Səndən başqa (28-ci bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 6 465
Səs ver:
(səs: 0)
Final

Ağsuda idim... Renat dediyini etmişdi... Məni bura qoyub özüdə çıxıb getmişdi. 2 həftədən çox idi onun üzünü görmürdüm. Nə etdiyinidə bilmirdim... Xoşbəxtlik mənə niyə yaramır axı? Niyə, yarım qalır hər şey? Tam da hər şey düzəldi dediyim an, niyə yenə başa qayıdırıq? Univerisitet işini mən həll edəcəm, sən narahat olma dedi. Başqa bir şey dediyi yox idi. Anam belə burda nəyə görə bu qədər çox qaldığımı bilmirdi... Amma anama görə sevinmişdim. Müalicələri müsbət cavab verirdi... Son vaxtlarda aldığım ən gözəl xəbər bu idi. Qorxurdum... İçimdə bir qorxu vardı... Ya Röyalı tapıb yenə dava etsəydi? Məni nəyə görə bura atmışdı axı? Ondan xəbər almamaq canımı sıxırdı. Xalamda bir sey deyə bilmirdim... Valideyinlərimdə evdə deyildi... Telefonu əlimə alıb Renata zəng etdim. Çalırdı amma açan yox idi... Ürəyimə bir titrəmə girdi... Niyə açılmırdı bu telefon?! Bir daha təkrar zəng etdim. Yenə açılmırdı... Niyyəti məni dəli etmək idi ya nə?! Yenə zəng etdikdə qapının zəngi çalındı. Valideyinlərim bu tezliyində gəlmişdi? Telefonu böyük bir hirs ilə divanın üstünə atıb, qapıya yaxınlaşdım. Qapını açdıqda, qarşımda onu görməyi gözləmirdim... Renat düz qarşımda dayanmışdı... Həmdə, gülümsünərək... Qəmzələrini, bəlli edərək...

Renatın dilindən davam
Ilknuru Ağsuya qoyub, evə gəldikdə düşünüməyə başladım. Onun üçün hal hazırda ora güvənli idi. Röyal, manyakın nə edəcəyini dəqiq bilmirdim. Hələdə, özümü bağışlayada bilmirdim... Bir az gec gəlsəydim necə? Ağlımdakı düşüncələr məni yeyib bitirirdi. Nə edəcəkdim axı? Bütün dost tanışlar ilədə ələqəni kəsmişdim. Son çarəm nə idi? Onu döymək, ona bəs etmirdi... Bu işi vurmaqla həll edə bilməyəcəkdim... Tam 2 həftə idi... Və mən hələdə hec nə tapa bilməmişdim. İlknuruda özümdən uzaqlaşdırdığımın fərqində idim... İlknurdan uzaq qalmaq mənə yaxşı gəlmirdi... Amma başqa bir çarəm yox idi... Telefondaki şəkilinə baxdıqda, atamdan zəng gəldiyini gördüm. Qulağına xəbər çatmışdı görəsən? Telefonu açıb, atam ilə danışdıqda, üzüm gülümsəməyə başladı... Əmim Röyalı bu ölkədən göndərirdi... Bu gün aldığım ən şad xəbər. Bu dəfə şans bizdən yana idi... İlk dəfə idi, bu qədər şanslı olduğumu hiss edirdim. Daha bizi ayıracaq bir sey yox idi... Elə idisə, mən niyə hələdə burda idim? Mən İlknurun yanında olmalı idim... Ayağa qalxaraq evdən çıxdım. Gedəcəyim, yer bəlli idi. Ağsuya çatdıqda, İlknurun zəng etdiyini gördüm. Acmayacaqdım... Ona süpriz olacaqdı gəlişim... 5 dəqiqəlik yolum qalmışdı. Evlərinə çatdıqda qapının zəngini basdım. Qapını üzümə hirslə, acdıqda gülümsündüm. Zəngə cavab verməmişdim deyə hirslənmişdi...

Üzümə bir necə saniyə baxdıqdan sonra "Renaat" dedi məni gözləmirmiş kimi.

"İçəri almayacaqsan məni?"dedikdə qapının önündən kənara çəkildi.


İçəri keçdikdə, qapını bağladı... Qapını bağlamağı ilə ona sarılmağım bir oldu. Onun üçün çox darıxmışdım. Sarıldıqca, sarılasım vardı ona...

Qulağına yavaşca "Səni indi hec buraxmaq istəmirəm. Çünki, sarıldıqca daha çox sarılasım gəlir"dedim.

Ona sarılmaq mənə yaxşı gəlmişdi. Dünyada başıma gələn ən gözəl sey idi deyə bilərdim sizə. Və mənim ürək döyüntülərim yenə artmışdı... İlknur qısıq səsi ilə "Sarıl..."dedikdə onu özümə daha sıx sıxdım. Boğulması an məsələsi idi. Amma uzaqda durmaq istəmirdim. İstəmirdim aramızda məsafə olsun... Bizi bir Ağsu, bir Bakı yolu ayıra bilməzdi... Mən onsuz, Bakıda nəfəs ala bilmirdim daha. Mənim yerim, onun yanı idi... Onu özümdən bir az aralaşdırdıqda "Gəldin... Mənidə özün ilə aparacaqsan?"dedi.

Mələyim... Mənim üçün necədə narahat idi...

"Bundan sonra hər şey fərqli olacaq. Çünki, biz çox başayıq"dedim.

Biz həqiqətən başqaydıq... Sevgimizdə, bizim kimi başqa idi. İlknurdan ayrılıb divanda əyləşərək söhbət etməyə başladıq. Bu gecəni burda qaldıqda, səhər Bakıya yola düşdük. Artıq, bizi yeni bir həyat gözləyirdi... Yol yorğunu olduğumuz üçün bir az yatıb, ayağa qalxdıq. Daha sonra İlknura ev işlərində kömək etdim. Onu xoşbəxt görmək, mənidə xoşbəxt etmişdi... Amma, O bu gün daha çox xoşbəxt olacaqdı... Ağlımda bir fikir gəlmişdi... İşlər bitdikdən sonra isə evdən çıxdım. Hələdə, nigaran qalmışdı... Röyalın getdiyinə inana bilmirdi... Saat 5 - ə yaxınlaşdığı üçün acıq bir gəlinlik mağazası tapmağa çalışırdım. Ona gəlinlik alacaqdım... Bundan sonra toy etməyimiz alınmazdı, amma İlknur bu gəlinliyi geyinəcəkdi... Sadə, tüllərdən ibarət olan 'A' modelində bir gəlinlik secərək, mağazadan alıb çıxdım. Daha sonra yarım qalan bir işidə tamamlamlı idim... Ay'la ulduz çəkilməli idi... Onun üçün yenidən boyalar ilə fırçlar alıb maşını işə salaraq, evə sürdüm. Bu gün İlknurdan xoşbəxti olmayacaqdı... Əlim dolu şəkildə binaya giriş edib, qapını acarla acıb içəri keçdim. İçəri keçəyim ilə, İlknurun yanıma gəlməsi bir oldu.


Əlimdəkilərə baxıb "Bunlar nədi belə?"dedi.

Bir sey demədən gülərək, qonaq otağına gəldim. Oda arxamca gəlirdi...

Gəlinlik olan sadə qutunu ona uzadıb "Aç və özün gör"dedim.

Həycanlı bir şəkildə qutunu əlimdən alıb, qapağını açdı. Gəlinliyi görəndə, üzündə təbəssüm yarandı. Bu təbəssüm hər şeyə deyərdi.

"Və indi ged geyin, gəl..." deyərək boya ilə fırçaları çıxardıb ona göstərdim.

"Renat, səni çox sevirəm" deyib sol üzümə bir öpüş qonduraraq otağa keçdi. Otaqdan çıxdıqda onu gəlinlikdə görmək, gözümün yaşarmasına səbəb oldu. Belə olmasını istəməmişdim... Onunla belə bir şəkildə evlənmək istəməmişdim... Amma hal - hazırda qarşımda bir mələk vardı... Bu mələk mənim idi... İlknur gəlinliyin içində sağa - sola fırlanıb "Yaraşır hə?"dedi. Yaraşmaya bilərdi?

"Mələk kimi olmusan, mələyim" dedim.

Mənə yaxınlaşıb, gözlərimə sevgi dolu baxdı. Bu baxışada, ömrümü verərdim... Gəlinlik sadə olduğundan çıxartmasını istəmədim. Boya və fırçaları götürərək otağa keçdik. Boş olan narıncı divara baxıb "Hazırsan? Öz ay və ulduzunu yaratmağa?" dedim. Əlinə fırçanı alıb, balaca uşaqlar tək "Məənnn hazırrr"dedi. Yerin bulaşıb, bulaşmaması bizim kefimizi poza bilməzdi... Onun üçün kiçik fırçanı ağ rəngə boyayıb orta boylu bir ay çəkdim. İlknurda qırmızı rəng ilə gülümsəyərək ulduzları çəkməyə başladı. Bu sevgi idi... Sevgi belə bir şey idi... Kiçik seylərdə, böyük xoşbəxtliklər ... Ətrafa İlknurun gülücükləri yayılanda, əlimdəki fırçanı yerə qoyub ona baxdım. Birdə otağımıza... Əgər İlknurun, mavi tavanı, narıncı divarı olmasaydı, bu xoşbəxtlik bizi tapmaycaqdı.
Biz bir - birimizi tapmayacaqdıq.
Mənim xəyallarım, İlknurun xəyallarına çox yaraşırdı...
Birdə, gələcəkdəki qızımızın...

Son❤

Müəllif: Goncha

Ps. Əslində, son deyə bir sey yoxdur. Hər sey Davam edir :)
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 465
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri