Səndən başqa (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 672
Səs ver:
(səs: 0)
Bölüm 7

Əslində, hiss etmək istəmirdim... Hissizləşmək, ən gözəli idi... Öz düşüncələrimdən, Renatın səsi məni ayıltdı.

"Hiss etmədiyini deyirsən, amma məncə hələ də nəsə hiss edirsən. Yoxsa sənə mesaj yazanda o vəziyyətə düşməzdin"

Dediyi sözlər düz olsada, bir səhvdə var idi. O vəziyyətə düşməyimin əsl səbəbi, Fəqanın mənə yazması deyildi.

"Düzdü... Amma, sırf Fəqan mənə yazdı deyə deyil... Nömrəmi ona sən verdin deyə, mənə o qədər pis təsir etdi"dedim.

Çəkinmədən içimdəkiləri ona deməyi bacarmışdım. Mənə təsir edən o idi... Renat sacımı önümə atıb "Sacının hörüyü bitdi"dedi. Mənim sözümə bir cavab verməmişdi... Sözdən qaçmışdı. Ən gözəl çıxış yolu... Sacımın hörüyü bitdikdən sonra üzümü ona döndərdim. Bu arada hələdə yağış yağırdı. Çöldə yağış, yanımda isə saclarımı hörən insan. Sizində saclarınızı hörən biri olub? Bu məncə çox gözəl bir seydir...

"Çox sağ ol... Səninlə, yola gedə bilməyəcəyimi düşünürdüm. Amma tam tərsi oldu"

Gülümsəyərək dediyim sözə, Renatda gülümsəyib "O qədərdə əmin olma hələ. Bilmək olmaz..."dedi. Niyə belə idi? Kim iləsə yaxın olmaqdan, ona yaxşı davranmaqdan qorxurdu sanki. Bir seylərin yaxşı gedəcəyinə ümüdü yox idi. Özümdən aslı olmadan, sağ dizinin üstündə olan, əlini əlim ilə tutub "Hisslərini ifadə etməkdən qorxma. Birinə yaxşı davranmaq, sənə bu qədər pis bir sey kimi gəlməməlidi... Özünü belə hiss etməməlisən... Olduğun kimi davran. Tək mənə qarşı deyil, ətrafa qarşıda..."dedim. Renatın gözləri mənim əlimi tapdıqda, utanc hissi ilə əlimi əlinin üstündən çəkdim.

"İstəsəm belə olmur... Məni hec kim başa düşmür. Nə hiss etdiyimi hec kim bilmir. Sən mənə bənzəyirsən... Tək fərqimiz mənim sakit olmağım sənin isə daha dəli - dolu olmağındı. Hansısa bir qıza cəsarət edib, o əli uzada bilməzdim... Kimsə mənimlə o yağışın altında islanmazdı... Mənim ətrafımda olan qızlar o yağışın altına çıxsaydı, sacları pozular, üzlərindəki makyajlar gedərdi. Sən hardan gəldin belə mənim həyatıma?"

Bəs O hardan gəlmişdi, mənim həyatıma belə? O olmasaydı, sıxılardım burda mən. Özünü mənə ifadə etmişdi. Bunuda sevmişdim...
"İlk öncə ətrafında təmizlik işləri apar Ziyadzadə. Yəni, qızları falan yanından uzaqlaşdır. Özün kimi olanları saxla. Məndə bildiyin kimi Ağsudan gəlmişəm"dedim duyğusal vəziyyəti dağıdıb, onu güldürməyə çalışaraq. Renat gülümək istəsə belə üzünə bir ciddi ifadə taxıb "Daha nə qədər deyim? Mənə Ziyadzadə demə... Yəni, deyirsən ki hər kəs getsin, bir mən qalım yanında, Ağsudan gələn mələk?"dedi. Soyadını niyə sevmirdi axı? Görəsən soruşum ondan? Sevməməsi üçün hansı bir səbəb ola bilər axı? Bu sualların cavabını, yalnız O bilirdi... Üzümü asıb offladım. Yenə məni əsəb etmişdi... Az əvvəl gözəlcə, söhbət edirdik... Renat hördüyü sacı geri atıb "Üzünü asma. Gəl belə bir sey edək. Birlikdə mahnı dinləyək?"dedi. Bu söz üzümü gülümsətməyi bacardı. Yenə sorğu sualsız onunla mahnı dinləyəcəkdim. Dedim axı, bəzi şeylər cavabsız daha gözəl idi... Renat arxa - arxaya gedərək, çarpayısının başına söykənərək oturub "Səndə gəl bəri" dedi. Dediyi kimi məndə yanına gələrək onunla eyni vəziyyəti aldım. Qulaqcığı telefonuna taxaraq ilk öncə mənim qulağıma digərin isə öz qulağına salaraq, telefonu yenidən əlinə alıb mahnını qoşdu. Bir çoxumuzun bildiyi mahnı... "Hasretinle yandı gönlüm" Mahnını dinlərkən dayana bilməyib, başımı Renatın çiyninə yasladım. İndi mahnını, dinləmək daha gözəl idi... Dinlədiyimiz mahnılar insanın, dünyası demək idi. Renatında dünyası bu idi?

Səsimin ən zəif tonunda "Daha əvvəl sevdiyin biri olub?"dedim.

Mahnıdan anladığım bu idi. Yoxsa bir insan niyə playlistində belə bir mahnını niyə saxlasın... Mənimlə eyni fikirdə olanlar? "Özünü daxildən sevə bilməyən insan, bir başqasını necə sevə bilər...?"dedi oda eyni ilə mənim səs tonumda. Dəqiq bir cavab verməmişdi. Bir seyləri gizlətmək istəyirmiş kimi bir cavab verdi. Çiynində olan başımı azacıq qaldırıb ona baxdım. Ona baxmağım ilə gördüyüm mənzərə, onunda mənə baxması oldu.

Gözlərimiz bir - biri ilə kəsişdikdə "Burdan nə başa düşməliyəm indi?"dedim.

Gözlərimi ondan çəkmədən, bir cavab gözlədim. Amma, O gözlərini məndən çəkib qarşıya baxdı...

"Başa düşdüyünü..."

Hec nə başa düşə bilməmişdim axı! İkinci dəfə yenə soruşsaydım ağılsız olduğumu düşünəcəkdi... Artisdi...! Qulaqcığı qulağımdan çıxardıb "Mən öz otağıma gedirəm. Səndə burda qal yalnızca mahnı dinlə"deyərək çarpayısından aşağı endim. Biz niyə düz əməlli yola gedə bilmirdik axı? Gərək qıcıqlıq edə ancaq? Renat qulaqcığın digər qulağınıda, qulağına keçirdərək "Qapını gedəndə yavaş ört" deyib gözlərini yumdu. Bu otağı sənin başına yıxmaq vardı Ziyadzadə! Amma hec nə etmədən indi otağından çıxacaqdım! Otağından çıxıb öz otağıma gələrək güzgü qarşısına keçib, özümə baxdım. Daha doğrusu sacımda olan hörüyə... Necədə gözəl hörmüşdü... Gözlərimi hörükdən çəkib, güzgüdə özümə tərs - tərs baxdım. Nə qəribədi deyə düşündüm... Hər sey qəribə idi... Həyatımda olan hər sey! Bir işimdə düz getmirdi... Hər sey yarımcıq qalırdı... Bütün gecəni beynimin içindəki düşüncələri keçirdərərək yatmağa çalışdım. Mən Renatın dediyindən nə başa düşmüşdüm axı? Cavab verirəm hec bir sey... Mənasız idi düşünməyimdə... Kimisə sevirdisə, bundan mənə nə vardı? Ya da sevmirdisədə... Sevsəydi nə olacaqdı, sevməsəydi nə olacaqdı? Çox qarışıq bir mövzu oldu... Səhəri bu düşüncələr ilə acdıqda ayağa qalxıb, kursa getmək üçün otağımdan çıxdım. Otağımdan çıxdıqda, Renatıda öz otağından çıxan gördüm. Gülümsəyərək "Sabahın xeir" dedikdə, mənə hec bir qarşılıq vermədən, daha doğrusu mənim hec üzümə belə baxmadan aşağı endi. Anasının il dönümü olduğunu bilirdim. Amma yenədə belə etməyi nə dərəcədə düzgün idi? Məndə aşağı endikdə səhər süfrəsi üçün bağçaya gəldim. Masaya əyləşdikdə, qulağıma maşın səsi gəldi yaxından. Renat idi görəsən? Xalam "Qızım bu gün səni Salman əmin aparar. Renatı bu gün görə bilməyəcəyik daha"dedi. Ah Renat... Tək qalmaq əvəzinə, insanların yanında olsaydın... "Tək qalmaq ona yaxşı gəlir?"dedim xalama baxaraq.
Xalam içdiyi çayı yerə qoyub, təbəssüm etməyə çalışaraq "Tək qalmağın ona daha yaxşı gələcəyini düşünür. Yenə bir yerlərdə içəcək... Evin yolunu saat 2-3 də tapacaq... Necə illərdi belə olur... Renat bir az fərqlidi..."dedi. Fərqli olduğunu bilirdim, amma bu qədərdə fərqli olmağın çox olduğunu düşünürdüm.

"Xala, Salman əmiyə zəhmət olmasın. Mən yolu öyrəndim artıq. Özüm gedə bilərəm. Həmdə tez durmuşam havada almış olaram"

Mənimdə tək qalmağa ehtiyyacım var idi deyəsən. Düşünməli idim məndə... Xalam məni qırmaq istəmədiyi üçün razı olduqda, çantamıda alıb evdən çıxdım. Hava bu günlərdə soyuq keçirdi. Havanın soyuğu, ağlımda olan düşüncələr hamsı mənə ağırlıq edirdi. Renat hara gedəcəkdi? Niyə içəcəkdi? Axı belə etmək ilə əlinə nə kecəcəkdi? Dünən axşamki adam harda qalmışdı? Səhər üzümə belə baxmadan, yanımdan ötüb keçdi... Məni yox saydı... Yanında ola bilərdim, halbuki... Niyədə olmayım? Telefonu cibimdən çıxardıb ona zəng etdim. 2 dəfə zəng etdim amma açılmırdı bu telefon... Yenidən bir daha etdikdə, telefon anidən açıldı.

Renat bezgin bir şəkildə "Nə istəyirsən?!"dedi.

Niyə aqrissiv idi...

"Yanında olmaq istəyirəm"deyərək ona qısıq səsim ilə cavab verdim.

Telefonda ofladığını eşitdikdə "Yanımda hec kəsi istəmirəm. Səni isə xüsisən!"deyərək telefonu söndürdü.

Telefonu cibimə atıb, içimə dolan ağlamaq hissini basdırmağa çalışdım... Günah məndə idi... Hansı üz ilə, ondan belə bir seyi tələb etdirdimki... Yaxşılıq etmək, istəmək mənə qalmamışdı... Nə halı varsa görsün! Kefsiz şəkildə kursa gəlib, dərsləri həll etməyə başladım. Dərs çıxışıda yeni eyni vəziyyətdə evə qayıtdım. Tək başına, həqiqətən sıxıcı imiş bu ev... Can sıxıntısı ilə bütün günümü yola verdikdə, axşam düşmüşdü. Renat yenə ortalıqda yox idi. Sanki, başqa işim gücüm yox imiş kimi bütün gün onu düşündüm. Axşam yeməyindən sonra dərs etmək üçün öz otağıma çıxdım. Mən sual kitabçasına baxırdım, sual kitabçasıda mənə baxırdı... Qələmi əlimdə oynadıb, bir şey edə bilmədiyimi görərək ayağa qalxdım. Telefonu cibimdən çıxardıb, pəncərə qarşısına keçdim. Yazım ya yazmayım? Yazsam nə olacaqdı? Yazmasam nə olacaqdı? Nə itirəcəkdim? Yoxsa qürurummu qazansın? Dərin bir 'ah' çəkib whatsappa girərək Renatın son çıxış vaxtına baxmaq istədim. Amma onu online gördüm... Nə qəribə... Yazmalı idim artıq...

İlknur: gəlmirsən? [21:09]
İlknur: Gələnə qədər səni gözləyəcəm [21: 15]
Renat: Məndən nə istəyirsən axı?![21:22]
İlknur: Nə istəyə bilərəm? Özünə əzab vermədən evə gəlməyini istəyirəm
Renat: istəmə! Sənə qalmayıb mənim harda və kimlərlə olduğum...
İlknur: qırıcı olmağa başlayırsan xəbərin olsun
Renat: Haqq edirsən! Üstünə vəzifə olmayan işlərə niyə baş qoşursan?
İlknur: sabah bu yazıların üçün peşman olacaqsan. Bilirsəndə hə?!
Renat: İlknur canımı sıxma mənim. Onsuz yetəri qədər sıxılıb
İlknur: Sənin etdiyin acizlikdi!
İlknur: Bu gecə belə olsun... Mənim əvəzimdəndə içərsən!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri