Səndən başqa (24-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 488
Səs ver:
(səs: 0)
Bölüm 24

Evdən çıxıb maşına minərək yola düşdük. Yol boyu bir gözüm barbağımdaki üzükdə, bir gözüm isə sol tərəfimdə olan insanda idi. Məni yeyib bitirən hissləri başa düşmürdüm. Onsuz hər zaman belə olmurdumu? Mən başa düşmürdüm... Düşmək istəmirdim... Yanımda olan, bu adam məni çox sevirdi... Bəs mən? Sevirəm deməyə dilim varmır... Sevmirəmdə deyə bilmirəm... Bildiyim tək sey bu insanın, mənim həyat yoldaşımın olmasıdı. Bundan sonra həyatıma bu insanla davan etməliyəm. İstədiyim kimi bir evlilik olmadı... Ağ gəliniliyi geyinə bilmədim... Daha doğrusu istəmədim... Amma yanımda olan insan mənim xəyalımdaki insan idi... Bu dəyişməz bir sey idi... Unin ilk günü mənim düşüncələrimə bax...

Maşının dayandığını gördükdə, çatdığımızı anladım. Ona bir sey demədən maşından aşağı enib uniyə tərəf irəllədim. Uniyə giriş etdikdə, ətrafa baxdım. 4 il bu univerisitetdə oxuyacaqdım. Bəlkədə, qrup yoldaşlarım hal - hazırda ətrafımda idi... Narazı olmaq əvəzinə, niyə razı olmurdum başıma gələnlərə? Bu səs küyün içində, bu qədər insanın içində gözüm barmağıma sataşdı yenə... Əlimi üzüyə yavaşca yaxınlaşdırıb, çıxarmağa çalışdım. Üzük barmağımdan tam çıxacaqkən, üzüyü təkrar yerinə saldım. Yox çıxartmaycaqdım... 19 yaşımda evlənmişəm deyə utanmalı deyildim... Renat mənə belə öyrətməmişdi... Hər zaman 25 yaşımda evlənmək xəyalı qurmuşdum. Bir işim olduğunu düşünürdüm. Hər şey bir az tez oldu deyemi belə oldum mən? Bunları fikirləşə - fikirləşə mənim fakültəmin adı çəkilmişdi. Məni yeni həyat bundan sonra gözləyəcəkdi...

Sinifə daxil olub əyləşdikdən sonra sinifdə olan insanlara nəzər saldım. Oğlan azlıq, qızlar isə çoxluq təşkil edirdi. Mən tək oturmuşdum... İlk gündən müəllim gəlib özünü təqdim edərək, dərsə başladı. Zəngin vurulmağına isə, sevindim desəm yeri idi. Ayağa qalxıb bir qrup toplaşan qızların yanına getdim.

Özlərini təqdim etdikdə məndə "İlknuram"dedim. Adının Vüsalə olduğunu öyrəndiyim qız "Sən evlisən?"dedi barmağımdaki üzüyə baxıb. Gülmək üçün üzümdə bir təbəssüm yaradıb "Aha evliyəm mən" dedim.

İlk gündən, bilinməsi daha məsləhətli idi. Yanımda olan 2 qızın yalandan gülümsəməsinin şahidi oldum. Burda qəribə bir sey yox idi axı... Vüsalə "Qrupumuzun evli qızı bilindi. Biz hamımız subayıq. Amma sevgillərimiz var" deyərək mənə göz vurdu.

1 saatın içində nə qədər yaxın olmuşdular?

"Nə tez məlumatın oldu hər sey haqqında" dedikdə qapıdan bizə baxan bir adamı gördüm. Onu görməyim ilə donub qaldım.

Vüsalənin "Biz əvvəldən tanışıq Günel və Asiyə" dediyinə də bir önəm vermədim. Qapıdan bizə baxan oğlan Röyal idi... Bu qədərdə təsadüf? Məni görüb dodaq altı gülümsədikdə "Sevgilim mən gəldim"dedi.

Onun səsinə Vüsalə çevrilib "Bax İlknur buda mənim sevgilimdi"dedi.

Yox biri desinki, zarafat edirik səninlə... Röyalı görməyim ilə, ağlıma Fəqanın gəlməsidə bir oldu... Daha sonra Səyidə gəldi... Sonra Aytəkin... Dibimə qədər gələn Röyala məcburən gülümsədim. Şükür... Şükür mənim qarşıma belə insan çıxmamışdı...
Renat onlar kimi deyildi. Mən şanslı idim... Mən Renata sahib olduğum üçün həqiqətən şanslı idim.

Röyal "Vüsalə biz İlknurla tanışıq. Mənim əmim oğlu ilə evlidi"dedi.

Ona xəbərlə tez gəlib çatırdı... Onunla burda niyə qarşılaşdım axı?! Niyə eyni univeristeti oxumaq məcburiyyətində idim?! Renat bilsəydi, əsəbləşəcəkdi... Vüsalə "Doğurdan? Yəni Renatla evlidi?" dedikdə Günelin dodaqlarından "Oha" kəliməsi töküldü. Renatı tanıyırdılar? Niyə yolunda getməyən işlər hər zaman məni tapırdı?

"Siz Renatı hardan tanıyırsız?"dedim ciddiyyətimi hec pozmadan.


Günel "Vallah birinci evli olduğunu eşidəndə dedim bu yaşda nə evlilik. İndi Renatla evli olduğunu eşitdikdə isə fikrim dəyişdi. Kim istəməz ki elə həyatı yoldaşı olsun"dedi gülərək.

Bunu dedikdə zəngin səsini eşitdim. Sualımın cavabını almamışdım... Röyal sinifi tərk etdikdə, müəllimdə içəri daxil olmuşdu. Beynim yenə qarışmışdı. Renatla bunlarin nə əlaqəsi. Bir yerlərdən Fəqanla, Səyidə də çıxacaq deyə qorxar oldum artıq. Mənim ətrafımda dönən bir seylər vardı. Və mən bundan xəbərsiz idim. Bu dəqiq məlumatdı. Bu məlumatıda yayın. Ziyadzadə olmaq asand bir is deyildi... Bu dərsdə başlayıb bitdikdə, qızlar zəng çıxışı sinifdən tez çıxdılar.

Nə dönürdü axı?

(Dünya dönür, insanlarda...)

Bütün dərs boyu fikirləşə - fikirləşə qaldıqda dərslər bitmişdi. Tək başıma fikirli - fikirli unidən çıxıb yeriməyə başladım. Renata çıxdığımı xəbər etməmişdim. Arxadan kimsə "İlknur" deyə məni səslədikdə arxamı döndüm. Qarşılaşdığım mənzərə Röyal oldu. Deyəsən, niyyəti döyülmək idi...

"Renatın hardadı sənin? Bu gözəlliyində qızı necə tək başına buraxa bilər?"

Kinayə ilə dediyi sözlərə, qaşlarımı çatdım. Öz yolunu gedə bilmirdi?

"Adam ol Röyal! Bir dəfədə adam olmağı bacar! Redd ol get sevgilinin yanına!"deyib üzümü döndürərək yoluma davam etdim. Yanımda birinin kölgəsinin olduğunu hiss etdikdə bunun Röyal olduğunu anladım yenə. Təkrar dayanaraq ona çevrilib baxdım. Düz dibimdə bitmişdi!

Röyal "Səni gördüyüm ilk gündən diqqətimi o qədər çəkmisənki... Mən Renatla sizin evliliyinizə inanmıram... Sənin niyyətin, həm məndən həm ondan istifadə etməkdi? İstəsən mən burdayam. Səni" dedikdə sözünün ardın tamamlamağa qoymayaraq üzünə bir şillə çəkdim. Ətrafdakı insanlar vecimə belə deyildi! Renatın məni nəyə görə qorumaq istədiyini indi başa düşdüm. Alcağın ağlındaki fikirlərdən məni qorumaq istəyirdi... Şillə çəkdiyim üzünü əli ilə tutub "Bunun cavabını verəcəksən!"dedi.

Renat varkən mənə hec kim hec nə edə bilməzdi!

"Birdə qarşıma çıxma!"deyib yoluma davam etdim.

Evə gəlib çatarkən qapını açarla açıb içəri keçdim. Olduqca yorucu bir gün idi. Divanda yatan Renatı gördükdə, ona bir xeyli baxdım. Ona bu gün baş verənləri deməli idim. Qızların onu hardan tanıdığınıda bilməli idim. Otağıma keçib geyimimi dəyişərək, rahat bir seylər geyinib otağımdan çıxdım. Otağımın qapısını bağladıqda Renatda ayılmağa başladı. Məni görəcək "Niyə zəng etməmisən? Gəlib götürərdim səni" dedi gözlərini ovuşdurub. Yanına gələrək, divanın bir küncünə əyləşdim.

"Hava almaq istədim onun üçün"

Mənə yuxulu - yuxulu baxaraq "İlk günün necə keçdi" dedi.

Ona deməli idim... Əsəbləşsə belə deməli idim.

"Renat sənə bir sey deyəcəm. Sənin Vüsalə ilə Günel adında tanıdığın bir qız var?"deyə sözə giriş etdim.

Çox gözəl... Röyalı qoyub, nəydən bəhs edirəm. Bu sözümə qaşlarının çatıldığını gördüm.

"Deməki O qızlarla bir yerdə oxuyursan. Hələ içlərində Asiyədə var."

Asiyəni hardan bilmişdi? Demək bir birilərini tanıyırdılar...

"Elədi... Hardan tanıyırsan onları?"dedim.

Amma bir cavab gəlməmişdi. Düşünürdü yenə...

"Düzün de, bu gün Röyal ilədə qarşılaşdın hə?!"dedikdə yavaşca "Hə..."dedim

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 488
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri