Oyuncaq (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 5 644
Səs ver:
(səs: 0)


Gələn mesaja hec bir əhəmiyyət vermədən, otağıma nəzər saldım. Hər sey səliqə ilə yerinə düzülmüşdü. Sadə qəhvəyi rəngə sahib olan taxtım, künclərdə durmuş kitab rəflərim... Kitab oxumağı çox sevirdim. Mənə yaxşı gələn tək şey kitab oxumaq idi. Kim sevməzki? Ortalığın səliqəli olduğunu görüb, özümü çarpayıya atdım. Bir az yuxu almalı idim. Yatıb durmasaydım, özümü narahat hiss edəcəkdim...
Gözlərimi açdıqda, üstümdə qalan yorğun yuxu ilə gözlərimi ovuşdurmağa başladım. Yeni otağıma öyrəşməyim deyəsən, zaman alacaqdı. Otaq mənə yad gəlmişdi... Havanın azacıq qaraldığını görüb, divardan aslı olan saata baxdım. Saat 7 - yə işləyirdi. Bu qədər yatmışam mən? İçimdən, bir ayı çıxıb sanki... Otağımdan çıxıb aşağı düşdüm. Nə edəcəkdim mən bu evdə?
"Off Alisa off"
Mətbəxə keçib soyuducunu açdım. Maşallah dolu idi... Soyducuya bir göz gəzdirdim. Yarpaq dolması varmış... Əlimə alıb çıxartdıqda, zəng səsi eşitdim. Anam idisə, qapını açarla açardı. Kim idi bəs? Kimin gəldiyinə baxmadan, qapını açdım. Qarşımda, qardaşımın olmasını gözləmirdim. Üzünü 1 aydan çox idi görmürdüm. Ona çox baxdığımı görüb "Qardaşını içəri dəvət etdi yoxdu?"dedi. Hansı qardaşdan bəhs edirdi? Mən hər çətinə düşəndə yanımda olmayıb, qaçmasından? Ya başqa qızları öz bacısından üstün tutmağından? Qəlbinin gözləyini bilirdim amma, bəzən bir bacısı olduğunu həqiqətən unudurdu. Məni xatırlamırdı... Başqaları kimi olsaydıq nə olardı? Ona indi sarılsaydım... Amma qollarım, sarılmağa belə küsgün idi... Sadecə ona gözümü süzdürüb, ona bir şey demədən arxamı çevirərək qonaq otağına gəldim. Qollarımı birləşdirib, ondan incidiyimi bildirmək üçün dodaqlarımı büzərək divanda əyləşdim. Mənə baxdığını bilirdim. Amma mən ona dönüb baxmırdım. Yanıma oturduğunu gördüm.

"Deyəsən, biriləri mənə küsüb" dediyi sözlə əsəblə ona döndüm.

"1 aydan çoxduki bir bacısı olduğunu unudan sənsən! Ananda,atanda səndə məni istəmirsiz! Dəfələrlə sənə zəng edirəm! İnsan ən azı açar... İnsan ən azı telefonla danışar... "

Nifrət dolusu ilə dediyim sözlər, öz içimi parçalamışdı. Məndən 3 yaş böyük olan Tural isə üzümə qırılmışlıq ifadəsi ilə baxırdı. Qırılan mən idim... Hec kimin xəbəri yox idi amma.
Sırf ağlamırdım deyə, acını hiss etmirəm dediyimə görə mənim güclü olduğumu düşünürdülər. Amma mən sevgiyə ac bir qızcığaz idim...

"Alisam... Qardaşının bidənəsi bunu bilki sən mənim üçün çox dəyərlisən... Məndə bu mövzuda danışmaq üçün gəlmişdim"

Dəyərli idim? 19 il idi bu sözü eşidirdim... Bir dəyər görmürdüm... Mehriban ailələrə daima həsəd aparırdım. Hə, paxıl idim bu mövzuda...

"Danış... Yenə nə nağıl danışacaqsan çox maraqlıdı mənə..."

Mənimdə ən zəif nöqtəm, qardaşım idi... Bu sizədə aydın oldu...

"Nağıl danışmaram mən. Alisam, atamla danışdım... Onunla qalmaq istəmirəm daha. Əgər sənində könlün olacaqsa, öz evimə deyil, bura köçərəm. Beləcə bir - birimizi hər gün görərik... Səni çox istəyirəm mən"deyərək üzümü ovuc arasına alıb gülümsündü. Könlümü necə alacağını bilirdi... Son yolu burda qalmaq idi, özüdə bunu bilirdi... Üzümdə olan əllərini aşağı endirib, əllərindən möhkəmcə tutdum.

"Mənim hec kimim yoxdu. Məni kimsiz buraxma birdə" dedim.

Əllərini əlimdən çəkib mənə sarıldı.

"Anamızda yoxdu hə ..."dedi.

Bildiyi halda məndən bir əsk cavab gözləyirdi...

"Gördüyün kimi, təkəm..."

Köks ötürərək dediyim söz, beynimdə siqnal verməyə başlamışdı mənə. Kimsəyə yaxşı davranma, çünki hər kəs bir gün səni tərk edib gedər... Kimsədən mərhəmət gözləmə... Çünki, insanlar nankordu... Beynimin içində çalxalanan sözlər, gözümün qarşısın bulanıqlaşdırmışdı. Qardaşımla bir az daha söhbətləşdikdən sonra, O getmişdi... Məndə daha çox bu evdə qalmayıb, özümü çölə atdım. Küçədə boş və səssiz idi. Eyni ilə mənə bənzəyirdi... Hava qaralsada, havanın istiliyi höküm sürürdü yenə. Yay idi. Nə gözləyə bilərdim bu havadan? İmtahan cavablarım 1 həftədən sonra acıqlanacaqdı... Qəbul olmasaydım, özümə bir yol secməli idim. Sözün düzü bu ölkədən getmək istəyirəm. Bura məni başa düşmür... Anlamır məni bu ölkə... Nə də insanları... Bahalı evlər olan villardan uzaqlaşıb ara küçələrə çıxmışdım. Darvazaların kənarında insanlar topalaşmışdı. Küçənin ortasında da topla oynayan uşaqlar... Sevmirdim belə mənzərələri... İsti səmimiyyət demiyəcəkdim... İsti olan tək sey hava idi... Başımı aşağı salıb yoluma davam etdim. Küçələri daha çox kecdikcə, işıqlarında varlığı kəsilirdi. Niyə bu qədər çox gəzirdim? Nədən qaçırdım mən? Qardaşım yenə söhbəti şirinliklə həll edib getmişdi. Hər dəfə belə olurdu... Amma artıq bizimlə qalsaydı, hər şey dəyişəcəkdi... Kicik bir ümüd edirdim indi. Yəni, arada edirəm... Nəticədə, məndə bir insanam. İşimə gələndə insan olmağı xatırlayırdım. Nə qədər yol qət etiyimi bilmirəm, amma indi gördüyüm mənzərə boş bir ətraf idi. Evlərin sonuna çıxmışdım... Qarşıda kicik bir təpə vardı. Ora yaxınlaşmağa başladım. Təpəyə yaxınlaşdıqda bir insan olduğunu gördüm.

"Hey orda kim var?" dedim pişik ürəyi yeyərək. Hər zaman, şir ürəyi yeyəsi deyildik, ki...

"Mən varam sən kimsən" deyərək ayağa qalxdı oğlan. Səsi tanış gəlmişdi... Bir az mən, bir azda O mənə yaxınlaşdıqda ikimizdə bir anda "Səənn"dedik.

Sonra isə güldük... Qarşımda Turan vardı... Kod adı ilə, yeni oyuncağım...

"Gecə vaxtı belə yerə niyə gəlmisən?"deyərək Turan məndən cəld davrandı. Mən soruşacaqdım, ilk... Saf qız rolunu oyna, Alisa... Səsimin ən acınacaqlı səs tempini işə salıb "Seyy anamla möhkəm davam etdim. Onun üçün hava almaq üçün evdən çıxdım. Özümü burda tapdım sonra" dedim. Anamla yola gedə biləmədiyim düz idi. Amma biz dava etmirdik... Çünki, onun üzünü görmürdüm... Görsəydim, edərdim...

"Yaman çox hava almısan. Bura qədər gəlib çıxmısan Bura təhlükəlidi bu saatlarda. Məncə gedək"

Turanı tanımaq üçün əla bir fürsət olacaqdı. Razılaşaraq, gəldiyim yolu geri qayıtmağa başladıq.

Turan "Buranın yeni qızı sənsən. Ehtiyyatlı ol, səni yoldan çıxaracaq çox oğlan var" dedi hec çəkinmədən.

Acıq sözlü oğlan, modeli... Burdan buna 4 xal verdim. 5 xalın üstündən deyil, 10 xalın üstündən...

"Mən yoldan çıxacaq bir qız deyiləm. Sevməklə, sevgili olmaqla, qırmaqla, incitməklə işim yoxdu mənim"dedim sevimli olmağa çalışıb.
Yalan...) Ona deyə bilmədimki, insanları mən yoldan çıxardıram, mən qırıram, mən incidirəm. Mənim işim budu.

"Görnüşündəndə elə birinə bənzəyirsən. Biz yola gedəcəyik səninlə"

Üzünə yalandan gülümsədim. Qarşımdaki bu oğlan saf birinə bənzəmirdi. Hal hazırda mənə bu qədər niyə yaxşı davrandığı haqqda da hec bir fikirim yox idi. Amma sizinlə mərcə girərəmki, bunun altında bir səbəb vardı. O, qarşısındaki insanı tanımasada, mən tanıyırdım... Mən bu kicik gülüşləri, xoş davranışları harda olsa tanıyardım. Çünki,mən Alisa idim... İnsanlarla oynayan biri...

Bölüm sonu

Müəllif:Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri