Səndən başqa (22-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 280
Səs ver:
(səs: 0)
Bölüm 22

Yalan... Yalan... Yalan ...
Öyrəndiyim həqiqət ilə susub qalmışdım. Düşündükcə dəli olmağa başlayırdım. Ağlımdan nələr keçdiyini bil bilsəniz... Əgər bu gün bu görüş olmasaydı, mən hec nə bilməyəcəkdim... Belə bir seyi məndən niyə gizlətmişdi axı? Renat Aytəkin ilə olan bu söhbətini bağlamağa çalışıb, yeni bir söhbət açmışdı. Mən isə sadecə onlara qulaq asırdım. Bu söhbəti ara yerdə edən deyildim. Evə gedəndə, danışılacaqdı... Bir az daha söhbət edildikən sonra məkandan çıxmışdıq. Maşına mindikdən sonra isə, nə O danışırdı, nə də mən... Boğazımda qalan sözləri demədiyim üçün, boğazım da yaranmış o düyüm, məni incidirdi... Məni, öz əmisi oğlundan qoruyurdu... Öz əmisi oğlundan... Səbəb bu idi... Niyə qoruyurdu? Nə idi məqsədləri? Mən niyə evlənmişdim Renatla...? Tam da hər sey yaxşı olur dediyim an, niyə hər sey məhv olurdu. Niyə zamansız öyrənirdim hər seyi... İlk əvvəl anamın xəstəliyi. Daha sonra Röyalın Renatın əmisi oğlu olmağı. Və mənim bunları bu günə qədər öyrənmiş olmamağım... Evə gəlib çatdıqda, maşından aşağı enib evə daxil oldum. Bir azdan gəlib, mənə cavab verəcəkdi! O qədər səssiz qaldığımız bəs idi... Çantamı böyük hirslə divanın üstünə atıb, içəri daxil olan Renata baxdım.

"Mənə nə vaxt deməyi düşünürdün?!"

Üzündə olan məsum ifadə ilə gözlərini yerə dikdi. Məndən qaçırdı... Yol boyu nə deyəcəyini düşünməşdi yəni?!

"Sakit ol əvvəlcə"deyərək mənə yaxınlaşıb əllərimdən tutmaq istədi.

Əllərimi geri çəkib "Mənə toxunma! Cavab ver! Yol boyu düşünməyə bolca vaxtın olub!"dedim.

Donmuş bir şəkildə mənə baxaraq qaldı. Belə olmasında bu dəfə günahkar O idi...

"İlknur... Düzgün vaxtı tapa bilmədim... Nə deyim? Elə bir insanın əmim oğlu olduğunu necə deyim axı? Bilirəm, deməli idim... Amma deyə bilmədim... Buna görə aramızda problem yaratma. Onsuzda yetəri qədər problərimiz var" deyib divana əyləşdi.

Sən problem görməmisən hələ Renat bəy!

"Yaradacam! Bundan sonra məni danışdırmayacaqsan!"

Əyləşdiyi divandan ayağa qalxıb yanıma gəldi.

"Sənədə bəhanə lazım idi hə?! Yaxşı! Bundan sonra belə olacaq İlknur xanım! Mənimdə səbrimin bir həddi var! Səni incitmək istəmədikcə, sən məni paramparça edirsən! Atamada zəng edəcən gəlsinlər. 1 həftə gözləməyə ehtiyyac yoxdu. Sabahdan öz evimizə köcürük, səndə istədiyin kimi yaşayırsan!"

Birinci dəfə idi onu bu qədər əsəbi görürdüm. Dediklərində haqqlı idi? Ona nə cavab verim deyə düşünərkən, hirslə evdən çıxdı. Yanlış insanlar, yanlış secimlər demək idi... Hecnəmi yolunda getməz? Getmirdi... Bütün günümü evdə tək başına keçirtdim. Xalam gildə yox idi... Nə də Renat evə gəlmişdi... Saat 11 - ə qalmışdı. Pəncərə qarşısında durub, qaranlıq ətrafa baxdım. Hava kimi içimdə qaralmışdı... Hansı ara bu qədər qaralmışdı içim? Renat niyə gəlmirdi axı?

Cibimdən telefonu çıxardıb "Gəlirsən?"deyə mesaj atdım ona.

Qəlbini qırmışdım, deyəsən... Amma bu dəfə məndə haqqlı idim. Boşu boşuna söz söhbət yaratmamışdım... Mən ondan küsməli olduğum halda, O məndən küsdü...

"Mən gəlməyəcəm. Sən yat" deyə ondan gələn mesajı oxudum.

Harda qalacaqdı? Kimlərlə idi? Beynimdə suallar...

"Mən tək qalmaqdan qorxuram... Evə gəl" mesajını yazaraq ona göndərdim.

Bu böyüklüyündə olan evdə tək başıma qala bilməzdim. Həqiqətən qorxurdum... Online ola - ola yazmırdı. Hətda mesajı belə oxumuşdu... Nə fikirləşirdi?

"Gəlmirəm. Tək qalamağa öyrəş daha"

Gələn bu mesajı təkrar - təkrar oxudum. Məni tək qoyacaqdı daha? Cavab yazmadan telefonu söndürüb, çölə baxdım yenidən. Gözümdən yanağıma bir yaş süzüldükdə, yanağımdakı yaşı silib, özüm özümə gülümsəməyə başladım. Siz ağlarkən, gülməyə çalışdınızmı hec? Mən çalışdım indi... Pənəcərə qarşısından keçib, üstümü dəyişərək çarpayıya uzandım. Bütün gecəni yatmağa çalışdım amma gözümə yuxu getmədi. Nə də Renat gəlmədi... Gəlmədi... Telefonu əlimə alıb saata baxdıqda 3-ə işlədiyini gördüm. Gəlməyəcəkdi yəni? Məni həqiqətən tək qoyacaqdı? İçimdə yaranan ifadəsiz ağrı ilə yalnız başıma idim bu otaqda... Gözlərimi yenidən yumduqda, maşın səsi eşiti qulaqlarım. Renat idimi gələn? O, olmağını çox istəyirdim... Anasının il dönümündə də belə etmişdi. Nə qədər gəlməyəcəm desədə, o mənə qıya bilmirdi... Bu dəfə yatmış rolu oynamalı idim... Sol tərəfimə uzanıb, gözlərimi pəncərəyə dikdim. İndi üzüm gülürdü... Ayaq səsləri eşitdikdə, gözlərimi yumdum. Qapı yavaşca açıldı... Yanıma gələcəkdi görəsən? Adım səslərini eşitdikcə, ürəyim əsməyə başladı. Çarpayının boş qalan yanında əyləşdiyini hiss etdim.

"Yatmaq rolunu oynamağı hec bacarmırsan"dedi bir necə saniyə sonra.

Yatmadığımı hardan bilirdi axı? Dönmək yox idi...

"Əgərki 1 dəqiqə ərzində mənə tərəf dönməsən, sənə sarılacam"

Yatdığımı sansın... Dönməyəcəkdim...

Renat "1 dəqiqən doldu. Məndən günah getdi" dedi gülümsəyərək. Evdən əsəbi formada çıxmışdı. İndi niyə belə idi? Yenə ona dönmədən gözlərimi möhkəmcə yumdum. Yanımdaki boşluqda uzandığını hiss etdikdə, gülümsəməmək üçün özümü güclə tutdum. İsti nəfəsini boyunumda hiss etdikdə, əlləri ilə belimi sarıdı. Dediyi kimi sarılmışdı mənə... Ona bilə-bilə icazə vermişdim... Bəlkədə, tək lazım olan sey sarılmaq idi. İnsana ən yaxşı gələn sey...

"Sənə sarılmağıma, icazə verdiyin üçün çox sağ ol" deyərək qulağıma yavaşca pıçıldadı. Yatmadığımı bilirdi... Nə edirdim mən belə? Niyə sarılmağına icazə verdimki? Beynim qarışmışdı. Mən ona küsmüşdüm, oda mənə... Bu küsgünlük nə tez bitdi belə? Beynimin için susdurub, yatmağa çalışdım. Səhər açıldıqda, necə olduğunu bilmirəm amma, başım Renatın sinəsində idi. Başımı azacıq qaldırıb ona baxdım. Yatmışdı... Qalxmaq istəməsəm belə yanından, qalxmalı idim. Ona baxmağı kəsib qalxmağa çalışdıqda, qolumda olan əli ilə məni saxladı. Gözlərini açıb,gülərək mənə baxdı. Mən gülürdüm? Yox gülmürdüm... "Buraxsan deyirəm, ayağa qalxmalıyam" dedim hec nə olmamış kimi...

"Bu gün ən gözəl sabahımdı. Çünki, sən yanımda yatdın"dedi.

Yox mən bir sey olmuş kimi davranmalı idim. Qolumu onun əlindən çəkib, çarpayıda oturaq hala keçərək "Sən dünən gecə mənim yatdığımı bilə - bilə gəlib mənim yanıma yatmısan hə? Birdə olmasın!"deyib çarpayıdan qalxdım. Bir az ciddi dayanmalı idim. İçimə qaçan, gülmək hissini dəf etməli idim. Renatın üzündə böyük bir təbəssüm yarandı.

"Kefimi poza bilmərsən. Bizimkilər harda olsa gələr. Sən geyimlərini hazırla, günorta çıxırıq burdan" deyərək oda ayağa qalxdı.

Öz evimizə gedəcəkdik... Bizim evimizə...

Üstümü dəyişdirdikdən sonra səhər yeməyi üçün aşağı düşdüm. Yeməyimizi yeyib bitirdiyimiz an xalamgil gəlmişdi. Onlarla bir az söhbət edib, otağımıza çıxaraq hazırlanmağa başladıq. Bu qədər xoş qarşılaycaqlarını təxmin etməzdim. Sorğu sualsız razı olmuşdular. Evdən çıxıb yola düşdükdə, hara getdiyimizi bilmirdim hec. Evimiz necə idi? Harda idi? Sadecə onunla bir yola çıxmışdım. Başımı maşının pencerəsinə söykəyib yolu seyr etdim. Anidən yadıma düşdüki, 1 həftə sonra uni başlayırdı. Bunun verdiyi sevinc ilə öz özümə güldüm. Maşının dayandığını gördükdə, gəlib çatdığımızı anladım. Yüksək mərtəbəli bina evlərinin qarşısında dayanmışdıq. Binanın içinə daxil olub, liftə daxil olduq. Evimiz 11 ci mərtəbədə idi... Liftdən çıxdıqdan sonra Renat, qara qapıya yaxınlaşıb açarla qapını açdı.

"Xoş gəlmisən evinə" deyərək əli ilə keçməyi işarət etdi. Yavaş adımlar ilə evə daxil oldum. Qarşımda kicik bir dəhliz vardı. İrəlli addımladadıqda, qonaq otağını gördüm. Qonaq otağı pudra rəngində mebellər ilə sadə bəzədilmişdi. Bunu sevdim... Mətbəxi qonaq otağı ilə iç içə idi. Renat ətrafa baxdığımı görüb, əli ilə "Bu otaq sənin otağındır. Mənimkidə budu. Artıq rahat yatacaqsan"dedi.
Öz otağıma tərəf gedərək, qapını açıb, içəri daxil oldum. İnanmıram... Üzümdəki gülüş ilə qapı arxasında durub mənə baxan Renata baxdım. Yenə mavi tavanım, narıncı divarlarım var idi...

"Renat... Renat, bura möhtəşəmdi" dedim sol tərəfdə olan kitab rəflərinə baxıb. Bura mənim otağım idi... İlk dəfə mavi tavanıma gülsədə, indi mənim üçün mavi tavan elətdirmişdi. Otağımda olan bu mavi tavan, mənim göyüzüm idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri