- Əfsanələrdən biri . Əslində çox hekayəsi var amma niyəsə mənim ən çox bu xoşuma gəlir .
- Bəs bu ağac ? Əfsanə ilə nə əlaqəsi var .
- Hə buna sevgi ağacı deyirlər . Nakam məhəbbəti olanlar dilək diləyir burda . Deyilənə görə Pəri və Cilingir bu ağac olan yerdə aşiq olublar , yaralarını sarıyıblar .
Bənövşə danışa-danışa ayağa qalxan Zaura baxdı . Üstünü çırpışdıran Zaur əlini Bənövşəyə uzadaraq qalxmasına kömək etmək istədi . Birdən Zaurun biləyindəki uzunsov iz Bənövşənin diqqətini çəkdi .
- Əlinizi uşaq vaxtı pis kəsmisiniz deyəsən .
- Yox əslində iz deyil xaldır .
- Xalmı ?
- Eynən hamı belə təəccüblənir . Doğulduğum gündən var .
- Qəribədi ...
- Bənövşə harada qalmısan ! Narahat olduq .
Bənövşənin qarşısında birisi olduğunu görən Aydan daha da təlaşlandı .
- Narahat olma , elə məndə indi enirdim .
- Nemətdə gəlir . İkimizdə narahat olduq .
Yerdəki çantasını götürən Zaur Aydana doğru çevrilərək
- Biraz da mənim günahım var . Vaxtını aldım . Hirslənməyin .
Aydan qarşısında gülümsəyən Zauru görəndə təəccübdən gözləri bərəldi . Ağzı açıq qaldı .
- Qızlar harda qalmısınız ?
Neməti görən Zaur ona doğru yaxınlaşaraq əlini uzatdı .
- Salam , mən Zaur .
Nemət təəccüblə
- Əleykə Salam . Mən Nemət . Nə baş verir burda .
Yaranan qarmaqarışıqlığı görən Bənövşə irəli addımlayaraq uşaqlar Zaur Pəri qalasında arxeoloji qazıntı aparır . Mənə də ora haqqında danışırdı . Ona görə biraz yubandıq .
- Lap yaxşı qardaş , elə bizdə qızlarnan ora gedirdik . Gəlin sizi də aparaq .
Nemətin təklifinə gülümsəyən Zaur
- Bilirsiniz iş gedir deyə əslində kənar şəxslərə icazə verilmir .
Bənövşə gülümsəyərək
- Məncə artıq biz kənar şəxslər deyilik hə Zaur bəy ?
Zaur ona baxan bir cüt badamı gözlərin necə parlayıb titrədiyini görürdü . O baxışlar çoxdan onun xoşuna gəlmişdi . Tanımadığı birini ilk dəfə illərdir tanıyırmış kimi yaxın hiss etmişdi . Eyni Pəri qalasına olan doğmalığı Bənövşədə də görmüşdü . Özü də anlamasa da bu olanlar onun çox xoşuna gəlmişdi .
- Yaxşı yalnız sizin üçün bir dəfə keçərəm . Bu qədər də yol gəlmisiniz . Amma ayaqla uzun yolumuz olacaq hazır olun .
Nemət əllərinə bir-birinə şappıldadaraq
- Əla ! Getdik onda .
Qabaqda Nemətlə Zaur söhbət edərək maşına tərəf gedirdilər. Aydan isə hələ də heç bir şey anlamırmış kimi
- Bənövşə nə baş verir ?
Bənövşə özüdə anlamırdı . Niyə Zauru yuxusunda gördüyünü ,niyə buraların ona bu qədər doğma gəldiyini . Yalnız bu meşəliklər deyil , Zaur da ona yaxın , əziz gəlmişdi . Bəlkə də hər gecə yuxuda gördüyü üçün idi . Pərinin hekayəsi bəs ? Onu niyə bu qədər üzmüşdü ? Həqiqət olub-omadığı bilinmir belə .
- Heyyy ? Bənövşə ?
- Aydan nə danışım . Təsadüfən qarşılaşdıq qalanın , ağacın əfsanəsini danışdı . Vəssalam . Sonra da siz gəldiniz .
- Yuxunu dedin .
- Hə bəsnə . Dedim ki Zaur hər gecə yuxuma girirsən sənin üçün gəlmişəm buralara.
- Yaxşı da az lağ-lağı elə . Sadəcə olaraq necə söhbəti açacağın maraqlıdı mənə .
- Heç necə . Gedib qalanı gəzib evə dönəcəyik .
- Buna əminsən ?
- Əminəm . Sən də heç bir şey hiss elətdirmə .
- Necə istəyirsən . Amma ya yenə yuxularına girsə ?
- Aydan nə olar danışmayaq bu haqda inan yorulmuşam artıq .
- Yaxşı .
Bənövşənin sərt cavabına burnunu sallayan Aydan addımlarını sürətləndirdi . Bənövşə kobudluq etdiyini anlayıb, onu düşünən birini necə üzdüyünə peşman oldu . Dözməyib rəfiqəsinin çiyinlərini qucaqlayaraq
- Bağışla məni ,özüm də bilmirəm nə etdiyimi . Ona görə belə haldayam .
Ona gülümsəyən Aydan
- Unutdum belə .
Maşında əyləşmiş Zaur sarmaş-dolaş dağdan enən qızlara baxırdı . Bənövşənin saçları , gülüşü sanki qəlbini oxşayırdı . Çöhrəsində yaranan təbəssümdən özünün belə xəbəri yox idi . Maşına çatan Bənövşə ona baxan gözlərlə qarşılaşdı . Və o an ikisidə cəld başlarını endirdi . Zaurun yanaqları qızardı . Sanki baxışlarından Bənövşə düşüncələrini oxumuşdu .
Qəribə idi , Pəri və Cilingir kimi o da Zaurla eyni yerdə qarşılaşmışdı ... ***
Bir təhər qalaya çıxan gənclər nəfəslərini güclə dərirdilər . Yol doğurdan da uzun idi . Üstəlik düz-əməlli deyildi. Köhnə uçuq cığır idi . Bunlara baxmayaraq qalaya çatmışdılar . Qalanın ətrafı lentə alınmışdı . Zaur onlara yolda heç bir şeyə toxunmamaqlarını xaiş etmişdi . Qalanın içərisinə girən gənclər təəccüblənmişdilər . Onlar daha böyük bir yer təsəvvür edirdilər . Amma bura cəmi 3 otaqdan ibarət kiçik bir qala idi . Bənövşə içəri girər-girməz qalanın divarlarına doğru addımladı . Bunu görən Zaur onun arxasıyca getdi .Bənövşə gördüyü mənzərəyə heyran qalmışdı . Sanki bütün dağlar meşəlik ayaqlarının altında idi . Əlini uzatsa buludları tuta biləcəkdi . Gəldikləri cığır nazik xətt kimi görünürdü .
- Durduğunuz yerdən deyilənə görə Pəri Cilingirin alovunu izləyərdi .
- Doğurdan ?
- Yox zarafat edirdim . Əfsanədi kim harada necə durub necə bilərəm ? Bir növ nağıl .
Gülümsəyərək danışan Zaur , Bənövşənin onun zarafatından xoşu gəlmədiyini çatılmış qaşlarından anladı . Xoşagəlməz vəziyyəti düzəltmək üçün
-İstəyirisiniz qalanın otaqlarını gəzdirim .
- Olar.
- Buyurun .
Daş divarlarından başqa otaqların heç bir şeyi yox idi .
- Zaur bəy sizdən bir şey soruşa bilərəmmi ?
- Əlbəttə buyurun .
- Niyə məhz bu qala ? Yəni niyə arxeoloji işlər aparmaq üçün buranı seçdiniz ? Nə tapmaq istəyirsiniz və ya gözləyirsiniz ?
- Bilirsiniz , əslində bu balaca sıradan qala kimi görünür amma niyəsə mənə elə gəlir ki bu doğru deyil . Və etiraf edim ki , danışdığım əfsanənin doğruluq payı olduğunu düşünürəm .Pəri və Cilingirin bir vaxtlar var olduğuna inanıram . Deyilənə görə onların qəbri buralarda bir yerlərdədi . Bilirəm bəlkə də qəribə gələcək amma biz tarixçilərin işi əfsanə və həqiqəti araşdırıb ayırmaqdı . Həm düşünsənə danışılanlar həqiqət olacaq , bir şeylər tapacağıq . Bu ölkə üçündə ,şəhər üçündə çox önəmli olacaq . Nə qədər insan axın edəcək bu sıradan görünən balaca qalaya . İnsanlar anlayacaq bəzən ən gözəl şeylər adi görünənlərdə gizlidi .
Bənövşə daşlara sığal çəkərək Zauru dinləyirdi . Dedikləri çox xoşuna gəlmişdi . Amma nə deyəcəyini özüdə bilmirdi . Və gülümsəyərək
- Ümid edirəm ki istədiyinizi taparsınız .
- Çox sağolun . Bir şey də deyəcəm . Amma söz verin aramızda qalacaq .
- Buyurun , heç kəsə deməyəcəm .
- Bu qala sanki uşaqlıqdan məni çağırırdı . Bilirəm qulağa qəribə gəlir amma tarix dərsində oxuduğum ilk gündən bu qalanı öyrənmək ,araşdırmaq istəmişəm .
Hər gecə yuxusunda eyni adamı görən bir qız üçün bu deyilənlər o qədər fərqli gəlmirdi .
- Bəs siz niyə bu qalanı bu qədər çox görmək istəyirdiniz ?
Bənövşə bu sualı gözləmirdi . Necə cavab verəcəyini düşünürdü . Nə deyəcəkdi əslində qala deyil sənin üçünmü gəlmişəm . Bəlkə yuxularını danışa . Amma yox onda nə olacaqdı ki . Oğlan ya onun dəli olduğunu ,ya da qəribə olduğunu düşünəcəkdi . Bəs sonra ? Bura gələndə belə sonrasını düşünməmişdi . Və indi özüdə anlayırdı davamı olmayacaq .
- Mən televizorda eşitmişdim qala haqqında və Milana getməzdən qabaq fərqlilik üçün Aydanla bura gəlməyi qərarlaşdırdıq.
- Milan ?
- Bəli . İşlə bağlı getməliyik 2 həftəlik .
- Bağışlayın nə işlə məşğulsunuz .
- Modelyerəm . Aydanla birgə çalışırıq . Bu yaxınlardada İtalyan firmayla danışığımız oldu . Eskizlərimizi çox bəyəndilər və Milanda yaz-yay kolleksiyon təqdimatında bizimkilərdəndə istifadə edəcəklər .
- Bu ki möhtəşəmdi ! Təbrik edirəm !
- Çox sağolun .
- Demək bura dincəlmək üçün gəlmisiniz .
- Eynən .
Bənövşənin içindəki balaca qız ağlayırdı ,ona həqiqəti deməsi üçün yalvarırdı . Amma Bənövşə özüdə bilirdiki balacanın sözüylə hərəkət etsə sonu fəlakətlə bitəcək .
Astaca heçnə demədən digər otağa keçdi . Və bu ora idi . O soyuq qaranlıq yuxularındakı daş otaq .
Nə baş verirdi , Bənövşəni qorxu bürüdü bir anlıq . Bu otaqda qəribə bir şey var idi . Özüdə anlamırdı.
- Zaur bəy , bu otaq bilirsiniz nə üçün olub ?
- Digər 2 otaq kimi yaşayış üçün .
- Yox məncə burada başqa bir şey var .
- Nə məsələn ?
Heç bir cavab verə bilməyən Bənövşə bu olanlardan çox qorxmuşdu . Bu yerlərə və Zaura olan bağlılığını anlamırdı .Cəld otaqdan çıxaraq Aydanı axtardı .
- Aydan getsək yaxşıdı .
- Nəsə olub Bənövşə ?
- Getmək istəyirəm bu yerlərdən . Özümü pis hiss edirəm .
-Nemət gəl gedək Bənövşə yaxşı deyil .
Arxaları ilə işçilərin arasından keçərək qaçan Zaur
- Hər şey yaxşıdımı ?
- Narahat olma qardaş . Bənövşə özünü pis hiss etdi niyəsə . Yəqin yüksəklikdəndi .
Bənövşə başı ilə enə biləcəklərini işarə etdi . Aydan Bənövşənin əlindən tutaraq kürəyinə sığal çəkdi .
- Gəl ,yavaş -yavaş enərik .
Zaur qalanın divarından nazik cığırda qarışqa kimi görünən 3 gənci izləyirdi . O otaqda nə var idi elə? Və ən önəmlisi Bənövşə niyə onu bu qədər özünə çəkmişdi ...
3 həftə sonra
Hava limanından gülərək çıxan Aydan və Bənövşə zəfərlərinin sevinci ilə qanad çalırdılar . Milan dəfiləsindən sonra firma onlarla 2 illik müqavilə bağlamışdı . Bütün dünyada onların çizdikləri geyimlər geyiniləcəkdi .
Çantalarını götürdükdən sonra çıxışa doğru addımlayırdılar .
- Əlbəttə . Sənə nazik geyinmisən dedim . Bakı küləkləri nə tez yadından çıxıb ?
Pencəyi çıxartdıqdan sonra Bənövşəyə geyinməyinə kömək edən Aydan
- Çiynindəki xaldan elə xoşum gəlir ki , ulduza oxşayır .
- Ulduza mı ? Mən daha çox deşilmiş yaraya oxşadıram .
Əyninə pencəyi keçirən Bənövşə gül-gülə çantalarını yenidən əlinə aldı .
Və çıxışa doğru getməyə davam etdilər . Bənövşə çıxışda gördüyünə inan bilmədi . Nemət əlində çiçəklərlə yanında isə Zaur durmuşdu . Həyəcandan sinəsindən istilik keçdi , boğazı qurudu . Onun gələcəyini heç düşünməmişdi . Aydan Neməti görür-görməz boynuna atladı . Bənövşə isə Zaura doğru gedərək
- Salam .
- Salam ,Bənövşə xanım . Xoş gəlmisiniz .
- Çox sağolun . Siz nə yaxşı burdasınız ,yoxsa qarşılayacağınız biri var ?
- Aha var və hal-hazırda qabağımda durub .
Zaur gülümsəyərək başını endirdi .
- Bilirsiniz sizə təşəkkür etməyə gəlmişəm .
- Hava limanındamı ?
- Haqlısnız ,sadəcə olaraq dözə bilmədim ona görədə Nemətdən xaiş etdim . O vaxtdan nömrələrimizi götürmüşdük . Bənövşə, xatırlayırsınız siz otaqda dediniz burada nə isə var . Doğurdanda var idi . Sayəndə danışdığım əfsanə doğru çıxdı . Otağı diqqətlə araşdırdıq və divarlardan birinin sonradan tikildiyini gördük . Söküb nə tapsaq yaxşıdı ?
- Nə ? Həyəcanla soruşdu Bənövşə .
- Oyulmuşdivarda birlikdə dəfn edilmiş qadın və kişi qəbri . Kişinin kəllə sümüyü kəsilərək bədənindən ayrıldığını, qadının həddindən çox sınıqları olduğu üçün hündürlükdən atladığını müəyyənləşdirdik . Bu nə deməkdi anlayırsınız ?
- Bəli , əfsanə doğru çıxdı .Amma bu mənim deyil sizin sayənizdə tapıldı . İstədiyinizə nail oldunuz .
- Xeyr siz gəlməsəydiniz ,o otaqda danışmasaydıq qəbir tapılmazdı . İndi bütün ölkə bu haqda danışır inanırsınız ?!
- Oldu onda Zaur bəy yeni uğurlar qazanmağınızı diləyirəm .
- Çox sağolun . Siz də həmçinin . Dəfiləniz uğurlu olub Nemət dedi . Sizin adınıza çox sevindim.
- Çox sağolun .
Bənövşə Aydangilin arxasıyca getdi. İçində qəribə bir hüzn var idi . Arxadan Zaurun onu çağırmasını istəyirdi . Yuxularındakı adamla vidalaşmaq ona çətin gəlirdi . Bəlkə elə missiyası bu idi . Pəri və Cilingirin məhəbbətlərinin gerçək olduğunu və o balaca sıradan qalada gizlənmiş gözəlliyi tapmaq ...
Fikirli-fikirli maşına yaxınlaşan Bənövşəni birdən onu çağıran səs dayandırdı .
- Bənövşə xanım gözləyin ! Sizə bir şey etiraf edəcəm . Amma nə olar səhv anlamayın .
Bənövşə ona səslənən Zaura tərəf döndü .
- Eşidirəm Zaur bəy .
Tez gəldiyi üçün təngnəfəs olan Zaur qırıq-qırıq danışmağa başladı .
- Bənövşə xanım sizi ilk gördüyümdə sanki illərdir axtardığım birini tapmış kimi oldum . Biz yad deyildə uzun zamandır bir-birimizi tanıyırmışıq kimi . Bilirəm dediklərim qəribə gələcək sizə. Mən özümdə olanları anlamadım . Amma necə o qala mənə doğma gəlirdi və illərdir arxasıyca qaçırdım , sanki siz də mənim Pəri qalamsınız . Əslində mən oranı deyil sizi kəşf etmək istəyirmişəm kimi . Mən tapdığım doğma insanla hava limanında vidalaşmaq istəmirəm . Əlbəttə əgər sizdə bu sözlərimdən qorxmayıb , mənimlə razılaşacaqsınızsa ...
İllərdir Zauru yuxusunda görən Bənövşə belə sözlərdən necə qorxa bilərdiki .Əksinə eşitmək istədikləri ilə üzləşirdi . Və gülümsəyərək
- Siz yenə yaxşısınız ya mənim kimi hər gecə yuxularda görsəydiniz ?
Nə demək istədiyini anlamayan Zaur
- Yəni razısınız ?
Başı ilə təsdiqləyən Bənövşə Zaurun onun dediklərini zarafat kimi başa düşdüyünü anladı . Bəlkə də
həmişəlik onun üçün bu cümlələr zarafat olacaqdı . Amma Bənövşə bilirdi əsl həqiqətin nə olduğunu. Onlar bu dövrün Pərisi və Cilingiri idilər ...