Oyuncaq (24-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 482
Səs ver:
(səs: 1)
Gözlərimi yavaşca açmağa başladıqda məndən bir az aralı dayanan Yusifi gördüm. Əlində də bir telefon vardı. Mənim idi o telefon...
Mənə etibar etmirdimi?
Telefonum niyə onda indi?
Mənim ayıldığımı görüb telefonun ekranını bağladı. Məndə yuxulu halımla ayağa qalxdım.
Ondan bir cavab gözləyirmişcəsinə ona baxdım.
Telefonu mənə uzadıb "Mesaj gəlirdi. Məndə səssizə almaq üçün telefonu əlimə aldım. Amma gözüm mesaja sataşdı"dedi.

Telefonu əlindən alıb, gələn mesaja baxdım.
Mesajı görməyim ilə göz bəbəklərim böyüdü. Güclə udqundum...

"Zəfər kimdi?" deyən Yusifə baxdım daha sonra.

Söz tutmayan dilim ilə "Lazımsız biridi. Mən indi getməliyəm"dedim.

Yusifə baxmadan otaqdan çıxdım. Divanın üstündə qalan çantamı əlimə alıb, qapı kənarına gəlib ayaqqabılarımı geyinməyimə başladım. Yusifdə yanıma gəlib, divara yaslandı.

"Niyə birdən birə gedirsən? Bu günü biz birlikdə keçirdəcəkdik axı?"

Hansı günü?
Ona məndə yaranan əsəbi bildirməməyə çalışıb "Yusif bu gün belə olsun yaxşı? Mən indi həqiqətən getməliyəm" deyərək bir söz deməyini gözləmədən qapını açıb evdən çıxdım.
Binanıda tərk edib aşağı düşərkən dərin nəfəs almağa başladım. Nəfəsim getdikcə tükənirdi...
17 yaşımın qatili məni niyə axtarmışdı?
Hə, Zəfər idi O şərəfsizin adı...
Yusifə bildirməməyə çalışıb, evdən özümü çölə güclə atdım...
İndidə azacıq qaralmış hava ilə evimə doğru yol almağa başladım.
Təbiki, beynimdə olan saysızca düşüncələr ilə...
Yanında olmaq istədiyim adamın yanında deyildim indi. Yusifin bilməsini istəmədim...
Mənə görə başının dərdə girməsinə razı ola bilmərəm. Amma mən indi nə edəcəkdim? Məni axtarmağının səbəbi nə idi? Hansı üz ilə axı? Tanrım, səndən bir istəyim var. Oda mənim ağlımı əlimdən almamağın... Məni darda qoyma bu dəfə... Əgər varsansa, mənə bu dəfə sahib çıx... Mənim gücüm yoxdu daha... Yoruldum mən. Hər sey yaxşı getdiyi an yenə hər sey bərbad olur. Nömrəmi istəməsi nədi?! Buna necə cəsarət etmək istəyir?! Mən yenəmi ölməliyəm? Niyə xilas olmuram axı... Bu ağrılardan, bu acılardan... Canımı incidən bütün keçmişimdən... Ağlımı zəbt edən, o xatirələrdən...

Özümü evə atıb, mətbəxə keçərək su içdim. Atam evdə yox idi... Nə ana zəng edirdi mənə, nə də qardaş... Otağıma keçmək istəyəndə telefonuma zəng gəldi. Ürəyim bu an sürətli döyündü. Ya O idisə? Telefonu cibimdən çıxardıb baxdıqda Yusifin zəng etdiyini gördüm. Danışmaq, istəmirəm səninlə adam...
Telefonu səssizə atıb, otağıma girdim. Yeni yuxudan ayılmış biri nə edə bilərdi? Yenə öz qaranlığına çəkilib durardı...
Güzgü qarşısına keçib özümə baxdım. Hər pis olanda bunu edirdim. Əvvələr ağladıqda, belə güzgü qarşısına keçib özümə baxardım. Necə ağladığıma şahid olardım. İndi bu gözlərdən yaş çıxmırdı. Bəs mən nəyə şahid idim?
Ruhu param parça olmuş bir qıza...
İnsanlara qarşı hördüyü divarları, hələdə aşa bilməyən balaca bir qızcığaza...
Xoşbəxtlikmi mənə yaramır?
Ya mənmi ona...
Qısalmış saçlarıma nəzər yetirib, dərin bir ah çəkdim. Mən bu güzgüləri məhv etməliydim...
Mən qorxurdum indi...
Buna haqqımda vardı.
Güzgüdəki əksimə az baxıb Səbinəyə bir cavab yazmaq üçün telefonu əlimə aldım. O vaxtdan sonra hamıyla əlaqəmi kəsmişdim. Səbinədə onlardan biri idi. Halbuki, 2 il əvvəl ən yaxın dostum idi. Telefona baxdıqda Yusifin 11 dəfə zəng etdiyini gördüm. Onu üzürdüm...
Watsappa daxil olduqda, Yusifin çevrimiçi olduğunu gördüm. Səbinəyə bir cavab yazmaq istəyəndə Yusif yazdı mənə. Onun mesajına baxmalı idim...

"Canımın canı, ağrıyır..."

Mesaja bir xeyli baxdım...
Bir cavab yazmadığım halda, yazmağa başladı yenə.

"Və mənim əlimdən, hec nə gəlmir..."

Mesaja dəqiqələrcə baxdım.
Və səhərdən bəri tutduğum göz yaşlarımı, sərbəst buraxdım.
Bu dəfə Yusif üçün ağladım. Məni məndən çox sevən insan üçün. Ona etdiyim haqqsızlıqlar üçün...
Mən sevmə dedikcə, daha çox sevməsi mənidə bir ayrı incidirdi...
4 ay yetərdimi sevməyə?
Ya sevginin bir vaxtı olmurdu.
Çox tanımaq ilə az tanımaq arasında kicik bir fərq vardı. Çox'da tanısan səni yarı yolda qoya bilər... Az'da tanısan...
Tanımaq işi deyil bu...
Ürək işidi...

Göz yaşlarımı silib, ona cavab verməyə çalışdım.

"Bir az tək qalmağa ehtiyyacım var. Mənə görə narahat olma... Mən başımın çarəsinə baxaram"

Ən düzgün yazılmış bir söz.
Onu niyə qaranlığıma qatmalı idim?
Uzaq tutmaq ən yaxşısı...
Mesajımı oxuyub anında "Unutmusan?" deyə bir cavab yazdı.
Nəyi unutmuşam?
Sual işarəsi ataraq ona göndərdim.
Mesajımı gördükdə, yazmağa başladı.

"Sən mənim dünyamsan. Biz nə danışmışdıq? Bu dünyada sadecə ikimiz varıq. Başqaları yoxdu daha... Məndən hec nə gizlətmə...
Əgərki Zəfər düşündüyüm insan olsa, ona dünyanı dar edərəm! Sənin yaşadığın dünyada nəfəs ala bilməz O it!"

Başa düşmüşdü...
Mesajını cavabsız qoyub ofladım...
Səbinənin mesajına daxil oldum.

"Mənə necə belə bir sey yaza bilirsən?! O alcaq məndən nə istəyir?! Mənim öz həyatım var! Bunu ona bildir!"

Səbinədə anında çevrimiçi oldu.

"Alisa ona dedim. O isə keçmiş səhvlərini düzəltmək istədiyini, mübarizə aparacağını dedi. Səni tapacaqmış"

Oxuduğum mesaj ilə telefonu yerə çırpdım.
Niyə indi döndürdü?! Onu istəyən kim idi?!
O mənim qarşıma çıxa bilməzdi! Etdiyinə bir səhv deyə bilməzdi...
Bütün gecəyə qədər düşünüb durduqda səhər açılmışdı. Nəhayət gecəm bitə bilmişdi. Telefonumunda üstünə çat düşmüşdü. Hələlik belə idarə edəcəkdim. Həm uni, həm iş bir az çətin gələcəkdi. Amma bacaracaqdım mən. Birdə başımda olan bəlalar...
Bəlalara rəğmən məni sevən Yusif...
Ahh...
Hazırlaşıb evdən çıxaraq, uniyə gəldim.
Bu gün anamda mənimlə görüşmək istədiyini mənə bildirmişdi. 'Yaxşı' deyib keçişdirdim onu... Sinifimə daxil olub, dərsimi dinləməyə başladım. 2 dərs bitmişdi geriyə 1 dərs qalmışdı. Zəng olduğu üçün bufetə düşdüm. Hec kimi tanımamaq, hec kimlə ünsiyyət qura bilməmək mənə təsir etmişdi. Əvvəl olsaydı etməzdi, amma indi... Yusif məni dəyişdirmişdi... Bir çayla, bir biskuvut alıb, hər yanı dolan masalara baxdım. Nə qədər adam oxuyur burda... Sadecə ən küncdə bir boş yer vardı. Məcbur ora qədər gedəcəkdim. Ən sevmədiyim seylərdən biridə insanların mənə baxması idi. Həmin masaya çatıb rahatlıqla əyləşdim. Əlimə telefonu alıb baxdım. Yenə Yusifdən 14 cavabsız zəng var idi...

Mən telefona baxarkən "Yanınızda mənədə yer var?"deyən oğlana "Yoxdu!"dedim.

Başımı telefondan qaldırıb, qarşımdaki insana baxanda, Yusif olduğunu gördüm. O qədər fikirliyəmki, səsindən belə tanımadım onu.

"Mən elə bildim başqasıdı"deyə düzəliş etdim sözümə. Gülümsünərək qarşı masaya keçib oturdu. Dünən onunda yadında idi... Mənimdə...

"O telefonlar niyə açılmır, hə Alisa xanım?" dedi ciddi olmağa çalışıb. Mənə qarşı hec ciddi ola bilmirdi.

"İstirahətdədilər onun üçün"deyib susdum.

"Onlara deyin istirahətdən tez qayıtsın. Mən qaytarsam pis olar"dedi.

Haqqlı idi...

"Bağışla Yusif... Amma yaxşı olduğumu bildirmişdim sənə"dedim.

Mənə bir necə dəqiqə diqqətlə baxdı. Baxışları içimi isitmişdi...

"Sözlər yalan deyər, amma gözlər hec vaxt...
Gözlərində yaranan parıltıları geri qaytar. Mən ciddiyəm, Alisa... Dünən çıxıb getdin... Bu birdə olmasın... Yanındayam bundan sonra. Axı buları aşıb keçmişdik biz. İcazə vermə kiminsə xoşbəxtliyinə kölgə salmasına. Unidən çıxdıqdan sonra bərabərik. İşə mən aparacam səni. Hec bir etirazda qəbil edilmir"

Mənə deməyə bir söz buraxmamışdı.
Sözləri ilə məni məndən alan, adam...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri