Səndən başqa (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 844
Səs ver:
(səs: 0)
Bölüm 18

Nə evlənmək?! Belə bir sey ola bilməzdi təbiki! Biri mənə bunların yuxu olduğunu açıqlasın. Açıqlayınki, məndə rahat olum... Rahat ol, İlknur... Özünü ələ al... Hec nə eşitməmiş, hec nə olmamış kimi davran. Mən burdan getdikdən sonra birdə bura qayıtmayacaqdım. Onda, Natiq əminin oğlu ilədə evlənməyəcəkdim... Valideyinlərimin məndən xəbərsiz mənim haqqımda qurduqları planlara bax. Buna arxadan iş çevirmək deyillər! Mən özüm özüm ilə danışmaqdan dəli olmuşdum... Ayağa qalxıb üstümü dəyişərək, çarpayıma uzandım. Renata bir cavab verməmişdim. Verməyidə düşünmürdüm... Sadecə, boş bir söz idi... Nə sevgisi? Sevgi, keçmişimdə qaldı... Məni özünə həbs edən keçmişimdə.

Səhərin açılması ilə ayağa qalxıb otağımdan çıxdım. Hər hekayələrin sabahı belə başlayır onsuz. Nə gözləyirdiz? Deprasiyona falan girməyimi? Onda çox gözləməli olacaqdınız... Qonaq otağında səhər yeməyini yeyən ailəmi gördükdə, yanlarına gedib masada əyləşdim. Görəsən, Renat söhbəti bitmişdi? Necə danışırdım, axı onları? Anamın göz altı atama baxdığını gördüm. Düşündüyüm sey olmasın...

"Qızım biz səninlə bir sey danışmaq istəyirik" deyən anama ifadəsizcə baxdım. Tamda düşündüyüm sey idi... Anam sözünə davam edib "Xalan, zəng etmişdi..." dedikdə qaşlarımı çatdım. Hər gənc qız bu problemi yaşamaq məcburiyyətində idi? İstənilmədən evləndirilirdi? Bu idimi valideyinlik duyğusu? Bəs xalam nə deməli? Atam niyə razı olmuşdu? Dayanmaq yox idi İlknur! Söhbət sənin gələcəyindən, sənin xəyallarından gedirdi...

"Ana..." dedim səsimin tonun dəyişərək. "Xalama de bu işi unutsun. Həm O, həm də sən. Mən 1 aydan sonra tələbə olacam. Mənim bu yaşda gəlinlik geyinmək fikrim yoxdu. Bunu səndə atamda yaxşı bilirsiz. Sən hec Renatı yaxından tanıyırsan?! Onun necə dəyişkən bir xasiyyətdə olduğunu bilirsən? Bu məsələ burda da bağlanacaq" dedikdə anam "Qızım..." deyə sözümün arasına girdi. Dərin bir nəfəs alaraq sərt ifadəm ilə ona baxdım. "Eşitmək istəmirəm..." dedim səsimin titrəməsinə əngəl ola bilməyib. Bu dəfə atam sözə girərək "Qarşında bir valideyinin olduğunu unutmusan?! Anana bir qulaq as! Biz sənin pisliyini istəyərik?!"dedi. Valideyinlər hər seyin yaxşısını düşünürdü hər zaman. Onlar belə biri deyildi axı... Ya mən bu vaxta qədər çətinə düşməmişdim... Səsimin titrəməsi, gücsüz görünməyim vecimə deyildi! Ayağa qalxdım...

"İstəmirsiz amma mənim gələcəyimi məhv edirsiz! Ən əsası isə məni...! Evlənməyəcəm! Bunuda belə bilin!"

İsrarla dediyim sözlərdən sonra üzlərinə belə baxmadan otağıma gəldim. Səhərim zəhər olmuşdu mənə... Bu işdən əl çəkəcəkdin Ziyadzadə! Telefonu əlimə aldıqda, Renatdan mesaj gəldiyini gördüm. Mesajlara oxumadan ona zəng etdim.

Telefonu açar açmaz "Renat mənə yaxşı - yaxşı qulaq as. Mən evlənmək istəmirəm! Bu işdən öz xoşun ilə əl çək!"deyə qışqırdım üstünə.

Sakit səs tonu ilə "Sakit ol... İlknur, səni necə çox sevdiyimi bilirsən? Mənimdə başda bu fikrim yox idi. Mənidə Zəriş razı saldı. Səbəbin ailəndən soruş. Onlar sənə izah edəcək" dedikdə, düşündüm.

Nə səbəb vardı? Ailəm niyə mənə hec nə demirdi? Gözlərimi bərəldib, telefon arxasından ofladım.

"Səbəbin nə olduğunu bilmirəm. Amma sən, sənə qarşı olan, azacıq hissimidə məhv etdin bu hərəkətinlə... Geri çəkil..."

"Hanı mən başqaydım? Nə oldu hə? İçindəki bu nifrət birdən birə necə yarandı? 3 gündü yoxsan... 3 gündə nə çox dəyişdin? Mənə, dəyişik deyirdin... Mən səni düşünürəm. Sənin gələcəyini düşünürəm. Sən isə öz gələcəyini məhv edirsən"

Renat nə deyirdi axı belə? Bilmədiyim başqa nəsə vardı...

"Nə gələcəyindən bəhs edirsən? Səninlə niyə evlənməli olduğumu bilmirəm... Bu yaşımda evlənsəm, mənim tələbəlik həyatım necə olacaq? Mənim arzumu, istəyimi düşünən yoxdu. Sən belə məni yox, özünü düşünən egoistsən!"

Renatın telefon arxasında dərin nəfəs aldığını eşitdim. Biz bu həddə gələcək bir insan deyildik...

"İlknur, mən sənin əlindən xəyalını hec alaram? Mən səni düşünürəm. Sən bura gələcəksən rahat şəritdə dərslərini oxucaqsan. Daha mən başqa nə edim axı?"

Dediyi sözlər mənim əsəblərimi daraldırdı. Bu insan istəmirəm sözünü başa düşmürdü? İstəmirdim!

"Mən səni istəmirəm... Hələdə evlənmək istəyirsən mənimlə? Mənimlə hələdə evlənmək istəyirsənsə, səndən şərəfsiz bir adam yoxdur!" dedim.


Nə dediyimi yeni dərk etmişdim... Mən necə bir ürəyə sahib imişəm! Telefonu qulağımdan çəkib, ekrana baxdım. Söndürmüşdü... Sərt danışdım, amma haqq elədi! Ona belə bir cavab lazım idi. İçimdə yaranmış hirsi basdırmağa çalışanda, anam otağıma daxil oldu.
Görmək istəmirdim onu...

"Qızım mənə bir qulaq as... Sonra qərar sənin qərarındı"dedi anam səsin ən zəif tonunda. Onu belə görmək qəlbimi incitmişdi... Bir söz demədən ona baxdım... Anamın dolan gözlərinə... "Qızım... Məən.. Mənim ürəyim xəstə imiş..."dedi anam. Udqundum... Mənim üçün zaman durdu... Dərd bu idi... Bu vaxta qədər dərd dediyim hər sey boş imis... Anamın bu ağrılara gücü çatmayanda... Məni evləndirmək istəyi... Gözümüm önündə hər sey canlanndıqca anam danışmağa davam edirdi. Mən isə boş - boşuna onu izləyirdim... Gözümdən yaşlar süzülərkən anamı möhkəmcə qucaqladım. Onu itirmək istəmirdim... Anam son sözünü "Və səni yalnızca xalana əmənət edə bilərəm. Qızım mən səni düşünürəm sadecə"deyə tamamlandı. Ax, ana... Mənim ürəyim yandı... Anam otaqdan çıxdıqdan sonra gözümdən axan yaşları silməyə başladım. Bulanıqlaşan gözlərim ilə telefonuma baxdım. Səhv addımımı düzəltməli idim... Renatın son yazdığı uzun mesaja daxil olaraq oxumağa başladım.

"Mələyim, xahis edirəm sona qədər oxu... Axşam çox düşündüm, mən səni nə qıracaq nə də incidəcək bir sey etmərəm. Düzdü, səni çox sevirəm amma sən istəmədən səni bir seyə məcbur edə bilmərəm. Bilirəm, qorxursan... Qorxursanki, xəyalların istəklərim yarımcıq qalar. Amma belə olmayacağına söz verirəm sənə. Mənim bu yaşında, səninlə evlənmək fikrimdə yox idi. İşlər dəyişdi... Ailən bunu özü sənə izah edəcək... Sırf, sən daha rahat olasan deyə, məndə bu yola baş qoyuram. İnad etmədən, gəl evlənəcək... Söz verirəm, toxunmaram sənə... Yanında səssizcə yataram. Buda mənə yetər. Evlən mənimlə, mələk..."

Yazdığı mesajı dəfələrcə oxudum. Mən az əvvəl ona şərəfsiz demişdim... Onunsa yazdığı, mesaja bax... Həyat hec adil yer deyildi. Az əvvəl, anamın xəstəlik xəbərini öyrəndiyim kimi ...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri