Səndən başqa (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 6 191
Səs ver:
(səs: 0)
Bölüm 14

Röyalın yazdığı mesajı Renata göstərmişdim... Çünki, ilk dəfə idi qəlbim yenidən birinə inanmaq istədi... Atdığım atdımın səhv ya düz olduğunu bilmədən, irəli getdim... Renat məni kursdan alıb, evə gətirərək çıxıb getdi. Hara getmişdi? Niyə getmişdi... Ağlım onda indi... Onda... Axşam üstü olmuşdu, hələdə yox idi. Evdə də yanlız idi. Xalamla, Salman əmi bir ailə dostlarına gedəcəklərini demişdi. Havanın birdən birə niyə bu qədər soyuduğunuda məna verə bilmirdim. Yoğana bürün, yat havası idi... Qonaq otağında yalnız başıma oturub olan bitəni düşünməyə çalışdıqda, çöl qapının açıldığını eşitdim. Az sonra isə içəri, Renat daxil oldu. Renatın içəri daxil olmağı ilə ayağa qalxıb, tez yanına qaçdım. Gözlərimə inana bilmirdim... Dodaqları və burnu qan içində idi.

"Renat, bu nə haldı? Röyalla savaşmısan hə?!"

Niyə başmıza belə bəla gəlmişdi? O etmişdi...!

"Sakit ol mələyim... Röyalı görməmişəm mən bu gün. O etməyib"dedi acı çəkərək.

Kim etmişdi bəs?

"Kim edib onda?!" dedim.

Piləkanları qalxaraq yuxarı çıxmağa başladı. Niyə hec nə demirdi? Məndə arxasıyca çıxmağa başladım. Öz otağına gəldikdə səssizcə çarpayısına uzandı. Bu səssizlik mənim canımı sıxırdı... Həmdə, o qanlar təmizlənməli idi...

"Hey mənə cavab ver! Güzgüdə özünə baxmısan!"

Dediyim sözlərdən sonra yanına gəldim. Renat kürəyini çarpayasının baş ucuna söykəyərək oturub "Yolda oldu... Biri maşınımla yarışırdı. Məndə yarışmadım. Sonra maşını ilə qarşımı kəsdi. Onlar 2 nəfər olduğu üçün bu hala qaldım"dedi. İnandırıcı bir sey idi. Amm mənə yenə inanmaq istəmirdim... Qaşlarımı çatıb "Dəqiq?"dedim. Acı içində mənə gülümsünüb "İnan dəli qız"dedi. Gülüşü, çox isti idi... Ayağa qalxıb "Üzünü təmizləməliyik"dedim. Üzünü büzüşdürməyə başladı... İncidəcəyini bilirdim, amma etməli idim...

"Alt çəkməcəni aç. Orda ilk tibbi yardım çantası var. Onunla bir seylər ed"

Dediyini edərək, alt çəkməcəni açıb balaca olan qara çantanı əlimə alıb, yanına gəldim. Ürəyim gəlmirdi, etməyə... Adi bir yaraya bizim dözümümüz yox idi... İlk öncə pambıq ilə qanı silməyə çalışdım. Hər toxunuşumda, özünü arxaya çəkib güclə dayanırdı. Mikrob qapmasın deyə bu dəfə pambığa spirtdə əlavə etdim. Azca dodaqlarının kənarına vurduqda, özünü qəfil arxaya çəkdi. Nə edim deyə düşünərkən, ona yaxınlaşıb dodağının kənarını üfləməyə başladım. Allahım, çox yaxın idik... Mən dodağını üflədikcə, oda məni yaxından seyr etməyə başladı. Gözümü dodağının kənarından çəkib,yuxarı qaldırdıqda, gözlərim onun gözləri ilə toqquşdu... Özünü geri çək İlknur! Gözlərinə bir az daha baxsaydım, ürəyimin getməsi an məsələsi olardı.

"Seyy... Mənim isim qutardı"deyib yanından qalxdım. Dodaqları çatlamışdı... Ağrı verirdi ona... Ağrısını necə sakitləşdirə bilərdim? Sadecə, yatmalı idi... "Sən yat məndə aşağı düşürəm" deyərək ilk tibbi yardım çantasını çəkməcəyə qoydum. Əli ilə dodağının kənarına toxunub "Evdəkilər hardadı?"dedi. Mən yatmalı oldugunu deyirəm, O isə evdəkiləri soruşur.

"Onlar yoxdu. Bir ailə dostunuza dəyməyə gediblər"

Mənə uzun uzadı baxdı... Nə keçirdi, o ağlından?

"Ağrımın keçməsi üçün mənə sən lazımsan... Getmə... Mənimlə qal..."

Üzümdə bir balaca təbəssüm yarandı. Onun yanına yenidən yaxınlaşıb "Nə etməliyəm?"dedim. Əli ilə çarpayının boş qalan tərəfini gösdərib "Çox deyil... 5 dəqiqə başımı dizlərinə qoyub uzana bilərəm?"dedi.

İndi isə içimdəki hissi necə başa salım? Başını, dizlərim üstünə qoymuşdu, məndə saçlarını oxşayırdım. Bu mənzərə yaşanmalı deyildi... Niyə mane ola bilmirdim... Özümə, beynimə, ürəyimə... Onun canı indi çox ağrıyırdı... Mənə bəlli etməsə belə, canın necə ağrıdığını görə bilirdim.
5 dəqiqədən artıq çox vaxt keçmişdi... Ondan bir səs çıxmırdı. Məndə səs etməyəcəkdim... Gözlərimi yumduqda, qulağıma mesaj səsi gəldi. Mənim telefonuma gəlmişdi... Renatın yatdığını sandığım üçün, telefonu əlimə alıb səssizə atmaq istədim. İstədim amma... Röyaldan gələn mesajı görənə qədər.

"Bilmirəm, evə gəlib ya yox. Evə gələndə mənim əsərimə baxarsan)"

Oxuduğum bu mesaj ilə, dizlərimin üstündə yatan adama baxdım... Mənə görə bu vəziyyətdə idi... Maşın söhbəti yalan idi... Röyalın bəhs etdiyi əsər bu idi... Niyə axı...? Niyə məni bu qədər çox qorumaq istəyirdi. Dolan gözlərimi, silməyə çalışdım. Bəzi hekayələrin baş qəhrəmanlarına bənzəyirdik, sanki... Bu işin sonu necə bitəcəkdi? Röyalın istəyi nə idi? Başa düşmürdüm yenə... Özümü daha çox saxlaya bilməyib ağlamağa başladıqda, Renatın ayıldığını gördüm... Onuda ayıltmışdım...

Dizimin üstündən qalxıb "Niyə ağlayırsan sən?"dedi.

Niyə ağlamayım axı?

"Səni bu vəziyyətə salan Röyaldı... Onun istəyi nədir axı? Niyə hər sey yaxı gedərkən, birdən - birə bu cür vəziyyətdə oldu? Başa düşmürəm mən... Başa sal məni..."

Renat ilk əvvəl dərin bir nəfəs aldı. Bu dərin nəfəs alışları hec sevmirdim mən... Bu dərin nəfəs alışlar, bir işin yaxşı getmədiyindən xəbər verirdi... Tərslik var idi bu işdə...

"Səninlə bir ələqəsi yoxdu. Bizim öz armızda baş verən məslədi. Sən canını sıxma ... Sən buna görə pis olma... Dərslərini oxu sadecə..."

Eyni cümlələr... Nəsə gizlədirdin sən Ziyadzadə! Və mən bunun nə olduğunu tapacaqdım!

"Əgər bir gün bilmədiyim bir həqiqəti öyrənsəm, səni bağışlamaycam... Hər kəs arxamdan bir iş çevirir mənim!"

Renat əllərini qaldırıb, saclarıma toxunmaq istədikdə, əllərini saxladım. Olmazdı daha...

"Mən səni qorumaq istəyirəm..."

Dediyi bu ifadə məni əsəbləşdirirdi. Məni qorumasını istəmirdim! Qorumasın!

"Məni qoruma mənə həqiqətləri de?! Niyə 3 günün içində hər şey birdən birə dəyişdi? Səbəb nədi?"dedim qışqıraraq. Mən hansı ara bu qədər əsəbi olmuşdum. "Həqiqətən səbəbi görə bilmirsən?" dedikdə başımı 'yox' anlamında yellədim. "Sən səbəbi tapdığın gün, məndə sənə hər seyi danışacam"dedi. Səbəb nə idi axı?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 6 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri