? Adamın işindən və adından başqa heçnə bilmirik . Həm özün düşün , qarşısına çıxıb nə deyəcəksən ? Salam mən Bənövşə doğulan gündən yuxularımda səni görürəm ...

-Kifayətdi Aydan . Nə demək istədiyini başa düşürəm . Amma səndə məni anla illərdir mənə əzab verən suallarımın cavabını tapacam .

- Yaxşı deyək ki suallarının cavabını öyrənmək istəyirsən . Nə edəcəksən ?

- Bilmirəm . Planım yoxdu . Tək istədiyim o adamla üz-üzə qarşılaşmaqdı . Bəlkə canlı görmək belə hər şeyi anlamağıma kömək olacaq .

- Ehhh Bənövşə sən bilərsən . Nə edəsisən biraz cəld ol . Çünkü bilirsən vaxtımız çox azdı bu macəraya .

- Çantamı hazırlamışam .

- Elə də bilirdim . Məni gözləmədən çoxdan qərarını vermisən . Ona görə mənimdə çantam hazırdı . Və Nemətə xəbər vermişəm bizi sabah aparacaq . Səni tək getməyinə yol verə bilməzdim . Fikrim səndə qalacaqdı . Milana getməzdən qabaq bizim üçün də gəzinti olar .

- Nemət soruşmadı bəs nəyə görə getdiyimizi ?

- Soruşdu sənin uzun zamandır getmək istədiyini dedim.

- Bəs yuxular...

- Narahat olma heçnə deməmişəm .

- Sabah tezdən çıxacağıq . Düzdü sən indidən hazırsan ,amma gecə-gecə gedəsi deyilik . Bu qədər il səbr etmisən . Bir gündə dözə bilərsən .

- Yaxşı ,sabah çıxarıq .

***

Yaşıl ağaclarla əhatələnmiş uzun yoldan gözünü çəkmirdi . Zaqatalaya yaxınlaşırdılar . Nemətlə Aydan söhbət edir , Bənövşə isə fikirlərə dalmışdı . Necə edəcəyini ? Nə deyəcəyini özüdə bilmirdi .

Yuxusundakı adamla necə qarşılaşacağının xəyalını çox qurmuşdu . Amma onun arxasınca gedəcəyini heç vaxt düşünməmişdi .

- Bənövşə , ayıl . Çatmışıq . Kənddəyik .

Yuxuya nə zaman daldığını xatırlamayan Bənövşə başını qaldıraraq ətrafa boylandı . Balaca kənd yamyaşıl meşənin içində gizlənmişdi sanki . Kələ -kötür cığırlar , kollar və quru ağaclarla çəpərlənmiş bağlar . tək-tük bir-birindən aralı köhnə evlər . Çox ölkədə olmuşdu Bənövşə amma heç bir yerdə bu kənddəki doğmalıq və rahatlıq hissini tapmamışdı . Elə bil illərdir bu çəmənliklərdə böyümüşdü . İçində qəribə bir hüzur var idi . Pəncərəni endirərək başını çölə çıxardı . Dərin nəfəs almaq istəyəndə çuxuru keçən maşın atladı . Başı qapının kənarına dəyən Bənövşə əli ilə təpəsini qaşıyaraq filmlərdə olmadığını xatırladı . Nemət və Aydanın olanı görməmə ümidilə onlara doğru yavaşca çevrildi . Aydan oturacağa söykənib kəndi seyr edir , Nemət isə bir əli ilə onun əlindən tutub gözlərini yoldan ayırmırdı . Bunu görən Bənövşə sevinərək gülümsədi , sonra isə

- Nemət , hara gedəcəyimizi dəqiq bilirsən ?

- Hə bilirəm , sən yatanda məscidin yanında ağsaqqallardan soruşduq . Yolu izah elədilər .

- Hə , lap yaxşı .

- Az qalıb çatırıq .Biraz səbr elə .

Bənövşə yenidən kəndi izləməyə davam edirdi . Artıq evlər getdikcə seyrəlir ,yollar isə daha da kələ -kötürləşirdi . Birdən meşənin içində uzaqda hər rəng çiçək açmış kimi bir ağac göründü .

- Aydan , ora bax ! Nə qəribə ağacdı .

- Harada Bənövşə ?

- Bax yan tərəfdə ağacların arasında .

Boylanan Aydan

- Doğurdan , nə qəribə ağacdı . Üstündə göy qurşağı kimi hər rəng var .

- Nemət buralarda bir yerdə saxlaya bilərsənmi ? Maraqlı gəldi ,baxmaq istərdim ağaca .

- Hə əlbəttə ,onsuz bura gəzib - görməyə gəlmişik . Necə istəyirsiniz .

Əyləci basaraq maşını saxlayan Nemətdə marağına tab gətirə bilmədi . Boylanaraq Bənövşənin görstərdiyi tərəfə baxdı .

- Doğurdan , nə ağacıdı görəsən ?

Gənclər maşından endilər . Aydan fotoaparatla ətrafı çəkməyə başladı . Nemət isə siqaretini yandıraraq onları əhatələyən dağları süzürdü. Birdən dağın döşündə qayalıqlarda gizlənən Pəri Qalasını gördü.

- Çatmışıq . Qala burdaymış elə . Qızlardan səs gəlmədiyini görən Nemət ətrafa boylandı . Qızların çoxdan yolu əlinə alıb ağaca tərəf getdiklərini görüb gülümsədi . Siqaret kötüyünü ataraq onların arxasıyca getdi .

- Bənövşə , düzdü gəlmişik amma necə edəcəyik . Nemətdə bilmir . Heç o qalaya çıxmaq mümkün deyilmiş bu gün kənd camaatı dedi . Sən hansı bəhanəylə ora gedəcəksən ?

- Bilmirəm Aydan , sabahdan özümdə onu düşünürəm . Bir şey fikirləşərik .

Sıxlaşan meşənin içində bəhanələr fikirləşən rəfiqələri böyük bəzəkli ağac dayandırdı . Məgər maşında gördüşkləri hər çalarda parlayan bu ağacın budaqları çiçəklə bürünmürmüş . Hər budağından ipəkdən ,kətandan parçalar ,yaylıqlar asılıbmış . Nəhəng ağacın gövdəsi ətrafında başlarını endirmədən dövr edən qızlar gördükləri mənzərəyə heyran qalmışdılar .

- Məni niyə gözləmədiniz ?

- Nemət , bir buna bax ! Necə gözəldi .

- Doğurdan çox qəşəngdi . Yəqin niyyət ağacıdı . Uşaq vaxtı əmimgilə gedəndə kəndlərində görmüşdüm .

Aydan dayanmadan fotoaparatı ilə şəkil çəkirdi . Bənövşə isə küləklə rəqs edən yaylıqlara baxırdı . Sirli dünyanın bir parçası kimi görünən bu ağac onu uzaqlara aparmışdı . Qəlbi göyərçin qanadları kimi çırpınırdı . Keçirdiyi bu qəribə hisləri özüdə anlamırdı . Ağacın enli gövdəsinə söykənərək əyləşən Bənövşə havada uçuşan parçalardan gözünü ayırmırdı . Nağıllar aləmindən çıxmaq istəmirdi. Gözlərini astaca yumaraq ,dərin nəfəs aldı .

- Bənövşə , biz maşının yanına enirik . Gəlirsən ?

- Siz gedin . Birazdan gəlirəm .

- Yaxşı necə istəyirsən .

Yenidən yarpaqların arasından süzülən günəşin yaylıqları necə al-əlvanlaşdırdığını izləyən Bənövşə

- Kim bilir nə diləklər , arzular asılıb bu ağacdan .

- Sevgi diləkləri ...

Ağacın arxasından gələn səsə irkilən Bənövşə cəld ayağa qalxdı . Yerdəki qurumuş ağac budaqlarının xırçıltı səsi daha da güclü eşidildi . Bənövşə arxaya çevrildi . Qarşısında hündürboylu çiyinlərində böyük çanta ,əlində isə ağac bir gənc durmuşdu . Bənövşə görür-görməz tanıdı . Kəskin baxışlı qara gözlər , sivri burun , çıxıntılı yanaq . Bircə saqqal və bığ əksik idi . Bu o idi . Dünən televizorda izlədiyi Zaur və gecələr yuxusunda gördüyü naməlum oğlan .

Nə deyəcəyini bilməyən Bənövşə dili tutulmuş kimi yerində donub qalmışdı . Gözlərini oğlandan ayırmayan Bənövşə , Zaurun onda qəribəlik hiss edəcək deyə qorxub yavaşca başını endirdi .

- Salam , deyəsən ilk dəfə gəlmisiniz buralara ?

Özünü cilovlayan Bənövşə

- Salam , bəli . Dostlarımla birgə Pəri qalasını görməyə gəlmişik .

- Hmmm , bilirsiniz yəqin qalaya çıxmaq demək olar ki mümkün deyil .

- Bilirəm , amma birtəhər bəxtimizi yoxlayaq dedik .

- Qorxuram şansınız başqa tərəfdəndə gətirməsin .

- Necə yəni ?

- Belə ki ,biz qalada tətqiqat işlərinə başlamışıq . Müəyyən arxeoloji qazıntılar aparılır . Hal-hazırda tətqiqat işçilərindən başqa kimsəyə icazə yoxdu .

- Çox heyif . O qədər də yol gəlmişik . Bənövşə özüdə verdiyi cavablara təəccüblənirdi . Zauru illərdir tanıyırmışcasına onun mərhəmət duyğusunu sınamağa davam edirdi .

- Heç cür mümkün deyil getmək ?

Bənövşənin inadlaşmasına gülümsəyən Zaur

- İlk dəfədir bir qalaya bu qədər maraq salan birini görürəm . Yoxsa sizdə əfsanəsini eşidib ona qapılanlardansınız ?

- Əfsanə ?

- Hmmm ,eşitməmisiniz ?

Bənövşə Zaurun təəssüf edərmişcəsinə baxışlarını hiss etdi . Utandığından yalandan

- Eşitmişəm bir neçə əfsanə ,siz hansını deyirisiniz ?

- Altında durduğumuz bu ağac belə o əfsanənin bir parçasıdı .

Çiynindəki çantasını çıxaran Zaur ağacın dibində əyləşərək su qabını çıxardı .

- İstəyirsiniz ?

- Xeyr ,çox sağolun .

Suyu içib bitirən gənc adam ,qarşısında duran uzun saçlı ağbəniz qara gözlü qızı süzdü . İncə belli zərif qızın ondan danışmağını davam etməyini istər kimi baxmağı qəribə gəlmişdi .

- Deyəsən əfsanəni danışmağımı istəyirsiniz ?

Gülümsəyərək başını yırğalayan Bənövşə onun yanında əyləşərək zəhmət deyilsə danışa bilərisiniz mi ?

İlk dəfə idiki birinin gülümsəməsi ona bu qədər əziz gəlmişdi . Zaur bu doğmalığın səbəbini özü də anlamadan ona etiraz etmək istəmədi .

- Əgər bu qədər çox istəyirsinizsə danışım , həm istirahət də etmiş olaram .

Təbəssümdən qısılmış iki cüt qara göz bir-birinə kilidləndi...

Yazar: Narmin İsmayılqızı
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 857
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri