Səndən başqa (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 5 902
Səs ver:
(səs: 0)
Bölüm 12

Dünən axşam yaşanılan, bərbad gecənin ardından səhər açılmışdı. Mənim üçün ola bildiyi, qədər bərbad bir gecə idi... Hal hazırda güclü bir baş ağrısı hiss edirdim. Bunun yanına iştahsızlıqda vardı... Qəsdən gec hazırlanıb, yemək yeməmək üçün aşağıya gec düşdüm. Xalamı masada görəndə gülümsündüm. Saxta...

Xalam məni görəcək "Qızım niyə gec düşdün aşağı? Yemək yemədən gedəcəksən indi?" dedi.

Masada olan Renata baxmadan "Xala yolda bir seylər alıb yeyərəm. İndi gecikirəm dərsə"dedim.

Tam bu sırada Renat ayağa qalxdı. Birdə başımda, onunla kursa getmək var idi... Bu günlük belə olsun, amma birdə onunla kursa getmək yox idi. Bu nədi?! Uşaq kimi, başımda dururdu... Evdən çıxıb, maşına minərək yola düşdük. Başımdakı baş ağrısı isə keçmək bilmirdi... Belədə, kecəcəyini sanmırdım... Keçməsin amma... Bəlkə öz ağrılarımı unudardım. Renatda olan susqunluq, xeyirə oxşamırdı... Göz ucu ona baxıb dururdum. O isə diqqətini yola vermişdi. Nə düşündüyün isə bilmirdim...

"Mənə göz ucu az bax"

Hər seyidə bilirdi... Niyə baxıramsa?

"Dünən, halın pis idi deyə üstünə getmədim. Amma indi dediklərimə yaxşı - yaxşı qulaq as. Röyaldan uzaq duracaqsan. Onunla harasa getməyəcəksən. Hələdə inana bilmirəmki, onunla kafeyə gedib çay içmisən. Düşündükcə dəli oluram. Dediklərimə əməl olunacaq İlknur xanım"dedi daha sonra sözünə davam edərək.

Hec nə başa düşmürdüm yenə. Röyaldan niyə uzaq durmalıydım? Röyalı haran tanıyırdı?

"Röyalı sevmirsənsə, dünən evində nə işin vardı?!"

Yəni... Siz üçündə maraqlı olduğunu düşünürəm. Sizə görə ona belə sual verdim. Yaxşı... Özüm bilmək istədiyim üçün...

"Mənim xəbərim yox idi. Fəqan çağırbmış... Bax onun Fəqandan bir fərqi yoxdu. O Fəqandan daha təhlükəlidi... Ondan uzaq duracaqsan yaxşı? Mənə bir qorxu yaşatma..."

Hey, bir dəqiqə gözləri niyə dolmağa başladı? Nə qorxusu idi bu belə? Of bu ağrıyan başım ilə hər şey üst - üstə gəldi.

"Renat eyni şeyləri təkrarlayıb, durma! Acıq aydın sözünü de. Ondam niyə uzaq durmalıyam? Nəydən qorxursan?"

Sözünün ardın deməyib, gizlətməyin hec sevmirdim. Fəqanla onu eyni tərəziyə qoymuşdu? Halbuki, elə birinə hec bənzəmirdi... Maşın anidən dayandıqda, Renat mənə döndü.

"Bircə dəfə, çox yox bircə dəfədə olsa mənim dediklərimə sorğu sualsız əməl edə bilərsən?! İlknur yorursan məni... İnanki səndə olan bu tutarsızlıqlar məni çox yorur... Hər gün sənin nə etdiyini düşnən insan olmuşam artıq... Bax, Röyal bildiyin kimi bir oğlan deyil. Bunu bil sadecə... Bu sənə yetsin... Geri qalanın bilmək belə istəməzsən... Yaxşı?"

Ağzım acıq şəkildə onun dediklərini dinlədim. Məni düşünürdü... Məni... Başımı sadecə 'Hə' anlamında aşağı yuxarı etdim. Bir şey deməyə qorxdum... Nə desəm, tərs başa düşüləcəkdi... Öz içimlə savaşmalı idim yenə. Renat,maşından endi. Hara gedirdi? Bir markete girdiyini gördüm. İçim 'Sənə nəsə yeməyə alacaq' desədə, israrları rədd edirdim. Almazdı... Almazdı elə deyilmi? Alsaydı, artıq məni həqiqətən düşündüyünü mənə önəm verəcəyini sanacaqdım. Çünki, ilk məni kursa aparanda bir sey yeməmişdim. Və maşını saxlayıb mənə hec nə almamışdı... Marketdən çıxdığını gördükdə, ilk öncə əllərinə baxdım. Dolu idi əlləri... Maşının qapısını açıb, əlindəkiləri mənə uzatdı. Əlindəkiləri aldıqdan sonra, maşına mindi. Qucağımda olan cürbəcür şirniyyatlara, sulara baxdım. Bunları kim yeyəcəkdi?

"Deyəsən, bütün kurs üçün almısan"dedim dayana bilməyib. Ən azı, bir təşəkkür edə bilərdim... Onuda etmədim...

"Ac ye onlardan. Qalan olsa kursdakılarada paylaya bilərsən. Başın ac olduğun üçün ağrıyır... Ye ki, kəssin"

Niyə bu qədər məni önəmsəyirdi axı? Dil ucuda olsa "Çox sağ ol"deyə mırıldandım... Dediklərinə əməl etməli idim. Hər halda, əməl etsəydim ölməzdim deyə düşünürəm. Bir bildiyi var idi yəqin... Bu qısqanclıq ya da başqa bir sey deyildi... Aldıqlarını yeməyə başladıqdan sonra baş ağrımda kecməyə başladı sanki. Baş ağrım olduğunu hardan bildi görəsən? Hər seyi bilməsi canımı sıxırdı. Kursa gəlib çatdıqda, maşından aşağı endim. Amma Renatın baxışları 'Dediklərimə əməl et'miş kimi idi. Sinifə daxil olduqda, hər kəs gəlmişdi. Amma Bir tək Röyal yox idi... Partama əyləşib kitab dəftərlərimi çıxartdıqda, telefonuma mesaj gəldi. Telefonun ekranına baxdıqda, mesajın Röyaldan olduğunu gördüm. Bilmirəm, niyə amma səbəbsizcə içimə qorxu düşdü.

"Renat atdığı kəllənin cəzasını alacaq"

Mesaj bu kəlimlərdən ibarət idi. Renat mənə görə qorxarkən, mənsə artıq ona görə qorxmağa başladım. Bu Röyal kim idi axı? Renata hec nə edə bilməzdi!

"Renat səni sadecə yanlış anladı... Burda cəza çəkməli bir sey yoxdu!"

Göndərdiyim mesaj anında mavi xət oldu. Mən isə müəllim gəldiyi üçün telefonu çantama atmalı oldum. Dərs başlasada mənim ağlım Renatda və mesajda idi. Görəsən, mesajıma qarşılıq nə yazmışdı? Bu mesajdan Renatın xəbəri olmalı idimi? Başımda dəli - dəli fikirlər... Dərs bitdikdə, otaqdan hər kəsin çıxmasını gözlədim. Telefonu yandırıb, whatsappa daxil oldum. Röyaldan mesaj vardı. Uzaq başı bir mesaj idi... Daxil ol və oxu İlknur! İç səsimə qulaq asıb mesaja daxil oldum.

"Sən çox saf qızsan. Saf qız imişsənki, Fəqanada inanmısan... İndi bilirəm, Renat sənə ondan uzaq dur falan deyib. Amma onu bilki, məndən deyil onlardan uzaq durmalısan"

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 902
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri