Oyuncaq (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 860
Səs ver:
(səs: 0)
Zamanla hər sey dəyişirdi...
Ən əsasda mənim Yusifə qarşı hiss etdiklərim.
1 ay 12 gün ərzində keçirtdiyim dəyişkən hisslərim. Və hal hazırki mən...
Dediyi son cümlə ilə ürəyim sürətli döyünməyə başlamışdı. Mədəmin üstündə isə sanki nəsə gəzirdi. Bilmədiyim, hec vaxt hiss etmədiyim bir duyğu idi bu. Bu vaxta qədər ondan gizlənməyim, səhv hərəkət idi. Həyatımda nə düz gedirdiki?
Cavab: hecbirsey ...
Amma bu dəfə bir seyin düz getməsini istəyirdim. Bilirəm, bir tərəfim həmişə əskik qalacaqdı... Lakin, bu dəfə bəzi seylərə addım atmaq lazım idi.
Üzümdə yaranan gülüşü gizlətmədim... Gözlərimidə ondan hec qaçırtmadan, qısıq səsim ilə "Məndə elə hiss edirəm"dedim. Yusifin sevdiyini hiss etdim, bu sözüm ilə...

"Sabah gül dükkanı bizimdi onda"dedi.

Sabah olmazdı...
Univeristetin ilk günü idi. Həmdə mənim bir işim vardı... Onunla bu mövzu haqqında söhbət edib etməməkdə dəqiq bir fikirim yox idi. Hal hazırda bu anı işimlə poza bilməzdim

"Baxarıq bir işim olmasa, bizim olar" dedim.

"Sabah uninin ilk günüdü. Unin hardadı hec bilmirəm mən. Bir az məlumatlandırsan bu haqqda məni"dedi.

Bu sözü ilə ayağa qalxdım. Bunlara bir cavab vermək istəmirdim.

"Bunları danışmağa hələ çox zamanımız olacaq. Mən isə indi evə getməliyəm"

Bu sözümdən sonra Yusifdə ayağa qalxdı. Qəbul etməkdən başqa bir çıxış yolu yox idi.

"Yaxşı, elə olsun... Sənə qarşı gəlmək istəmirəm. Amma evinizə qədər səninlə gəlməyimə icazə verərsən?"dedi

"Böyük məmnuniyyətlə"deyərək ona gülümsündüm.

Bərabər evin yoluna tərəf addımlamağa başladıq. Yol boyu ara sıra bir birimizə dönüb baxırdıq. Gözlərimiz ay işığında, bir biri ilə kəsişirdi... İçim isə səssiz bir fırtınaya qərq olmuşdu... Yanımda mənimlə bu yolu birgə addımlayan bu adam, sona qədər bu yolu mənimlə gedəcəkdimi? Bunuda zaman göstərəcəkdi..
Binanın qarşısına çatdıqda, sağollaşaraq evə gəldim. Bu gün çox yorulmuşdum. Ayağımdaki ayaqqabını çıxardıb, bir küncə ataraq otağıma daxil oldum. Üzüm isə gülürdü... Gülüşüm dayanmırdı... Yolda yeni telefon nömrəmi ona vermişdim. Bəzən qaçmaq boşuna olur. Hec nəyi həll etmir, qaçıb getmək. Yorğunluğumu çıxarmaq adına çarpayıma uzandım. Gözlərim yumduğum an telefonuma mesaj gəldi. Saniyə keçmədən gözlərimi açdım. Yusif olmazdı hər halda? İçimdən keçən sevinc hiss ilə telefonumu əlimə aldım. Ekrana baxdığım an tanımadığım nömrədən mesaj gəldiyini gördüm. Yusif idi... Çox gözlətmədən mesaja daxil oldum.

"1 aydan çoxdurki sənə bu sözü demək istəyirəm. Amma deyə bilmirəm..."

Mesajın mahniyyəti nəydən ibarət idi? Bunu düşünərkən ikinci mesaj gəldi...

"Sacların... Sacların belə daha gözəldi. Mən səni qısa saclada sevərəm... Birdə uzanmasın o saclar... Amma, azalsın ağrıların... Keçsin yaraların..."

Şeir kimi sözlər...
Mənəmi yazılmışdı...?
Sevmə adam...
Məni bu qədər gözəl sevmə.
Hec düşünmədən ona cavab yazmağa başladım.

"Kimi saclarını kəsərək intihar edərdi... Kimi biləklərini... Məndə ümüdlərimi kəsərək etmişdim... Amma ümüdlərimi sən diriltdin... Bu bilirsən nəyə bənzəyir? Bu qurumuş amma daha sonra yenidən yaşıllaşan bir ağaca bənzəyir. Həmdə o ağacın üstündə artıq çiçəklər açır. Həmin ağac mən... Çiçəklər isə o gül dükkanıdı..."

Mesaj anında mavi xətt oldu. Buna nə cavab gələcəkdi? Qorxuyla adım atmamışdım... Yanılmaq qorxusunu bir kənara qoyaraq bu mesajı atdım mən. Ondan bu həycanı, keçirərək bir mesaj gözləyirdim...

"Xəyal et... Sənin mənimlə bir gül dükkanımız var. Adını nə qoyardın?"

Gələn mesajı kicik təbəssüm ilə təkrar - təkrar oxudum. Ani bir sual olmuşdu. Bəs adını nə qoyardım? Fikirləşdim, fikirləşdim... Ağlıma tam bir fikir gəlmədi... Mən gül satmaq işini çox sevmişdim. Ağlıma bir ad gəldi... Bu ad ən uyğunu olardı.

"Dünyam?" yazaraq daha çox geçikdirmədən göndərdim mesajımı.

"Xəyalın bir gün gercek olacaq :)"

"Bəlkə... Bəlkədə bir gün :)" yazıb sonunda "Gecən xeirə" yazaraq göndərdim.

"Rahat gecələr Dünyam" deyə anında bir cavab gəldi.

Mesajlarımızı oxumağa başladım. Eyni indi dünyalarımız... Ona bir əl uzatsam, tutardı... Amma diqqətimi bir sey çəkdi. Onun adını kontakta nə deyə qeyd edəcəkdim. 100 % mən onda 'Dünyam' deyə qeydli idim. Bəs mən nə yazım? 'İkinci mən' yazaraq qeyd edib telefonu bağladım. Bu daha uyğun idi. Sabah mənim üçün böyük bir gün idi. Gözlərimi yumaraq yuxuya daldım.

Sabahın açılması ilə ayağa qalxıb sərbəst küçə sitilində bir paltar geyinib güzgü qarşısında durub özümə baxdım. Uniyə gedirdim hə mən? Saclarımı ustaya gedərək dahada boyun dibindən elətdirmişdim. Gözlərimə isə bir sürmə çəkib, kürək çantamıda götürüb evdən çıxdım. Uniyə gəlib çatdıqda ətraf insanlarla qaynayırdı. İnsanların arasında keçmədən ən sonda dayandım. Mən bura özümə dost tanış tapmağa gəlməmişdim... İnsanları hələdə sevmirdim... Görməyə gözüm belə yox idi. Edilən çıxışlar qulağımı kar etməyə başlayarkən, kiminsə mənə baxdığını hiss etdim. Bu baxış hecdə uzaqda deyildi... Mənim sağ tərəfimdən bir az daha uzaq idi. Gözlərimi o nöqtəyə zillədikdə mənə baxan Turanı gördüm. Turanı görməyim ilə yanında durmuş Həsənə baxdım... Onlarda mənə baxırdı... Onların burda oxuduğunu bilmirdim. Hər ikisinin baxışları qoruxuducu idi. Şəhərdə başqa univeristet qalmadı?! Onların oxuduğu uniyə gəlib düşdüm?! Baxışlarımı onlardan çəkdim. Birazdan harda olsa Elayla Məryəmdə çıxardı! Buda mənim gözəl səhərim! Bunu fikirləşib düşünərkən, beynim indi dərk etdi. Yusifdə burda idi... Dostluqları olmasada eyni univeristetə düşməyi necə bacarmışdılar axı? Buda cavabsız bir sual...
Sinifimə nəhayət girə bilmişdim. İlk gündən hər kəs qaynayıb qarışarkən mən uzaq dururdum təbiki! Mənim başımda daha böyük bir bəla vardı. Nədənsizcə üzüm asıq idi. Burdan çıxdıqdan sonra işdə vardı... Yenə hər şey üst - üstə... Onları görməyim deyə sinifdən hec çölə addımımı atmamışdım. Qarşılaşmağımız an məsələsi ola bilər...
Dərs bitdikdən sonra sinifdən çıxdım. Yusifin mesaj yazacağını bildiyim üçün telefona belə baxmamışdım. Korpusdan rahat bir şəkildə çıxdıqda dərin bir oh çəkdim. Hec birini görməmişdim. Uninində qapısından çölə çıxdıqda, dərin bir oh çəkə bilmədim. Çöl qapının kənarında Turan vardı. Və məni gözlədiyi dəqiq idi... Ürəyimə bir hiss damdı... Hecdə yaxşı seylər olmayacaqdı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 860
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri