Oyuncaq (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 131
Səs ver:
(səs: 0)
Çöl qapısınıda açıb çölə çıxdım. Maşının yanına gəlib, hələdə yatmış olan Yusifə baxdım. Maşının pəncərəsini yavaşca döyməyə başladım. Bir az sonra səsə ayılmağa başladı. Yuxudan ayılıb, gözlərini ovuşdurduqda, məni görməyi gözləmirdi. Bir - iki adım geri gedib, maşından aşağı düşməsini gözlədim. Maşından enib, qarşımda dayandı. 'Alisa, bura niyə gəlmişdin? Təklifini et daha'deyən iç səsimə haqq verib "Sabahın xeir Yusif. Səni səhər yeməyinə dəvət edirəm"dedim utanaraq. Niyə utanmışdımki?
"Sənində sabahın xeir. Məndə dəvətini qəbul edirəm"dedi sanki dünən gecə hec yaşanmamış kimi. Bir birimizə baxıb gülümsəyərək evə gəldik. Yusif masa arxasında əyləşdikdə ikimiz üçündə bir çay süzüb onun yanına gəldim. Mən başqa bir insanla uzun müddət idi ki bərabər bir yemək yemirdim. Qəribə olmuşdum...

"Mən dünən gecə sənə çox sərt davrandım. Amma gecəni evdə mənimlə qalmağın hec düz olmazdı"

Dediyim sözdən sonra düşünmüş kimi etdi. Nə deyəcəyini, bilirmiş kimi...

"Olsun... Bu gün səhər səninləyəmsə, hər şeyə deyər. Alisa... Sənə gülmək çox yaraşır. Sən gül..."

Dediyi sözə gülümsədim... Niyə belə danışırdı axı? İlk başlarda, məni hec sevmirdi... İndi isə, qarşımda dayanıb, gülüşümün necə gözəl olmasından danışırdı. Ona necə bir qarşılıq verəcəyimi bilmirdim

"Çayını təzələyim?"dedim ayağa qalxıb. Çay bardağını mənə uzatdıqda mətbəxə gələrək, çayını təzələdim. İçimdə olan hiss, hər nə idisə, mənə yaxşı gəlirdi... Son zamanlarda, mənə çox yaxşı təsir edirdi... Mətbəxdən çıxıb, masaya yaxınlaşaraq çayı masaya qoyub, özümdə masa arxasına əyləşdim.

"Alisa, bəlkə bu gün bərabər nəsə edək? Bir yerlərə gedək? Bir birimizi yaxından tanımış olarıq"

İndi qəbul etsəm sanki bu təklifi çoxdan gözləyirmiş kimi olacaqdım. Etməsəydimdə, onunla vaxt keçirə bilməyəcəkdim. İki daşın arasında qalmaq buna desələr... O qədərdə sevindiyimi bəlli etmədən "Olar... Niyədə olmasın. Mənimdə ürəyim sıxılır tək bütün günü"dedim. Yusif gülməyə başladıqda, məndə güldüm. İlklərə onunla imza atırdım...

Səhər yeməyi bitdikdən sonra, Yusif getmişdi. Məndə ortalığı yığışdırıb, telefonu əlimə aldım. Telefonu əlimə alar almaz Bay "Z"dən mesaj gəldi.

Z: öl'ə bildin?
Alisa: səni sevindirmək istəyərdim amma, hələki sağam
Z: ölmək o qədərdə çətin bir sey deyil
Alisa: səhər - səhər ölümdən danışmaq səbəbin nədi?
Z: Alisa, özünə yeni oyuncaq tapmısan deyəsən
Alisa: kimdən bəhs edirsən?
Z: Yusifdən
Alisa: O oyuncaq deyil! Sözlərinə fikir ver!
Z: nə oldu bizim egoist qızımıza?
Alisa: kim olduğunu niyə demirsən axı?!
Z: niyə deməliyəm?! Sən Turana kim olduğunu demisən?! Sən insanlara əsl üzünü göstərirsən?!
Alisa: dərdin nədi?! Sənə nə axı! Mənim kimə hansı üzümü göstərdiyimdən?! Mənə xoşdu! Başa düşürsən bunu?! Mən nə edirəmsə özümə edirəm!
Z: özünə etmirsən! Ətrafındakılara edirsən! Həmdə bir səbəb olmadan...
Alisa: bir səbəb olmadan hə?
Alisa: səbəbsiz hec nə olmur! Bu gün mənim belə olmağımda hər kəsin bir payı var!
Z: boş - boş danışırsan! Sevdiyin adam səni sevmədi deyə, valideyinlərin boşanıb deyə insanlara bu cür rəftar edə bilmərsən!
Alisa: səhvin var!
Alisa: sən hec nə bilmirsən...
Alisa: əgər mənim belə dərdim olsaydı, dünyanın ən şanslısı olardım... Amma təsüfki,mən bu cür şansa sahib olanlardan olmadım... Dərd dediyin sey, bir insanın səni sevməməsi deyil! Dərd dediyin sey tamam başqa anlayışdı!
Z: Tapmaca kimi danışırsan! Bunu sevmirəm!
Alisa: Bəlkə, səninlə bir gün yollarımız kəsişə...
Alisa: Onda sənə dünyanın necə bir yer olduğunu başa salacam!

Bu gizli 'Z' əsəbimi pozmağa davam edirdi yenə! Hər seyi bildiyini sanıb, hec nə bilmirdi! Nə haqqla mənimlə danışırdı?! Oyuncaq deyilən bir seydə qalmamışdı... Turana belə yazmaz, olmuşdum axır vaxtlar... Amma başlarda, düşündüyüm hər sey çox fərqli idi... İndi isə tamam fərqli... Dünən gecə Turanıda icnitmiş ola bilərdim. Onu tapıb ondan üzr istəməli idim. Onun üçün hazırlaşıb evdən çıxaraq, onların məkanlarına doğru yol aldım. Ağlımdakı fikirləri bir kənara atmağın vaxtı idi. Görəsən bu vaxtı məkanlarında olardı? Hec kimin olmayan ərazilərinə ayaq basdıqda, içimdən yaxşı şeylər olmayacaq deyə bir siqnal keçdi. Məkanlarına gəlib çatdıqda dəmir qapının aralı olduğunu gördüm. Qapını açmaq istədikdə, içəridən gələn bir səs mənim əlimi saxlamağıma səbəb oldu.

"Yusif, mənim gözüm Alisadan hec su içmir. Bu qızda yolunda getməyən nəsə var. Turanada gözü düşüb. Mən hisslərimdə yanılmaram"

Elayın böyük kin ilə dediyi sözlərə, Yusifin verəcəyi cavabı gözlədim. Onun dərsini verəcəkdi!

"Məndə eynən sənin kimi hiss edirəm. Qəribə qızdı... Onun üçün ona yaxınlaşmağa başlamışam. O gələndən qrupumuz dağılıb, bunun səndə fərqindəsən"

Yenə eyni xəyal qırıqlığı... Elayın bir cavab verməsini gözləmədən, yavaş addımlar ilə ordan uzaqlaşdım. Ordan bir az uzaqlaşdıqda, isə möhkəmcə qaçmağa başladım. Nəydən qaçırdım bilmirdim... Mənə ağır gələn hər şeydən başımı götürüb, qaçmaq istəyirdim.
"Z" - yə artıq haqq verməyə başladım... Ən azından sözünü deyə bilirdi mənə... Daha, Yusif kimi arxamdan bir iş çevirmirdi. İllər sonra qəlbimin olduğunu mənə azacada olsa hiss etirən insan, mənə hanısa bir səbəbə görə yaxınlaşırdı... Məni dünən bütün gecə maşında gözləyən həmin, insan... Səhər birlikdə yemək yediyim, axşam isə görüşmək üçün sözləşdiyim həmin O, insan... Ona qarşı niyə əsəbi idimsə? Elə deyildimmi, mən onsuz... Düşündükləri idim... Yanılda bilməzdim onları... Nəfəs - nəfəsə qaldıqda, dayandım. Bir ağacın altına çöküb oturdum. Yox, mən buna pis olacaq bir insan deyildim... Mən bu ola bilməzdim... Üzümə düşən saclarımı geri aldım. İçimdə baş qaldırıb, məni boğmağa çalışan qəhəri yox etməyə çalışdım. Bu xırda bir sey idi... Kecib, gedəcəkdi...
Evə gəlib üstümü dəyişdirdib, özümə yemək hazırlayıb yeyərək, ətrafı yığışdırmağa başladım. Üzüm gülmürdü amma... Gülüşümün mənə çox yaraşdığını deyən insan, gülüşümü məndən almışdı... Axı, gülmək mənim nəyimə?
Beləcə bu günü başa vurduqda, artıq hava qaralmışdı. Yusif görüşmək üçün mesaj atmışdı. Görüşəcəkdim. 'Üzsüz sən' deyən iç səsimə bir şillə atıb, otağıma keçdim. Sadecə, onun oyununu davam etirəcəkdim. Bu qədər...
Qara sadə futbolka, altınada bir şort geyinib, saçlarımıda açıq buraxdım. Yayın istisini hec sevmirdim... Güzgü qarşısında olarkən, çöldən maşın siqnalının səsini eşitdim. Deyəsən, Yusif idi gələn... Telefonumu əlimə alıb, qapınıda kilitləyərək maşına yaxınlaşdım. Maşına minib oturduqda, Yusif mənə baxırdı. Niyə baxırdısa?

"Maşını sürməyəcəksən? Ya elə evin önündə qalacağıq"dedim.

"Sürəcəmdə... Geyinməyə başqa bir şey tapmadın? Şort nədi?"dedi.

Beyinsiz! İnsanın bədənin çılpaq olmasının bir mənası yox idi... Əsas insanın ruhu idi.

"Çılpaq bədənlər, çılpaq ruhlardan daha yaxşıdı..."dedim

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri