Oyuncaq (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 810
Səs ver:
(səs: 1)
İndi bərabər gül dükanına gəlmişdik. Səmayə xala ilə salamlaşıb, daha sonra bu gün buranı işlətmək üçün ondan icazə almışdıq. Oda Yusifi tanıdığından sevə - sevə razlıq verib getmişdi. İndi yenə Yusif ilə baş - başa idim bu dükanda. Burda niyə olduğumu bilmirəm. Yusifdən niyə belə bir sey istədiyimidə bilmirəm... Dün axşam o təpənin kənarında bütün həqiqətləri öyrənməyimə rəğmən mən hələdə Yusifin yanında idim. Bu da mənim bir axmaqlığım olsun. Yusif qızılgüllərə yaxınlaşıb əlinə bir qızılgül alaraq mənə yaxınlaşdı. Gülü gülümsəyərək mənə uzatdı... Tarixi təkrarlayırdı...

"Dünyam, nə vaxt alacaqsan bu gülü əlimdən? Sənədir bu"

Dünyam hə? Nə dəyişik...

Yavaşca əlimi uzadıb, gülü onun əlindən alaraq
"Çox sağ ol... Ehtiyyac yox idi amma" dedim.

İstəmirdim... Özümü özəl biri hiss etdirməsini istəmirdim. Sonu hüsranla bitirdi... Niyə yanımda olduğunuda bilmirdim. Niyə ona get deyə bilmirdim?! Beynim qazan kimi oldu yenə... Yusif mənə qarşı bir addım daha atıb, sağ əlini belimə keçirib məni yavaşca özünə çəkdi. Diqqətlə mənə baxmağa başladı. Məndə ona...

"Ehtiyyac var... Bundan sonra hər sey çox fərqli olacaq. Buna öyrəşməyə başla"

Yusifin pıçıldayaraq dediyi sözlərdən sonra, onu itələyib geri çəkildim.

"Mənə birdə toxunma!"deyə tərslədim onu.

Nə edim...
Birinin barmağının ucu ilə belə olsa, mənə belə tərzdə toxunmağını həzm edə bilmirdim. Aşa bilmirdim, bu əngəli...

"Yaxşı... Bağışla... Anidən oldu. Səni incitmək istəmədim. Daha da diqqətli olacam. Amma səndə mənə kömək et. Özünü məhrum etmə bu gözəlliklərdən"

Boş - boş sözlər...
Mən inanmıram birdə kiməsə, güvənə biləm... Yenidən kiməsə ürəyimi açam. Bəzən olmur... Başa düşürsüz?
Bəzən nə qədər çox istəsəndə olmur.

"Yusif işimizə baxaq" deyərək stolun birin çəkib əyləşdim. Yox, yəni niyə belə olmalıydı? Mən oyuncaqlarımla oynamaq istəyərkən, qarşıma Yusif çıxıb hər seyi korlamışdı. Onun qaşında olan çapıq diqqətimi çəkməsəydi, bu gün hec nə bu cür olmayacaqdı. Nəysə, bunları fikirləşməyim. Çünki, hec nə dəyişmir.
Hec bilməzdim amma gələn gedən çox olmuşdu dükana. Bir xeyli gül satmışdıq. Bu ən çox Yusfin gülər üzündən qaynağlanırdı. Şirin dilini işə salırdı. Mənimdə üzümü güldürürdü... Hisslərinin həqiqi ya yalan olduğunu bilmirdim, amma yanında özümü xoşbəxt hiss edirdim. Bunu mənə hiss etdirirdi... Günorta ikimizə dönər sifariş vermişdi. Günortanıda yola verdikdə, axşam düşmüşdü. Bu arada anam olacaq Elza xanım mənə zəng etmişdi. Sabah gəlirmiş... Hava qaralamağa doğru gedərkən, içəri əl ələ girən Arzu ilə Həsən gəldi. Çox güman Yusif burda olduğumuzu deyib. Həsənin üzün görmək istəmirdim mən. Necədə yalancı bir insan idi. Yusif necə razlıq vermişdi bu işə axı? Həsən mənə diqqətlə şəkildə baxıb, Arzunun saclarına öpücük qondurdu. Xəstə idi, nə idi?!

Həsən "Yusif sənin nə vaxt sevgilin olacaq hə?"deyib mənə göz vurdu. Mən indi əsəbləşməyim nə edim hə?! Yusif göz altı mənə baxıb əlindəki gülləri qaba yerləşdirərək "Həsən, sən Arzu ilə maraqlan. Mənim işlərimə baş qoşma yaxşı?"dedi.

Bu haqqda Yusiflə danışmalı idim mən. Həsən Arzunu üzəcəkdi... Arzu gülməyə başladı.

"Hey bir birinizlə bu qədər sərt danışmayın. İkinizdə mənim canımsız. Bu arada Turandan xəbəri olan var? Ortalıqda görsənmir necə vaxtdı"

Turan yaddan çıxmışdı... Onunla nə edəcəkdim daha? Həsən Arzunun sözünə qatılıb "Mənimdə diqqətimi çəkib. Elay ilə Turanda vəziyyət hecdə yaxşı deyil. Alisa gələndən hərə bir yerdədi"dedi mənə söz atıb. Bir az daha mənə söz atsaydı, günün görəcəkdi! Yusifə dönüb baxdım. Əlindəki gülü yerə qoyub, əsəbi şəkildə Həsənə baxdı.

"Birdə ağzına gələni danışma! Dükkanıda bağlayıram daha."

Yuh! Birdə qovsaydı...

"Yusif, Həsən kicik bir zarafat etdi. Sizə nə olub axı belə?"deyə Arzu soruşdu. İndi cavabını ver Yusif bəy!

"Onu sevgilindən soruş"

Off! Niyə çağırmışdı onları bura? Niyədə tərsləyirdi?!

"Sevgilim gəl gedək biz. Yusif yaxşı görsənmir"

Həsən Arzunun əlindən tutaraq dükkandan çıxdı. Mən isə Yusifə baxmağa başladım. Yusifə o qədər diqqətli baxırdımki, axrı dözməyib "Nə baxırsan?"dedi. Bu sözünə gülmək tutdu məni. Ciddiyətimi itirdim...

"Belə etməklə tək Həsəni yox, Arzunuda incitmiş olursan"dedim.

"Tək Arzu incimir... Səndə incinirsən"dedi.

Adama bax! Sanki, Həsən haqqlı deyil.

"Amma Həsən haqqlıdı"dedim dayana bilməyib.

"Həsənin haqqlı olub olmaması vecimə deyil! İşin ucunda sən varsansa işlər dəyişər. Hazırlaş bizdə gedək. Pulu Səmayə xalaya verməliyəm hələ"

Mənə bir söz demək düşməzdi daha. Biri məni qoruyurdu... Dükkanı bağlayıb, Səmayə xalanın evinə tərəf yol almağa başladıq. Səssizcə yolda ikimiz irəlləyirdik. Öz özümə gülümsənirdim. Yusif isə fikirli görsənirdi. Görəsən, beynindən nələr keçirdi? Kaş, beynin içini oxuya bilsəm...

"Nə fikirləşirsən?"deyə aramızda olan səssizliyi pozdum.

"Sənin divarlarını necə yıxacağımı fikirləşirəm. Mənə nə vaxt şans verəcəyini... Ya da yox, bunları sənə deməli deyiləm. Səssizcə yolumuza davam edək"

Almışdım cavabımı... Amma tam olaraq bunu fikirləşmədiyini bilirdim. Bunada bir nəysə...
Səmayə xalanın pulunu verdikdən sonra növbəti yol, bizim ev oldu. Bu yolun bitməməsini istədim. Evimizə çatdıqda hər sey bitəcəkdi. Mən yenə qaranlığıma daxil olacaqdım. Evin qarşısına çatdıqda ayaq saxlayıb bir birimizə döndük.

"Bu gün üçün çox sağ ol. Birdə... Evin qarşısında bütün gecəni gözləmə"dedim.

Başını aşağı salıb mənə baxmamağa çalışdı. Yerdə olan kicik daşı ayağı ilə sağa sola itələdi. Daha sonra yenidən mənə baxdı.

"Buna sən qərar verə bilmərsən. Küçə sənin deyil. İndi get evinə"

Belə cavab gözləmirdim. Başımı aşağı sallayıb evimə daxil oldum. İndi yenə bütün gecəni maşında keçirəcəkdi. Başqası olsaydı, evə alardı... Amma mən edə bilməzdim. Dediyi kimi insanlar ilə arama hördüyüm divarları, yıxa bilməzdim... Özümə bir çay hazırlayıb, şirniyyatla içməyə başladım. Telefonuma gələn mesaj səsi ilə telefonu əlimə aldım. Yusif idi yazan.

"Darıxdım sənin üçün"

Sanki yarım saat əvvəl məni görən bu deyildi. Məndə darıxmışdımmı?

"Bütün gün bəs etmədi sənə?"yazaraq göndərdim. Mesajım anında mavi xət oldu.

"Nəyinki bütün gün. Bir ömür görsəm belə bəs etməz. Nə edirsən?"

İlk yazdığı mesajı görməməzlikdən gələrək sualına cavab verdim.

Alisa: çay içirəm
Yusif: nuş sənə
Alisa: Yusif üz üzə danışa bilməyəcəkdim. Onun üçün indi sənə mesaj şəklində yazacam
Yusif: nəyi dünyam?
Alisa: dünyam demə mənə
Yusif: dünyamsan axı :)
Alisa: off!
Alisa: bundan sonrası necə olacaq? Mən Turana anonim şəkilində yazırdım... Turanla Elayın arasını vurmuşam. Məryəmin Həsəni sevdiyini bilirəm... Həsəndə Arzu ilə oynayır. Ən saf bir tək Arzudu... Bu qədər yükü necə daşıyım axı mən?
Yusif: tək dərdin bunlardı?
Alisa: yetəri qədər təhlükəli bir vəziyyətdi
Yusif: boş ver hamsını
Yusif: Turana yazma daha
Alisa: utandım mən...
Yusif: nəyə görə?
Alisa: dostuna etdiklərimə görə. Utanmaz - utanmaz bu mövzu haqqında səninlə danışıram
Yusif: mənimlə danışmalısan
Yusif: bir problemin olduqda ilk mənim yanıma qaçmalısan.
Yusif: söz ver mənə
Alisa: nə sözü?
Yusif: daha əvvəlki kimi olmayacaqsan...
Alisa: bu o qədərdə asand bir sey deyil.
Yusif: Dünyam, birlikdə öhdəsindən gələcəyik. Sən sadecə cəhd et
Alisa: söz vermirəm
Alisa: amma çalışacam ...
Yusif: bu mənə bəs edir :)
Yusif: hər sey çox gözəl olacaq
Alisa: mən nədənsə elə hiss etmirəm
Alisa: Məryəmin bu qədər səssiz durması hec xeyri əlamət deyil, biləsən ...
Yusif: Olsun...
Yusif: yanımda sən olacaqsansa, hər seyə razıyam mən
Alisa: Gecən xeirə, Yusif ...
Yusif: Gecən xeirə, Dünya'm...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri