Oyuncaq (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 747
Səs ver:
(səs: 0)
Onun burda nə işi vardı?
Bir təsadüf olmalı idi.
Sadecə kicik bir təsadüf...
Mən ayağa qalxarkən, oda ayağa qalxıb mənə doğru bir iki addım atmışdı. Özümü ələ alıb ona doğru yaxınlaşdım...

"Yusif..."dedim səsimin titrəməsinə fikir vermədən.

Düşündüyüm olmasın... Olmasın... Əgər düşündüyüm sey olsa, mən birdə özümə gələ bilməyəcəm. Yusif diqqətlə mənə baxmağa davam edirdi. Susma adam... Susmaq yaxşıya işarət deyil...

"Yusif"dedim bu dəfə səsimi dik tutmağa çalışıb. "Bu bir təsadüfdü elə deyilmi?" deyərək ondan bir cavab gözlədim. Həmdə böyük bir ümüd ilə... Yenə təkrar edirəm 'ümüd ilə...' Üzündə yaranan, kinayə dolusu baxışları ilə "Təsadüflərə inanmaram mən. Səndə inanma..."dedi.

Və başa düşdüm...
Bu bir təsadüf deyildi...
Qarşımda durmuş adam gizli "Z" idi... Qarşımda durmuş adam mənə nifrət edirdi... Qarşımda durmuş bu adam, həyatımın ən böyük oyununu mənə oynamışdı! İndi onu vurmalı, itələməli idim. Amma etmirdim... İçimdə yaranmış kini basdırmağa çalışdım... Bu adam dünən gecə mənim evimin qarşısında idi... Yalan idi hər sey... Oyun idi... Dizlərimi yerə atıb, aşağı çökdüm. Aşağı çöküb gözlərimi yumdum. Gözlərimi açacaqdım, bu mənzərədə bitəcəkdi... Bəlkədə, bir yuxu idi... Gözlərimi yenidən açdıqda dəyişən bir sey olmadı. Yusif qarşımda idi.

"Niyə?"dedim.

Tək bir kəlimə... Milyona dəyən bir sual... Bu vaxta qədər yazışdığım insan O idi... Bilə-bilə mənlə oynadı. Axı, mən ona hec nə etməmişdim... Yox Alisa! Bunları fikirləşmə... Evə gedəndə, bolca fikirləşməyə, üzülməyə vaxtın olacaq. İndi cavab tap... Bir kicik cavab.
Gözlərimi gözlərinə dikdim. Amma bir cavab vermirdi. Ayağa qalxıb yaxasından yapışıb "Cavab ver mənə! Mənə niyə belə oyun oynadın?! Məndən nə istəyirsən?! İstəyin nədi?!"deyə bağırdım. Yaxasından tutduğum əllərimi yavaş - yavaş aşağı salmağa başladı.
İndi onun dodaqlarından tökülən, hər cümləyə mənim ehtiyyacım vardı.

"Zaur... Zaur Bədirbəylini tanıyırsan?"dedi sakit səs tonu ilə.

Zaur Bədirbəylimi? Tanımaq nə kəlimə, həyatına böyük rol qatmışdım. Onunlada oynayıb bir küncə atmışdım. Amma bu oyunum fərqli olmuşdu. Haqqı ilə oynamışdım bu oyunu... Bir gün sosial şəbəkələrin birində 17 yaşlı bir qızla söhbət etməyə başladım. Sən demə Zaur olacaq O alcaq onunla vaxtın keçirib sonradan qızı başqası ilə aldatmışdı. Bir sözlə Badboy idi... Mən hec kimin 17 yaşının elə alacaqlara görə zərər görməsini istəmirdim! Onun üçün Zauru necə var özümə aşiq elətdirib tərk etmişdim onu... Sonrasın bilmirəm... Amma Yusif Zauru hardan tanıyırdı?

"Zaurla sənin nə əlaqən?! "

Bu sözümə kicik bir təbəssüm etdi. Mən bu Yusifi tanımırdım... Mən belə bir adamı tanımırdım...

"Nə əlaqəm hə? Dostum idi... İdi amma... Sənə görə bu ölkədən çıxıb getdi! Səndən bəhs edib durmuşdu bizə. Sən onun üçün çox başqa idin... Sevmişdi səni... İlk dəfə idi bir qızı sevmişdi... Sonra bilirsən nə oldu? Sənin haqqında məlumatlar toplamağa başladım. Və öyrəndimki sən hər oğlana belə edib, onları yarı yolda atıb gedirsən! O gün səni məhləmizdə gördükdə dəliyə döndüm! Bax bu bir təsadüf idi amma... Sənin etdiyini sənə etdim! Tanımadan nifrət edirdim sənə! Sən necə birisisən hə?! Yanımda çox fərqli idin... Sənin O qız olduğuna inana bilmədim..."

Yusifin dediklərinə bir sözlə donub qaldım. Beynində bir senari qurmuşdu... Dediyimdə haqqlı idim... Peşman olmuşdu... Hec bir həqiqəti bilmədən peşman olmuşdu...

"Axmaqsan səndə! Səndə eynən onlar kimi imişsən?! İlk dəfə idi... 2 il sonra ilk dəfə idi bu ürəyimin ritmi dəyişmişdi... Amma çox heyif... Yenə eyni bataqlığa düşdü!"

Bağıraraq dediyim sözdən sonra ona arxamı çevirdim.
Ətrafa baxdım...
Kicik ucuruma...
Bu yol məni ucuruma aparırdı.
Amma, mən ucurumdan qorxmurdum.
Çünki mən ucurumun özü idim
İrəli bir addım atsaydım, nə olacaqdı?
Öləcəkdinmi?
Ah, mən onsuzda ölü idim!
Düşüncələrim ilə irəli addım atdım. Gözlərim ilk dəfə idi bu qədər dolub, bulanıqlaşmışdı... Mənə lənət o gecəni xatırlamışdı hər sey... Lənət gecəni... İrəli bir addım daha atdıqda, bir əl qolumdan məni tutaraq saxladı.

"Dəli olmusan sən! Ölməyə başqa yer tapmadın! İndi sən cavab ver mənə bu oyunları niyə oynayırsan?! Cavab ver... Yoxsa mən dəli olacam..."

Yusifi itələyib, dolan gözlərimi əlim ilə sildim...
Qışqıraraq "Hazırsan eşitməyə?! Hazırsan?!" dedim. Özümdən çıxdığımı bilirdim artıq... Özümü bundan sonra ələ ala bilməzdim...
Nəfəsim indidən kəsilməyə başlamışdı... Dodaqlarımı yavaşaca aralayıb "17 yaşım vardı... 17..."dedim.

Ardını necə deyim axı? Necə...

"Ailəm əvvəldən məni sevmədi... Ailə ola bilmədik biz... Məndə könlümü 17 yaşımda özümdən 5 yaş böyük bir oğlana saldım. Hansı ki bu oğlan hekayələrin baş qəhrəmanı olan badboy oğlanlardan imiş... Sevgili olduq... Çox sevdim onu... Oda məni çox sevdi... Ailəmdən görmədiyim istiliyi onda gördün. Məni hər seydən qoruyub, sahibləndi məni. Sevilmək budu dedim... Bir gün anam yenə iş üçün evdən 2 günlüyünə getmişdi. Sevgilim olacaq insanda həmin gecə bizə gəldi. Hava qaraldıqda getməsini istədim... Allah mənim bəlamı versinki getməsini istədim" deyərək susdum.

Dərin bir nəfəs aldım... Növbəti səhnənin sonun hər kəs bilirdi omsuz...

"Sonra çay dəmlədi... Çayı içdim... O lənət çayıda içdim... Bilirsən səhəri necə açdım" deyərəkən Yusif əli ilə dodaqlarımı tutdu.

Bilirdi... Bu səhərin necə açılacağını bilirdi. Niyə eşitmək istəmirdiki?! Əlini geri itdikdə Yusif qışqıraraq "Sus! Yalvarıram sus"dedi.

Yox susmayacaqdım... Susmayacaqdım bu dəfə!

"Bilirsən səhəri necə açdım?! Bədənimdə olan ağrılar, yatağımda isə hiss etdiyim islaqlıq ilə! Canım yandı... 17 yaşım zərər gördü... Məənn mənnn" deyib göz yaşlarıma boğuldum.

Yusif mənə yaxın durub sarılmağa çalışdı. Amma onu itib durdum. Mən itdikcə məni daha möhkəm quacaqladı.

"Alisa... Alisa məni bağışla... Alisaaa"dedi qulağıma fısıldayıb.

Nə deyəcəyini bilmirdi... Mənsə 2 il sonra ağlamışdım... O gecə lənətdi... O səhər lənətdi mənə... Mən hər ayın 26 sı ölüb - ölüb dirilirəm. Və bundan hec kimin xəbəri olmur... Var gücüm ilə Yusifi itələyib ondan ayrıldım.

"Qarşında durmuş bu qız var ha bu qız! Bu qız sadecə kicik bir sevgi istəmişdi..."deyib cibimdə olan qayçını çıxardıb dizlərimi təkar yerə atdım.

Qayçını ona uzadıb "İndi bu saçları kəsə bilərsən!"dedim dik durmağa çalışıb. Ona uzanan əlimə bir xeyli baxdı. Daha sonra oda dizlərini yerə atıb qarşıma çökdü. Əllərini əllərimə yaxınlaşdırıb qayçını əlimdən almaq istədi. Amma əlləri titrəyirdi... Qayçını əlimdən aldıqdan sonra "Əks cinsdən biri olduğum üçün özümdən utanıram indi..."dedi.
Udqundum... Gözümdə qalan yaşları əlimin tərsi ilə sildim. Mən güclü idim... Mən güclü bir qız idim.
Qayçı olan əlindən tutub "Kəs bu sacları! Kəs! Bitsin hər sey! Sən öz yoluna mən öz yoluma! Mənim yolum budu Yusif... Bir daha Tanrı mənə bunu xatırlatdı..."dedim.

Etmək istəmədiyini bu sacları kəsmək istəmədiyini bilirdim. Bu adam, başqa idi... Saclarımdan böyük bir tutam alıb qayçını yaxınlaşdırdı. Məndə gözlərimi yumdum... Saclarıma qayçı dəyməyə başlayarkən "Mən hec vaxt, sevmərəm dediyim... Nifrət etdiyim qadına aşiq oldum" dedi.

Gözlərimi bu sözü ilə açdım. Amma mən bundan sonra sənə, gələ bilməzdim. Gələ bilməzdim, adam...

Bölümün sonu

Müəllif:Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri