Səndən başqa (26-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 881
Səs ver:
(səs: 0)
Bölüm 26

1 həftə sonra
Dediyi kimi, mavi tavana və narıncı divara bizim sevgimiz çox yaraşmışdı. Xəyal etdiyimdən belə, gözəl idi bu sevgi. Hər şeyi çətinləşdirən mən və mənim qarışıq duyğularım imiş. 1 həftə içində hər anımız sevgi dolu keçirdi. Univerisitetdə Röyal ilə qarşılaşmırdım. Bu yenə təsadüf idimi, ya işin içində başqamı bir iş var idi bilmirdim. Evli bir qadına yaxınlaşacaq qədər gözü dönməzdi hər halda... Renat, mənə deməsə belə onun içində olan qorxunu başa düşə bilirdim. Röyalın necə adam olduğundan xəbəradar idim artıq. O, insan Renatın xoşbəxt olmasını istəmirdi. Bəlkədə, məndə bir qurban idim... Ya da əl çəkmişdi bizdən...Yersiz idi davranışları... Eynən sinifdəki qızlar kimi... Mənə qarşı olan qəribə baxışlarını görə bilirdim. Amma mənə birdə yaxın durub, bir şey soruşmamışdı onlarda. Sözün düzü, bu səssizlik mənim canımı sıxmağa başlamışdı. Sizədə qəribə gəlmirmi? Gah var olurlar, gah da geri çəkilirlər... Düşüncələrimi bir kənara atıb, dərslərimi bitirərək otaqdan çıxdım. Renat tv qarşısında, cizgi filimi izləyirdi... Başımı divara söykəyib onu izlədim. Necədə məsum bir uşaqlar kimi, içdən gülürdü... Mən dərsimi rahat edim deyə, məni otağa salmış, özüdə tv-nin səsini az vermişdi. Ona baxmağı kəsib yanına yaxınlaşdım.


Məni görəcək, yaslandığı divana dikələrək oturub "Dərslərin bitdi mələyim?"dedi.

Yanına oturaraq "Həə bitdi. Məndə cizgiyə baxmağa gəldim." dedim.

Tv-nin səsini artırıb, başımı sinəsinə yasladı. Beləcə cizgi filiminə baxmağa davam etdik. Uşaqlaşırdıq... Uşaq ruhda olmaq, gözəl bir sey idi...
Cizgi filiminə baxmağı kəsib, başımı üsülluca qaldırıb ona baxdım. Ona baxdığımı görərək oda mənə baxmağa başladı.

"Mən anam üçün darıxdım" dedim dodaqlarımı büzüşdürüb.

Bilmirəm, niyə amma ürəyim anamı görməyi yaman istəmişdi... Gözlərimin anidən yaşardığının fərqinə vardıqda, başımı Renatın sinəsindən çəkdim.

Renat "Hey mələyim ağlama... Sabah dərsinə get gəl, gedərik Ağsuya" dedikdə gülümsədim. Gözümdən düşən bir damla yaşı baş barmağının ucu ilə silməyə başladı. İçimə oturan bu hiss, yalnız anamı gördükdə keçib gedəcəkdi. Onu itirmək istəmirdim... Renat məni qucaqladıqda, gözümü yumdum. Bir çox şeyə görə peşman idim. İlk öncə, Renat ilə evləndikdə, gəlinlik geyinmədim deyə... Bu mənim peşmançılığım idi... Anamın sözünü əvvəldən dinləsəydim, belə olmazdı. Mən onu incitdim... Mən anamı incitdim... Bu gün hər şey nə qədər yaxşı olsada, mənim içimdə qalan bu incikliklər hec vaxt keçməyəcəkdi... Renat məndən ayrılıb, üzümü ovuc içinə aldı.

"De görüm nə istəyirsən, gedim alım. Sənində kefin yerinə gəlsin."

Sanki, uşaq başı aldadırdı... Amma olsun, bunuda sevirdim... Bir az fikirləşirmiş kimi etdim. Nə deyim? Nə alsın mənə? Ağlıma hec nə gəlmədi... Məyus bir halda, dodaqlarımı büzdüm.

"Mən bir şey istəmirəm. Sən get və mənə ürəyindən keçən bir şeyi al və gətir"dedim.

Bu məqsədə daha uyğun bir vəziyyət idi. Sanki, nə alacağını bilirmiş kimi, böyük sevinclə ayağa qalxdı.

"Yaxşı, yaxşı... Mən 1 saata gələcəm. Səni çox sevirəm mələyim"deyərək dəhlizə yaxınlaşıb ayaqqabılarını geyinməyə başladı. Saat 10 olmağına baxmayaraq, mənə görə hazırlaşıb evdən çıxırdı. Ayaqqabılarını geyindikdən sonra, sol üzümə öpücük qonduraraq evdən çıxdı. Qapını bağlayaraq qonaq otağına keçdim. Öz özümə gülümsünməyə başladım. Görəsən nə alacaqdı? Maraqlı idi mənə. Bir təxminim belə yox idi. Nə alacağı haqqda... Tv - ni söndürüb, mətbəxə keçərək özümə çay süzdüm. Bu arada çay dəmləməyi öyrənmişdim artıq. Öyrətmişdi... Başımı qatmaq üçün telefon ilə oynamağa başladım. Bu sırada qapının zəngi çalındı. Renat nə tez gəlmişdi. Gülərək, qapıya yaxınlaşıb qapını açdım. Qapıdaki şəxsi gördükdə, gülüş üzümdə donub qaldı. Qapını bağlamağa çalışdıqda, ayağını qapının arasına qoyub, qapını itələyərək içəri keçdi.

"Çıx, cəhənnəm ol evimdən! Yoxsa qışqıraram!"dedim Röyala bütün əsəbim ilə.

Hec nə edə bilməzdi! Getməsəydi, qışqıracaqdım! Özünü rahat bir tərzdə aparıb mənə doğru bir addım daha atdı.

"Şşş... Qışqırmaq nədi? Mən səninlə söhbət etməyə gəlmişəm" deyərək gülməyə başladı.

Dəli idi... Bu gülüş, normalı bir insanın gülüşü deyildi... 1 həftə ortalıqda olmaması... Daha sonra evimizin içinə qədər girməsi... Dərindən bir nəfəs aldım. Əlim ilə qapını işarət edib, səsimin tonun qaldıraraq "Sənə rədd ol dedim! Bax Renat indi gəlsə hec də yaxşı seylər olmayacaq! Sən vecimə belə deyilsən. Amma sənə görə Renata nəsə olmağını istəmirəm! Axı, sən bizdən nə istəyirsən?!"dedim.

"Renatı sevirmiş kimi, davranma... Mən belə, az qalsın bu artisliyinə inanacam çünki... Və indi mənə qulaq as. Əgərki qışqırsan, bura adam toplasan məni evə, sənin aldığını deyəcəm. Ərinə, xəyanət edirsən deyəcəm. Renatda evdə deyil onsuz... Səsini çıxarmağı ağlının ucundan belə keçirmə"

Bu oğlan nə istəyirdi axı?! Beynində nə qurmuşdu?! Nəyə inanırdı?! Qorxumdan bir addım atım arxaya atdım. Divara dəydikdə, Röyal mənə tərəf gəlib, iki əllərini divara yapışdırdı. Ağlamamaq üçün özümü güclə tutmuşdum... Kimin nə düşündüyü, vecimə deyildi... Qışqıracaqdım... Dodaqlarımı araladıqda, bir əli ilə dodaqlarımı tutdu.

"Sənə demişdim, axı qışqırmaq olmaz. O kursda səni ilk gördüyüm gündən bəri, ağlımdan çıxmırsan. O qədər gözəlsənki... Bu gözəllik, Renatı haqq etmir... İndi çıxıb gedirəm, səndə Renata hec bir sey deməyəcəksən... Ona bir şey demiş olsan, onun ölümünə imza atırmış kimi bir şey olacaqsan... Amma yenə gələcəm..."

Əlini dodaqlarımdan çəkdikdə, üzünə tüpürdüm! Axmaq! Ona qulaq asacağımı sanırdı?! Qarşında, 5 yaşlıq bir uşağın olduğunu sanırdı?! Əli ilə gülərək üzünü sildikdə, anidən saclarımı tutub, çəkməyə başladı.

"Aaa" deyə qışqırdıqda, əli ilə yenidən dodaqlarımı tutdu.

"Getməyi istəyirdim, amma qalmalı oldum." deyərək sacımı dahada möhkəmdən çəkdi. Gözümdən yaşlar süzülməyə başladıqda, nə qədər əlindən qaçmağa çalışsamda, məni buraxmadı. Tək istəyim, sadecə Renatın gəlməyi idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 881
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri