Səndən başqa (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 660
Səs ver:
(səs: 0)
Bölüm 4

Başqa kim verəcəkdiki?! Mənimkidə bir sual idi! Renat ayağa qalxaraq "Həə mən verdim"dedi rahat bir tərzdə. Niyə axı...? Niyə... Dolan gözümdən axan bir damla yaşı əliminin tərsi ilə silib, ona bir şey demədən yanından uzaqlaşaraq öz otağıma çıxdım. İndi onun üstünə düşməli, ondan bir cavab soruşmalı idim. Amma etmədim... Birinci dəfədi, bu qədər alcaldığımı hiss etdim. Aşağı çöküb, kürəyimi çarpayıya söykəyib, dizlərimi özümə tərəf çəkdim... Gözlərimi bir nöqtəyə zilləyib, az əvvəlki anı düşündüm. Nəyə görə bu qədər pis oldum? Bu gün Fəqanı gördüyüməmi? Fəqanın Renatın dostu çıxmağınamı? Yoxsa Renatın, Fəqana nömrəmi verməyinəmi? Ağlımdakı bu sualların hec bir cavabı yox idi... Qapı döyüldükdə, baxışlarımı yerdən çəkib, qapıya dikdim. Gələn, xalam olmasın... Qapı 3 dəfə döyüldükdən sonra yavaşca açıldı. Renat içəri daxil olaraq qapını bağlayıb, mənə doğru addım ataraq yanıma gəldi. Dizlərini mənim qarşımda yerə atıb, oda aşağı çökdü.

"Bu vəziyyətə düşəcək, nəsə etmədim mən"dedi.

Vəziyyətim bərbad idi... Ağlamamaq üçün dodaqlarımı sıxdım.

"Nömrəmi, niyə verdin axı?"dedim.

Renat peşman olmuş bir üz ifadəsi ilə "Verməsəydim, səndən xoşlanacağımı sanacaqdı... Hətda elə sandı... İlk başda vermədim, sonra başqa şeyləri ima etdikdə vermək məcburiyyətində qaldım"dedi. Alcaq, Fəqanın boş və mənasız imaları... Hec nə dəyişilməyib! Renat görəsən, dostunun necə alcaq biri olduğunu bilirdi?! Susdum... Böyük bir susqunluq...

Dodaq arası "Kaşki, xoşlandığını, sansaydı..."dedim.

O an Renatın göz bəbəkləri böyüdü... Yanlış anladı məni... Üzümə qəribə bir çökük ifadə ilə baxdıqda, dodaqlarımı büzüb "Renat..."dedim. Amma sonrası gəlmədi... Sonrası, gözümdən yaşlar axmağa başladı. Əslinə qalsa ağlamağım axmaqlıq idi. Gözümdən axan yaşları bir - bir silməyə çalışarkən, Renatda kürəyini çarpayıya söykəyib "Danış..."dedi. Ona danışmalı idim? Dostunun iç üzün tanıtdırmalı idim? Amma nəməlum bəlkə, Renatda ondan biri idi. Nəticədə onuda tanımırdım... İç səsim, hər şeyi bir kənara qoy və ona hər şeyi danış dedi. Üzünə baxmadan, gözlərimi qapıya zilləyib ona kicik amma məndə dərin iz buraxan hekayəmi danışmağa başladım.

"Keçən ilin qış ayları idi... Rəfiqə adında yaxın bir dostum var idi. Həmin gün onlarda qalacaqdım. Qaldımda... O gün dayısıgil onlara qonaq gəldi. Dayısı oğluda gəlmişdi... Görür görməz xoşlandım ondan. Oda məndən xoşlanıbmış... Sonra Rəfiqə nömrəmi verdi ona. Beləcə danışmağa başladıq. Danışdıqca daha çox bağlandım sevdim onu... Dərslərimi etmək əvəzinə vaxtımın çoxunu ona həsr etdim. Məndən soyumasını istəmirdim... Çünki, fəqli idi O... Bakıda yaşayırdı, ətrafı geniş idi... 2-3 dəfə məni görməyə Ağsuya gəldi... Görüşdük, kafeyə getdik, parkda gəzdik... Yəni mənim üçün nağıllardan daha gözəl bir hiss idi. Amma sonda... Sən demə, hər şey həqiqətən bir nağıl imiş... Get gedə zənglər kəsildi... Sonra mesajlar... Bunları danışmaq üçün Rəqfiqənin evinə getdim. Getməz olaydım... Evdən çox güman hec kim yox idi... Qapını açar açmaz, qarşımda Rəfiqə ilə öpüşən sevgilimi gördüm... İyrənc idilər...! Bibi qızı və dayı oğlu... Olduqca iyrənc idilər! Mən ona istədiklərini verə bilməzmişəm... İstədiyi nə idi? İki dodaqların birləşməsi?! Budu sevgi?! Həzm edə bilmədim... Depresyona girdim ... Onun üçün istdəyim fakültəyə daxil ola bilmədim... Söhbət sənin dostun olacaq, alcaq Fəqandan gedir..." dedim gözümü son sözümdə qapıdan çəkib, Renata baxaraq. O an Renat hec gözləmədiyim bir seyi edərək,mənə sarıldı... Bu sarılıyışa həqiqətən ehtiyyacım vardı... O məni daha möhkəm qucaqlayarkən, mən isə daha möhkəm ağlamağa başladım. Renat ağlayışımın içində "Səni onlara əzdirmərəm...!"dedi. Mənim tərəfimdə idi... Başımı sinəsindən qaldırıb, yaşlı gözlərim ilə ona kicik bir təbəssüm edib "Öyrənməyini istəməzdim... Amma həqiqətlər budu"dedim. Bu sözü deməyim ilə, əlini yavaşca saclarıma gətirib yenidən başımı sinəsinə yaslayıb "Bilirəm... O qızın isə sən olduğundan xəbərim yox idi... Rəfiqə sonradan Fəqandan hamilə qaldı. Fəqan isə məcburən uşağı abort elətdirdi... Rəfiqə isə o abortdan sonra birdə ana ola bilməyəcəyini öyrəndi. Bir sözlə həqiqtən iyrəncdilər... Elə birinin dostum ola biləcəyinə inanmadım. Dəfələrlə körpənə sahib çıx desəmdə, məni dinləmədi... Onunla 3 aya yaxındı barışmışıq... Oda Malik və Səyidənin israrı nəticəsində. Rəfiqədə artıq Bakıdadı... Yaxşıki o insanın qurbanı olmamısan... Deyəcək bir söz tapmıram daha..."dedi. İnana bilmirdim... Bir insan öz körpəsinə necə qıymışdı axı? Məndə bir söz tapmadım deməyə... Dediyi kimi, yaxşı ki vaxtında onların iç üzünü gördüm. Mən ağlamalı deyildim, mən başımı dik tutamlı idim. Çünki, mən utanılası bir şey etməmişdim... Yenidən başımı, Renatın sinəsindən çəkib, aramıza məsafə qoydum. Göz yaşlarımı silib "Mənə dəstək olduğun üçün çox sağ ol... Amma Fəqanın, bunları sənə danışdığımdan xəbəri olmasın. Bu mövzunun bağlanmağını istəyirəm" dedim. Sizə qəribə gələcək, amma indi özümü çox yaxşı hiss edirdim. Bəlkədə, Renatın danışdıqlarına görə belə idim. "İlknur, səni tərslədiyimə baxma... Özündə yaxşı bir qız olduğunu görə bilirəm. Və Fəqanın sənə qarşı növbəti bir səhvi olsa, onda onunla başqa cür danışacam. Birdə ağlama yaxşı? Çünki, çox çirkin olursan"deyərək ayağa qalxdı. Çirkin sözünə məni gülmək tutdu. Həqiqətən elə idim amma. Ağlayınca çox çirkin olurdum. Deyəsən, gedəcəyi üçün ayağa qalxmışdı. Onun üçün məndə ayağa qalxıb "Mən hec olmaya ağlayanda çirkin oluram, amma sən hər zaman çirkinsən"dedim

Yalan təbiki... Renat gözlərini aşağı endirib özünə baxıb "Deyəsən, gözlük taxmağı unutmusan. Mənim ikinci adım Yaraşıqlıdı"dedi. Yaraşıqlı olduğunu görə bilirdim. Amma ona yaraşıqlı olduğunu desəydim, egosu qalxacaqdı. Sonra onun dilindən canımı qutara bilməzdim. Amma bir az qəmzəsin tərifləyə bilərdim. "Yaraşıqlı olduğunu bilmirəm, amma qəmzən çox gözəldi" dedim işarət barmağımı öz üzümü batıraraq. Renat, qəmzəsini üzə çıxardacaq bir gülümsəmə ilə gülüb, oda eynən işarət barmağını öz qəmzəsinə toxundurub "Bax ən sevdiyim nöqtəm budu. Qızlar bunu çox sevir"dedi mənə göz vurub. Hecdə belə... Sevib etmirdim! Sadecə xoşuma gəlmişdi... "Baxıramda, o dəqiqə havandan keçilmədi... Qəmzəli oğlan. Qulağa nə gülməli gəlir"dedim onu əsəbləşdirmək üçün. Dərin bir nəfəs alıb verərək, qollarını iki yana açıb "Allahım görürsən, sənin yaratdığın qəmzə ilə bu qız zarafat etməyə çalışır. Ona de ki, bir gün bu qəmzəyə toxunmaq üçün məndən icazə almaq istəyəcək"dedi. Qaşlarımı çataraq, Renatın özündən razı havasına nəzər saldım. Mən o qəmzəyə hec vaxt toxunmaq istəməzdim! Toxunmazdım!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 660
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri