Oyuncaq (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 5 443
Səs ver:
(səs: 0)
Dün gecədən sonra günəşli bir sabah açılmışdı. Hər sualım cavabsız qalırdı. Amma hələdə yaşayırdım. Yaşamağa davam edirdim. Pəncərə qarşısına keçib ilk öncə Yusifin orda olub olmamasına baxdım. Orda idi yenə... Gördüyüm qədəri ilə yatmışdı... Ona baxmağı kəsib aşağı düşdüm. Özümə səhər süfrəsi hazırlayıb, yemək yedim. Daha sonra ortalığı təmizləməyə çalışdım. Ağlım isə hələdə çöldə maşında yatan Yusifdə idi. Getmişdimi? Ya hələdə orda idi? Tam bunu fikirləşdiyim an qapının zəng səsini eşitdim. Görünən o idiki getməmişdi. Bizə gəlmişdi... Üzümdə yaranmış gülüşə mane ola bilməyib, qapını açdım. Qapının ardında dayanmış insanı gördükdə, üzümdəki gülüş donub qaldı. Mən Yusifi gözləyirdim, Turanı deyil... Turanın ciddi üz ifadəsi işlərin yaxşı getdiyindən bir xəbər vermirdi.

Səsinin tonun azcıq qalıdırıb "Səninlə danışmalıyıq"dedi.

Danışmalı idim onunla? Ya qaçmalı idim? Hansı üzlə onunla danışacaqdımki? Qapının kənarına keçib, içəri keçməsinə şərait yaratdım. Turanda bunu gözləyirmiş kimi içəri daxil oldu. Qapını örtüb irəli addım atdım. Mən niyə axı özümü belə hiss edirdim? Bilirsiz necə idi? Sanki balaca bir uşağın oyuncağını əlindən almışdım, oda ağlayırdı. Anası onun ağlayış səsini eşitməsin deyə məndə onun oyuncağını yenidən ona qaytarıb, ağlamaması üçün başını qatırdım. Hə, eynən belə idim mən indi...

"Ahh Alisa əlinə nə keçdi axı sənin belə etməklə?"

Turanın bu sözü ilə düşüncələrimdən ayıldım. O həqiqətləri bilə bilməzdi axı. Ona gözlərimi qısaraq baxmağa başladım. Başqa nə cür baxım axı?

"Sacların yaraşıb..."

Növbəti sözü ilə boyunumdan kəsilmiş əyri olan saclarıma baxdım. Yusifin, əl işi...

"Gəl qonaq otağına kecək. Nə danışmaq istəyirsənsə danış" dedim. Turan ətrafa nəzər salıb mənə baxdı sonda.

"Ehtiyyac yoxdu. Sözümü burda da deyə bilərəm... Niyyətin nə idi? Hamını bir birinə düşman edib, getmək? Ya yarı yolda fikirini dəyişib mənimlə yoxda Yusif ilə oynamaqmı?"

Ağır gəldi sözlər... Hardan bilirdi? Yusifmi demişdi? Hər kim demişdisə, demişdi... Əsas olan haqqlı olması idi. Amma Yusif ilə oynamaq mənasında deyil...

"Hekayəmin necə faizin bilirsən?"dedim sadecə. Bu qədər suallar varkən, mənim verdiyim suala bax.

"Təcavüzə uğradığın qədərin deyim və susum..."

Sus... Sən sus...
Bu qədərini bilmək, sənə yetməzkən, sən birdə üzümə durub mənə bunları de. Sanki, nağıl danışırmış kimi...

Bütün qəzəbim ilə "Hardan bilirsən?!"dedim.

Turan ciddiyətini hec pozmadam "Nə mənası var? Məryəm demiş, Həsən demiş, Elay demiş"dedi. Məni yayındırmağa çalışırdı. Bunu bilən bir tək Yusif idi. Və nədənsə ağlımdan Yusifin dediyini keçirtmək belə istəmirdim.

"Kimdən öyrənmisən?! Necə öyrənmisən?!" deyə qışqırdım bu dəfə.

"Etdiklərinə utanmırsan, amma kimdən öyrəndiyimi bilmək istəyirsən? Məryəmdən öyrənmişəm. Yusif ilə səni izləyib... Səndən şühnələnirdi... Şühbələrində də haqqlı imiş. Hamının arasın bir birinə qatmaq idimi məqsədin?! Nə əldə etdin?! Sevindinmi bizi bir birimizdən ayıranda?! Ya hələ mənə anonim kimi yazmağına nə deməli? Allahım düşündükcə mən dəli oluram! Mələk dediyim qız tam bir şeytan çıxdı!"

Ağır deyildmi sözləri...? Ya haqq edirdim? Niyə belə yollara baş qoşmuşdum axı? Gözlərimin dolduğunun fərqinə vardıqda əllərim ilə gözlərimi sıxdım. Nə cabab verim? Cavabı var idimi ki?

"Cavab verdə! Bir cavab ver! İndi Yusif ilə bir birinizi sevirsiz?! Yusif sənin kimi qızı necə sevə bilər?! Düşün bir"

Nə sevgisi... Mən hec kimi sevib etmirdim... Mənim kimi bir qızı, isə kim sevə bilər? Yusifmi..?

"Nəyə cavab verim?! Hər şey ortadadı! Çıx get indi evimdən! Xahis edirəm səndən!" deyərək işarət barmağımı qapıya tuşladım.

Getməsəydi, hec yaxşı seylər olmayacaqdı...

"Üzsüzsən sən! Sənin kimi qıza həyatımda birinci dəfədiki rastalayıram! Lənətə gələsən səni! Lənətə! İnsanlar ilə oyuncaq kimi oynayan yazığın birisən!"

Dərindən nəfəs al Alisa... Turan indi çıxıb gedəcək! Əsəbləşmə...

"Get indi! İçindəkiləri dedin çıx get indi!"

Onu qarşımda, bu şəkildə görmək əslində bir qəlbim olduğunu mənə xatırlatmışdı. Mən nə etmişdim?
Turana mənə doğru yaxınlaşıb, düz qarşımda dayanaraq dodaqlarının arasında kicik bir fısıltı ilə "Son bir sey daha"dedi.
Nə deməsəni gözlədim... Gözlərini gözlərimin dərinliklərinə dikib "Təcavüzə uğramış bir qızı kim qəbul edər səncə?"deyib mənə göz vurdu gülərək. Bu artıq son damla idi! Onu sərt şəkildə geri itələyib "Hamınız eynisiz! Eyni! Nifrət edirəm siz oğlanlara"deyə qışırdım.
Tam bu sırada qapı açıldı. İçəri girən Yusifi gördükdə, Turana baxdım. Yusif mənimlə oynaya bilməzdi...
Yusif mənə doğru yaxınlaşıb "Yaxşısan sən?" deyərək Turana baxdı. Başımı aşağı saldım... Mənim daha gücüm yox idi... Yox idi məndə güc... Bitmişdim...
Turan "Hec olmayacaq qədər yaxşıdı. Oyuncaqları ilə oynayıb, daha sonra doyub! Sən Yusif, bu cür qızı necə qəbul edirsən hə?! Bu cür iyrənc bir qızın yanında necə qalıb, ona sahib çıxırsan" dedikdə Yusif Turana bir yumruq atdı. Burda nə yaşanırdı belə?!
Turan yumruq dəyən üzünü tutduqda, Yusif onun üstünə gəlib "Birdə Alisa haqqında bu cür danışmayacaqsan! Birdə onu üzəcək, incidəcək, bir ifadə işlətməyəcəksən! İnanki nə dostluğa baxaram, nə də qardaşlığa! İndi tez üzr istə!" deyə Turanın yaxasından tutub mənə tərəf itələdi.

"Bu qıza görə bizə qarşı gəlirsən?! Yəqin sənə istədiyini verir. Məə" dedikdə Yusif kəliməsini yarıda kəsib onun yaxasına yapışdı təkrar.

"Nə dedin?! Birdə təkrar et!"

Yusifin sərt şəkildə dediyi sözə, Turan onu itələyərək "Üzr istəyirəm! Üzr istəyirəm! İkinizdə bir qəpiyə dəymərsiz! Bu gündən nə dostumsan, nə də qardaşım!"deyə hirslə yanımızdan keçib qapını möhkəm şəkildə vuraraq çölə çıxdı. Onun gedişi ilə dizlərimi yerə atdım. Mən nə etmişdim belə? İçimə dolan ağlamaq hissini daha çox basdıra bilməyib möhkəmcə ağladım. Üzüm ilə əlimi tutduqda, Yusifində qarşıma çökdüyünü gördüm. Əllərini havaya qaldırmış, mənə toxunmaq istəyirdi... Amma edə bilmirdi... Əlləri havada aslı şəkildə qalmışdı.

Yusif "Belə olmağını istəməzdim mən... Yalvarıram sənə ağlama... Sənin gözündə bir yaş görmək istəmirəm daha" dedikdə gözlərimi silib, ağlar şəkildə ona baxdım. Qarşımdakı insanın həqiqət olub olmadığını bilmirdim. O qədər oyunlar oynamışdım ki... Amma qəlbim inanmaq istəyirdi, bu dəfə... Yalansız bir şəkildə, inanmaq. Mənə sarılmaq üçün qollarını açan insana baxdım. Sarılmaq üçün icazə istəyirdi... Bəs mən necə? Bu bədən o qolları istəyirdimi? Ehtiyyacım var idimi? Mən həyatımda məni başa düşəcək insanlar istəyirdim... Yusif doğru insan olsada, doğru zaman deyildi...

Qısıq səsim ilə "Sarıl mənə" dedim.

Bu sözümü gözləyirmiş kimi, mənə qarşı yaxınlaşıb qolları ilə məni sardı. Niyə içimə daha çox ağlamaq istəyi doldu? Onu özümə tərəf daha çox sıxdıqda, burnuma ətrinin qoxusu doldu.

Lavinia gülü qoxurdu bu adam. Yəni, ölüm...

Qoxusunu içimə daha çox çəkdikdə, məni özünə daha möhkəm qucaqladı.

Narin səs tempi ilə "Bilirsən nə istəyirəm indi?"dedi.

Ağlayışlı səsim ilə "Nə istəyirsən?"dedim.

"Səninlə 17 yaşında qarşılaşmaq istəyərdim..."

Başımı boyun gircəyindən azacıq qaldırıb ona baxdım. Əgər 17 yaşımda qarşıma Yusif çıxsaydı hər sey başqa cür ola bilərdi? Susdum... Susqunluğumu görən Yusif, məcburi bir şəkildə gülümsəməyə çalışıb "Amma bir mənası yoxdu. Ya 17 olsun ya 19... Məndə sənin 19 yaşın olum... Mən indi varam. Nə olursa, olsun səni hec vaxt tərk etməyəcəm"dedi.

Sən tərk etməyəcəkdin, bəlkədə... Amma mən tərk edəcəkdim... Bir söz demədən başımı yenə boyun girəcəyinə salıb, qoxusunu içimə çəkdim. Bu qoxunu bir ömür boyu unutmazdım mən...
Özümə bir az gəldikdən sonra Yusif getmişdi. Məndə düşünməyə başladım. Nə düşünürdüm? Bu gün necədə lazımsız bir insan olduğumu... Bunu hec kimə yaşatmağa haqqım yox idi. Xüsusi ilədə Yusifə! Onu öz qaranlığıma daha çox çəkə bilməzdim. Turan dediklərində haqqlı idi. Mənə görə Yusif hamıyla qarşı - qarşıya gəlmək məcburiyyetində idimi?! Yox deyildi... Sabah nə olacağını bilməyən bir qıza görə həyatını məhv etməsi lazım deyildi. Burda daha çox qala bilməzdim. Mən bu gün səhər yaşadıqlarımdan bu anladım. Anam nəhayət gəlib çıxa bilmişdi. Axşamda düşmüşdü... Çamdanıma ən çox sevdiyim şortumuda qoyub aşağı düşdüm. Yəqinki anamın mənə ayıracaq bir 5 dəqiqəsi var idi.

"Səninlə bir sey danışmalıyam"deyib yanına əyləşdim.
Əlindəki sənədləri yerə qoyub "Nə danışmalısan qızım? Tez de işim var"dedi. Dərin bir nəfəs aldım. Bu sənədlər həmişə nədənsə məndən daha vacib idi...

"Mən atamın yanına köçürəm... Burda qala bilmirəm. 18 yaşımıda tamam etdiyimə görə hara istəsəm gedə bilərəm"

Anam əlindəki sənədləri yerə qoyub "Qızım məni tərk edəcəksən? Mən sənsiz nə edərəm?" dedi. Sanki gün ərzində məni görürdə, mənsiz nə edərmiş...

"Mən səndən icazə almıram. Gedəcəyimi deyirəm. İndidə gedirəm. Bu arada səndən kimsə ev ünvanı soruşsa kiməsə hec nə demirsən... Səndən son istəyim budu"dedim.

Yuxarı qalxıb çamadanımı əlimə alıb evdən çıxdım. Anamda mənim ardımca çıxdı. Qucaqlaşıb taksiyə mindim. Taksi işə düşdükdə, telefonumu çıxardıb Yusifə yazmağa başladım.

"Hər sey üçün sənə təşəkkür edirəm... Səni tanıdığım üçün çox şanslıyam... Bəlkədə 17 yaşımda qarşıma çıxmadın, amma 19 yaşımda çıxdığın üçündə sənə borcluyam... Qoxunu hec bir zaman unutmayacam..."

Mesajım anında oxundu. Telefonun başında mənim yazmağımı gözləyirdi?

"Dünya'm məni qorxutma... Bu əlvida mesajına oxşayır"

Gələn mesajı gözümdən bir damla yaş düşərək oxudum. Əllərim titrəyərək ona son dəfə yazdım.

"Bir əlvida mesajı olaraq deyil, son xatirə kimi oxu mesajımı... Səni çox istədim mən..."

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri