Oyuncaq (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 5 031
Səs ver:
(səs: 0)
Yavaş - yavaş irəllədikcə, kəsən yağış yenə yağmağa başladı. Yusif addımını saxlayıb mənə döndü.

"Səhv başa düşmərsənsə sənə bir şey demək istəyirəm"dedi hələki yavaşan yağan, amma hər dəqiqə sürətlənə bilənəcək bir şəkildə yağan yağışın altında. Nə deyəcəkdi?

"Nə deməyinə bağlıdı"dedim sakitcə.

"Mənim yaşadığım evə çox yaxınıq. İstəsən bizə gedək, bizdə hec kəs yoxdu. Yağış kəsdikdən sonra səni evinə apararam. Çünki bir azdan dahada çox yağmağa başlayacaq"dedi.

Yusifin bu deyişi ildırımda çaxmağa başladı. Evə getmək fikiri qulağa hec xoş gəlməsədə, razılaşmaqdan başqa bir çarəm yox idi. Çünki, mənim evim uzaqda idi. Çox yol vardı...

"Yağış yağdığı üçün məcburam"deyib razılıq əlamətimi bildirdim. Uzaq başı yağış yarım saata kəsəcəkdi. Sonra mən öz evimə gedəcəkdim. 3-4 ev keçdikdən sonra bir evin qarşısında durdu. Deyəsən, yaşadığı ev bura idi. İnana bilmirəm, tanımadığım adamın evinə girirəm. Həmdə, gecənin bir yarısı... Qapını açıb içəri keçdik. Buranın evləri bir birinə bənzəyirdi. Bizim ev kimi ilk öncə dəhliz, geniş qonaq otağı, qonaq otağı ilə üz - üzə mətbəx vardı.

"Sən keç əyləş" dedikdə Yusif, ətrafa baxmağı kəsib tv - i ilə üz üzə olan divanın sol küncünə oturdum. Ürəyim, bilmədiyim bir şəkildə əsirdi... Durub getmək istəyirdim. Niyə belə hiss edirdim? Keçmişim niyə məni rahat buraxmırdı? Mən bunları fikirləşərkən yağan yağışın sürəti anidən gücləndi. Yusifdə mətbəxdən çıxaraq yanıma gəldi.

"Çay qoydum içərik. Yaxşıki, gəlmək ilə razılaşdın. Yoxsa indi yağışa qurban getmişdik"dedi.

Mən çay içməyəcəkdim... Mən başqa adamın əlindən nə çay içərdim, nə də yemək yeyərdim... Yox səhv fikirdəsiz titiz bir insan deyildim. Amma... Belə olması daha məsləhətli idi.

"Əziyyət çəkmə mən çay içmirəm. Yağışda harda olda kəsər. Gedəcəm birazdan"

Yağış bu gün yağmasaydı olmayacaqdı? Yusif mənə doğru dönüb "Alisa rahat ol. Niyə bu qədər narahatsan?"dedi.

`Ən zəif nöqtəmə toxunduğu üçün ola bilərdi?

Dodaqlarımı aralayıb cavab vermək istədikdə, telefonuma mesaj gəldi. Yenə Bay gizli "Z" olmasın! Cibimdə olan telefonu çıxardıb ekrana baxdıqda. "Elza Xanım" sözünü gördüm. Anam mənə mesaj atmışdı?

"Hardaydın? Yəqin indi evdə olarsan. Mən iş ücün şəhərdən kənara getməliyəm 2 günlük. Hazırlaşıb evdən çıxdım. Bu günü yola ver sabah qardaşın səninlə qalacaq"

Mesajı oxumağım ilə üzümü asdım. Lənət! Yenə tək bir gecə kecirəcəkdim... Tək qalmaqdan qorxduğumu bilə - bilə getmişdi!

"Alisa yaxşısan sən?"deyən Yusifə baxdım. Məndən yaxşısı ola bilməzdi...! Tək kəlimə ilə "Bərbadam!"dedim. Bilmirəm, niyə amma Yusifin yanında özüm olmaqdan çəkinmirdim. Halbuki onu özümə bu qədər yaxın buraxmalı deyildim... Yusif oturduğu divandan qalxaraq mənim yanıma gəlib əyləşdi. Məndən bir cavab gözləyirdi.

"Anam evdə olmayacaq 2 günlüyünə. Məndə gecələri evdə tək qalmaqdan qorxuram. Bunu bilə - bilə gedib yenə..."dedim.

İçimdə saxladıqlarım mənə ağır gəlirdi...

"Bəs başqa ailə üzvlərin?"dedikdə hec düşünmədən "Boşanıblar... Ailə dediyində sadecə 4 hərifdən ibarət bir seydir mənim üçün"dedim.

Çox gözəl bütün həyatımı oturub Yusifə danışırdım...! Ağıl yox idi axı...

"Bu gün burda qal onda"

Eşitdiyim sözə qaşlarımı çatdım. Tanımadığım bir adamın əlindən mən çay içmirdim, o ki qala gecəni burda keçirdəm! Evədə yağış yağdığı üçün gəlmişdim... Başqa bir çarəm olmadığı üçün...

"Ağılını itirmisən deyəsən. Məni hec istəməyən və tanımayan bir adamın evində qala bilmərəm. Yağışda kəsdi mən artıq gedirəm!"deyib ayağa qalxdım. Mənim ayağa qalxmağım ilə Yusifdə ayağa qalxıb qarşıma keçdi.

"Alisa, mən sənə sadecə burda qal dedim. Sənsə özünü başqa bir şey təklif edirmişcəsinə aparırsan!"

Ah ... Mən başqa necə hiss edə bilərdim axı... Niyə hamının elə olduğunu düşünürdüm. O bərbad gecənin səhərindən sonra hec bir oğlanı özümə yaxın buraxmamışdım... İlk dəfə idi... İlk dəfə idiki, Yusif bu qədər yaxınımda idi...

"Mən evimə getmək istəyirəm! Tək başımada gedərəm!" deyərək yanından keçdim. Nə edirdim axı belə... Qaranlıq və yağışlı havada o evdə nə edəcəkdim? Dəli olacaqdım yenə... Ailəm məni hec düşünmədi... Qapını açıb çölə çıxmaq istədikdə arxadakı bir əl qapını bağladı. Üzümü ona döndərdikdə, düz qarşımda idi. Və aramızda bir addımlıq bir məsafə vardı. Ağlamamaq üçün özümü güclə tutduqda "Sən yaxşı deyilsən..."dedi. Dediyini təsdiq etməmək üçün ona baxmadım. Sadecə yerə baxırdım... Baxsaydım, gözlərimdən daha çox anlayacaqdı. Normal ünsiyyət mənə görə deyildi. Bunu bir daha başa düşdüm mən...

"Getmək istəyirəm..."

Dilimdən düşən sadecə bu 2 kəlimə idi... O isə geri addım atmırdı.

"Səni burda qalmaq üçün məcbur edə bilmərəm. Amma qalmamağın üçündə böyük bir səbəb görmürəm"dedi.

Axı hardan bilsin... Mənim daha da böyük səbəblərim vardı... Bu səbəblər insanlar ilə olan münasibətimi kəsib atırdı.

"Çəkilə bilərsən?! Mən gedirəm..."

Son sözüm ilə geri getməyə başladı. Məndə qapını açaraq çölə çıxdım. İrəli addım at Alisa... Geri qayıtma... Dərin bir nəfəs alıb çöl qapıdan çıxdım. İri addımlar ataraq olduğum yerdən canımı qutarmaq istədim. Evə çatdıqda qapını açaraq qaranlıq evə daxil oldum. Ürəyim hələdə əsirdi... Qonaq otağının işığını yandıraraq divana əyləşib, telefonu çıxartdım. Hər zaman "Z" mənə yazası deyildi... Bu gündə mən ona yazacaqdım.

Alisa: Bu gün uniyə daxil olduğumu öyrəndim. Amma bunu paylaşa biləcəyim biri yoxdu. İlk sən bildin... Anam evdə yoxdu... Gedib... Bilə - biləki mən gecələri evdə tək qalıb yatmaqdan qorxuram... Özdə çox... Bildiyin qədər güclü biri deyiləm... Hə mən yazığam... Yazığın biriyəm... Çox yorulmuşam... Hər sey məni yorur... Ruhum yorulub... Ölürəm....
Z: Ürəyimdə halva istəyirdi. Tam zamanı
Alisa: Sən al canımı onda. Tanrı almır...
Z: Mən qatil deyiləm. Amma qatil olsaydım böyük bir zövq ilə öldürərdim.
Alisa: Səndə vur... Mən ciddiyəm
Z: Məndə ciddiyəm,vallah mən qatil deyiləm
Alisa: Ondan bəhs etmirəm! Kimsənsə qarşıma çıx! Bitsin hər sey... Bitir məni...
Z: Acı çəkməyin mənə zövq verir
Alisa: Mən acı çəkmirəm... Mən acı içində qovruluram...
Z: Bu daha əla... Sevdim...
Alisa: Mənə yaxşı gələcək bir söz de...
Z: Mənə məhkumsan...
Alisa: Mən bir əşya deyiləm!
Z: Az qalıb amma. Əşyada olacaqsan, Alisa...
Alisa: Cəhənnəm ol!


Əsəblərimi bir az daha korladım... Telefonu söndürdükdə, qapının zəngi çalındı. Bu vaxt kim idi gələn?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri