Səndən başqa (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 590
Səs ver:
(səs: 0)
Bölüm 5

Qəmzəylə bağlı olan söhbətimizdən sonra, Renat otağımdan getmişdi. Mən isə çarpayıma uzanaraq, az əvvəl yaşanan vəziyyəti göz önündən keçirtdim. Mənasız idi ağlamağım... Niyə özümə mane ola bilmədim? Və ağladım...? Hə, tək dərdim ağlamağım idi... Yoxsa mənasız və boş insanlara görə fikir edəcək deyildim... Renatın mənə sarılması, ani oldu... Hec, gözləmirdim... Nədənsə, indi gözümün önündən mənə sarıldığı an keçirdi. Üzümdə yaranan, bilmədiyim təbəssümü məhv edib, telefonu əlimə aldım. İlk iş Fəqanı bloka atmaq idi. Onu bloka atıb, interneti bağlamaq istədikdə, Renatdan mesaj gəldiyini gördüm. Görəsən, niyə mesaj atmışdı? Otağımdan gedəli, 10 dəqiqə idi... Ən yaxşısı mesaja daxil olmaqdı.

"Az əvvəl otağında kədərli bir hal yaşandığı üçün deyə bilmədim, amma o otağının vəziyyəti nə idi elə? Mavi tavan, narıncı divar boyası? 5 yaşın var sənin)"

Mesajın sonundakı gülücük smayiliki nə idi belə?! Gülünüləsi bir şey yox idi. Mən belə sevirdim...

"Mənim şəxsi seylərimə sən gülə bilmərsən! Sevimsiz Renat(" yazaraq göndərdim ona. Eyni evin içində, mesajlaşmaqda ayrı bir dəlilik idi... Hər neysə... Sevimsiz idi... Yəni, qismən elə idi... Yaxşı, sevimsiz deyildi..( Off...!

"Gülə bilərəm və səndə hec bir sey edə bilmərsən. Bax gülürəm hələdə) Sevimsiz deyiləm Sən sadecə sevimli tərəfimi görmək istəmirsən :)"

Gələn mesajı oxuyub bir sey yazmadım daha. Yazsaydım, bu mesaj işi uzanacaqdı. Ən yaxşısı, ayağa qalxaraq dərs etmək idi. Məqsədilərimi unuda bilməzdim... Hec nə məni yıxa bilməzdi...! Dərs etdikdən sonra, olduqca yorulmuşdum. Saat 12 - yə yaxınlaşırdı artıq. Yatmaq vaxtı idi... Dərs masamdan ayağa qalxıb, üstümü dəyişərək çarpayıma uzanıb, günün sonunda yuxuya daldım...

Otağa düşən səhər günəşi ilə gözlərimi açıb, ayağa qalxdım. Bu gün tez durmuşdum. Üstümü geyindikdən sonra otaqdan çıxdım. Otağının qapısını bağladıqda isə Renatın öz otağından çıxdığını gördüm. Təbiki bunda bir şey yox idi. Amma Renatın acıq mavi rəngli köynəyinin düymələri açıq idi. O məni görüb gülüsəməsi ilə, mənim arxamı çönüb, əlim ilə gözlərimi tutmağım bir oldu.

"Deyəsən, evdə bir qız olduğunu unutmusan, Ziyadzadə!" dedim əsəbimlə.
Renatın gülüş səsləri qulağıma gəldikdə, əllərimi gözlərimdən aşağı çəkdim.

"Bundan sonra diqqətli olaram"dedi.

Səs tonu çox yaxından gəldi. Yanımda idi... Görəsən düymələrini bağladı?

"Bağladın?"dedim gözlərimi tavana dikib.

"Nəyi?"dedi çoxbilmişcəsinə!

Bilərəkdən, məni əsəbləşdirirdi! Dişlərimi sıxıb "Ziyadzadə!"dedim yenidən. Bilirəm, məndə onu əsəbləşdirirdim... "Birdə mənə Ziyadzadə desən, bütün günü evdə köynəyin düymələri açıq gəzərəm" deyərək yanımdan keçib, piləkanları enməyə başladı. Allahdan bağlamışdı düymələrini... Məndə onun ardıyca aşağı enib, səhər yeməyi üçün masaya əyləşdim. İştahsız şəkildə yeməyimi yedikdən sonra ayağa qalxdıq. Maşına minib, kursuma doğru yola düşdük. Bu gün Ləman ilə Röyala sözüm vardı. Renatın diqqətlə yola baxdığını gördükdə, çəkinərək "Seyy dərs çıxışı məni almarsan, mən özüm gələcəm" dedim. Diqqətini yoldan hec çəkmədən sadecə "Niyə?"deyə sual verdi mənə. Düzün deməli idim ona? Nəticədə, anam deyildi atam deyildi,hara getdiyimə qarışa bilməzdi.


"Dərs çıxışı yeni tanış olduğum sinif uşaqları ilə çay içməyə gedəcəyik" dedim.

Bu an səhərdən bəri diqqətlə baxdığı yoldan, gözlərini çəkib mənə dönüb"Olmaz"dedi. Onu ciddiyə alacağımı hər halda sanmırdı! Kim idi O?!

"Deyəsən, nə dediyimi anlamadın. Mən səndən icazə almıram. Sənə gedəcəyimi deyirəm"

Özümü ifadə edə bilməyimi çox sevirdim. Mən mükkəməl idim!

"Səndə məni anlamadın. Olmazı səni düşündüyüm, ya da vecimə olduğun üçün demədim. Buranı yaxşı tanımırsan. Sonra itib edərsən... Ki, itməyin mənim işimə yarıyar, rahat olaram. Amma xalan yəni, mənim Zərişim sonra sənin üçün narhat olar. Ona görədə dərsinə get sonrada evinə dön"

Tikanlı cümlələrə bax bir sən! Sanki, dünən mən özümü pis hiss edirdim deyə, mənə sarılan insan bu deyildi!

"Mən 5 yaşında olan bir uşaq deyiləm. Azdan çoxdanda buranı tanıyıram"dedim.

Bu sözüm ilə maşını saxlayıb "Sən tam 5 yaşında olan bir uşaqsan!"dedi. Bu 5 yaşında olan uşaq söhbətləri artıq mənə çox gəlməyə başladı! Maşını niyə dayandırdı axı?! "Maşını sür mən gecikirəm"dedim gözünün içinə baxıb. Gözlərini yumub açaraq "Çatmışıq düş... Harada gedirsənsə, get. Ammaki yol yadından çıxsa, itib eləsən mənə zəng etmə. Yaxşı?"dedi. Bir şey demədən, maşından aşağı endim. Çox gözəl! Arxa - arxaya tikanlı sözlər eşitmişdim! Sinifə daxil olduqda, sinifin boş olduğunu gördüm. Deyəsən, ən tez bu gün mən gəlmişdim. Çantamda olan dərs kitabçaları ilə dəftərimi çıxardıb masanın üzərinə qoyduqda, Röyal ilə Ləman sinifə eyni anda daxil oldu. Onlar ilə salamlaşdıqdan sonra digər 2 oğlan və müəllimədə gəldilər.

Dərs artıq başlamışdı. Ləman ilə arada söhbətləşirdik. Cəmi bircə dəfə görməyinə baxmayaraq Röyaldan bəhs edib dururdu. Allahla, indi mənidə maraq basdı. Görəsən dünən danışdığı qədər gözəl kecib günləri? Hər halda keçər... Mənim kimi şok yaşamaqdansa tanımadığın insan ilə çay içmək daha məsləhətlidir. Dərs bitdikdən sonra Ləman və Röyal bir kursdan bir xeyli uzaq olan bir kafeyə gəldik. İçəri sərin və olduqca xoş idi. Boş masalardan birinə əyləşdik. Röyal "Biz dünən azdan çoxdan bir birimizi tandıq, bəs sən? Bir az özündən danış. Bizdə bəhs edərik"dedi. İnsan, əslində özünü deyildə, xəyalında yaratdığı özündən bəhs etməyi sevir. Bu hal daha çox sosial şəbəklərdə baş verir. Mən niyə bu mövzulara girdim axı? "Bildiyiniz kimi adım İlknurdu. 19 yaşım var... Ağsu rayonunda yaşayıram, indi kurs oxumaq üçün xalam gildə qalıram. Niyyətim psixoloq olmaqdı. Xasiyyətim hamı kimi çox fərqli sayılmaz. Bir çoxunuz kimi yalanı sevmirəm. Yalanı kim sevirki? Amma bəzən kicik yalanlar danışa bilirəm. Məncə hamı yalanı sevmədiyini desədə, hər kəs bir miqdarda olsa yalan danışır həyatında. Yalanlardan uzaq durmaq istəsəkdə"dedim. Bilirəm fəlsəfi bir çıxış etmişdim. Onlarla bir az söhbətləşdikdən sonra ayağa qalxmışdıq. Gəldiyimiz yer kursdan uzaq olduğu üçün ilk öncə ətrafa baxdım. Burdan evə necə gedə bilərdim? Deyəsən Renata ehtiyyacım vardı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 590
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri