Səndən başqa (27-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 5 041
Səs ver:
(səs: 0)
Bölüm 27

Onu var gücümlə itələdikdə, tarazlığını itirib yerə yıxıldı.

"Kömək edin. Kömək edin"deyə qışqırmağa başladım. Tam bu sırada ayağa qalxıb, üzümə bir şillə atdı. Üzümə dəyən şillə ağırısı ilə üzümü əlim ilə tutdum. İlahi mənə kimsə kömək etməyəcəkdi? Şillənin zərbəsindən dodağımın qanadığını hiss etdim. Əlimin tərsi ilə dodağımın kənarını sildikdə "Bilirsən, bu gün sənə xoş davranmaq keçirdi içimdən. Amma artıq keçmir"dedi qarşımda gözü dönmüş şəkildə duran Röyal... Bir insan necə bu qədər iyrənc ola bilərdi? Nə deyim? Nə edim axı? Niyə hər zaman qadınlar bu qədər əzilirdi? Niyədə niyə?! Mənə yaxınlaşmağa başladıqca arxa - arxaya getdim. Ayağım divarın küncünə dəyəndə yerə yıxıldım. Yerə yıxılmağım ilə oda yanıma çöküb, dəli kimi gülməyə başladı. Anidən yenə sacımdan tutub dartmağa başlayıb "Səni ilk dəfə kursda görəndə, mənim olacaqsan demişdim öz özümə... Amma Renat səni məndən aldı. O hər zaman belə edir" deyib əlini sacımdan çəkib, məni öpməyə çalışdı. Onu özümdən çəkməyə çalışdım. Özümdən aslı olmadan ağlayırdım artıq. Biri səsimə gəlməyəcəkdi mənim?! Onu itələməyə çalışdıqda, bir an üstümdən qalxdığını gördüm. Renat gəlmişdi... Mənim qoruyucum gəlmişdi...
Gözlərindəki qəzəbi görməmək mümkün deyildi.

"Alcaq! Necə cəsarət edə bildin hə?!"deyərək kəllə atdı Röyala. Röyal yerə yıxıldıqda üstünə çıxıb yumrulamağa başladı. Röyalsa, onu üstündən atmaq əvəzinə gülürdü...

"Sənə birdə ona yaxınlaşma demişdim! Sənə ona bir addım belə yaxlaşsan öldürəcəm demişdim!"

Renatın daima təkrar etdiyi sözlər ilə, qəfildən bir anda ayıldım. Bir az daha onu vursaydı, Röyal onun əlində öləcəkdi...

Sürünə - sürünə Renatın yanına gəlib "Bəsdii Renat! Bəsdi!"dedim. Onun qolundan tutub onu saxladıqda, sanki mənidən yenidən görmüş kimi mənə baxdı. Yumruq etdiyi əlini açıb "İlknur... İlknur..." dedi səsi titrəyərək... Röyalın üstündən qalxıb, məni möhkəmcə qucaqladı. İndi güvəndəydim... İndi rahat idim...

"Bağışla... Mənim günahımdı" deyərək məndən ayrılıb, Röyala baxdı. Röyal isə ayağa qalxmağa çalışırdı... O yenidən ayağa qalxmamış Renat yenidən ona vurmağa başladı.

"Eləmə Renat! Eləmə!"deyə qışqırdıqda qapının kənarında yığılmış bir kütlə insan gördüm.

"Nə baxırsız! Ayırın!" dedikdə orta yaşlarında olan iki oğlan içəri keçərək Renatı tutmağa çalışdı. Renatı ondan ayırdıqdan sonra Röyal ayağa qalxdı.

"Gedirəm indi əmi oğlu" dedi imalı şəkildə.

Renat onun qollarından tutan oğlanlara "Əlinizi çəkin!"deyə bağırdı.

Məndə olanları sadecə qıraqdan izlədim. Niyə yaşamışdımki bu gün olanları? Röyal getdikdən sonra, hər kəs öz evinə dağlışmışdı. Məndə bir küncdə oturub yerə çöküb oturan Renata baxırdım. Ona baxarkən, gözüm qapı kənarında olan 2 rəng boyasına və balaca fırçalara sataşdı... Bu halımda belə üzümdə azacıq bir gülümsəmə yarandı... Mənim üçün boya almışdı... Görəsən bu boyalarla nə edəcəkdik? O beynindən nə düşüncələr keçərək almışdı? Evə gələndə, belə mənzərəyə şahid oldu amma... Nə vaxt həll olunacaqdı hər şey? Renatın ayağa qalxdığını görüdüm. Mətbəxə keçib, sonra əlində salfet ilə yanıma gəldi. Dizlərini yerə atıb, incə toxunuş ilə dodağımın kənarın sildi.

Daha sonra gözümdən axan yaşlarıda silib "Səni qoruya bilədim..."dedi.

Canım incimişdi... Amma Renatın qarşımda olan bu çarəsizliyi isə daha çox yandırmışdı canımı...

"Qorudun... Qorumasaydın, aldığın boyalara və fırçalara baxıb gülümsəməzdim..." dedim qapı kənarında duran dağnıqlığa baxaraq. Başını qapı kənarına çevirib baxaraq "Qorusaydım, onlar indi qapı kənarında olmazdı... İndi onlar bizim otaqda olardı... Divarın bir tərəfinə bərabər ayla, ulduz çəkərdik... Belə olardı yəni..."dedi dərin ah çəkib. Əlləri ilə yavaşca saçlarıma toxunub saclarımı yaslamağa başladı. Ayağa qalxıb məni qucağına alıb, otağımıza gətirərək çarpayıya uzatdı.

Alnımdan öpüb "Sən yat mələyim... Mən ətrafı yığışdırıb gələcəm" dedi.

Yox getməyini istəmirdim... Bəlkədə, Röyalı tapmağa gedəcəkdi... Qorxduğumdan bir şeydə deyə bilmirdim... Əlindən tutub saxlayaraq "Mən sənə sarılaraq yatmaq istəyirəm"dedim. Ona sarılmaq mənə daha yaxşı gələcəkdi... Gözlərini yumub açaraq, mənə görə gülümsünüb yanıma uzanadı. Başımı sinəsinə qoyub, gözlərimi yumdum. Az əvvəl yaşadıqlarımızı deyildə, sadecə boya və fırçaları xatırladım... Ay'la ulduz çəkəcəkdik... Necə bir xəyal dünyasına sahib idi Renat? İndi nə düşünüyün bilmirdim onun... Ağlından nələr keçirtdiyini... Röyala nə etmək istədiyini... Röyalın, niyə belə etdiyini... Röyal Renatı qısqanırdı... Bu göz qarşısında idi. Bəs bu gün gözü niyə bu dərəcədə dönmüşdü? Bilirdim, Renat bu işin axrını belə qoymaycaqdı... Amma bu gün mənə susmaq düşürdü... Danışdıqca, onu yaralayacaqdım... Mən, qəzməlimə çox zərbələr vurmuşdum. Daha onu incitməyəcəkdim... Üzümdə və başımda olan ağrılar isə məni incidirdi... İnsanlıqdan, çıxmışdı... Renat saclarıma sığal çəkərək, həmdə öpücük qondururdu.

"Sabah səni Ağsuya aparacam... Orda qalarsan bir müddət"

Uzun səssizlikdən sonra düşündüyü bu olmuşdu? Məni özündən ayrı qoymaqla, bu işi həll edəcəkdi? Başımı qaldırıb ona baxdım.

"Mən Ağsuya indi getmək istəmirəm. Sənsiz orda qalmaq istəmirəm" dedim.

Qəbul etməyəcəyini bilirdim...

"Gedəcəksən... Sən ora gedəcəksən məndə Röyalın dərsini verəcəm!"dedi.

Bölüm sonu

Müəllif: Goncha

Ps. Finala son 1 bölüm
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 041
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri